Microsoft Word kiv haqqinda qanun doc



Yüklə 397,61 Kb.
Pdf görüntüsü
səhifə4/12
tarix26.08.2018
ölçüsü397,61 Kb.
#64611
növüQaydalar
1   2   3   4   5   6   7   8   9   ...   12

Həmçinin  redaksiya  (redaktor,  baş  redaktor)  ilə  naşir,  təsisçi  və  nəşr  öz  aralarında  digər 

müqavilələr də bağlaya bilərlər.  

M a d d ə   2 1 .  Kütləvi informasiya vasitələrinə sponsorluq 

Kütləvi informasiya vasitələrinin istehsalı və yayımı Azərbaycan Respublikasının hüquqi və 

fiziki  şəxslərinin  sponsorluğu  ilə  maliyyələşdirilə  bilər.  Reklamı  qadağan  edilmiş  məhsulların 

istehsalçılarının və satışını həyata keçirən şəxslərin sponsorluğuna yol verilmir. 

Teleradio  yayımında  xəbərlərin  buraxılışı  və  siyasi  informasiya  proqramları  sponsorların 

maliyyə köməyi ilə hazırlana bilməz. 

xxiv[24]

 

Xarici  ölkələrin  hüquqi  və  fiziki  şəxsləri  kütləvi  informasiya  vasitələrinə  qismən  (mətbu 



nəşrin ayrıca saylarına, yaxud verilişlərə) sponsorluq edə bilərlər.  

Kütləvi informasiya vasitələrinə sponsorluq aparıcının və jurnalistin müstəqilliyinə təsir edə 

bilməz.

 

xxv[25]



 

Sponsorun maliyyə yardımı ilə hazırlanmış dövri mətbu nəşrlərdə bu barədə məlumat çap 

olunmalı,  verilişlərin  (proqramların)  əvvəlində  və  sonunda  firma  nişanını  göstərməklə,  yaxud 

titrlər  və  ya  diktor  mətni  vasitəsilə  açıq  informasiya  verilməlidir.  Tərəflər  arasında  bağlanmış 

müqavilədə sponsorun elan edilməsinin başqa üsulla da müəyyən edilə bilər. 

xxvi[26]


 

I V   f ə s i l  



MƏTBU NƏŞRİN İSTEHSALININ HÜQUQİ ƏSASLARI 

M a d d ə   2 2 .  Mətbu nəşrin redaksiyası



 

Redaksiya öz fəaliyyətini peşə müstəqilliyi və nizamnamə əsasında həyata keçirir

xxvii[27]



 

Redaksiya  hüquqi  şəxs,  dövri  mətbu  nəşrin  təsisçisi,  əmlakının  mülkiyyətçisi,  naşiri  və 

yayıcısı ola bilər. 

xxviii[28]

 

Mətbu  nəşrin  redaktoru  (baş  redaktoru)  ali  təhsilli  və  Azərbaycan  Respublikası  vətəndaşı 



olmalıdır. 

xxix[29]


 

M a d d ə   2 3 . (



Ç ı x a r ı l ı b )

xxx[30]


 

M a d d ə   2 4 . (



Ç ı x a r ı l ı b )

xxxi[31]


 

M a d d ə   2 5 . (



Ç ı x a r ı l ı b )

xxxii[32]



 

M a d d ə   2 6 .  Çap məhsullarının yayılma qaydası 

Mətbu nəşrlərin çap məhsulları bilavasitə redaksiya, naşir, yaxud müqavilə əsasında rabitə 

müəssisələri, başqa təşkilatlar, habelə vətəndaşlar tərəfindən yayıla bilər. 

Mətbu  nəşrlərin  çap  məhsullarının  yayılması,  bundan  ötrü  haqq  alınırsa,  kommersiya 

sayılır.  Qeyri‐kommersiya  qaydasında  yayılmaq  üçün  nəzərdə  tutulmuş  məhsulun  üzərində 

ʺPulsuzʺ qeydi olur və belə məhsul kommersiya yolu ilə yayılma predmeti hesab edilmir. 

Məhkəmənin qərarı yoxdursa, kütləvi informasiya vasitəsi məhsulunun yayılmasına mane 

olmağa,  o  cümlədən  onun  tirajının,  yaxud  tirajının  bir  hissəsinin  müsadirə  edilməsinə  yol 

verilmir. 

xxxiii[33]

 

M a d d ə   2 7 .  Çap məhsullarının yayılmasına qadağa qoyulmasının xüsusi halları  



Dövlətin bütövlüyünə və ölkənin təhlükəsizliyinə ciddi zərbə vuran informasiyalar, habelə 

pornoqrafik  materiallar  dərc  edilən  xarici  mətbu  nəşrlərin  Azərbaycan  Respublikasının 

ərazisinə gətirilməsinə və yayılmasına məhkəmənin qərarı ilə qadağa qoyula bilər. 



Məhkəmə  bu  maddənin  birinci  hissəsinin  tələblərinə  zidd  olaraq  mətbu  nəşrin  artıq 

paylanmış məhsulunu satışdan yığışdırmaq barədə operativ qərar qəbul edə bilər. 

xxxiv[34]

 

(Çıxarılıb)



xxxv[35]

 

M a d d ə   2 8 .  İstinad məlumatı 



Mətbu nəşrin hər buraxılışında bu məlumatlar olmalıdır: 

1) nəşrin adı; 

2) təsisçi (həmtəsisçi) barədə məlumat; 

3) baş redaktorun (redaktorun) soyadı və adı; 

4) sıra sayı və çapdan çıxdığı tarix, çapa imzalanma vaxtı (qrafiklə təyin olunmuş və faktiki 

vaxt); 


5) rabitə idarələri vasitəsilə yayılan nəşrlərin indeksi; 

6) tiraj; 

7)  qiymət  (nəşr  kommersiya  qaydasında  yayılırsa),  yaxud  ʺSərbəst  qiymətʺ  və  ya  ʺPulsuzʺ 

qeydləri; 

8) redaksiyanın və dövri nəşrin çap olunduğu mətbəənin ünvanları.

 xxxvi[36]

 

İstinad  məlumatının  göstərilmədiyi  kütləvi  informasiya  vasitələri  məhsullarının  çapı  və 



yayılması, habelə istinad məlumatlarının qəsdən yanlış göstərilməsi qadağan edilir. 

xxxvii[37]

 

M a d d ə   2 9 .  Məcburi nüsxələr 



Dövri  mətbu  nəşrlərin,  o  cümlədən  dövlət  qeydiyyatına  alınmaqdan  azad  edilən  nəşrlərin 

pulsuz  məcburi  nüsxələri,  tirajın  ilk  buraxılışı  hazırlanan  kimi  nəşriyyat  tərəfindən  təsisçiyə, 

dövlət  arxivinə,  Milli  Kitabxanaya,  Kitab  Palatasına,  Azərbaycan  Mətbuat  Şurasına, 

qanunvericilik və müvafiq icra hakimiyyəti orqanlarının kitabxanalarına göndərilir. 

xxxviii[38]

 

M a d d ə   3 0 . ( Ç ı x a r ı l ı b )



xxxix[39]

 

M a d d ə   3 1 . ( Ç ı x a r ı l ı b )



 

xl[40]


 

M a d d ə   3 2 .  Redaksiya materiallarının saxlanması 

Mətbu  nəşr  redaksiyalarının  materialları  (əlyazmaları,  məktublar,  lent  yazıları  və  s.)  bir  il 

müddətində saxlanılır. 

Materialların saxlanma qaydaları mətbu nəşr redaksiyaları tərəfindən müəyyənləşdirilir. 

V   f ə s i l    

Ç ı x a r ı l ı b )

xli[ 4 1 ]

   

V I   f ə s i l  



İNFORMASİYAYA DÜZƏLİŞ, TƏKZİB VƏ CAVAB VERİLMƏSİ 

M a d d ə   4 4 .  Təkzib, düzəliş və cavab vermək hüququ



 

Kütləvi  informasiya  vasitəsində  fiziki  və  hüquqi  şəxslərin  şərəf  və  ləyaqətini  ləkələyən, 

böhtan  və  təhqir  xarakterli  məlumatlar  verildikdə,  fikirlər  təhrif  olunduqda  fiziki  şəxsin 

özünün  və  ya  nümayəndəsinin,  hüquqi  şəxsin  rəhbərlərinin,  yaxud  səlahiyyətli 

nümayəndəsinin  həmin  kütləvi  informasiya  vasitəsində  bir  ay  müddətində  cavab  vermək, 

həqiqətə  uyğun  olmayan  məlumatın  təkzib  olunmasını,  düzəliş  verilməsini,  habelə  üzr 

istənilməsini tələb etmək, yaxud birbaşa məhkəməyə müraciət etmək hüququ vardır. 

xlii[42]


 


Yüklə 397,61 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə