Microsoft Word kiv haqqinda qanun doc



Yüklə 397,61 Kb.
Pdf görüntüsü
səhifə11/12
tarix26.08.2018
ölçüsü397,61 Kb.
#64611
növüQaydalar
1   ...   4   5   6   7   8   9   10   11   12

                                                                                                                                                             

abonent haqqını müəyyən etmək; 

reklam fəaliyyəti ilə məşğul olmaq; 

öz verilişlərinin proqramını dərc etdirmək; 

kommersiya kanalı açmaq; 

nizamnamə vəzifələrini yerinə yetirmək; 

qanuna zidd olmayan digər fəaliyyətlə məşğul olmaq hüququna malikdir. 

Teleradio təşkilatlarının vəzifələri aşağıdakılardır; 

verilişlərin (proqramların) mövzu əhatəliliyini təmin etmək; 

pornoqrafik materialları yaymamaq; 

başqa teleradio təşkilatlarının verilişlərinin yayılmasına və qəbuluna maneçilik törətməmək; 

vətəndaşların şəxsi həyatına, şərəf və ləyaqətinə hörmətlə yanaşmaq; 

yayım zamanı peşə etikasına riayət etmək. 

Teleradio  təşkilatları  müqavilə  müddəti  başa  çatmamış  birtərəfli  qaydada  abonent  haqqının 

məbləğini artıra bilməzlər. 

M a d d ə  

3 7 .

  Digər  teleradio  təşkilatlarının  verilişlərindən 

(proqramlarından) istifadə

 

Teleradio  təşkilatları  digər  teleradio  təşkilatlarının  verilişlərindən  (proqramlarından)  yalnız 

onların  razılığı  ilə  istifadə  edə  bilərlər.  Mülkiyyətçinin  razılığı  olmadan  teleradio  təşkilatının 

verilişlərinin (proqramlarının) digər teleradio təşkilatları tərəfindən yayımı, köçürülməsi (tirajının 

çoxaldılması), satılması və kütləvi nümayişi qadağandır. 

Başqa  teleradio  təşkilatlarının  verilişlərindən  (proqramlarından)  qısa  fraqmentlər  ‐  hər 

verilişdən  (proqramdan)  20  saniyədən,  hər  filmdən  5  dəqiqədən  çox  olmamaqla,  habelə  tədris 

müəssisələrində istifadə üçün ‐ götürüldükdə razılıq tələb olunmur. 

Verilişlərdən  (proqramlardan)  bu  maddənin  2‐ci  bəndində  nəzərdə  tutulmayan  hallarda 

müvafiq razılıq, alınmadan istifadə etdikdə teleradio təşkilatı vurulmuş zərərin ödənilməsi barədə 

məhkəmə qaydasında iddia qaldıra bilər. 

M a d d ə  

3 8 .

  Yayımın  başlanması  və  teleradio  verilişlərinin 

(proqramların) yayımına icazə

 

teleradio təşkilatı kanal və tezliklərdən istifadə üçün xüsusi razılıq aldığı vaxtdan verilişlərinin 

yayımına başlamaq hüququna malikdir.  

Yayımın  texniki  vasitələrinin  sahibi  və  ya  onun  istismarını  həyata  keçirən  təşkilat  həmin 

vasitələri  kanal  və  tezliklərdən  istifadə  üçün  xüsusi  razılığı  olmayan  teleradio  təşkilatının 

istifadəsinə  verə  bilməz.  Yayım  ancaq  xüsusi  razılıqda  müəyyən  edilmiş  ərazi  daxilində  aparıla 

bilər. 

Verilişlərin  yayımına  teleradio  təşkilatının  rəhbəri  və  ya  onun  təyin  etdiyi  şəxs  (məsul 



redaktor) icazə verir, həmin şəxs verilişlərin keyfiyyətinə və məzmununa görə məsuliyyət daşıyır. 

M a d d ə   3 9 .



 İstinad məlumatları

 

Teleradio  təşkilatı,  gün  ərzində  yayım  aparılırsa,  azı  dörd  dəfə,  başqa  hallarda  isə  yayımın 

əvvəlində  və  sonunda  öz  adını  və  başqa  məlumatları  (çağırış  kodunu,  emblemini  və  s.)  elan 

etməlidir. 

Hər  bir  teleradio  verilişi  (proqramı)  və  ya  onun  təkrarı  efirə  (ekrana)  buraxılarkən  aşağıdakı 

informasiyalar əlavə olunmalıdır: 

1) verilişin (proqramın) adı; 

2) buraxılışın efirə (ekrana) verilmə tarixi; 

3)  müəllifin  və  efirə  (ekrana)  buraxılış  üçün  icazə  vermiş  baş  redaktorun  (redaktorun)  adı  və 

soyadı; 


4) teleradio təşkilatının adı və ünvanı; 

5) teleradio təşkilatının müəyyənləşdirdiyi digər məlumatlar. 




                                                                                                                                                             

M a d d ə  

4 0 .

  Rəsmi  məlumatların  və  digər  informasiyaların 

yayılması

 

Qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının rəsmi məlumatları dövlət teleradio 

təşkilatları tərəfindən dərhal və əvəzsiz olaraq yayımlanır. 

Mülkiyyət  formasından  asılı  olmayaraq  bütün  teleradio  təşkilatları  insanların  həyatı, 

sağlamlığı və yaşayış məntəqələrinin normal fəaliyyəti üçün təhlükə törədən fövqəladə hallar, təbii 

fəlakətlər və qəzalar barədə məlumatları dərhal və pulsuz olaraq əhaliyə çatdırmağa borcludurlar. 

M a d d ə   4 1 .

 Teleradio vasitəsilə seçkiqabağı təbliğat

 

Teleradio  verilişləri  vasitəsilə  seçkiqabağı  təbliğatın  aparılması  qaydaları  Azərbaycan 

Respublikasının müvafiq qanunvericilik aktları ilə müəyyən edilir.  

M a d d ə   4 2 .



 Verilişin (proqramın) materiallarının saxlanılması

 

Teleradio  verilişlərinin  (proqramlarının)  materialları  (qoşma  sənədlər,  əlyazmalar,  məktublar, 

lent yazıları və s.) efirə (ekrana) çıxandan sonra azı bir ay, qeydiyyat jurnalı isə sonuncu qeyddən 

sonra azı bir il müddətində saxlanılır. 

Veriliş  (proqram)  materiallarının  saxlanma  qaydaları  teleradio  təşkilatı  tərəfindən 

müəyyənləşdirilir. 

Qeydiyyat  jurnalında  efirə  (ekrana)  çıxmış  verilişlərin  (proqramların)  tarixi,  vaxtı,  mövzusu, 

müəllifi, aparıcısı və iştirakçıları göstərilməlidir. 

M a d d ə   4 3 .

 Teleradio fəaliyyətinin tənzimlənməsinin əsasları

 

Müvafiq  icra  hakimiyyəti  orqanı  teleradio  təşkilatlarının  fəaliyyətinin  tənzimləyir  və  bu 

Qanunun tələblərinə əməl edilməsi üzərində nəzarəti həyata keçirir. Bu məqsədlə: 

teleradio informasiya fəzasının vahid inkişaf konsepsiyasını hazırlayır və həyata keçirir; 

kanal və tezliklərdən istifadə üçün xüsusi razılıq verir; 

teleradio  təşkilatları  tərəfindən  bu  Qanunun  müddəalarının  və  xüsusi  razılığın  tələblərinin 

yerinə yetirilməsinə nəzarət edir; 

öz səlahiyyəti çərçivəsində teleradio təşkilatlarını fəaliyyətini (kanallardan istifadə qaydalarını 

və şərtlərini) yoxlayır; 

teleradio təşkilatlarının fəaliyyətini iki ayadək müvəqqəti dayandırır; 

teleradio  verilişlərinin  (proqramlarının)  ötürülməsi  üçün  istifadə  olunan  texniki  vasitələrin 

qanunvericiliklə müəyyən olunmuş qaydada və şərtlərə uyğun istismarına nəzarət edir; 

bu Qanunla və digər normativ hüquqi aktlarla müəyyən edilən vəzifələri həyata keçirir. 

 

xlii[42]

  28  dekabr  2001‐ci  il  tarixli  247‐IIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 

Respublikasının  Qanunvericilik  Toplusu,  2002‐ci  il,  №  3,  maddə  116)  ilə  44‐cü  maddənin  birinci 

hissəsində ʺaltıʺ sözü ʺbirʺ sözü ilə əvəz edilmişdir. 

 

xliii[43]

  28  dekabr  2001‐ci  il  tarixli  247‐IIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 

Respublikasının  Qanunvericilik  Toplusu,  2002‐ci  il,  №  3,  maddə  116)  ilə  45‐ci  maddənin  birinci 

hissəsinin  üçüncü  cümləsində  ʺdövri  yayımı  olanʺ  sözləri  ʺyayılanʺ  sözü  ilə,  ʺvaxtdan  10  gün 



müddətindəʺ  sözləri  ʺgündən  sonrakı  nömrədəʺ  sözləri  ilə  əvəz  edilmiş,  ikinci  hissəsinin  birinci 

cümləsində  ʺ10  gündən  gec  olmayaraq  eyni  proqramda,  yaxud  verilişlər  silsiləsində  və  eyni  vaxtdaʺ 

sözləri ʺsonrakı müvafiq verilişdəʺ sözləri ilə əvəz edilmiş, ikinci cümləsində ʺvə ya onunʺ sözlərindən 

sonra ʺsəlahiyyətliʺ sözü əlavə edilmişdir. 

 

xliv[44]

  28  dekabr  2001‐ci  il  tarixli  247‐IIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 



Respublikasının  Qanunvericilik  Toplusu,  2002‐ci  il,  №  3,  maddə  116)  ilə  44‐cü  maddənin  beşinci 

hissəsində ʺ15ʺ rəqəmi ʺ3ʺ rəqəmi ilə əvəz edilmiş, altıncı hissəsinin 6‐cı abzasında ʺaltıʺ sözü ʺbirʺ sözü 




Yüklə 397,61 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə