Microsoft Word Кitab-yunis hazir. Doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə72/77
tarix30.12.2017
ölçüsü2,8 Kb.
#18836
1   ...   69   70   71   72   73   74   75   76   77

 
218 
zirvəsindən  Zuvand  və  Ərş  dairələrini  ayıran  dağ  silsiləsi  üzrə 
Velgic  dairəsinin  sərhədlərinədək  uzanacaqdır.  Beləliklə,  adı 
çəkilən  dağın  zirvəsindən  əks  tərəfdə  yerləşən  hissəsi  istisna 
olmaqla  Züvand  dairəsi  Rusiyaya  birləşir.  Hər  iki  dövlət 
arasındakı  sərhəd  xətti  su  axınının  yuxarıda  qeyd  olunan 
qaydalarına  daima  uyğun  olaraq,  Velgic  dairəsi  sərhədindən 
Kloputanın  zirvəsi  və  Velgic  dairəsindəki  dağların  baş  silsiləsi 
üzrə Astara çayının şimal mənbəyinədək, buradan o çayın yatağı 
boyu onun Xəzər dənizinə töküldüyü yerədək davam edəcək ki, 
burada da Rusiya torpaqlarını İrandan ayırmalı olan sərhəd xətti 
qurtarır. 
 
BEŞİNCİ MADDƏ 
 
İran şahı həzrətləri Bütün Rusiya İmperatoru həzrətlərinə 
öz  səmimi  dostluğuna  sübut  olaraq,  bu  maddə  ilə  həm  öz 
adından,  həm  də  öz  vərəsələri  və  İran  taxt-tacının  varisləri 
adından,  yuxarıda  göstərilən  sərhəd  xətti  arasında,  Qafqaz  sıra 
dağları  və  Xəzər  dənizi  arasında  yerləşən  bütün  torpaqların  və 
bütün  adaların,  bununla  bərabər  həmin  məmləkətlərdə  yaşayan 
bütün  köçəri  (yarım  köçəri  -  Y.H.)  və  başqa  xalqların  əbədi 
zamanadək  Rusiya  imperiyasına  məxsus  olduğunu  təntənə  ilə 
tanıyır. 
 
SƏKKİZİNCİ MADDƏ 
 
Rusiya  tacir  gəmiləri,  əvvəlki  qayda  üzrə,  Xəzər 
dənizində  və  onun  sahilləri  boyunca  azad  üzmək  və  bununla 
bərabər  onlara  yaxınlaşmaq  hüququna  malikdir;  gəmi  qəzası 
hallarında İranda olanlara hər cür kömək edilməlidir. Bu üsulla 
İran  ticarət  gəmilərinə  də  Xəzər  dənizində  əvvəlki  qayda  ilə 
üzmək və Rusiya sahillərinə yan almaq hüququ verilir ki, orada 
gəmi qəzası hallarında onlara qarşılıqlı surətdə hər cür vəsaitlə 
kömək  göstərilməlidir.  Hərbi  gəmilərə  gəldikdə  isə,  qədimdə 
olduğu  kimi,  yalnız  Rusiya  hərbi  bayrağı  altında  olan  hərbi 


 
219 
gəmilər  Xəzər  dənizində  üzə  bilər;  bu  səbəbdən  də  əvvəlki 
müstəsna  hüquq  indi  də  onlara  verilir  və  təsdiq edilir ki
Rusiyadan 
başqa  heç  bir  dövlətin  Xəzər  dənizində  hərbi 
gəmiləri ola bilməz. 
 
ON İKİNCİ MADDƏ 
Barışığa  gələn  yüksək  tərəflər  təbəələrin  xeyri  üçün 
özlərinin ümumi razılığı üzrə qarşılıqlı surətdə qərara almışdır: - 
onlardan  Arazın  hər  iki  tərəfindən  tərpənməyən  əmlaka  malik 
olanlarına  üç  il  vaxt  verilməlidir  ki,  onlar  bu  müddət  ərzində 
onu  azad  surətdə  satsınlar  və  dəyişsinlər.  Lakin  Bütün  Rusiya 
imperatoru  həzrətləri,  ona  aidiyyəti  olduğuna  görə,  keçmiş 
İrəvan sərdarı Hüseyn xanı, onun qardaşı Həsən xanı və keçmiş 
Naxçıvan hakimi Kərim xanı bu iltifatlı sərəncamdan kənar edir. 
 
ON BEŞİNCİ MADDƏ 
Şah  Həzrətləri  öz  dövlətinə  sakitliyi  qaytarmaq  və  öz 
təbəələrindən  hazırkı  müqavilə  ilə  bu  qədər  xöşbəxtliklə  başa 
çatmış savaşda törədilmiş bədbəxtlikləri daha da artıra bilən hər 
şeyi kənar etmək kimi xeyirli, xilasedici niyyətlə hərəkət edərək, 
Azərbaycan  adlanan  vilayətin  bütün  əhalisinə  və  məmurlarına 
büsbütün  və  tam  bağışlanma  əta  edir.  Hansı  dərəcəyə  məxsus 
olmasından  asılı  olmayaraq  onlardan  heç  kəs  öz  hərəkətinə  və 
ya  savaş  ərzində  və  ya  Rus  ordusunun  adı  çəkilən  vilayəti 
müvəqqəti  tutduğu  zaman  davranışına  görə  təqibə,  dini 
əqidəsinə  görə  təhqirə  məruz  qalmamalıdır.  Bundan  başqa  o 
məmur və sakinlərə bu gündən başlayaraq öz ailəsi ilə birlikdə 
İran  vilayətindən  Rusiyaya  sərbəst  keçmək,  hökumət  və  yerli 
rəisliyin heç bir maneçiliyi olmadan onların satlıq malına və ya 
əmlakına,  əşyalarına  hər  hansı  kömrük  və  vergi  qoyulmadan 
tərpənən  mülkiyyətini  aparmaq  və  satmaq  üçün  bir  il  vaxt 
verilir. Tərpənməyən mülkə gəldikdə isə, onun satılması və ya 
onun  haqqında  özxoşuna  sərəncam  üçün  beş  illik  müddət 


 
220 
müəyyən  edilir.  Lakin  bu  bağışlanma  qeyd  olunan  bir  illik 
müddət  başa  çatanadək  məhkəmə  cəzası  düşən  günah  və  ya 
cinayət işlətmiş adamlara şamil edilmir. 
 
O
N ALTINCI MADDƏ 
Müvəkkillər  bu  sülh  müqaviləsi  imzalandıqdan  sonra, 
qarşılıqlı  surətdə  təxirə  salınmadan  təcili  olaraq,  hərbi 
əməliyyatların kəsilməsi haqqında bütün yerlərə xəbər və lazımi 
fərman  göndərməlidir.  Eyni  məzmunda  iki  nüsxədə  tərtib 
edilmiş,  hər  iki  tərəfin  müvəkkilləri  tərəfindən  imzalanmış, 
onların  gerbli  möhürləri  ilə  təsdiq  edilmiş  və  qarşılıqlı  olaraq 
bir-
birinə verilmiş bu sülh müqaviləsi Bütün Rusiya İmperatoru 
həzrətləri və İran şahı həzrətləri tərəfindən təsdiq və ratifikasiya 
edilməli  və  onların  imzaladığı  ratifikasiya  mətnləri  təntənəli 
şəkildə hər iki tərəfin müvəkkilləri tərəfindən dörd ay ərzində və 
ya  mümkün  olduqca  daha  tez  dəyişdirilməlidir.  Fevral  ayının 
10-
da  İsanın  anadan  olmasının  1828-ci  ilində  Türkmənçay 
kəndində bağlanmışdır (9, s.618-624). 
Əslinə qol çəkmişlər: 
İvan Paskeviç və 
A.Obrezkov. 
 
Beləliklə, XIX əsrin ilk sülsündə romanovlar və qacarlar 
arasında  Azərbaycan  torpaqları  uğrunda  mübarizə  birincinin 
uğuru ilə bitdi. Əsərləri mövcud elmi kitabın əsas mövzusu kimi 
seçil
miş  salnaməçilərin  bəziləri  bu  məsələlərə  ümumiyyətlə 
toxunmamış,  bəziləri  isə  bu  taleyüklü  hərbi-siyasi  proseslərə 
romanovlann  mənafeləri  baxımından,  çarizmin  sadiq 
apologetləri  kimi  qiymət  vermişdilər.  Bu  salnamələrin  tarixi 
obyektivlə  tərs  mütənasib  olan  siyasi  qiymətləndirmələrinə 
baxmayaraq onlarda gətirilən bütöv bir sıra faktlar, materiallar, 
məlumatlar XVIII əsrin ikinci yarısı- XIX əsrin əvvəlləri üçün 
Qarabağın,  Azərbaycanın,  Qafqazın  bitkin  və  hərtərəfli  tarixi 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə