Microsoft Word kiv haqqinda qanun doc



Yüklə 397,61 Kb.
Pdf görüntüsü
səhifə8/12
tarix26.08.2018
ölçüsü397,61 Kb.
#64611
növüQaydalar
1   ...   4   5   6   7   8   9   10   11   12

                                                                                                                                                             

4)  cinayət  etməkdə  təqsirləndirilən  yetkinlik  yaşına  çatmayanların  və  ya  qanuni 

nümayəndələrinin  razılığı  olmadan  onların  şəxsiyyəti  barədə  hər  hansı  məlumatı  yaymasına  yol 

verilmir. 

Bu  maddənin  3‐cü  bəndinin  tələbləri  jurnalistin  müstəqil  təhqiqat  aparmaq  hüququnu 

məhdudlaşdırmır. 

 

xv[15]

  28  dekabr  2001‐ci  il  tarixli  247‐IIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 



Respublikasının Qanunvericilik Toplusu, 2002‐ci il, № 3, maddə 116)  ilə 13‐cü maddənin ikinci hissəsi 

çıxarılmışdır. Əvvəlki redaksiyada deyilirdi: 

Reklam  xarakterli  məlumat  və  materiallar  üzrə  ixtisaslaşmayan  mətbu  nəşrlərdə  reklam  bir 

nömrənin ümumi həcminin 40 faizindən, teleradio proqramlarda (verilişlərdə) isə ümumi yayımın 

25 faizindən çox olmamalıdır.  

 

xvi[16]

  28  dekabr  2001‐ci  il  tarixli  247‐IIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 

Respublikasının  Qanunvericilik  Toplusu,  2002‐ci  il,  №  3,  maddə  116)  ilə  14‐cü  maddə  yeni  

redaksiyada verilmişdir. Əvvəlki redaksiyada deyilirdi: 

M a d d ə   1 4 .  Kütləvi informasiya vasitəsinin təsis edilməsi 

Kütləvi informasiya vasitələrini dövlət orqanları, bələdiyyələr, siyasi partiyalar (yalnız mətbu 

nəşrlər  üçün),  ictimai  birliklər,  idarə,  müəssisə  və  təşkilatlar,  Azərbaycan  Respublikası  ərazisində 

daimi yaşayan vətəndaşlar təklikdə və ya başqaları ilə birlikdə təsis etmək hüququna malikdirlər. 

Xarici  dövlətlərin  hüquqi  və  fiziki  şəxslərinin  Azərbaycan  Respublikası  ərazisində  kütləvi 

informasiya vasitəsi təsis etməsi Azərbaycan Respublikasının bağladığı dövlətlərarası müqavilə ilə 

tənzimlənir  (xarici  dövlətin  hüquqi  şəxsi  dedikdə  hüquqi  şəxsin  nizamnamə  kapitalının  və  ya 

səhmlərinin 30 faizindən çoxunun xarici dövlətlərin hüquqi şəxslərinə və ya vətəndaşlarına məxsus 

olduqda, və ya təsisçilərinin 1/3 hissəsindən çoxunun xarici dövlətin hüquqi şəxsi və ya vətəndaşı 

olan hüquqi şəxslər başa düşülür).  

Bu  maddənin  ikinci  hissəsində  və  bu  Qanunun  21‐ci  maddəsində  göstərilən,  habelə 

Azərbaycan  Respublikasının  qanunvericiliyi  ilə  nəzərdə  tutulan  digər  hallardan  başqa  xarici 

ölkələrin  dövlət  orqanlarının,  hüquqi  və  fiziki  şəxslərinin  kütləvi  informasiya  vasitələrini 

maliyyələşdirməsinə verilmir. 

Həmçinin: 

məhkəmənin  qanuni  qüvvəyə  minmiş  hökmü  ilə  azadlıqdan  məhrum  etmə  yerlərində  cəza 

çəkən, habelə fəaliyyət qabiliyyətsizliyi məhkəmə tərəfindən təsdiq edilən şəxslər; 

dövlət qeydiyyatından keçməyən, yaxud fəaliyyəti qanunla qadağan olunan ictimai birliklər və 

siyasi partiyalar kütləvi informasiya vasitəsi təsis edə bilməzlər.  

 

xvii[17]



 

19 oktyabr 2007‐ci il tarixli 463‐IIIQD nömrəli Azərbaycan Respublikası Qanunu (Azərbaycan 



Respublikasının  Qanunvericilik  Toplusu,  2007‐ci  il,  №  11,  maddə  1079)  ilə  14‐cü  maddədə  beşinci‐

səkkizinci  hissələr  müvafiq  olaraq  altıncı‐doqquzuncu  hissələr  hesab  edilmişdir  və  maddəyə  yeni 

məzmunda beşinci hissə əlavə edilmişdir. 

 

 



xviii[18]

 

13  yanvar  2004‐cü  il  tarixli  588‐IIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 



Respublikasının  Qanunvericilik  Toplusu,  2004‐cü  il,  №  2,  maddə  58)  ilə  14‐cü  maddəyə  səkkizinci 

hissə əlavə edilmişdir. 



 

xix[19]

  28  dekabr  2001‐ci  il  tarixli  247‐IIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 



Respublikasının  Qanunvericilik  Toplusu,  2002‐ci  il,  №  3,  maddə  116)  ilə  15‐ci  maddə  çıxarılmışdır.  

Əvvəlki redaksiyada deyilirdi: 

M a d d ə   1 5 .  İxtisaslaşmış kütləvi informasiya vasitələri 



                                                                                                                                                             

Cəmiyyətin müəyyən sahələrini daha ətraflı işıqlandırmaq üçün, habelə kommersiya məqsədi 

ilə  ixtisaslaşmış  kütləvi  informasiya  vasitələri  yaradıla  bilər.  Bu  zaman  buraxılışdakı  mətn  və 

fotoların  həcminin  ən  azı  50  faizi  kütləvi  informasiya  vasitəsinin  yaradılmasına  səbəb  olmuş 

məqsədə həsr olunmalıdır. 

İxtisaslaşmış kütləvi informasiya vasitələri: reklam, uşaq və gənclər, informasiya, biznes, sosial, 

texniki, ədəbi‐bədii, idman, sahə (elm, təhsil, incəsənət, təsərrüfat və s.) və digər yönümlü ola bilər. 

 

xx[20]

  28  dekabr  2001‐ci  il  tarixli  247‐IIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 

Respublikasının  Qanunvericilik  Toplusu,  2002‐ci  il,  №  3,  maddə  116)  ilə  16‐cı  maddənin  ikinci 

hissəsində ʺmateriallarıʺ sözündən sonra ʺkütləvi informasiya vasitələrində vəʺ sözləri əlavə edilmişdir. 

 

xxi[21]

 

28  dekabr  2001‐ci  il  tarixli  247‐IIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 



Respublikasının  Qanunvericilik  Toplusu,  2002‐ci  il,  №  3,  maddə  116)  ilə  17‐ci  maddənin  ikinci 

hissəsinin ikinci  cümləsində  ʺredaksiyanınʺ  sözündən  sonra  ʺqeydiyyatdan  keçirilmişʺ  sözləri,  üçüncü 

hissəsində ʺəgərʺ sözündən sonra ʺqeydiyyatdan keçirilmişʺ sözləri əlavə edilmişdir. 

 

xxii[22]

  28  dekabr  2001‐ci  il  tarixli  247‐IIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 

Respublikasının  Qanunvericilik  Toplusu,  2002‐ci  il,  №  3,  maddə  116)  ilə  19‐cu  maddənin  birinci 

hissəsinə ʺyayımıʺ sözündən sonra ʺyalnızʺ sözü əlavə edilmişdir. 

 

xxiii[23]

 

28  dekabr  2001‐ci  il  tarixli  247‐IIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 



Respublikasının  Qanunvericilik  Toplusu,  2002‐ci  il,  №  3,  maddə  116)  ilə  19‐cu  maddənin  ikinci, 

üçüncü,  dördüncü,  beşinci,  altıncı,  yeddinci,  səkkizinci  və  doqquzuncu  hissələri  çıxarılmışdır.  Əvvəlki 

redaksiyada deyilirdi: 

Kütləvi  informasiya  vasitəsi  təsis  olunduqdan  sonra  bir  il  ərzində  fəaliyyət  göstərmirsə, 

müvafiq icra hakimiyyəti orqanı onun istehsalı və yayımına məhkəməyə müraciət etmədən xitam 

verə bilər. Həmçinin bu Qanunun 43‐cü maddəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanı 

teleradio təşkilatının fəaliyyətini müvəqqəti dayandırmaq hüququna malikdir.  

Kütləvi  informasiya  vasitəsinin  istehsalına  və  yayımına  təsisçi  tərəfindən  xitam  verildikdə, 

eyni adlı kütləvi informasiya vasitəsi təsis etməkdə kütləvi informasiya vasitəsinin başçısı, yaxud 

jurnalist kollektivi üstün hüquqa malikdir. 

Təsisçinin  kütləvi  informasiya  vasitəsinin  istehsalını  və  yayımını  yalnız  redaksiya 

nizamnaməsində,  yaxud  təsisçi  ilə  redaksiya  (redaktor,  baş  redaktor)  arasında  bağlanmış 

müqavilədə nəzərdə tutulan hallarda dayandırmaq və ya ona xitam vermək hüququ var.  

Fəaliyyətin  müvəqqəti  dayandırılmasına  səbəb  olmuş  hallar  aradan  qaldırıldıqda,  kütləvi 

informasiya vasitəsinin nəşri (efirə buraxılması) bərpa edilir.  

Məhkəmə  şikayət  ərizəsi  ilə  əlaqədar  apardığı  araşdırmadan  sonra  işin  vəziyyətindən  asılı 

olaraq aşağıdakı tədbirlərdən birini və ya bir neçəsini seçə, yaxud kütləvi informasiya vasitəsinin 

şikayətə səbəb olmuş fəaliyyətinə bəraət qazandıra bilər;  

1) məhkəmə təkzib, düzəliş və ya cavab verilməsi barədə qətnamə çıxarır; 

2) kütləvi informasiya vasitəsinin istehsalını və yayımını iki ayadək müvəqqəti dayandırır; 

3) cərimə sanksiyası tətbiq edir; 

4) kütləvi informasiya vasitəsinin istehsalına və yayımına xitam verir. 

Kütləvi informasiya vasitəsinin şikayətə səbəb olmuş fəaliyyətinə bəraət qazandırmaq üçün: 

a) informasiyanın ictimai maraqları qoruduğu; 

b) məhkəmədə aşkar olunan digər səbəblər əsas ola bilər.  

Bu maddənin altıncı hissəsinin 1‐ci, 2‐ci və 4‐cü bəndləri tətbiq edilərkən: 

1)  informasiyanın  qərəzli  olub‐olmadığı,  yəni  bilərəkdən,  yaxud  səhlənkarlıq  üzündən 

yayımlandığı; 

2) məhkəmədə aşkar olunan digər səbəblər əsas ola bilər.  

Kütləvi  informasiya  vasitələrinə  bu  maddənin  altıncı  hissəsinin  3‐cü  bəndi  tətbiq  olunarkən 

informasiyanın yayılması nəticəsində fiziki və ya hüquqi şəxsə dəymiş mənəvi, habelə maddi zərər 



Yüklə 397,61 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə