ilə əvəz edilmiş, ʺmüddət keçmişdirsəʺ sözlərindən sonra ʺ(vətəndaşın rəsmi sənədlərlə təsdiq olunan
xəstəlik, məzuniyyət və ezamiyyə müddətləri istisna olmaqla).ʺ sözləri əlavə edilmişdir.
xlv[45]
28 dekabr 2001‐ci il tarixli 247‐IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2002‐ci il, № 3, maddə 116) ilə VII fəslin adı yeni redaksiyada
verilmişdir. Əvvəlki redaksiyada deyilirdi:
V I I f ə s i l
JURNALİSTİN HÜQUQ VƏ VƏZİFƏLƏRİ
xlvi[46]
28 dekabr 2001‐ci il tarixli 247‐IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2002‐ci il, № 3, maddə 116) ilə 46‐cı maddə çıxarılmışdır.
Maddənin əvvəlki redaksiyasında deyilirdi:
M a d d ə 4 6 .
Jurnalistin hüquqları
Jurnalistin aşağıdakı hüquqları vardır:
1) informasiya axtarmaq, toplamaq, hazırlamaq, istehsal etmək və yaymaq;
2) öz peşə vəzifəsini yerinə yetirməsi ilə əlaqədar dövlət orqanlarına, bələdiyyələrə, idarə,
müəssisə və təşkilatlara, ictimai birliklərə, siyasi partiyalara, vəzifəli şəxslərə müraciət etmək və ya
sorğu vermək;
3) qanunvericiliklə nəzərdə tutulmuş hallar istisna olmaqla, hər hansı faktı hər vasitə ilə, o
cümlədən audiovizual vasitələrdən və kino‐foto çəkilişindən istifadə etməklə qeydə almaq;
4) əqidəsinə zidd olan məlumat və materialları hazırlamaqdan və öz imzası ilə dərc
etdirməkdən imtina etmək;
5) redaktə zamanı, onun fikrincə, məzmunu təhrif olunmuş məlumat və materiallardan öz
imzasını çıxarmaq;
6) baş redaktorun (redaktorun) və ya redaksiyanın verdiyi tapşırıq qanunun pozulması ilə
əlaqədar olduqda belə tapşırıqdan imtina etmək;
7) hazırladığı materialı öz imzası, təxəllüsü ilə, yaxud imzasız dərc etdirmək;
8) jurnalist vəsiqəsini təqdim etməklə qəza, təbii fəlakət zonalarında, fövqəladə vəziyyət elan
olunmuş yerlərdə, mitinqlərdə və nümayişlərdə olmaq;
9) öz imzası ilə dərc edildiyi materiallarda şəxsi fikir söyləmək və qiymət vermək;
10) qanunla qorunan sirlər istisna olmaqla, sənəd və materiallarla tanış olmaq, onların surətini
çıxarmaq.
Jurnalist həmçinin Azərbaycan Respublikasının kütləvi informasiya vasitələri haqqında
qanunvericiliyi ilə müəyyənləşdirilmiş digər hüquqlardan da istifadə edə bilər.
xlvii[47]
28 dekabr 2001‐ci il tarixli 247‐IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2002‐ci il, № 3, maddə 116) ilə 47‐ci maddə çıxarılmışdır.
Maddənin əvvəlki redaksiyasında deyilirdi:
M a d d ə 4 7 .
Jurnalistin vəzifələri
Jurnalistin aşağıdakı vəzifələri vardır:
1) əmək münasibətlərində olduğu kütləvi informasiya vasitəsi redaksiyasının nizamnaməsinə
riayət etmək, onun fəaliyyət proqramını həyata keçirmək;
2) ona verilən informasiyanın doğru‐dürüstlüyünü yoxlamaq;
3) informasiya ilk dəfə elan edilirsə, onu vermiş şəxslərin kimliyini göstərib‐göstərməmək
barədə onların xahişlərini yerinə yetirmək;
4) hazırladığı xəbər və materialların yayılması ilə əlaqədar irəli sürülə biləcək iradlar və
qanunla nəzərdə tutulmuş digər tələblər barədə baş redaktorla (redaktora) məlumat vermək;
5) öz imzası, imzasız və ya təxəllüslə doğru‐dürüstlüyü təsdiq olunmamış, yaxud böhtan və
təhqir xarakterli informasiya və materialları yaymamaq;
6) dərc etdirdiyi (efirə verdiyi) mətnlərdə peşə etikasına riayət etmək, dövlətin, vətəndaşların
və təşkilatların şərəf və ləyaqətinə, qanuni mənafelərinə hörmətlə yanaşmaq;
7) peşə fəaliyyətini həyata keçirərkən təşkilatlarda, müəssisələrdə və rəsmi tədbirlərdə tələb
olunduqda, redaksiya vəsiqəsini və ya şəxsiyyətini, jurnalist səlahiyyətini təsdiq edən digər sənədi
göstərmək;
8) vətəndaşlardan, vəzifəli şəxslərdən, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin
nümayəndələrindən, siyasi xadimlərdən məlumat alarkən audio‐video vasitələrdən və kino‐foto
çəkilişindən istifadə etmək barədə onların razılığını almaq;
9) vətəndaşın şəxsi həyatı haqqında məlumat yaymaq barədə onun özündən və ya qanuni
nümayəndəsindən icazə almaq (ictimai maraqları müdafiə etmək üçün lazım olan hallardan
başqa);
10) informasiyanın, yaxud onun mənbəyinin məxfiliyini gözləmək.
11) öz məlumatlarında konkret iş üzrə məhkəmə baxışının nəticələrini qabaqcadan müəyyən
etməmək, yaxud qətnamə və ya hökm qanuni qüvvəyə minənədək məhkəməyə başqa tərzdə təzyiq
göstərməmək;
Jurnalist həmçinin Azərbaycan Respublikasının kütləvi informasiya vasitələri haqqında
qanunvericiliyi ilə müəyyənləşdirilmiş digər vəzifələr də daşıyır.
xlviii[48]
28 dekabr 2001‐ci il tarixli 247‐IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2002‐ci il, № 3, maddə 116) ilə 48‐ci maddə çıxarılmışdır.
Maddənin əvvəlki redaksiyasında deyilirdi:
M a d d ə 4 8 .
Gizli lent yazıları
Gizli audio və video yazılardan, kino və foto çəkilişindən istifadə etməyə və ya hazırlanmış
məlumat və materialları yaymağa yalnız aşağıdakı hallarda yol verilir:
1) şəxsin və vətəndaşın bu barədə yazılı razılığı varsa, habelə kənar şəxsin Azərbaycan
Respublikasının Konstitusiyası ilə müəyyən edilmiş hüquq və azadlıqlarının qorunması üçün
zəruri tədbirlər görülmüşdürsə;
2) məhkəmənin qərarı ilə nümayiş etdirilirsə.
Bu maddənin tələblərini pozaraq gizli audio‐video yazılardan, kino‐foto çəkilişindən istifadə
olunması və onun yayılması Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun şəkildə
məsuliyyətə səbəb olur.
xlix[49]
28 dekabr 2001‐ci il tarixli 247‐IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2002‐ci il, № 3, maddə 116) ilə 49‐cu maddənin 1‐ci bəndində
ʺ(yaymaqla)ʺ sözü çıxarılmışdır. Əvvəlki redaksiyada deyilirdi:
1) kütləvi informasiya vasitəsinin məlumat toplamaq, hazırlamaq, redaktə və istehsal etməklə
(yaymaqla) məşğul olan ştatlı müxbirlərinə;
l[50]
28 dekabr 2001‐ci il tarixli 247‐IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2002‐ci il, № 3, maddə 116) ilə 49‐cu maddənin 2‐ci bəndində
ʺtapşırıqlarınıʺ sözündən sonra ʺmüntəzəmʺ sözü əlavə edilmişdir.
li[51]
28 dekabr 2001‐ci il tarixli 247‐IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2002‐ci il, № 3, maddə 116) ilə 50‐ci maddənin üçüncü
hissəsində ʺredaksiyaʺ sözündən sonra ʺtərəfindənʺ sözü əlavə edilmiş, ʺqaydalarını pozduqda,ʺ sözləri
ʺqaydaları pozulmuşdursa, yaxudʺ sözləri ilə, ʺyaydıqdaʺ sözü ʺyayılmışdırsa və bu məhkəmənin
qanuni qüvvəyə minmiş qətnaməsi ilə təsdiq olunmuşdursaʺ sözləri ilə əvəz edilmişdir.
lii[52]
4 mart 2005‐ci il tarixli 856‐IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2005‐ci il, № 4, maddə 278) ilə 50‐ci maddəyə beşinci hissə
əlavə edilmişdir.
liii[53]
28 dekabr 2001‐ci il tarixli 247‐IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2002‐ci il, № 3, maddə 116) ilə IX fəsil çıxarılmışdır. Əvvəlki
redaksiyada deyilirdi:
I X f ə s i l
KÜTLƏVİ İNFORMASİYA VASİTƏLƏRİNİN İQTİSADİ ƏSASLARI
M a d d ə 5 4 .
Kütləvi informasiya vasitələrinin maliyyələşdirmə
mənbələri
Kütləvi informasiya vasitələri:
təsisçinin vəsaiti;
satışdan əldə olunan gəlirlər;
sponsorun ayırdığı vəsaitlər;
ayrı‐ayrı vətəndaşların və hüquqi şəxslərin ianələri;
reklamdan əldə olunan gəlirlər;
kütləvi informasiya vasitələri redaksiyalarının sahibkarlıq fəaliyyətindən əldə etdikləri gəlirlər;
qanunla qadağan olunmayan digər vəsaitlər hesabına maliyyələşdirilə bilər.
M a d d ə 5 5 . (Çıxarılıb)
M a d d ə 5 6 .
Gömrük güzəştləri
Kütləvi informasiya vasitələri, kütləvi informasiya vasitələri məhsullarının ixracına, habelə
fəaliyyətlərinin təşkili üçün idxal etdikləri avadanlıq, zəruri xammal və digər vasitələrə görə
gömrük rüsumundan azaddır.
M a d d ə 5 7 .
Güzəştlərin şamil edilmədiyi kütləvi informasiya
vasitələri
Bu Qanunla müəyyən edilmiş güzəştlər reklam üzrə ixtisaslaşmış və digər kommersiya
məqsədli kütləvi informasiya vasitələrinə, eləcə də təbii inhisarçılara şamil edilmir.
liv[54]
28 dekabr 2001‐ci il tarixli 247‐IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2002‐ci il, № 3, maddə 116) ilə 58‐ci maddə çıxarılmışdır.
Əvvəlki redaksiyada deyilirdi:
M a d d ə 5 8 .
Məsuliyyətin şamil edildiyi subyektlər
Bu Qanunun tələblərinin pozulmasına görə:
təsisçilər;
redaksiyalar (məsul redaktorlar);
naşirlər;
yayıcılar;
dövlət orqanları;
bələdiyyələr;
idarə, müəssisə və təşkilatlar;
ictimai birliklər;
siyasi partiyalar;
vəzifəli şəxslər;
jurnalistlər;
müəlliflər;
informasiya mənbəyinin sahibləri qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət
daşıyırlar.
Kütləvi informasiya vasitəsinin məlumatın dərc olunmasına (efirə buraxılmasına) məsul
redaktoru istintaqda və ya məhkəmə icraatında olan işlə əlaqədar, qanunla müəyəyn edilmiş
hallardan başqa, informasiya mənbəyini açıqlamağa məcbur edilə bilməz. Bu halda müəllifi
açıqlanmayan təsvirə, məqaləyə, şəklə və ya karikaturaya görə məsuliyyət buraxılışa məsul
redaktorun üzərinə düşür.
lv[55]
28 dekabr 2001‐ci il tarixli 247‐IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2002‐ci il, № 3, maddə 116) ilə 59‐cu maddənin dördüncü
abzası çıxarılmışdır. Əvvəlki redaksiyada deyilirdi:
kütləvi informasiya vasitəsinin istehsalını və yayımını qeyri‐qanuni dayandırmaq, yaxud ona
xitam vermək;
lvi[56]
28 dekabr 2001‐ci il tarixli 247‐IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2002‐ci il, № 3, maddə 116) ilə 59‐cu maddənin altıncı
abzasında ʺinformasiyadanʺ sözü ʺinformasiyanı çap etdirməkdən (efirə verməkdən)ʺ sözləri ilə əvəz
edilmişdir.
lvii[57]
28 dekabr 2001‐ci il tarixli 247‐IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2002‐ci il, № 3, maddə 116) ilə 61‐ci maddənin 3‐cü bəndində
ʺkütləvi informasiya vasitəsiʺ sözləri ʺ çapʺ sözü ilə əvəz edilmişdir.
lviii[58]
28 dekabr 2001‐ci il tarixli 247‐IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu (Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2002‐ci il, № 3, maddə 116) ilə 61‐ci maddənin 10‐cu
bəndində ʺqərardan, yaxudʺ sözləri çıxarılmışdır. Əvvəlki redaksiyada deyilirdi:
10) istehsalın və yayımın dayandırılması və ya ona xitam verilməsi barədə qərardan, yaxud
məhkəmə qətnaməsindən sonra redaksiya və nəşriyyat kütləvi informasiya vasitəsinin məhsulunu
qeyri‐qanuni hazırladıqda və yaydıqda ‐ naşir, yayıcı və redaksiya (redaktor, baş redaktor)
Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq surətdə mülki, inzibati, cinayət və digər
məsuliyyət daşıyırlar.
28 dekabr 2001‐ci il tarixli 247‐IIQD nömrəli Azərbaycan Respublikasının Qanunu ( Azərbaycan
Respublikasının Qanunvericilik Toplusu, 2002‐ci il, № 3, maddə 116) ilə 4‐cü, 5‐ci, 6‐cı, 7‐ci və 9‐cu
bəndləri çıxarılmış, 8‐ci və 10‐cu bəndləri müvafiq olaraq 4‐cü və 5‐ci bəndlər hesab edilmişdir. Əvvəlki
redaksiyada deyilirdi:
4) teleradio proqramların təmiz qəbul edilməsinə süni maneələr yaradıldıqda ‐ dövlət
orqanları, idarə, müəssisə və təşkilatlar;
5) teleradio təşkilatının razılığı olmadan onun verilişlərindən (proqramlarından) bu Qanunun
tələblərinə zidd şəkildə istifadə etdikdə, mülkiyyətçidən icazəsiz teleradio təşkilatının verilişlərini
köçürüb çoxaltdıqda və satdıqda, kütləvi şəkildə nümayiş etdirdikdə ‐ vətəndaşlar, teleradio
təşkilatları;
6) mövcud konstitusiyalı dövlət quruluşunu zorakılıqla devirməyə, dövlətin bütövlüyünə və
ölkənin təhlükəsizliyinə qəsd etməyə, müharibəni, zorakılığı və qəddarlığı, milli, irqi, sosial ədavəti
təbliğ etməyə görə ‐ bilərəkdən, yaxud səhlənkarlıq üzündən informasiyanı çap edən jurnalist
(müəllif) və ya məsul redaktor, habelə informasiya mənbəyinin sahibi;
7) kənar şəxsin və ya kütləvi informasiya vasitəsi olmayan təşkilatın xeyrinə informasiya
toplamağa görə ‐ jurnalist;
8) xarici ölkələrin dövlət orqanlarının, hüquqi və fiziki şəxslərinin Azərbaycan Respublikasının
ərazisində istehsal olunan (yayımlanan) kütləvi informasiya vasitələrini qanuna zidd şəkildə
maliyyələşdirmələrinə yol verdiklərinə görə ‐ təsisçi və baş redaktor (redaktor);
9) bu Qanunun 24‐cü maddəsinin tələblərini pozaraq baş redaktor (redaktor) təyin etdiyinə
görə ‐ təsisçi (həmtəsisçi, mülkiyyətçi);
10) istehsalın və yayımın dayandırılması və ya ona xitam verilməsi barədə məhkəmə
qətnaməsindən sonra redaksiya və nəşriyyat kütləvi informasiya vasitəsinin məhsulunu qeyri‐
qanuni hazırladıqda və yaydıqda ‐ naşir, yayıcı və redaksiya (redaktor, baş redaktor) Azərbaycan
Respublikasının qanunvericiliyinə müvafiq surətdə mülki, inzibati, cinayət və digər məsuliyyət
daşıyırlar.
Dostları ilə paylaş: |