Microsoft Word Кitab-yunis hazir. Doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə70/77
tarix30.12.2017
ölçüsü2,8 Kb.
#18836
1   ...   66   67   68   69   70   71   72   73   ...   77

 
212 
tam siyasi iflası, həm də Mehdiqulunun şəxsi faciəsi idi. 
Mirzə  Adıgözəl  bəy  1826-1828-ci  illər  Rus-İran 
müharibəsini öz əsərinin on ikinci fəslində şərh edir. O, bu fəslə 
çox maraqlı sərlövhə verib: «Qızılbaşların öz əhdlərini dübarə 
sındırıb  əzəmətli  dövlətə  qarşı  ədavət  və  inad  göstərmələri 
haqqındadır».  Müəllif  burada  tarixi  faktlarla  yanaşı, 
özünün subyektiv fikir və mülahizələrini də qələmə almışdır. 
Lakin  müəllif  nə  bu  müharibənin,  nə  də  1828-ci il 
Türkmənçay sülhünün xarakter və mahiyyətini açmır. Əsas 
diqqəti «Şuşanın qızılbaşlardan müdafiə olunmasına», Şuşa 
qalasının  komendantı  İ.A.Reutun  və  general  Paskeviçin  hərbi 
«məharətlərinin»  təriflənməsinə  yönəldir.  Xalqımızın  qəddar 
düşməni,  İbrahimxəlil  xanın,  onun  ailə  üzvlərinin  və  yaxın 
qohumlar
ının ölümünə sərəncam verən Lisaneviçin son aqibəti 
haqqında,  şahnəzərovlar  nəslinə  mənsub  olan  cəllad  general 
Mədətov  haqqında  tarixi  həqiqətlər  barəsində  Mirzə  Adıgözəl 
bəyin qələmi susur. 
Sisianov 
Rusiya 
imperiyasının 
Qarabağdakı 
cəlladlarından  biri  olmuş,  Lisaneviç  də  gec-tez, özünün layiqli 
cəzasını  almalı  idi.  «22  iyun  1825-ci  ildə  o,  Şimali  Qafqazda, 
Qumuq
lu knyazı Musa Xasıyev tərəfindən» (Yenə də türk oğlu! 
Qumuq 
türkü Azərbaycan türkünün qisasını yağıdan aldı - Y.H.) 
(22, s.57) cəhənnəmə vasil edildi. 
Mirzə Adıgözəl bəy öz əsərini belə yekunlaşdırır: «Abbas 
Mirzə  öz  atasına  (Fətəli  şaha  -  Y.H)  məktub  yazıb  bildirdi ki, 
Paskeviç Tehran üzərinə hücuma hazırlaşır. Axırda şah çarəsiz 
qalıb  sülh  bağlamağa  razılıq  verdi.  «Türkmənçay»  adlı  yerdə 
sülh oldu
. Araz çayı iki uca dövlət arasında sərhəd təyin edildi. 
İran  dövləti  yeddi  kürur  dava  xərci  verməyə  razı  oldu»  (54, 
s.88). Yeddi kürur 20 milyon rubla bərabər idi. 
Mirzə Yusif Qarabaği isə öz əsərində 1826-1828-ci illər 
müharibəsinə  daha  çox  -  15  «fəsil»  həsr  etmişdir.  O,  həmin 
«fəsillərdə»  Rusiya  imperiyasının  generallarını,  xüsusilə 
mənşəcə  erməni  olan  Mədətovu  tərifləyir,  rus  qoşunlarının 
bütün  cəbhə  boyu  uğurlu  hücumlarını  şişirdir,  Abbas  Mirzəni, 


 
213 
onun başdan-başa Azərbaycan türklərindən ibarət olan ordusunu 
acizlikdə  günahlandırır.  Mirzə  Yusif  Lazarevin  və  Mədətovun 
Azərbaycanda, xüsusilə də Qarabağ və Şuşada törətdikləri ağır 
cinayətləri  və  qanunsuzluqları  təriflərlə  ört-  basdır  edir.  Mirzə 
Yusif  bir  erməni  kimi,  Qriqori  Davidoviç  Lazarevi  hərtərəfli 
tərifləyir.  Paskeviçin  təşəbbüsü  ilə  ermənilərin  İrandan 
Azərbaycana  köçürülmələri  üçün  yaratdığı  komitəyə  Lazarevi 
başçı  təyin  etmişdir.  Feldmarşal  bu  erməniyə  çox  böyük 
səlahiyyətlər  vermişdir.  Bu  başabəla  general  İran  ermənilərini 
Qarabağa, Şəkiyə, Naxçıvana, İrəvana və Şamaxıya köçürürdü. 
Ermənilər  hətta  Bərdədə  də  yerləşdirilirdilər.  Lazarevin 
təşəbbüsü ilə qısa müddət ərzində 1.012 erməni ailəsi Bərdədə 
məskunlaşdırılmışdı (22, s.34). 
Mirzə  Yusif  yazmır  ki,  Lazarev  çalışırdı  ki,  İran 
erməniləri  daha  çox  İrəvanda  məskunlaşdırılsınlar.  Bu  zaman 
İrəvan əhalisinin 95 faizi azərbaycanlılardan ibarət idi. 1828-ci 
ilin  təkcə  may  ayında  Qarabağa  279,  İrəvana  isə  948  erməni 
ailəsi köçürülmüşdü (22, s.34). 
Belə  faktları  daha  çox  göstərmək  olar.  Mirzə  Yusif 
əsərinin son fəsillərindəki şərhli və təsvirlərin əksər hissəsini rus 
hakimiyyəti  önündə  kölə  yaltaqlığı,  qulun  ağaya  söylədiyi 
mədhnamələrə bənzər fikirlər təşkil edir. Məsələn, bu müəllif də 
Qarabağ xanı Mehdiqulunun İrana qaçması səbəbini açıqlamır. 
Ona 
yaxşı  məlum  idi  ki,  xanın  vətəndən  didərgin  düşməsinin 
bütün  günahı  general  Mədətovun  üzərinə  düşür.  Qafqazda  rus 
qoşunlarının  baş  komandanı  A.P.Yermolov  onu  Dağıstan  və 
Azərbaycanı  işğal  etmiş  qoşununun  başçılarından  biri  təyin 
etmişdi.  Mədətov  1826-cı  ilin  fevral  ayının  2-də  Şamxorda 
(Şəmkir)  2000  azərbaycanlını  vəhşicəsinə  qətlinə  əmr  vermiş 
(22, s.38). Belə misalların sayını uzatmaq da olar. Lakin, Mirzə 
Yusif  öz  ermənisinin  qanlı  əməllərini  hər  vasitə  ilə    ört-basdır 
edir. 
Sonralar  görkəmli  Azərbaycan  mütəfəkkiri  Abbasqulu 
Ağa  Bakıxanov  Qafqaz  Baş  idarəsində  hərbi  qulluqda  olan 
Mədətovlar barədə çara xüsusi bir şikayət məktubu göndərmiş, 


 
214 
onların məkrli siyasət yeritdiklərini açıb göstərmişdir. O, 1834-
cü  ildə  Varşavada  olduğu  vaxt  bu  məktubu  Qafqazın  keçmiş 
canişinini feldmarşal İ.F.Paskeviçə vermişdir. General Mədətov 
artıq ölmüşdü. Onun yaxın qohumu Mirzəcan Mədətov və digər 
ermənilər  Qafqazda  öz  çirkin  əməllərini  davam  etdirirdilər. 
Rusiya  imperiyasının  köməyi  ilə  Mədətov  Qarabağda  xanın, 
bəylərin  və  digər  imtiyazlı  sosial  qrupların  torpaqları  hesabına 
102.462  desyatin  torpaq  ələ  keçirərək  knyaz  adı  almağa  nail 
olmuşdur.  Qarabağ  müsəlmanları  isə  Mədətovu  «general  və 
knyaz kimi yox, at oğrusu kimi tanıyırdılar» (22, s.39-40). 
Mirzə  Yusif  yazır:  «Abbas  Mirzə  dəfələrlə  sifariş 
göndərib  Şuşa  qalasının  təslim  olmasını  tələb  və  təkid  edirdi. 
Bəzi  şayiələr  yayılmışdı  ki,  guya  sərdar  (Yermolov  nəzərdə 
tutulur - 
Y.H.) ruslara vilayətdən kənara çıxmaq və qalanı təhvil 
vermək  hökmünü  vermişdir.  Ona  görə  də  qızılbaşlar  bu 
məsələnin  düzgünlüyünü  yoxlamaq  məqsədilə  Biçin  xanı 
polkovnik Reutun yanına göndərdilər. 
Qala əhli polkovnikin əmrinə görə Biçin xanın gözlərini 
bağladıqdan  sonra  qalaya  buraxıb  polkovnikin  yanına 
göndərdilər. Danışıqdan sonra belə qərara gəldilər: 
-
 
Qa
lanın  komendantı  mayor  Çilayev  kapitan  Adıgözəl 
bəy  ilə  birlikdə  tərəflərə  iki  həftə  müddətinə  əmanət  və  girov 
verilir.  Bu  məqsədlə  ki,  bir  rus  və  bir  də  Abbas  Mirzənin 
adamlarından  biri  Tiflisə  gedib  Yermolovdan  xəbər  gətirsin... 
nümayəndələr Tiflisə gedərək ondan qalanı təslim etməyə icazə 
verib-
verməməsini soruşdular. Yermolov isə cavabında dedi ki, 
kapitulyasiya sözü rus dilində yoxdur, bu sözün mənası fransız 
dilində  təslim  olmaq  deməkdir...  Abbas  Mirzənin 
nümayəndəsini (yasavulu) general Mədətovun yanına apardılar. 
General əvvəl yasavula qəzəblənib dedi: 
-
 
Mənim  yanıma  nə  üçün  əlağacı  ilə  gəlmisən,  -  sonra 
Abbas Mirzəni pis sözlərlə hədələdi: 
-
 
Gör o  
əlağacı  ilə  Abbas  Mirzəyə  mən    nə  edərəm»  
(58, s.71- 72). 
Elə  bu  iqtibasdan  müəllifin  rusları  idealizə  etməsi, 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə