Microsoft Word kiv haqqinda qanun doc



Yüklə 397,61 Kb.
Pdf görüntüsü
səhifə12/12
tarix26.08.2018
ölçüsü397,61 Kb.
#64611
növüQaydalar
1   ...   4   5   6   7   8   9   10   11   12

                                                                                                                                                             

ilə əvəz edilmiş, ʺmüddət keçmişdirsəʺ sözlərindən sonra ʺ(vətəndaşın rəsmi sənədlərlə təsdiq olunan 



xəstəlik, məzuniyyət və ezamiyyə müddətləri istisna olmaqla).ʺ sözləri əlavə edilmişdir. 

 

xlv[45]



 

28  dekabr  2001‐ci  il  tarixli  247‐IIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 



Respublikasının Qanunvericilik Toplusu, 2002‐ci il, № 3, maddə 116) ilə VII fəslin adı yeni redaksiyada 

verilmişdir. Əvvəlki redaksiyada deyilirdi:   

V I I   f ə s i l  

JURNALİSTİN HÜQUQ VƏ VƏZİFƏLƏRİ

 

 



xlvi[46]

  28  dekabr  2001‐ci  il  tarixli  247‐IIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 



Respublikasının  Qanunvericilik  Toplusu,  2002‐ci  il,  №  3,  maddə  116)  ilə  46‐cı    maddə  çıxarılmışdır.  

Maddənin əvvəlki redaksiyasında deyilirdi:  

M a d d ə   4 6 .

 Jurnalistin hüquqları 

 

Jurnalistin aşağıdakı hüquqları vardır: 

1) informasiya axtarmaq, toplamaq, hazırlamaq, istehsal etmək və yaymaq; 

2)  öz  peşə  vəzifəsini  yerinə  yetirməsi  ilə  əlaqədar  dövlət  orqanlarına,  bələdiyyələrə,  idarə, 

müəssisə və təşkilatlara, ictimai birliklərə, siyasi partiyalara, vəzifəli şəxslərə müraciət etmək və ya 

sorğu vermək; 

3)  qanunvericiliklə  nəzərdə  tutulmuş  hallar  istisna  olmaqla,  hər  hansı  faktı  hər  vasitə  ilə,  o 

cümlədən audiovizual vasitələrdən və kino‐foto çəkilişindən istifadə etməklə qeydə almaq; 

4)  əqidəsinə  zidd  olan  məlumat  və  materialları  hazırlamaqdan  və  öz  imzası  ilə  dərc 

etdirməkdən imtina etmək; 

5)  redaktə  zamanı,  onun  fikrincə,  məzmunu  təhrif  olunmuş  məlumat  və  materiallardan  öz 

imzasını çıxarmaq; 

6)  baş  redaktorun  (redaktorun)  və  ya  redaksiyanın  verdiyi  tapşırıq  qanunun  pozulması  ilə 

əlaqədar olduqda belə tapşırıqdan imtina etmək; 

7) hazırladığı materialı öz imzası, təxəllüsü ilə, yaxud imzasız dərc etdirmək; 

8)  jurnalist  vəsiqəsini  təqdim  etməklə  qəza,  təbii  fəlakət  zonalarında,  fövqəladə  vəziyyət  elan 

olunmuş yerlərdə, mitinqlərdə və nümayişlərdə olmaq; 

9) öz imzası ilə dərc edildiyi materiallarda şəxsi fikir söyləmək və qiymət vermək; 

10) qanunla qorunan sirlər istisna olmaqla, sənəd və materiallarla tanış olmaq, onların surətini 

çıxarmaq. 

Jurnalist  həmçinin  Azərbaycan  Respublikasının  kütləvi  informasiya  vasitələri  haqqında 

qanunvericiliyi ilə müəyyənləşdirilmiş digər hüquqlardan da istifadə edə bilər. 

 

xlvii[47]

  28  dekabr  2001‐ci  il  tarixli  247‐IIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 



Respublikasının  Qanunvericilik  Toplusu,  2002‐ci  il,  №  3,  maddə  116)  ilə  47‐ci    maddə  çıxarılmışdır.  

Maddənin əvvəlki redaksiyasında deyilirdi:  

M a d d ə   4 7 .

 Jurnalistin vəzifələri 

 

Jurnalistin aşağıdakı vəzifələri vardır: 

1)  əmək  münasibətlərində olduğu kütləvi  informasiya  vasitəsi  redaksiyasının  nizamnaməsinə 

riayət etmək, onun fəaliyyət proqramını həyata keçirmək; 

2) ona verilən informasiyanın doğru‐dürüstlüyünü yoxlamaq; 

3)  informasiya  ilk  dəfə  elan  edilirsə,  onu  vermiş  şəxslərin  kimliyini  göstərib‐göstərməmək 

barədə onların xahişlərini yerinə yetirmək; 

4)  hazırladığı  xəbər  və  materialların  yayılması  ilə  əlaqədar  irəli  sürülə  biləcək  iradlar  və 

qanunla nəzərdə tutulmuş digər tələblər barədə baş redaktorla (redaktora) məlumat vermək; 



                                                                                                                                                             

5)  öz  imzası,  imzasız  və  ya  təxəllüslə  doğru‐dürüstlüyü  təsdiq  olunmamış,  yaxud  böhtan  və 

təhqir xarakterli informasiya və materialları yaymamaq; 

6) dərc etdirdiyi (efirə verdiyi) mətnlərdə peşə etikasına riayət etmək, dövlətin, vətəndaşların 

və təşkilatların şərəf və ləyaqətinə, qanuni mənafelərinə hörmətlə yanaşmaq; 

7)  peşə  fəaliyyətini  həyata  keçirərkən  təşkilatlarda,  müəssisələrdə  və  rəsmi  tədbirlərdə  tələb 

olunduqda, redaksiya vəsiqəsini və ya şəxsiyyətini, jurnalist səlahiyyətini təsdiq edən digər sənədi 

göstərmək; 

8)  vətəndaşlardan,  vəzifəli  şəxslərdən,  idarə,  müəssisə  və  təşkilatların,  ictimai  birliklərin 

nümayəndələrindən,  siyasi  xadimlərdən  məlumat  alarkən  audio‐video  vasitələrdən  və  kino‐foto 

çəkilişindən istifadə etmək barədə onların razılığını almaq; 

9)  vətəndaşın  şəxsi  həyatı  haqqında  məlumat  yaymaq  barədə  onun  özündən  və  ya  qanuni 

nümayəndəsindən  icazə  almaq  (ictimai  maraqları  müdafiə  etmək  üçün  lazım  olan  hallardan 

başqa); 


10) informasiyanın, yaxud onun mənbəyinin məxfiliyini gözləmək.  

11)  öz  məlumatlarında  konkret  iş  üzrə  məhkəmə  baxışının  nəticələrini  qabaqcadan  müəyyən 

etməmək, yaxud qətnamə və ya hökm qanuni qüvvəyə minənədək məhkəməyə başqa tərzdə təzyiq 

göstərməmək; 

Jurnalist  həmçinin  Azərbaycan  Respublikasının  kütləvi  informasiya  vasitələri  haqqında 

qanunvericiliyi ilə müəyyənləşdirilmiş digər vəzifələr də daşıyır.  

 

xlviii[48]

  28  dekabr  2001‐ci  il  tarixli  247‐IIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 



Respublikasının  Qanunvericilik  Toplusu,  2002‐ci  il,  №  3,  maddə  116)  ilə  48‐ci    maddə  çıxarılmışdır.  

Maddənin əvvəlki redaksiyasında deyilirdi: 



 

M a d d ə   4 8 .



 Gizli lent yazıları 

 

Gizli  audio  və  video  yazılardan,  kino  və  foto  çəkilişindən  istifadə  etməyə  və  ya  hazırlanmış 

məlumat və materialları yaymağa yalnız aşağıdakı hallarda yol verilir: 

1)  şəxsin  və  vətəndaşın  bu  barədə  yazılı  razılığı  varsa,  habelə  kənar  şəxsin  Azərbaycan 

Respublikasının  Konstitusiyası  ilə  müəyyən  edilmiş  hüquq  və  azadlıqlarının  qorunması  üçün 

zəruri tədbirlər görülmüşdürsə; 

2) məhkəmənin qərarı ilə nümayiş etdirilirsə. 

Bu  maddənin  tələblərini  pozaraq  gizli  audio‐video  yazılardan,  kino‐foto  çəkilişindən  istifadə 

olunması  və  onun  yayılması  Azərbaycan  Respublikasının  qanunvericiliyinə  uyğun  şəkildə 

məsuliyyətə səbəb olur. 

 

 

xlix[49]



  28  dekabr  2001‐ci  il  tarixli  247‐IIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 

Respublikasının Qanunvericilik Toplusu, 2002‐ci il, № 3, maddə 116) ilə 49‐cu maddənin 1‐ci bəndində 

ʺ(yaymaqla)ʺ sözü çıxarılmışdır. Əvvəlki redaksiyada deyilirdi:   

1) kütləvi informasiya vasitəsinin məlumat toplamaq, hazırlamaq, redaktə və istehsal etməklə 

(yaymaqla) məşğul olan ştatlı müxbirlərinə; 

 

l[50]

  28  dekabr  2001‐ci  il  tarixli  247‐IIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 

Respublikasının Qanunvericilik Toplusu, 2002‐ci il, № 3, maddə 116) ilə 49‐cu maddənin 2‐ci bəndində 

ʺtapşırıqlarınıʺ sözündən sonra ʺmüntəzəmʺ sözü əlavə edilmişdir. 

 

li[51]

  28  dekabr  2001‐ci  il  tarixli  247‐IIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 



Respublikasının  Qanunvericilik  Toplusu,  2002‐ci  il,  №  3,  maddə  116)  ilə  50‐ci  maddənin  üçüncü 

hissəsində ʺredaksiyaʺ sözündən sonra ʺtərəfindənʺ sözü əlavə edilmiş, ʺqaydalarını pozduqda,ʺ sözləri 

ʺqaydaları  pozulmuşdursa,  yaxudʺ  sözləri  ilə,  ʺyaydıqdaʺ  sözü  ʺyayılmışdırsa  və  bu  məhkəmənin 

qanuni qüvvəyə minmiş qətnaməsi ilə təsdiq olunmuşdursaʺ sözləri ilə əvəz edilmişdir. 



                                                                                                                                                             

 

lii[52]

  4  mart  2005‐ci  il  tarixli  856‐IIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 

Respublikasının  Qanunvericilik  Toplusu,  2005‐ci  il,  №  4,  maddə  278)  ilə  50‐ci  maddəyə  beşinci  hissə 

əlavə edilmişdir. 

 

liii[53]

 

28  dekabr  2001‐ci  il  tarixli  247‐IIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 



Respublikasının Qanunvericilik Toplusu, 2002‐ci il, № 3, maddə 116) ilə IX fəsil çıxarılmışdır. Əvvəlki 

redaksiyada deyilirdi: 



I X   f ə s i l  

KÜTLƏVİ İNFORMASİYA VASİTƏLƏRİNİN İQTİSADİ ƏSASLARI 

M a d d ə   5 4 .



  Kütləvi  informasiya  vasitələrinin  maliyyələşdirmə 

mənbələri 

Kütləvi informasiya vasitələri: 

təsisçinin vəsaiti; 

satışdan əldə olunan gəlirlər; 

sponsorun ayırdığı vəsaitlər; 

ayrı‐ayrı vətəndaşların və hüquqi şəxslərin ianələri; 

reklamdan əldə olunan gəlirlər; 

kütləvi informasiya vasitələri redaksiyalarının sahibkarlıq fəaliyyətindən əldə etdikləri gəlirlər; 

qanunla qadağan olunmayan digər vəsaitlər hesabına maliyyələşdirilə bilər. 

M a d d ə   5 5  (Çıxarılıb)  

M a d d ə   5 6 .

 Gömrük güzəştləri

 

Kütləvi  informasiya  vasitələri,  kütləvi  informasiya  vasitələri  məhsullarının  ixracına,  habelə 

fəaliyyətlərinin  təşkili  üçün  idxal  etdikləri  avadanlıq,  zəruri  xammal  və  digər  vasitələrə  görə 

gömrük rüsumundan azaddır. 

M a d d ə   5 7 .

  Güzəştlərin  şamil  edilmədiyi  kütləvi  informasiya 

vasitələri

 

Bu  Qanunla  müəyyən  edilmiş  güzəştlər  reklam  üzrə  ixtisaslaşmış  və  digər  kommersiya 

məqsədli kütləvi informasiya vasitələrinə, eləcə də təbii inhisarçılara şamil edilmir. 

 

liv[54]

  28  dekabr  2001‐ci  il  tarixli  247‐IIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 

Respublikasının  Qanunvericilik  Toplusu,  2002‐ci  il,  №  3,  maddə  116)  ilə  58‐ci  maddə  çıxarılmışdır. 

Əvvəlki redaksiyada deyilirdi: 

M a d d ə   5 8 .

 Məsuliyyətin şamil edildiyi subyektlər 

 

Bu Qanunun tələblərinin pozulmasına görə: 

təsisçilər;  

redaksiyalar (məsul redaktorlar); 

naşirlər; 

yayıcılar; 

dövlət orqanları; 

bələdiyyələr;  

idarə, müəssisə və təşkilatlar; 

ictimai birliklər; 

siyasi partiyalar; 

vəzifəli şəxslər; 

jurnalistlər; 



                                                                                                                                                             

müəlliflər; 

informasiya  mənbəyinin  sahibləri  qanunvericiliklə  müəyyən  edilmiş  qaydada  məsuliyyət 

daşıyırlar. 

Kütləvi  informasiya  vasitəsinin  məlumatın  dərc  olunmasına  (efirə  buraxılmasına)  məsul 

redaktoru  istintaqda  və  ya  məhkəmə  icraatında  olan  işlə  əlaqədar,  qanunla  müəyəyn  edilmiş 

hallardan  başqa,  informasiya  mənbəyini  açıqlamağa  məcbur  edilə  bilməz.  Bu  halda  müəllifi 

açıqlanmayan  təsvirə,  məqaləyə,  şəklə  və  ya  karikaturaya  görə  məsuliyyət  buraxılışa  məsul 

redaktorun üzərinə düşür. 

 

lv[55]

  28  dekabr  2001‐ci  il  tarixli  247‐IIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 

Respublikasının  Qanunvericilik  Toplusu,  2002‐ci  il,  №  3,  maddə  116)  ilə  59‐cu  maddənin  dördüncü 

abzası çıxarılmışdır. Əvvəlki redaksiyada deyilirdi: 

kütləvi  informasiya  vasitəsinin  istehsalını  və  yayımını  qeyri‐qanuni  dayandırmaq,  yaxud  ona 

xitam vermək; 

 

lvi[56]

  28  dekabr  2001‐ci  il  tarixli  247‐IIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 



Respublikasının  Qanunvericilik  Toplusu,  2002‐ci  il,  №  3,  maddə  116)  ilə  59‐cu  maddənin  altıncı 

abzasında  ʺinformasiyadanʺ  sözü  ʺinformasiyanı  çap  etdirməkdən  (efirə  verməkdən)ʺ  sözləri  ilə  əvəz 

edilmişdir. 

 

lvii[57]

 

28  dekabr  2001‐ci  il  tarixli  247‐IIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 



Respublikasının Qanunvericilik Toplusu, 2002‐ci il, № 3, maddə 116) ilə 61‐ci maddənin 3‐cü bəndində 

ʺkütləvi informasiya vasitəsiʺ sözləri ʺçapʺ sözü ilə əvəz edilmişdir. 

 

lviii[58]

  28  dekabr  2001‐ci  il  tarixli  247‐IIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 

Respublikasının  Qanunvericilik  Toplusu,  2002‐ci  il,  №  3,  maddə  116)  ilə  61‐ci  maddənin  10‐cu 

bəndində ʺqərardan, yaxudʺ sözləri çıxarılmışdır. Əvvəlki redaksiyada deyilirdi: 

 10)  istehsalın  və  yayımın  dayandırılması  və  ya  ona  xitam  verilməsi  barədə  qərardan,  yaxud 

məhkəmə qətnaməsindən sonra redaksiya və nəşriyyat kütləvi informasiya vasitəsinin məhsulunu 

qeyri‐qanuni  hazırladıqda  və  yaydıqda  ‐  naşir,  yayıcı  və  redaksiya  (redaktor,  baş  redaktor) 

Azərbaycan  Respublikasının  qanunvericiliyinə  müvafiq  surətdə  mülki,  inzibati,  cinayət  və  digər 

məsuliyyət daşıyırlar. 

 

 



28  dekabr  2001‐ci  il  tarixli  247‐IIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 

Respublikasının  Qanunvericilik  Toplusu,  2002‐ci  il,  №  3,  maddə  116)  ilə  4‐cü,  5‐ci,  6‐cı,  7‐ci  və  9‐cu 

bəndləri çıxarılmış, 8‐ci və 10‐cu bəndləri müvafiq olaraq 4‐cü və 5‐ci bəndlər hesab edilmişdir. Əvvəlki 

redaksiyada deyilirdi: 

4)  teleradio  proqramların  təmiz  qəbul  edilməsinə  süni  maneələr  yaradıldıqda  ‐  dövlət 

orqanları, idarə, müəssisə və təşkilatlar; 

5) teleradio təşkilatının razılığı olmadan onun verilişlərindən (proqramlarından) bu Qanunun 

tələblərinə zidd şəkildə istifadə etdikdə, mülkiyyətçidən icazəsiz teleradio təşkilatının verilişlərini 

köçürüb  çoxaltdıqda  və  satdıqda,  kütləvi  şəkildə  nümayiş  etdirdikdə  ‐  vətəndaşlar,  teleradio 

təşkilatları; 

6)  mövcud  konstitusiyalı  dövlət  quruluşunu  zorakılıqla  devirməyə,  dövlətin  bütövlüyünə  və 

ölkənin təhlükəsizliyinə qəsd etməyə, müharibəni, zorakılığı və qəddarlığı, milli, irqi, sosial ədavəti 

təbliğ  etməyə  görə  ‐  bilərəkdən,  yaxud  səhlənkarlıq  üzündən  informasiyanı  çap  edən  jurnalist 

(müəllif) və ya məsul redaktor, habelə informasiya mənbəyinin sahibi; 

7)  kənar  şəxsin  və  ya  kütləvi  informasiya  vasitəsi  olmayan  təşkilatın  xeyrinə  informasiya 

toplamağa görə ‐ jurnalist; 



                                                                                                                                                             

8) xarici ölkələrin dövlət orqanlarının, hüquqi və fiziki şəxslərinin Azərbaycan Respublikasının 

ərazisində  istehsal  olunan  (yayımlanan)  kütləvi  informasiya  vasitələrini  qanuna  zidd  şəkildə 

maliyyələşdirmələrinə yol verdiklərinə görə ‐ təsisçi və baş redaktor (redaktor);  

9)  bu  Qanunun  24‐cü  maddəsinin  tələblərini  pozaraq  baş  redaktor  (redaktor)  təyin  etdiyinə 

görə ‐ təsisçi (həmtəsisçi, mülkiyyətçi); 

10)  istehsalın  və  yayımın  dayandırılması  və  ya  ona  xitam  verilməsi  barədə  məhkəmə 

qətnaməsindən  sonra  redaksiya  və  nəşriyyat  kütləvi  informasiya  vasitəsinin  məhsulunu  qeyri‐

qanuni hazırladıqda və yaydıqda ‐ naşir, yayıcı və redaksiya (redaktor, baş redaktor) Azərbaycan 

Respublikasının  qanunvericiliyinə  müvafiq  surətdə  mülki,  inzibati,  cinayət  və  digər  məsuliyyət 

daşıyırlar.  

 

 



Yüklə 397,61 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə