Microsoft Word kiv haqqinda qanun doc



Yüklə 397,61 Kb.
Pdf görüntüsü
səhifə5/12
tarix26.08.2018
ölçüsü397,61 Kb.
#64611
növüQaydalar
1   2   3   4   5   6   7   8   9   ...   12

Şikayətçi  müraciət  edərkən,  yaxud  məhkəmə  qərar  çıxararkən  kütləvi  informasiya  vasitəsi 

müvəqqəti  olaraq  dayandırılmışsa  və  ya  onun  istehsalına  (yayımına)  xitam  verilmişsə  təkzib, 

cavab  və  ya  düzəliş  cavabdehin  vəsaiti  hesabına  iddiaçının  istədiyi  kütləvi  informasiya 

vasitələrindən birində dərc oluna (efirə verilə) bilər. 

M a d d ə   4 5 .  Təkzib, cavab və düzəliş verilməsi qaydası 

Təkzibdə hansı məlumatın həqiqətə uyğun olmadığı, həmin kütləvi informasiya vasitəsində 

nə  vaxt  və  necə  dərc  olunduğu  göstərilir.  Dövri  mətbu  nəşrdə  təkzib  bir  qayda  olaraq 

məlumatın  və  ya  materialın  verildiyi  səhifədə  həmin  şriftlə  yığılır  və  ʺTəkzibʺ  başlığı  aktında 

dərc olunur. Gündəlik və həftəlik yayılan mətbu nəşrlər təkzib, cavab və ya düzəliş haqqında 

tələbin  daxil  olduğu  gündən  sonrakı  nömrədə,  digər  dövri  nəşrlər  isə  hazırlanan  və  ya  yaxın 

günlər üçün planlaşdırılan buraxılışda təkzibi, cavabı və ya düzəlişi dərc etməlidirlər. 

Təkzib, cavab və ya düzəliş radio və televiziya ilə, tələbin alındığı gündən sonrakı müvafiq 

verilişdə  oxunur.  Bu  tələbi  etmiş  fiziki  şəxsin  özünə  və  ya  nümayəndəsinə,  hüquqi  şəxsin 

rəhbərinə və ya onun səlahiyyətli nümayəndəsinə efirdə (ekranda) cavabla çıxış etmək imkanı 

verilə bilər. 

xliii[43]

 

Təkzib  və  ya  cavab  mətnində  heç  bir  dəyişiklik  edilmədən  verilir.  Təkzib  və  ya  cavabın 



mətni təkzib edilən və ya cavab verilən məlumatın həcmindən iki dəfədən çox olmamalıdır. 

Cavab dərc olunan (efirə gələn) buraxılışda həmin cavabı şərh etməyə və ya təkzib etməyə 

yol verilmir. Cavaba cavab kütləvi informasiya vasitəsinin sonrakı buraxılışlarında yerləşdirilə 

bilər. 


Təkzib, cavab və ya düzəliş rədd edildikdə bu barədə tələb etmiş şəxsə 3 gün müddətində 

əsaslandırılmış məlumat verilməlidir.  

Təkzibdən imtina üçün aşağıdakılar əsas ola bilər: 

məhkəmənin qanuni qüvvəyə minmiş qərarına ziddirsə; 

imzasızdırsa; 

həmin  məlumat  və  ya  material  barədə  kütləvi  informasiya  vasitəsində  artıq  təkzib 

getmişdirsə; 

təkzib  və  ya  cavabın  mətni  təkzib  edilən  və  ya  cavab  verilən  məlumatın  həcmindən  iki 

dəfədən çoxdursa; 

məlumatın  və  ya  materialın  kütləvi  informasiya  vasitəsində  yayılmasından  bir  aydan  çox 

müddət  keçmişdirsə  (vətəndaşın  rəsmi  sənədlərlə  təsdiq  olunan  xəstəlik,  məzuniyyət  və 

ezamiyyə müddətləri istisna olmaqla).

 

xliv[44]


 

V I I   f ə s i l    

JURNALİSTİN STATUSU VƏ AKKREDİTƏSİ 

xlv[45]


 

M a d d ə   4 6 . ( Ç ı x a r ı l ı b )

xlvi[46]

 

M a d d ə   4 7 .  ( Ç ı x a r ı l ı b )

 xlvii[47]

 

M a d d ə   4 8 .  Ç ı x a r ı l ı b )

 xlviii[48]

 

M a d d ə   4 9 .  Jurnalist statusu 

Jurnalistin bu Qanunla müəyyən edilmiş statusu aşağıdakılara şamil edilir; 

1)  kütləvi  informasiya  vasitəsinin  məlumat  toplamaq,  hazırlamaq,  redaktə  və  istehsal 

etməklə məşğul olan ştatlı müxbirlərinə; 

xlix[49]


 


2)  kütləvi  informasiya  vasitəsinin  məlumat  toplanması,  hazırlanması  və  redaktəsi  ilə  bağlı 

tapşırıqlarını müntəzəm yerinə yetirən ştatdankənar müxbirlərinə. 

l[50]

 

M a d d ə   5 0 .  Jurnalistin akkreditəsi (qeydə alınması) 



Kütləvi  informasiya  vasitələri  dövlət  orqanlarının  idarə,  müəssisə  və  təşkilatların,  ictimai 

birliklərin,  razılığı  ilə  və  müəyyən  etdikləri  akkreditə  qaydalarına  əməl  etməklə  onların 

nəzdində öz jurnalistlərini akkretiditə etdirə bilərlər. 

Həmin  orqanlar  akkreditə  olunmuş  jurnalistə,  qapalı  tədbirlər  istisna  olmaqla,  iclas, 

müşavirə  və  başqa  tədbirlər  barədə  qabaqcadan  məlumat  verir,  onun  stenoqramlarla, 

protokollarla və başqa sənədlərlə tanış olması üçün şərait yaradırlar.  

Jurnalist  və  ya  redaksiya  tərəfindən  akkreditə  qaydaları  pozulmuşdursa,  yaxud,  akkreditə 

etmiş  təşkilatın  şərəf  və  ləyaqətini  ləkələyən,  yaxud  təhrif  olunmuş  və  ya  həqiqətə  uyğun 

olmayan  məlumatlar  yayılmışdırsa  və  bu  məhkəmənin  qanuni  qüvvəyə  minmiş  qətnaməsi  ilə 

təsdiq olunmuşdursa həmin təşkilat jurnalisti akkreditədən məhrum edə bilər. 

li[51]

 

Kütləvi  informasiya  vasitələri  redaksiyalarının  xüsusi  müxbirlərinin  akrreditəsi  də  bu 



maddənin tələblərinə müvafiq olaraq həyata keçirilir. 

Fövqəladə  vəziyyətin  tətbiq  edildiyi  ərazidə  jurnalistlərin  akkreditə  olunmasının  xüsusi 

qaydası  və  onların  iş  rejimi  fövqəladə  vəziyyət  rejiminin  tətbiq  edildiyi  ərazinin  komendantı 

tərəfindən müəyyənləşdirilir. 

lii[52]

 

V I I I   f ə s i l  



KÜTLƏVİ İNFORMASİYA SAHƏSİNDƏ BEYNƏLXALQ ƏMƏKDAŞLIQ 

M a d d ə   5 1 .  Beynəlxalq əməkdaşlıq



 

Kütləvi informasiya sahəsində beynəlxalq əməkdaşlıq Azərbaycan Respublikasının tərəfdar 

çıxdığı dövlətlərarası müqavilələr əsasında həyata keçirilir. 

Azərbaycan  Respublikasının  kütləvi  informasiya  vasitələri,  peşəkar  jurnalist  təşkilatları 

əcnəbilər  və  xarici  təşkilatlarla  beynəlxalq  əməkdaşlıqda  iştirak  edə  və  bu  məqsədlə  sazişlər 

bağlaya bilərlər. 

M a d d ə   5 2 .  Xarici mənbələrdən alınan informasiyanın yayılması 

Azərbaycan  Respublikası  vətəndaşlarının  xarici  mənbələrdən,  o  cümlədən  kütləvi 

informasiya vasitələrindən birbaşa məlumat əldə etmək hüququ var. 

Bilavasitə televiziya proqramlarının qəbul olunmasının məhdudlaşdırılmasına Azərbaycan 

Respublikasının bağladığı dövlətlərarası müqavilələrdə nəzərdə tutulmuş hallarda yol verilir. 

Təsisçi  və  ya  redaksiyasının  daimi  yeri  Azərbaycan  Respublikasının  hüdudlarından 

kənarda olan xarici dövri mətbu nəşrin yayılma qaydası Azərbaycan Respublikasının bağladığı 

dövlətlərarası  müqavilədə  müəyyən  edilməmişdirsə,  onun  yayılması  üçün  müvafiq  icra 

hakimiyyəti orqanının razılığı tələb olunur. 

M a d d ə   5 3 .  Xarici kütləvi informasiya vasitələri nümayəndələrinin Azərbaycan 



Respublikasının ərazisində fəaliyyəti 

Azərbaycan  Respublikasında  akkreditə  olunmuş  xarici  müxbirlərin  və  xarici  kütləvi 

informasiya vasitələrinin digər nümayəndələrinin hüquqi statusu və peşə fəaliyyəti Azərbaycan 

Respublikasının qanunvericiliyi və müvafiq dövlətlərarası müqavilələrlə tənzim edilir. 

Azərbaycan  Respublikasında  xarici  kütləvi  informasiya  vasitələrinin  nümayəndəlikləri, 

dövlətlərarası müqavilələrdə ayrı qayda müəyyənləşdirilməmişdirsə, müvafiq icra hakimiyyəti 

orqanının razılığı ilə açılır. 



Yüklə 397,61 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə