Microsoft Word kiv haqqinda qanun doc



Yüklə 397,61 Kb.
Pdf görüntüsü
səhifə7/12
tarix26.08.2018
ölçüsü397,61 Kb.
#64611
növüQaydalar
1   2   3   4   5   6   7   8   9   ...   12

                                                                                                                                                             

teleradio və kinoxronika proqramları ‐ daimi adı, cari nömrəsi olan və ildə azı bir dəfə efirə 

buraxılan audio, audiovizual xəbər və materialların (verilişlərin) məcmusu; 

 

iii[3]

  28  dekabr  2001‐ci  il  tarixli  247‐IIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 



Respublikasının  Qanunvericilik  Toplusu,  2002‐ci  il,  №  3,  maddə  116)  ilə  3‐cü  maddənin  beşinci 

abzasında  ʺAzərbaycan  Respublikasının  qanunvericiliyinə  uyğun  şəkildə  dövlət  qeydiyyatına 



alınmışʺ sözləri çıxarılmış, ʺaydaʺ sözü ʺildəʺ sözü, ʺbirʺ sözü ʺon ikiʺ sözləri ilə əvəz edilmişdir. Əvvəlki 

redaksiyada deyilirdi: 



dövri  mətbu  nəşrlər  ‐  Azərbaycan  Respublikasının  qanunvericiliyinə  uyğun  şəkildə  dövlət 

qeydiyyatına alınmış, çap prosesinin və ya hər hansı surətçıxaran texnikanın vasitəsilə hazırlanmış, 

birdəfəlik tirajı 100 nüsxədən çox, daimi adı və cari nömrəsi olan, ayda azı bir dəfə çıxan qəzetlər 

və ildə azı iki dəfə çap olunan jurnal, toplu, bülleten və başqa dövri nəşrlər; 

 

iv[4]

 

28  dekabr  2001‐ci  il  tarixli  247‐IIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 



Respublikasının Qanunvericilik Toplusu, 2002‐ci il, № 3, maddə 116) ilə 3‐cü maddənin doqquzuncu 

abzası çıxarılmışdır. Əvvəlki redaksiyada deyilirdi: 



kütləvi  informasiya  vasitəsinin  redaksiyası  ‐  kütləvi  informasiya  vasitəsinin  istehsalını  və 

yayımını həyata keçirən təşkilat, müəssisə, idarə və ya vətəndaş, yaxud vətəndaşlar birliyi; 

 

v[5]

 

28  dekabr  2001‐ci  il  tarixli  247‐IIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 



Respublikasının  Qanunvericilik  Toplusu,  2002‐ci  il,  №  3,  maddə  116)  ilə  4‐cü  maddə  çıxarılmışdır. 

Əvvəlki redaksiyada deyilirdi: 

 M a d d ə   4 .  Kütləvi informasiya vasitələrinin istehsalı və yayımının əsas prinsipləri 

Kütləvi informasiya vasitələrinin redaksiyaları öz fəaliyyətlərində obyektivliyə, informasiyanın 

şəraitə  uyğun  mükəmməlliyinə,  peşəkarlığa,  hər  kəsin  doğru‐dürüst  informasiya  almaq,  fikir  və 

söz  azadlığı  hüququna,  vətəndaşların  şəxsi  həyatına  hörmətə,  peşə  etikasına  əməl  edilməsinə, 

pornoqrafik materialların istehsalı və yayımının yolverilməzliyinə əsaslanmalıdırlar. 

 

vi[6]

  5  iyun  2007‐ci  il  tarixli  375‐IIIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 

Respublikasının  Qanunvericilik  Toplusu,  2007‐ci  il,  №  8,  maddə  752)  ilə  5‐ci  maddəsinin  birinci 

hissəsindən “Rabitə haqqında,” sözləri çıxarılmışdır.  

 

 

vii[7]



 

28  dekabr  2001‐ci  il  tarixli  247‐IIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 



Respublikasının  Qanunvericilik  Toplusu,  2002‐ci  il,  №  3,  maddə  116)  ilə  5‐ci  maddənin  birinci 

hissəsində  ʺSahibkarlıq  fəaliyyəti  haqqındaʺ,  ʺKiçik  sahibkarlığa  dövlət  köməyi  haqqındaʺ  sözləri 

çıxarılmışdır. Əvvəlki redaksiyada deyilirdi: 

Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan 

Respublikasının  Konstitusiyasından,  bu  Qanundan,  ʺMəlumat  azadlığı  haqqındaʺ,  ʺVətəndaşların 

müraciətlərinə  baxılma  qaydası  haqqındaʺ,  ʺSahibkarlıq  fəaliyyəti  haqqındaʺ,  ʺKiçik  sahibkarlığa 

dövlət köməyi haqqındaʺ, ʺRabitə haqqındaʺ, ʺDövlət sirri haqqındaʺ, ʺMüəlliflik hüququ və əlaqəli 

hüquqlar haqqındaʺ Azərbaycan Respublikası qanunlarından, habelə digər müvafiq qanunvericilik 

aktlarından ibarətdir. 

 

13  yanvar  2004‐cü  il  tarixli  588‐IIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 



Respublikasının  Qanunvericilik  Toplusu,  2004‐cü  il,  №  2,  maddə  58)  ilə  5‐ci  maddənin  birinci 

hissəsində  ʺbu  qanundan,ʺ  sözlərindən  sonra  ʺTeleviziya  və  radio  yayımı  haqqındaʺ  sözləri  əlavə 

edilmişdir.  

 



                                                                                                                                                             

viii[8]

 

28  dekabr  2001‐ci  il  tarixli  247‐IIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 



Respublikasının  Qanunvericilik  Toplusu,  2002‐ci  il,  №  3,  maddə  116)  ilə  6‐cı  maddənin  birinci 

hissəsində “üçün dil məhdudiyyəti qoyulmur” sözləri “dövlət dilindən istifadə edirlər” sözləri ilə əvəz 

edilmişdir. 

 

ix[9]

  28  dekabr  2001‐ci  il  tarixli  247‐IIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 

Respublikasının  Qanunvericilik  Toplusu,  2002‐ci  il,  №  3,  maddə  116)  ilə  6‐cı  maddənin  ikinci 

hissəsində ʺdövlət dilindən,ʺ sözləri çıxarılmış, ʺqanunvericiliyə müvafiq surətdə təmin edilirʺ sözləri 



ʺvardırʺ sözü ilə əvəz edilmişdir. Əvvəlki redaksiyada deyilirdi: 

Azərbaycan Respublikası vətəndaşlarının kütləvi informasiyanın istehsalı və yayımında dövlət 

dilindən,  Azərbaycan  Respublikası  əhalisinin  danışdığı  başqa  dillərdən,  habelə  dünyada  geniş 

yayılmış digər dillərdən istifadə etmək hüququ qanunvericiliyə müvafiq surətdə təmin edilir. 

 

x[10]

  28  dekabr  2001‐ci  il  tarixli  247‐IIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 



Respublikasının Qanunvericilik Toplusu, 2002‐ci il, № 3, maddə 116)  ilə 6‐1‐ci maddə əlavə edilmişdir. 

 

 



xi[11]

 

4  mart  2005‐ci  il  tarixli  856‐IIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 



Respublikasının  Qanunvericilik  Toplusu,  2005‐ci  il,  №  4,  maddə  278)  ilə  7‐ci  maddəyə  ikinci  hissə 

əlavə edilmişdir. 

 

xii[12]

 

28  dekabr  2001‐ci  il  tarixli  247‐IIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 



Respublikasının  Qanunvericilik  Toplusu,  2002‐ci  il,  №  3,  maddə  116)    ilə  10‐cu  maddənin  ikinci, 

üçüncü və dördüncü hissələri çıxarılmışdır. Əvvəlki redaksiyada deyilirdi: 

Bu  Qanunun  jurnalistlər  üçün  müəyyənləşdirdiyi  hüquqlardan  sui‐istifadə  edərək  ictimai 

əhəmiyyətli məlumatları gizlətməyə və ya saxtalaşdırmağa, kənar şəxsin və ya kütləvi informasiya 

vasitəsi  olmayan  təşkilatın  xeyrinə  məlumat  toplamağa  yol  verilmir.  Yalnız  cinsinə,  dinə 

münasibətinə, vəzifəsinə, cəmiyyətdə tutduğu mövqeyə, habelə siyasi etiqadına görə vətəndaşı və 

ya  vətəndaşların  müəyyən  qrupunu  hörmətdən  salmaq  məqsədi  ilə  jurnalist  hüquqlarından, 

istifadə edib informasiya yaymaq qadağandır. 

İnformasiya dərc olunarkən onun mənası hər hansı vasitə ilə, o cümlədən sərlövhələr, şəkilaltı 

sözlə, vasitəsilə dəyişdirilib təhrif oluna bilməz. Dərc edilmiş (efirə getmiş) informasiyalar, şayiələr 

təsdiq  olunmadıqda  həmin  kütləvi  informasiya  vasitəsində  bu  barədə  mütləq  məlumat 

verilməlidir. 

Kütləvi  informasiya  vasitələrindən  vətəndaşların  şəxsi  həyatına  qəsd  məqsədi  ilə  istifadə 

etmək qadağandır 

 

xiii[13]

 

28  dekabr  2001‐ci  il  tarixli  247‐IIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 



Respublikasının  Qanunvericilik  Toplusu,  2002‐ci  il,  №  3,  maddə  116)    ilə  10‐1‐ci  maddə  əlavə 

edilmişdir. 



 

xiv[14]

  28  dekabr  2001‐ci  il  tarixli  247‐IIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 



Respublikasının Qanunvericilik Toplusu, 2002‐ci il, № 3, maddə 116) ilə 11‐ci maddə yeni redaksiyada 

verilmişdir. Əvvəlki redaksiyada deyilirdi: 

M a d d ə   1 1 .  İnformasiyanın elan edilməsinə yol yerilməyən xüsusi hallar 

Kütləvi informasiya vasitəsi redaksiyasının və ya jurnalistin: 

1) şəxsin gizli saxlanmaq şərtilə verdiyi məlumatı yayılan xəbər və materiallarda açıqlamasına; 

2) adının bildirilməməsi şərtilə məlumat vermiş şəxsin kimliyini göstərməsinə; 

3)  prokurorun  və  ya  müstəntiqin  icazəsi  olmadan  istintaq  sirri  hesab  edilən  faktları 

açıqlamasına; 




Yüklə 397,61 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə