Microsoft Word kiv haqqinda qanun doc



Yüklə 397,61 Kb.
Pdf görüntüsü
səhifə3/12
tarix26.08.2018
ölçüsü397,61 Kb.
#64611
növüQaydalar
1   2   3   4   5   6   7   8   9   ...   12

M a d d ə   1 3 .  Reklamın yayılması 

Kütləvi  informasiya  vasitələrində  reklam  ʺReklam  haqqındaʺ  Azərbaycan  Respublikasının 

Qanununa uyğun olaraq hazırlanır və yayılır.  

(Çıxarılıb)

xv[15]

 

I I I   f ə s i l  



KÜTLƏVİ İNFORMASİYA VASİTƏLƏRİNİN TƏŞKİLİNİN HÜQUQİ ƏSASLARI 

M a d d ə   1 4 .



 

Kütləvi informasiya vasitəsinin təsis edilməsi

 

xvi[16]


 

Mətbu nəşrlərin təsis edilməsi üçün dövlət orqanlarından icazə tələb olunmur. 

Mətbu  nəşr  təsis  etmək  istəyən  hüquqi  və  ya  fiziki  şəxs  nəşrin  çapından  7  gün  əvvəl 

müvafiq icra hakimiyyəti orqanına rəsmi müraciət etməyə borcludur. Müraciətdə aşağıdakılar 

göstərilməlidir: 

mətbu nəşrin adı, məqsədi, dövriliyi, hüquqi ünvanı; 

mətbu nəşrin təsisçisinin, varsa redaktorunun (baş redaktorunun) adı, soyadı; 

mətbu  nəşrin  təsisçisi  yaxud  redaksiyası  hüquqi  şəxsdirsə,  qeydiyyatdan  keçirilmiş 

nizamnaməsi. 

Mətbu  nəşrin  təsisçisi  müvafiq  icra  hakimiyyəti  orqanına  rəsmi  müraciət  etmədən 

yayıldıqda  yaxud müraciətdə göstərilən məlumatların doğru olmadığı  aşkarlandıqda müvafiq 

icra  hakimiyyəti  orqanı  həmin  nəşrin  fəaliyyətinə  xitam  verilməsi  barədə  müvafiq  məhkəmə 

qarşısında məsələ qaldırır. 

Kütləvi  informasiya  vasitələrini  dövlət  orqanları,  bələdiyyələr,  siyasi  partiyalar  (yalnız 

mətbu  nəşrlər  üçün),  ictimai  birliklər,  idarə,  müəssisə  və  təşkilatlar,  Azərbaycan  Respublikası 

ərazisində daimi yaşayan vətəndaşlar təklikdə və ya başqaları ilə birlikdə təsis etmək hüququna 

malikdirlər. 

Kütləvi informasiya vasitəsinin adında dövlət təşkilatlarının, beynəlxalq qurumların, idarə 

və  müəssisələrin,  yerli  özünüidarəetmə  orqanlarının  adından  istifadə  olunmasına  həmin 

qurumların razılığı ilə yol verilir. 



xvii[17]

 

Xarici  dövlətlərin  hüquqi  və  fiziki  şəxslərinin  Azərbaycan  Respublikası  ərazisində  kütləvi 



informasiya vasitəsi təsis etməsi Azərbaycan Respublikasının bağladığı dövlətlərarası müqavilə 

ilə tənzimlənir (xarici dövlətin hüquqi şəxsi dedikdə, hüquqi şəxsin nizamnamə kapitalının və 

ya  səhmlərinin  30  faizindən  çoxunun  xarici  dövlətlərin  hüquqi  şəxslərinə  və  vətəndaşlarına 

məxsus olduğu və ya təsisçilərinin 1/3 hissəsindən çoxunun xarici dövlətin hüquqi şəxsi və ya 

vətəndaşı olan hüquqi şəxslər başa düşülür). 

Bu  maddənin  beşinci  hissəsində  və  bu  Qanunun  21‐ci  maddəsində  göstərilən,  habelə 

Azərbaycan  Respublikasının  qanunvericiliyi  ilə  nəzərdə  tutulan  digər  hallardan  başqa  xarici 

ölkələrin  dövlət  orqanlarının,  hüquqi  və  fiziki  şəxslərinin  kütləvi  informasiya  vasitələrini 

maliyyələşdirməsinə yol verilmir.  

Həmçinin:  

məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə azadlıqdan məhrum etmə yerlərində cəza 

çəkən, habelə fəaliyyət qabiliyyətsizliyi məhkəmə tərəfindən təsdiq edilən şəxslər; 

dövlət qeydiyyatından keçməyən yaxud fəaliyyəti qanunla qadağan olunan ictimai birliklər 

və siyasi partiyalar kütləvi informasiya vasitəsi təsis edə bilməzlər. 

Teleradio  yayımçısının  təsis  edilməsi  qaydaları  müvafiq  qanunvericiliklə  müəyyən 

edilir.


xviii[18]

 



M a d d ə   1 5

.

(Çıxarılıb)



 

xix[19]


 

M a d d ə   1 6 .  İnformasiya agentliyi 

Kütləvi 

informasiya 

vasitəsi 

redaksiyasının, 

naşirin, 

yayıcının 

bu 

Qanunla 


müəyyənləşdirilən statusu və hüquqi vəziyyəti informasiya agentliklərinə də şamil edilir. 

İnformasiya agentliklərinin xəbər və materialları kütləvi informasiya vasitələrində və digər 

kütləvi  informasiya  agentliklərində  yayılarkən  mütləq  həmin  informasiya  agentliyinə  istinad 

edilməlidir. 

xx[20]

 

M a d d ə   1 7 .  Təsisçinin statusu 



Təsisçi  (həmtəsisçi)  kütləvi  informasiya  vasitəsi  redaksiyasının  nizamnaməsini  təsdiq  edir, 

redaksiya  ilə  (redaktorla,  baş  redaktorla)  müqavilə  bağlayır,  kütləvi  informasiya  vasitəsinin 

istehsal və yayım istiqamətlərini müəyyənləşdirir, onun maliyyə, avadanlıq və texniki təchizat 

məsələlərini həll edir.  

Təsisçi  kütləvi  informasiya  vasitəsində  çıxış  etmək,  bəyanat  vermək,  digər  rəsmi 

məlumatlar  dərc  etdirmək  hüququna  malikdir.  Təsisçinin  çıxış  və  bəyanatının  maksimum 

həcmi  redaksiyanın  qeydiyyatdan  keçirilmiş  nizamnaməsində,  yaxud  təsisçi  ilə  baş  redaktor 

(redaktor)  arasında  bağlanmış  müqavilədə  müəyyənləşdirilə  bilər.  Həmin  çıxış,  bəyanat  və 

rəsmi məlumatlarla bağlı şikayət və iddialara görə təsisçi özü məsuliyyət daşıyır.  

Təsisçi  (idarə,  müəssisə,  təşkilat,  dövlət  orqanları,  bələdiyyələr,  siyasi  partiyalar,  ictimai 

birliklər)  ləğv  olunarsa,  əgər  qeydiyyatdan  keçirilmiş  nizamnamədə  başqa  hal  nəzərdə 

tutulmayıbsa,  redaksiya  kollektivi  eyni  adlı  kütləvi  informasiya  vasitəsi  təsis  etməkdə  üstün 

hüquqa malikdir.

 xxi[21]


 

Təsisçi bu Qanunda, nizamnamədə və redaksiya ilə (redaktorla, baş redaktorla) bağlanmış 

müqavilədə  göstərilən  hallar  istisna  olmaqla,  kütləvi  informasiya  vasitəsinin  istehsalına  və  ya 

yayımına müdaxilə etmir. 

Kütləvi informasiya vasitəsinin həmtəsisçiləri birgə təsisçi kimi fəaliyyət göstərirlər. 

M a d d ə   1 8 .  Naşirin statusu 

Naşir  öz  hüquqlarını  bu  Qanun,  habelə  Azərbaycan  Respublikasının  müəssisələr  və 

sahibkarlıq  fəaliyyəti  haqqında  qanunvericiliyi  əsasında  həyata  keçirir  və  həmin 

qanunvericiliyə uyğun şəkildə vəzifələr daşıyır. 

Naşir eyni zamanda kütləvi informasiya vasitəsinin təsisçisi, redaksiyası, yayıcısı, redaksiya 

əmlakının mülkiyyətçisi ola bilər. 

M a d d ə   1 9 .  Kütləvi informasiya vasitəsinin istehsalının və yayımının dayandırılması 



və ya ona xitam verilməsi  

Kütləvi  informasiya  vasitəsinin  istehsalı  və  yayımı  yalnız  təsisçinin  və  ya  məhkəmənin 

qərarı ilə müvəqqəti dayandırıla, yaxud ona xitam verilə bilər. 

xxii[22]


 

(Çıxarılıb) 

xxiii[23]

 

M a d d ə   2 0 .  Müqavilə bağlanması qaydası 



Kütləvi  informasiya  vasitəsinin  həmtəsisçiləri  arasında  bağlanmış  müqavilədə  onların 

qarşılıqlı hüquqları, vəzifələri, məsuliyyətləri, həmtəsisçilərin tərkibinin dəyişdirilməsi qaydası, 

şərtləri və hüquqi nəticələri, yarana biləcək mübahisələrin həlli qaydaları göstərilir. 

Təsisçi  və  redaksiya  (redaktor,  baş  redaktor)  arasında  bağlanmış  müqavilədə  əmlak  və 

maliyyə  münasibətləri,  habelə  təsisçinin  və  redaksiyanın  (redaktorun,  baş  redaktorun) 

öhdəlikləri öz əksini tapır.  




Yüklə 397,61 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə