Microsoft Word kiv haqqinda qanun doc



Yüklə 397,61 Kb.
Pdf görüntüsü
səhifə6/12
tarix26.08.2018
ölçüsü397,61 Kb.
#64611
növüQaydalar
1   2   3   4   5   6   7   8   9   ...   12

Xarici  müxbirlərin  Azərbaycan  Respublikasında  akkreditəsi  müvafiq  icra  hakimiyyəti 

orqanı tərəfindən bu Qanunun 50‐ci maddəsinə müvafiq olaraq həyata keçirilir. 

Azərbaycan  Respublikasında  akkreditə  olunmuş  xarici  müxbirlərə  jurnalistin  bu  Qanunla 

müəyyən edilmiş statusu şamil edilir. 

Azərbaycan  Respublikasında  müəyyən  edilmiş  qaydada  akkreditə  olunmamış  əcnəbi 

müxbirlər xarici hüquqi şəxslərin nümayəndəliklərinə şamil edilən hüquqlardan istifadə edir və 

vəzifələr daşıyırlar. 

Azərbaycan  Respublikası  kütləvi  informasiya  vasitələrinin  müxbirlərinin  peşə  fəaliyyətini 

həyata  keçirmək  üçün  öz  ərazisində  xüsusi  məhdudiyyətlər  qoymuş  dövlətin  kütləvi 

informasiya vasitəsi müxbirlərinə münasibətdə cavab olaraq eyni məhdudiyyətlər qoyula bilər. 

I X   f ə s i l  

Ç ı x a r ı l ı b )

liii[ 5 3 ]

 

X   f ə s i l  



BU QANUNUN POZULMASINA GÖRƏ MƏSULİYYƏT 

M a d d ə   5 8 . ( Ç ı x a r ı l ı b )

liv[54]

 

 



M a d d ə   5 9 .  Kütləvi informasiya azadlığının və jurnalist hüquqlarının pozulmasına 

görə məsuliyyət 

Kütləvi  informasiya  vasitələrinin  təsisçilərinin,  naşirlərinin,  redaksiyalarının  (məsul 

redaktorlarının), yayıcılarının və jurnalistlərin qanuni fəaliyyətinə vətəndaşlar, dövlət orqanları, 

bələdiyyələr,  idarə,  müəssisə  və  təşkilatlar,  siyasi  partiyalar,  habelə  ictimai  birliklər  və  ya 

vəzifəli şəxslər tərəfindən hər hansı müdaxilə, o cümlədən: 

senzura tətbiq etmək; 

peşə müstəqilliyini pozmaq; 

(çıxarılıb)

lv[55]

 

tirajı və ya onun bir hissəsini qeyri‐qanuni müsadirə etmək, yaxud məhv etmək; 



jurnalisti  informasiyanı  yaymağa  və  ya  informasiyanı  çap  etdirməkdən  (efirə  verməkdən) 

imtinaya məcbur etmək; 

lvi[56]

 

jurnalistə  informasiya  verilməsi  üzərinə,  Azərbaycan  Respublikasının  qanunvericiliyi  ilə 



qorunan  məlumatlar  istisna  olmaqla,  məhdudiyyətlər  qoymaq  və  ya  informasiya  verməkdən 

imtina etmək; 

jurnalist  sorğusuna  Azərbaycan  Respublikasının  qanunvericiliyi  ilə  müəyyənləşdirilmiş 

müddətdə cavab verməmək; 

habelə  jurnalistin  bu  Qanunla  müəyyənləşdirilmiş  digər  hüquqlarını  pozmaq  Azərbaycan 

Respublikasının  qanunvericiliyinə  müvafiq  surətdə  mülki,  inzibati,  cinayət  və  digər 

məsuliyyətlə səbəb ola bilər. 

M a d d ə   6 0 .  Kütləvi informasiya azadlığından və jurnalist hüquqlarından sui‐



istifadəyə görə məsuliyyət  

Kütləvi informasiya vasitəsinin redaksiyası (məsul redaktoru) və jurnalistlər (müəlliflər): 

1) açıqlanması qanunla qadağan edilən məlumatları açıqladıqda; 

2)  baş  redaktor  (redaktor)  mətbu  nəşrdə  çap  olunan  materialların  bu  Qanunun  tələblərinə 

uyğun hazırlanmasına nəzarət etmədikdə; 



3)  bu  Qanunda  göstərilmiş  hallardan  başqa  informasiyanı  onun  mənbəyini  göstərmədən 

yaydıqda; 

vətəndaşların şəxsi həyatına qəsd etdikdə; 

5)  pornoqrafik  materialları  dərc  etdikdə  və  ya  efirə  verdikdə  Azərbaycan  Respublikasının 

qanunvericiliyinə müvafiq surətdə mülki, inzibati, cinayət və digər məsuliyyət daşıyırlar. 

M a d d ə   6 1 .  Kütləvi informasiya vasitələri haqqında qanunun digər pozulma 



hallarına görə məsuliyyət 

Kütləvi informasiya vasitələri haqqında Qanunun müddəaları aşağıdakı hallarda pozularsa: 

1)  təkzib,  düzəliş  və  cavabdan  əsassız  olaraq  imtina  edildikdə,  məhkəmənin  qanuni 

qüvvəyə minmiş qərar və qətnaməsinə əməl etmədikdə ‐ redaksiya (məsul redaktor); 

2) bu Qanunun 9‐cu, 11‐ci, 13‐cü, 21‐ci və 28‐ci maddələrinin tələbləri yerinə yetirilmədikdə 

‐ təsisçi, redaksiya, naşir və yayıcı; 

3)  çap  məhsulunun  qanuni  əsaslarla  yayılmasına  mane  olduqda,  dövri  mətbu  nəşrin 

tirajının pərakəndə satışına qeyri‐qanuni məhdudiyyətlər qoyulduqda ‐ vəzifəli şəxslər; 

lvii[57]

 

4)  xarici  ölkələrin  dövlət  orqanlarının,  hüquqi  və  fiziki  şəxslərinin  Azərbaycan 



Respublikasının  ərazisində  istehsal  olunan  (yayımlanan)  kütləvi  informasiya  vasitələrini 

qanuna  zidd  şəkildə  maliyyələşdirmələrinə  yol  verdiklərinə  görə  ‐  təsisçi  və  baş  redaktor 

(redaktor);  

5)  istehsalın  və  yayımın  dayandırılması  və  ya  ona  xitam  verilməsi  barədə  məhkəmə 

qətnaməsindən sonra redaksiya və nəşriyyat kütləvi informasiya vasitəsinin məhsulunu qeyri‐

qanuni  hazırladıqda  və  yaydıqda  ‐  naşir,  yayıcı  və  redaksiya  (redaktor,  baş  redaktor) 

Azərbaycan  Respublikasının  qanunvericiliyinə  müvafiq  surətdə  mülki,  inzibati,  cinayət  və 

digər məsuliyyət daşıyırlar. 

lviii[58]

 

M a d d ə   6 2 .  Məsuliyyətdən azad edilmə halları 



Kütləvi informasiya vasitəsində yayılmış həqiqətə uyğun olmayan məlumat; 

1) rəsmi dövlət orqanları və ya onların mətbuat xidmətləri tərəfindən yayılmışdırsa; 

2)  informasiya  agentliklərindən  və  ya  idarə,  müəssisə,  təşkilat,  siyasi  partiya  və  ictimai 

birliklərin mətbuat xidmətlərindən alınmışdırsa; 

3) digər kütləvi informasiya vasitəsindən götürülmüş və təkzib olunmamışdırsa; 

4)  Milli  Məclis  deputatlarının,  dövlət  orqanlarının,  bələdiyyələrin,  idarə,  müəssisə,  təşkilat 

və  ictimai  birliklərin  nümayəndələrinin,  habelə  siyasi  xidmətlərin  və  vəzifəli  şəxslərin  rəsmi 

çıxışlarında olduğu kimi təkrar edilmişdirsə; 

5)  canlı  yayımla  efirə  gedən  çıxışlarda  deyilmişdirsə,  yaxud  bu  Qanuna  müvafiq  surətdə 

redaktə edilməli olmayan mətnlərdə getmişdirsə, redaksiya (məsul redaktor), eləcə də jurnalist 

buna görə məsuliyyət daşımır. 

 

Azərbaycan Respublikasının Prezidenti    HEYDƏR ƏLİYEV 

                                                 

i[1]

 

28  dekabr  2001‐ci  il  tarixli  247‐IIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 



Respublikasının  Qanunvericilik  Toplusu,  2002‐ci  il,  №  3,  maddə  116)  ilə  3‐cü  maddənin  üçüncü 

abzasında  ʺteleradio  proqramlarıʺ  sözlərindən  sonra  ʺinformasiya  agentlikləri,  internet,ʺ  sözləri  əlavə 

edilmişdir. 

 

ii[2]



 

28  dekabr  2001‐ci  il  tarixli  247‐IIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 



Respublikasının  Qanunvericilik  Toplusu,  2002‐ci  il,  №  3,  maddə  116)  ilə  3‐cü  maddənin  dördüncü 

abzasında ʺcari nömrəsiʺ sözləri çıxarılmışdır. Əvvəlki redaksiyada deyilirdi: 




Yüklə 397,61 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə