Kütləvi informasiya vasitələri haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU
Bu Qanun Azərbaycan Respublikasında kütləvi informasiyanın axtarılması, əldə edilməsi,
hazırlanması, ötürülməsi, istehsalı və yayımının ümumi qaydalarını, habelə mətbuatın,
informasiya agentliklərinin, televiziya və radio təşkilatlarının vətəndaşların tam, doğru‐dürüst
və operativ informasiya almaq hüququnun həyata keçirilməsinə yönəldilmiş fəaliyyətinin
təşkilati, hüquqi və iqtisadi əsaslarını müəyyən edir.
I f ə s i l
ÜMUMİ MÜDDƏALAR
M a d d ə 1 . Kütləvi informasiya azadlığı
Azərbaycan Respublikasında kütləvi informasiya azaddır.
Kütləvi informasiya azadlığı vətəndaşların qanuni yolla informasiya axtarmaq, əldə etmək,
hazırlamaq, ötürmək, istehsal etmək və yaymaq hüququna dövlət tərəfindən təminat
verilməsinə əsaslanır.
Kütləvi informasiya vasitələrinin təsis olunması, onlara sahiblik, onlardan istifadə, onların
idarə olunması, kütləvi informasiyanın axtarılması, əldə edilməsi, hazırlanması, ötürülməsi,
istehsalı və yayımı Azərbaycan Respublikasının kütləvi informasiya vasitələri haqqında
qanunvericiliyində nəzərdə tutulan hallardan başqa, məhdudlaşdırıla bilməz.
M a d d ə 2 . Bu Qanunun tətbiq sahəsi
Bu Qanun Azərbaycan Respublikasının ərazisində təsis olunmuş bütün kütləvi informasiya
vasitələrinə həmçinin onun hüdudlarından kənarda yaradılan kütləvi informasiya vasitələri
məhsullarının yalnız Azərbaycan Respublikasının ərazisində yayılan hissəsinə şamil edilir.
M a d d ə 3 . Əsas anlayışlar
Bu Qanunda istifadə olunan anlayışlar aşağıdakı mənaları ifadə edir:
kütləvi informasiya ‐ axtarılması, əldə olunması, hazırlanması, ötürülməsi, istehsalı və
yayımı Azərbaycan Respublikasının qanunvericiliyi ilə məhdudlaşdırılmayan, ümumi istifadə
üçün nəzərdə tutulmuş mətbu, audio, audiovizual xəbər və digər məlumatlar;
kütləvi informasiya vasitələri ‐ dövri mətbu nəşrlər, teleradio proqramları, informasiya
agentlikləri, internet, kinoxronika proqramları və digər yayım formaları;
i[1]
teleradio və kinoxronika proqramları ‐ daimi adı, nömrəsi olan və ildə azı bir dəfə efirə
buraxılan audio, audiovizual xəbər və materialların (verilişlərin) məcmusu;
ii[2]
dövri mətbu nəşrlər ‐ çap prosesinin və ya hər hansı surətçıxaran texnikanın vasitəsilə
hazırlanmış, birdəfəlik tirajı 100 nüsxədən çox, daimi adı və cari nömrəsi olan, ildə azı on iki
dəfə çıxan qəzetlər və ildə azı iki dəfə çap olunan jurnal, toplu, bülleten və başqa dövri nəşrlər;
iii[3]
kütləvi informasiya vasitəsinin məhsulu ‐ mətbu nəşrin bir nömrəsinin tirajı, yaxud onun
bir hissəsi, teleradio, kinoxronika proqramlarının ayrıca buraxılışı, proqramın audio və ya
vidioyazısının tirajı, yaxud tirajının bir hissəsi;
kütləvi informasiya vasitəsi məhsulunun yayılması ‐ dövri mətbu nəşrlərin, teleradio
proqramların, audio və ya videoyazılarının satılması və ya paylanması, teleradio proqramların
yayımı, kinoxronika proqramlarının nümayişi;
ixtisaslaşmış kütləvi informasiya vasitələri ‐ istehsalı (yayımı) üçün bu Qanunla xüsusi
qaydalar müəyyən edilmiş kütləvi informasiya vasitələri;
(Çıxarılıb)
iv[4]
məsul redaktor ‐ mətbu nəşrə rəhbərlik edən baş redaktor (redaktor), yaxud onu əvəz edən
şəxs; teleradio təşkilatında verilişlərin (proqramların) yayımına icazə verən şəxs;
naşir ‐ mətbu nəşrin məhsulunun istehsalını maddi‐texniki cəhətdən təmin edən nəşriyyat,
digər müəssisə (sahibkar), naşirə bərabər tutulan və əsas gəlir mənbəyi bu fəaliyyət növü
olmayan fiziki və ya hüquqi şəxs;
yayıcı ‐ redaksiya və ya naşirlə müqavilə bağlamaqla, yaxud digər qanuni əsaslarla kütləvi
informasiya vasitəsi məhsullarının yayılmasını həyata keçirən fiziki və ya hüquqi şəxs;
pornoqrafik materiallar ‐ əsas məzmunu seksual münasibətlərin anatomik və fizioloji
cəhətlərinin kobud və ləyaqətsiz təsviri olan bədii, foto, rəsm əsərləri, informasiyalar və digər
materiallar.
M a d d ə 4 . (Çıxarılıb )
v[5]
M a d d ə 5 . Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının
qanunvericiliyin
vi[6]
Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının qanunvericiliyi
Azərbaycan Respublikasının Konstitusiyasından, bu Qanundan, “Televiziya və radio yayımı
haqqında”, ʺMəlumat azadlığı haqqındaʺ, ʺVətəndaşların müraciətlərinə baxılma qaydası
haqqındaʺ, ʺRabitə haqqındaʺ, ʺDövlət sirri haqqındaʺ, ʺMüəlliflik hüququ və əlaqəli hüquqlar
haqqındaʺ Azərbaycan Respublikası qanunlarından, habelə digər müvafiq qanunvericilik
aktlarından ibarətdir.
vii[7]
Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrlə bu Qanun
arasında ziddiyyət yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir.
M a d d ə 6 . Kütləvi informasiya vasitələrinin dili
Azərbaycan Respublikasının ərazisində kütləvi informasiya vasitələri dövlət dilindən
istifadə edirlər.
viii[8]
Azərbaycan Respublikası vətəndaşlarının kütləvi informasiyanın istehsalı və yayımında
Azərbaycan Respublikası əhalisinin danışdığı başqa dillərdən, habelə dünyada geniş yayılmış
digər dillərdən istifadə etmək hüququ vardır.
ix[9]
M a d d ə 6 ‐ 1 .
Kütləvi informasiya vasitələrinin maliyyələşdirilməsi
x[10]
Kütləvi informasiya vasitələri qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən
vəsaitlər hesabına maliyyələşdirilə bilər.
I I f ə s i l
KÜTLƏVİ İNFORMASİYA AZADLIĞININ ƏSASLARI
M a d d ə 7 . Senzuranın yolverilməzliyi
Kütləvi informasiya vasitələri üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi
dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir.
Məlumatın və ya müsahibənin müəllifi olduqları hallardan başqa, dövlət orqanlarının,
bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, vəzifəli şəxslərin, habelə
siyasi partiyaların kütləvi informasiya vasitələrində yayılan məlumat və materialların