Microsoft Word kiv haqqinda qanun doc



Yüklə 397,61 Kb.
Pdf görüntüsü
səhifə9/12
tarix26.08.2018
ölçüsü397,61 Kb.
#64611
növüQaydalar
1   ...   4   5   6   7   8   9   10   11   12

                                                                                                                                                             

Azərbaycan  Respublikası  mülki  qanunvericiliyinə  uyğun  olaraq  məhkəmə  tərəfindən 

müəyyənləşdirilir.  Lakin,  müəyyənləşdirilmiş  maddi  və  mənəvi  zərərin  son  həddi  kütləvi 

informasiya vasitəsinin üç aylıq orta maliyyə xərclərindən çox ola bilməz. 

Müvafiq icra hakimiyyəti orqanı: 

1)  dövri  mətbu  nəşr  bu  Qanunun  3‐cü  maddəsinin  beşinci  abzasının  tələblərini  yerinə 

yetirmədikdə; 

2)  dövlətin  bütövlüyünə,  ölkənin  təhlükəsizliyinə  və  ictimai  asayişə  ciddi  zərbə  vuran 

çağırışlar və ya informasiyalar, habelə pornoqrafik materiallar dərc etdikdə (efirə verdikdə); 

3)  kütləvi  informasiya  vasitəsinin  xarici  ölkənin  dövlət  orqanı,  fiziki  və  ya  hüquqi  şəxsi 

tərəfindən qanuna zidd şəkildə maliyyələşdirildiyi müəyyənləşdirildikdə; 

4)  kütləvi  informasiya  vasitəsi  məhkəmənin  qərarı  ilə  qərəzli  yazılara  görə  il  ərzində  üç  dəfə 

məsuliyyətə  cəlb  edildikdə  onun  istehsalına  və  yayımına  xitam  verilməsi  barədə  məhkəmə 

qarşısında iddia qaldırır.  

 

xxiv[24]

  13  yanvar  2004‐cü  il  tarixli  588‐IIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 



Respublikasının  Qanunvericilik  Toplusu,  2004‐cü  il,  №  2,  maddə  58)  ilə  21‐ci  maddəyə  ikinci  hissə 

əlavə edilmiş, ikinci‐dördüncü hissələr müvafiq olaraq üçüncü‐beşinci hissələr hesab edilmişdir. 

 

xxv[25]

  28  dekabr  2001‐ci  il  tarixli  247‐IIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 



Respublikasının  Qanunvericilik  Toplusu,  2002‐ci  il,  №  3,  maddə  116)  ilə  21‐ci  maddənin  ikinci 

hissəsindən sonra yeni üçüncü hissə əlavə edilmiş və maddənin müvafiq üçüncü hissəsi dördüncü hissə 

hesab edilmişdir. 

 

xxvi[26]

  13  yanvar  2004‐cü  il  tarixli  588‐IIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 

Respublikasının Qanunvericilik Toplusu, 2004‐cü il, № 2, maddə 58) ilə beşinci hissədə ʺverilişlərdəʺ 

sözü ʺverilişlərin (proqramların) əvvəlində və sonunda firma nişanını göstərməklə, yaxudʺ sözləri ilə 

əvəz edilmişdir.  

 

xxvii[27]



 

28  dekabr  2001‐ci  il  tarixli  247‐IIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 



Respublikasının Qanunvericilik Toplusu, 2002‐ci il, № 3, maddə 116) ilə 22‐ci maddədə birinci hissədə 

ʺhüquqi şəxsdir,ʺ sözləri çıxarılmışdır. Əvvəlki redaksiyada deyilirdi: 

Redaksiya  hüquqi  şəxsdir,  öz  fəaliyyətini  peşə  müstəqilliyi  və  nizamnamə  əsasında  həyata 

keçirir 

 

xxviii[28]

  28  dekabr  2001‐ci  il  tarixli  247‐IIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 



Respublikasının Qanunvericilik Toplusu, 2002‐ci il, № 3, maddə 116) ilə 22‐ci maddədə ikinci hissədə 

ʺRedaksiyaʺ sözündən sonra ʺhüquqi şəxs,ʺ sözləri əlavə edilmişdir. 

 

xxix[29]

  28  dekabr  2001‐ci  il  tarixli  247‐IIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 



Respublikasının Qanunvericilik Toplusu, 2002‐ci il, № 3, maddə 116) ilə 22‐ci maddəyə üçüncü hissə 

əlavə edilmişdir. 

 

 

xxx[30]



 

28  dekabr  2001‐ci  il  tarixli  247‐IIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 



Respublikasının  Qanunvericilik  Toplusu,  2002‐ci  il,  №  3,  maddə  116)  ilə  23‐cü  maddə  çıxarılmışdır. 

Əvvəlki redaksiyada deyilirdi:   

M a d d ə   2 3 .

 Redaksiyanın nizamnaməsi 

 

Redaksiyanın  nizamnaməsi  kollektivin  azı  üçdə  iki  hissəsinin  iştirakı  ilə  keçirilən  yığıncaqda 

səs çoxluğu ilə qəbul olunur və təsisçi tərəfindən təsdiq edilir. 

Nizamnamədə  mətbu  nəşrin  proqram  istiqamətləri,  redaksiyanın  fəaliyyətinin  istehsalat, 

maliyyə və digər şərtləri müəyyən edilir.  



                                                                                                                                                             

Nizamnamədə  aşağıdakılar  nəzərdə  tutulmalıdır:  mətbu  nəşrin  təsisçisi  (həmtəsisçisi)  barədə 

məlumatlar,  nəşrin  adı  və  növü,  dövriliyi,  idarəetmə  orqanları,  onların  yaradılma  qaydası, 

təsisçinin,  redaksiyanın,  baş  redaktorun  (redaktorun)  qarşılıqlı  hüquq  və  vəzifələri,  jurnalist 

kollektivinin  səlahiyyətləri,  baş  redaktorun  (redaktorun),  redaksiya  heyətinin  təyin  olunması 

(seçilməsi) qaydası, redaksiyanın ünvanı, mətbu nəşrin yenidən təşkili, dayandırılması və ya dövri 

nəşrin ləğvi, əmlakın və mənfəətin bölüşdürülməsi qaydaları və sair.  

Redaksiyanın  nizamnaməsi  kütləvi  informasiya  vasitələri  haqqında  qanunvericiliyin 

tələblərinə zidd olmamalıdır.  

Redaksiya kollektivi on nəfərdən az olan mətbu nəşrlərdə nizamnamə tərtib edilməsi məcburi 

deyildir.  Bu  halda  baş  redaktorla  (redaktorla)  təsisçi  arasında  bağlanmış  müqavilə  nizamnaməni 

əvəz edir. 

 

xxxi[31]

 

28  dekabr  2001‐ci  il  tarixli  247‐IIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 



Respublikasının  Qanunvericilik  Toplusu,  2002‐ci  il,  №  3,  maddə  116)  ilə  24‐cü  maddə  çıxarılmışdır. 

Əvvəlki redaksiyada deyilirdi:   



 

M a d d ə   2 4 .



 Baş redaktor (redaktor)

 

Mətbu  nəşrin  redaksiyasına  baş  redaktor  (redaktor)  rəhbərlik  edir.  Baş  redaktor  (redaktor) 

vəzifəyə  təsisçi  (həmtəsisçi)  tərəfindən  təyin  edilir  və  ya  redaksiya  nizamnaməsində  nəzərdə 

tutulmuş qaydada kollektiv tərəfindən seçilir. Baş redaktorun (redaktorun) vəzifəyə qoyulması və 

vəzifədən  azad  edilməsi  bu  Qanuna  və  əmək  qanunvericiliyinin  tələblərinə  uyğun  aparılmalıdır. 

Baş redaktor (redaktor) aşağıdakı tələblərə cavab verməlidir: 

Azərbaycan Respublikasının vətəndaşı olmalıdır; 

Azərbaycan Respublikasında daimi yaşamalıdır; 

ali təhsilli olmalıdır. 

 

xxxii[32]



 

28  dekabr  2001‐ci  il  tarixli  247‐IIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 



Respublikasının  Qanunvericilik  Toplusu,  2002‐ci  il,  №  3,  maddə  116)  ilə  25‐ci  maddə  çıxarılmışdır. 

Əvvəlki redaksiyada deyilirdi:   

M a d d ə   2 5 .

 Baş redaktorun (redaktorun) səlahiyyətləri 

 

Baş redaktor (redaktor): 

mətbu nəşrin işinə rəhbərlik edir; 

təsisçi  (həmtəsisçi),  dövlət  orqanları,  bələdiyyələr,  idarə,  müəssisə  və  təşkilatlarla,  vəzifəli 

şəxslər və vətəndaşlarla münasibətlərdə redaksiyanı təmsil edir; 

məhkəmələrdə  redaksiyanın  adından  iddiaçı  və  cavabdeh  qismində  çıxış  edir,  yaxud  bu 

hüququ təyin etdiyi şəxsə verir; 

redaksiyanın adından etibarnamələr verir; 

əmək müqaviləsi və digər müqavilələr bağlayır; 

mətbu nəşrin istehsalı ilə əlaqədar son qərar qəbul edir; 

buraxılışın çapına icazə verir, yaxud bu hüququ təyin etdiyi şəxsə həvalə edir; 

işçiləri mükafatlandırır, lazım gələndə intizam tənbehi verir; 

nizamnamədə başqa hal nəzərdə tutulmayıbsa, işçiləri işə götürür və işdən çıxarır; 

mətbu nəşrdə çap olunan materialların bu Qanunun tələblərinə uyğun hazırlanmasına nəzarət 

edir; 

redaksiya nizamnaməsi ilə müəyyən edilmiş digər vəzifələri yerinə yetirir. 



 

 

xxxiii[33]

  28  dekabr  2001‐ci  il  tarixli  247‐IIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 

Respublikasının  Qanunvericilik  Toplusu,  2002‐ci  il,  №  3,  maddə  116)  ilə  26‐cı  maddənin  üçüncü 



Yüklə 397,61 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə