Microsoft Word kiv haqqinda qanun doc



Yüklə 397,61 Kb.
Pdf görüntüsü
səhifə2/12
tarix26.08.2018
ölçüsü397,61 Kb.
#64611
növüQaydalar
1   2   3   4   5   6   7   8   9   ...   12

qabaqcadan  onlarla  razılaşdırılmasını  tələb  etmək  və  ya  yayılmasını  qadağan  etmək  hüququ 

yoxdur.  

Fövqəladə  vəziyyətin  qüvvədə  olduğu  müddət  ərzində  şərtləri  və  bu  şərtlərin  həyata 

keçirilməsi  qaydası  göstərilməklə  kütləvi  informasiya  vasitələrinin  azadlığı  müvəqqəti 

məhdudlaşdırıla bilər. 

xi[11]


 

M a d d ə   8 .  Kütləvi informasiya vasitələrinin məlumat almaq hüququ 

Kütləvi  informasiya  vasitələri  cəmiyyətdəki  iqtisadi,  siyasi,  ictimai  və  sosial  durum 

haqqında,  dövlət  orqanlarının,  bələdiyyələrin,  idarə,  müəssisə  və  təşkilatların,  ictimai 

birliklərin,  siyasi  partiyaların,  vəzifəli  şəxslərin  fəaliyyəti  barədə  operativ  və  doğru‐dürüst 

məlumatlar  almaq  hüququna  malikdirlər.  Bu  hüquq  Azərbaycan  Respublikasının 

qanunvericiliyində göstərilən hallardan başqa, məhdudlaşdırıla bilməz. 

Dövlət  orqanları,  bələdiyyələr,  idarə,  müəssisə  və  təşkilatlar,  ictimai  birliklər,  siyasi 

partiyalar,  vəzifəli  şəxslər  öz  fəaliyyətləri  haqqında  məlumatı  kütləvi  informasiya  vasitəsinin 

sorğusu  əsasında,  habelə  mətbuat  konfransları  keçirmək  yolu  ilə,  yaxud  başqa  formalarda 

verirlər. 

İnformasiya  almaq  üçün  sorğu  yazılı  və  şifahi  ola  bilər.  Tələb  olunan  informasiyanı  adları 

çəkilən orqan, təşkilat və ictimai birliklərin rəhbərləri, onların müavinləri, mətbuat xidmətinin 

işçiləri, yaxud digər səlahiyyətli şəxslər verə bilərlər. 

Məlumatın əldə edilməsi barədə yazılı sorğuya Azərbaycan Respublikasının qanunvericiliyi 

ilə  müəyyənləşdirilmiş  qaydada  və  müddətdə  baxılır.  Qanunda  göstərilən  müddətdə  həmin 

məlumat  öz  operativliyini  itirərsə,  sorğuya  dərhal,  bu  mümkün  olmadıqda  isə  24  saatdan  gec 

olmayaraq cavab verilməlidir. 

Kütləvi  informasiya  vasitəsinin  nümayəndəsi  məlumatı  verməkdən  imtina  edən  dövlət 

orqanlarından,  bələdiyyələrdən,  idarə,  müəssisə  və  təşkilatlardan,  ictimai  birliklərdən,  siyasi 

partiyalardan  və  ya  vəzifəli  şəxslərdən  Azərbaycan  Respublikasının  qanunvericiliyinə  uyğun 

şəkildə şikayət etmək hüququna malikdir. 

M a d d ə   9 .  Antiinhisar tədbirlər 

Dövlət  kütləvi  informasiya  vasitələrinin  iqtisadi  müstəqilliyinə  təminat  verir,  kütləvi 

informasiya  vasitələri  məhsullarının  istehsalı  və  yayımı  sahəsində  inhisarçılıq  fəaliyyətinin  və 

haqsız  rəqabətin  qarşısını  almaq  üçün  Azərbaycan  Respublikasının  qanunvericiliyinə  uyğun 

tədbirlər görür. 

M a d d ə   1 0 .  Kütləvi informasiya azadlığından sui‐istifadənin yolverilməzliyi 

Azərbaycan  Respublikasının  qanunvericiliyi  ilə  qorunan  sirləri  yaymaq,  mövcud 

konstitusiyalı  dövlət  quruluşunu  zorakılıqla  çevirmək,  dövlətin  bütövlüyünə  qəsd  etmək, 

müharibəni, zorakılığı və qəddarlığı, milli, irqi, sosial ədaləti, yaxud dözülməzliyi təbliğ etmək, 

mötəbər mənbə adı altında vətəndaşların şərəf və ləyaqətini alçaldan şayiələr, yalan və qərəzli 

yazılar, pornoqrafik materiallar çap etdirmək, böhtan atmaq, yaxud digər qanunazidd əməllər 

törətmək məqsədi ilə kütləvi informasiya vasitələrindən istifadə olunmasına yol verilmir.  

(Çıxarılıb)

xii[12]


 

M a d d ə   1 0 ‐ 1 .  Gizli lent yazıları



 

xiii[13]


 

Gizli audio və video yazılardan, kino və foto çəkilişindən istifadə etməyə və ya hazırlanmış 

məlumat və materialları yaymağa yalnız aşağıdakı hallarda yol verilir:  



1)  şəxsin  və  vətəndaşın  bu  barədə  yazılı  razılığı  varsa,  habelə  kənar  şəxsin  Azərbaycan 

Respublikasının  Konstitusiyası  ilə  müəyyən  edilmiş  hüquq  və  azadlıqlarının  qorunması  üçün 

zəruri tədbirlər görülmüşdürsə. 

2) məhkəmənin qərarı ilə nümayiş etdirilirsə. 

Bu  maddənin  tələblərini  pozaraq  gizli  audio‐video  yazılardan,  kino‐foto  çəkilişindən 

istifadə  olunması  və  onun  yayılması  Azərbaycan  Respublikasının  qanunvericiliyinə  uyğun 

şəkildə məsuliyyətə səbəb olur. 

 

M a d d ə   1 1 .



 

İnformasiyanın yayılmasına, informasiya mənbəyinin açıqlanmasına yol 

verilməyən xüsusi hallar

 

xiv[14]


 

Kütləvi informasiya vasitəsi redaksiyasının və ya jurnalistin:  

1)  şəxsin  gizli  saxlanmaq  şərt  ilə  verdiyi  məlumatı  yayılan  xəbər  və  materiallarda 

açıqlamasına; 

2) adının bildirilməməsi şərtilə məlumat vermiş şəxsin kimliyini göstərməsinə; 

3)  təhqiqatçının,  müstəntiqin,  ibtidai  araşdırmaya  prosessual  rəhbərliyi  həyata  keçirən 

prokurorun  və  ya  məhkəmənin  icazəsi  olmadan  ibtidai  istintaq  və  təhqiqat  məlumatlarını 

yaymasına;  

4)  cinayət  etməkdə  təqsirləndirilən  yetkinlik  yaşına  çatmayanların  və  ya  qanuni 

nümayəndələrinin  razılığı  olmadan  onların  şəxsiyyəti  barədə  hər  hansı  məlumatı  yaymasına 

yol verilmir.  

Kütləvi  informasiya  vasitəsinin  məlumatın  dərc  olunmasına  (efirə  verilməsinə)  məsul 

redaktoru və (və ya) jurnalist istintaqda yaxud məhkəmə icraatında olan işlə əlaqədar qanunla 

müəyyən edilmiş hallardan başqa, informasiya mənbəyini açıqlamağa məcbur edilə bilməz. Bu 

halda  müəllif  açıqlanmayan  təsvirə,  məqaləyə,  şəkilə  və  ya  karikaturaya  görə  məsuliyyət 

buraxılışa məsul redaktorun yaxud jurnalistin üzərinə düşür. 

Redaktor və ya jurnalist aşağıdakı hallarda məhkəmə tərəfindən öz mənbəyini açıqlamağa 

məcbur edilə bilər: 

1) insan həyatının müdafiəsi üçün; 

2) ağır cinayətin qarşısını almaq məqsədi ilə; 

3) ağır cinayət törətməkdə ittiham olunan yaxud təqsirli bilinən şəxsin müdafiəsi üçün. 

Bu  maddənin  birinci  hissəsinin  3‐cü  bəndinin  tələbləri  jurnalistin  müstəqil  təhqiqat 

aparmaq hüququnu məhdudlaşdırmır. 

M a d d ə   1 2 .  Müəlliflik hüququ və əlaqəli hüquqlarının obyektlərindən və oxucu 



məktublarından istifadə edilməsi  

Müəlliflik  hüququ  və  əlaqəli  hüquqların  obyektlərindən  kütləvi  informasiya  vasitələrinin 

istifadəsinə  ʺMüəlliflik  hüququ  və  əlaqəli  hüquqlar  haqqındaʺ  Azərbaycan  Respublikası 

Qanununun tələblərinə əməl etməklə yol verilir. 

Oxucu  (dinləyici,  tamaşaçı)  məktubları  dərc  edilərkən  (efirə  verilərkən)  onların 

məzmununu  təhrif  etməyən  ixtisara  və  redaktəyə  yol  verilir.  Qanunvericilikdə  nəzərdə 

tutulmuş  hallardan  başqa  redaksiya  oxucu  (dinləyici,  tamaşaçı)  məktublarına  cavab  verməyə 

məcbur deyildir. 

Qanunvericilikdə  nəzərdə  tutulmuş  hallardan  başqa  kütləvi  informasiya  vasitəsinin 

redaksiyası imtina etdiyi materiala dərc etməyə (efirə verməyə) məcbur edilə bilməz. 




Yüklə 397,61 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə