Həmçinin redaksiya (redaktor, baş redaktor) ilə naşir, təsisçi və nəşr öz aralarında digər
müqavilələr də bağlaya bilərlər.
M a d d ə 2 1 .
Kütləvi informasiya vasitələrinin istehsalı və yayımı Azərbaycan Respublikasının hüquqi və
fiziki şəxslərinin sponsorluğu ilə maliyyələşdirilə bilər. Reklamı qadağan edilmiş məhsulların
istehsalçılarının və satışını həyata keçirən şəxslərin sponsorluğuna yol verilmir.
Teleradio yayımında xəbərlərin buraxılışı və siyasi informasiya proqramları sponsorların
maliyyə köməyi ilə hazırlana bilməz.
xxiv[24]
Xarici ölkələrin hüquqi və fiziki şəxsləri kütləvi informasiya vasitələrinə qismən (mətbu
nəşrin ayrıca saylarına, yaxud verilişlərə) sponsorluq edə bilərlər.
Kütləvi informasiya vasitələrinə sponsorluq aparıcının və jurnalistin müstəqilliyinə təsir edə
bilməz.
xxv[25]
Sponsorun maliyyə yardımı ilə hazırlanmış dövri mətbu nəşrlərdə bu barədə məlumat çap
olunmalı, verilişlərin (proqramların) əvvəlində və sonunda firma nişanını göstərməklə, yaxud
titrlər və ya diktor mətni vasitəsilə açıq informasiya verilməlidir. Tərəflər arasında bağlanmış
müqavilədə sponsorun elan edilməsinin başqa üsulla da müəyyən edilə bilər.
xxvi[26]
I V f ə s i l
MƏTBU NƏŞRİN İSTEHSALININ HÜQUQİ ƏSASLARI
M a d d ə 2 2 . Mətbu nəşrin redaksiyası
Redaksiya öz fəaliyyətini peşə müstəqilliyi və nizamnamə əsasında həyata keçirir
.
xxvii[27]
Redaksiya hüquqi şəxs, dövri mətbu nəşrin təsisçisi, əmlakının mülkiyyətçisi, naşiri və
yayıcısı ola bilər.
xxviii[28]
Mətbu nəşrin redaktoru (baş redaktoru) ali təhsilli və Azərbaycan Respublikası vətəndaşı
olmalıdır.
xxix[29]
M a d d ə 2 3 . (
Ç ı x a r ı l ı b )
xxx[30]
M a d d ə 2 4 . (
Ç ı x a r ı l ı b )
xxxi[31]
M a d d ə 2 5 . (
Ç ı x a r ı l ı b )
xxxii[32]
M a d d ə 2 6 . Çap məhsullarının yayılma qaydası
Mətbu nəşrlərin çap məhsulları bilavasitə redaksiya, naşir, yaxud müqavilə əsasında rabitə
müəssisələri, başqa təşkilatlar, habelə vətəndaşlar tərəfindən yayıla bilər.
Mətbu nəşrlərin çap məhsullarının yayılması, bundan ötrü haqq alınırsa, kommersiya
sayılır. Qeyri‐kommersiya qaydasında yayılmaq üçün nəzərdə tutulmuş məhsulun üzərində
ʺPulsuzʺ qeydi olur və belə məhsul kommersiya yolu ilə yayılma predmeti hesab edilmir.
Məhkəmənin qərarı yoxdursa, kütləvi informasiya vasitəsi məhsulunun yayılmasına mane
olmağa, o cümlədən onun tirajının, yaxud tirajının bir hissəsinin müsadirə edilməsinə yol
verilmir.
xxxiii[33]
M a d d ə 2 7 . Çap məhsullarının yayılmasına qadağa qoyulmasının xüsusi halları
Dövlətin bütövlüyünə və ölkənin təhlükəsizliyinə ciddi zərbə vuran informasiyalar, habelə
pornoqrafik materiallar dərc edilən xarici mətbu nəşrlərin Azərbaycan Respublikasının
ərazisinə gətirilməsinə və yayılmasına məhkəmənin qərarı ilə qadağa qoyula bilər.
Məhkəmə bu maddənin birinci hissəsinin tələblərinə zidd olaraq mətbu nəşrin artıq
paylanmış məhsulunu satışdan yığışdırmaq barədə operativ qərar qəbul edə bilər.
xxxiv[34]
(Çıxarılıb)
xxxv[35]
M a d d ə 2 8 . İstinad məlumatı
Mətbu nəşrin hər buraxılışında bu məlumatlar olmalıdır:
1) nəşrin adı;
2) təsisçi (həmtəsisçi) barədə məlumat;
3) baş redaktorun (redaktorun) soyadı və adı;
4) sıra sayı və çapdan çıxdığı tarix, çapa imzalanma vaxtı (qrafiklə təyin olunmuş və faktiki
vaxt);
5) rabitə idarələri vasitəsilə yayılan nəşrlərin indeksi;
6) tiraj;
7) qiymət (nəşr kommersiya qaydasında yayılırsa), yaxud ʺSərbəst qiymətʺ və ya ʺPulsuzʺ
qeydləri;
8) redaksiyanın və dövri nəşrin çap olunduğu mətbəənin ünvanları.
xxxvi[36]
İstinad məlumatının göstərilmədiyi kütləvi informasiya vasitələri məhsullarının çapı və
yayılması, habelə istinad məlumatlarının qəsdən yanlış göstərilməsi
qadağan edilir.
xxxvii[37]
M a d d ə 2 9 . Məcburi nüsxələr
Dövri mətbu nəşrlərin, o cümlədən dövlət qeydiyyatına alınmaqdan azad edilən nəşrlərin
pulsuz məcburi nüsxələri, tirajın ilk buraxılışı hazırlanan kimi nəşriyyat tərəfindən təsisçiyə,
dövlət arxivinə, Milli Kitabxanaya, Kitab Palatasına, Azərbaycan Mətbuat Şurasına,
qanunvericilik və müvafiq icra hakimiyyəti orqanlarının kitabxanalarına göndərilir.
xxxviii[38]
M a d d ə 3 0 . ( Ç ı x a r ı l ı b )
xxxix[39]
M a d d ə 3 1 . ( Ç ı x a r ı l ı b )
xl[40]
M a d d ə 3 2 . Redaksiya materiallarının saxlanması
Mətbu nəşr redaksiyalarının materialları (əlyazmaları, məktublar, lent yazıları və s.) bir il
müddətində saxlanılır.
Materialların saxlanma qaydaları mətbu nəşr redaksiyaları tərəfindən müəyyənləşdirilir.
V f ə s i l
( Ç ı x a r ı l ı b )
xli[ 4 1 ]
V I f ə s i l
İNFORMASİYAYA DÜZƏLİŞ, TƏKZİB VƏ CAVAB VERİLMƏSİ
M a d d ə 4 4 . Təkzib, düzəliş və cavab vermək hüququ
Kütləvi informasiya vasitəsində fiziki və hüquqi şəxslərin şərəf və ləyaqətini ləkələyən,
böhtan və təhqir xarakterli məlumatlar verildikdə, fikirlər təhrif olunduqda fiziki şəxsin
özünün və ya nümayəndəsinin, hüquqi şəxsin rəhbərlərinin, yaxud səlahiyyətli
nümayəndəsinin həmin kütləvi informasiya vasitəsində bir ay müddətində cavab vermək,
həqiqətə uyğun olmayan məlumatın təkzib olunmasını, düzəliş verilməsini, habelə üzr
istənilməsini tələb etmək, yaxud birbaşa məhkəməyə müraciət etmək hüququ vardır.
xlii[42]