Microsoft Word kiv haqqinda qanun doc



Yüklə 397,61 Kb.
Pdf görüntüsü
səhifə10/12
tarix26.08.2018
ölçüsü397,61 Kb.
#64611
növüQaydalar
1   ...   4   5   6   7   8   9   10   11   12

                                                                                                                                                             

hissəsində  ʺBu  Qanunun  27‐ci  maddəsinin  nəzərdə  tutulan  hallardan  başqa,ʺ  sözləri  çıxarılmışdır. 

Əvvəlki redaksiyada deyilirdi:   

Bu Qanunun 27‐ci maddəsində nəzərdə tutulan hallardan başqa, məhkəmənin qərarı yoxdursa, 

kütləvi  informasiya  vasitəsi  məhsulunun  yayılmasına  mane  olmağa,  o  cümlədən  onun  tirajının, 

yaxud tirajının bir hissəsinin müsadirə edilməsinə yol verilmir.  

 

xxxiv[34]

  28  dekabr  2001‐ci  il  tarixli  247‐IIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 



Respublikasının  Qanunvericilik  Toplusu,  2002‐ci  il,  №  3,  maddə  116)  ilə  27‐ci  maddənin  birinci 

hissəsində  ʺmüvafiq  icra  hakimiyyəti  orqanınınʺ  sözləri  ʺməhkəməninʺ  sözü  ilə  əvəz  edilmiş,  ikinci 

hissəsində ʺMüvafiq icra hakimiyyəti orqanıʺ sözləri ʺMəhkəməʺ sözü ilə əvəz edilmişdir. 

 

xxxv[35]

  28  dekabr  2001‐ci  il  tarixli  247‐IIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 

Respublikasının  Qanunvericilik  Toplusu,  2002‐ci  il,  №  3,  maddə  116)  ilə  27‐ci  maddənin  üçüncü  və 

dördüncü hissələri çıxarılmışdır. Əvvəlki redaksiyada deyilirdi:   

Bu  maddənin  ikinci  hissəsi  dövlətin  bütövlüyünə  və ölkənin  təhlükəsizliyinə ciddi zərbə  vuran 

çağırışlar  və  ya  informasiyalar  dərc  etmiş  Azərbaycan  Respublikasının  ərazisində  çap  olunan 

mətbu nəşrlərə də şamil edilir. 

Azərbaycan  Respublikasının  ərazisində  çap  olunan  mətbu  nəşrlərin  tirajının  və  ya  tirajının  bir 

hissəsinin  müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfindən  qeyri‐qanuni  olaraq  satışdan  yığışdırıldığı 

məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təsdiq edilərsə, dəymiş maddi zərər dövlət büdcəsi 

hesabına ödənilir 

 

xxxvi[36]

  28  dekabr  2001‐ci  il  tarixli  247‐IIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 

Respublikasının  Qanunvericilik  Toplusu,  2002‐ci  il,  №  3,  maddə  116)  ilə  28‐ci  maddənin  birinci 

hissəsinin 8‐ci bəndi çıxarılmış, 9‐cu bənd 8‐ci bənd hesab edilmişdir. Əvvəlki redaksiyada deyilirdi:   

 8) dövlət qeydiyyat orqanı və dövlət qeydiyyat şəhadətnaməsinin nömrəsi; 

 

xxxvii[37]

  30  dekabr  2003‐cü  il  tarixli  568‐IIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 

Respublikasının  Qanunvericilik  Toplusu,  2004‐cü  il,  №  2,  maddə  57)  ilə  28‐ci  maddənin  ikinci 

hissəsində  ʺyayılmasıʺ  sözündən  sonra  ʺ,  habelə  istinad  məlumatlarının  qəsdən  yanlış  göstərilməsiʺ 

sözləri əlavə edilmişdir.  

 

xxxviii[38]

  30  aprel  2002‐ci  il  tarixli  315‐IIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu 

(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002‐ci il, № 5, maddə 245) ilə 29‐cu maddədə 



ʺMilli kitabxanayaʺ sözlərindən sonra ʺKitab Palatasınaʺ sözləri əlavə edilmişdir. 

19  oktyabr  2007‐ci  il  tarixli  463‐IIIQD  nömrəli  Azərbaycan  Respublikası  Qanunu  (Azərbaycan 



Respublikasının  Qanunvericilik  Toplusu,  2007‐ci  il,  №  11,  maddə  1079)  ilə  29‐cu  maddədə  “Kitab 

Palatasına” sözlərindən sonra “, Azərbaycan Mətbuat Şurasına,” sözləri əlavə edilmişdir.  

 

 



xxxix[39]

 

28  dekabr  2001‐ci  il  tarixli  247‐IIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 



Respublikasının Qanunvericilik Toplusu, 2002‐ci il, № 3, maddə 116) ilə 30‐cu maddə çıxarılmışdır. 

Maddənin əvvəlki redaksiyasında deyilirdi:  

M a d d ə   3 0 .  Dövlət qeydiyyatına alınmadan yayılan mətbu nəşrlər  

Azərbaycan  Respublikasının  qanunvericilik,  icra  və  məhkəmə  hakimiyyəti  orqanlarının  yalnız 

özlərinin  rəsmi  xəbər  və  materiallarının,  normativ  və  digər  hüquqi  aktların  dərc  olunması  üçün 

təsis etdikləri mətbu nəşrlərin; 

müəssisələrin, təşkilatların və idarələrin, həmçinin elm və tədris müəssisələrinin yalnız özlərinin 

fəaliyyətində  gərəkli  olan  peşəyönümlü  informasiyaların,  elmi  materialları  və  sənədlərin  dərc 

olunduğu dərgi, toplu, bülleten və ya digər çap məhsulları üçün dövlət qeydiyyatı tələb olunmur. 



                                                                                                                                                             

 

xl[40]

  28  dekabr  2001‐ci  il  tarixli  247‐IIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 

Respublikasının Qanunvericilik Toplusu, 2002‐ci il, № 3, maddə 116) ilə 31‐ci maddə çıxarılmışdır. 

Maddənin əvvəlki redaksiyasında deyilirdi:  

M a d d ə   3 1 .  Rəsmi məlumatların yayılması  

Redaksiya  onun  fəaliyyətinə  aid  həmin  kütləvi  informasiya  vasitəsinə  dövlət  qeydiyyat 

şəhadətnaməsi vermiş orqandan gələn məlumatı dərhal, məhkəmənin qanuni qüvvəyə minmiş və 

müvafiq  kütləvi  informasiya  vasitəsində  dərc  edilməsi  barədə  göstəriş  olan  qərarını  pulsuz  və 

həmin qərarla müəyyən olunmuş müddətdə dərc edir. 

 

 



xli[41]

  28  dekabr  2001‐ci  il  tarixli  247‐IIQD  nömrəli  Azərbaycan  Respublikasının  Qanunu  (Azərbaycan 



Respublikasının Qanunvericilik Toplusu, 2002‐ci il, № 3, maddə 116) ilə V fəsil çıxarılmışdır. Əvvəlki 

redaksiyada deyilirdi:   

V   f ə s i l  

TELEVİZİYA VƏ RADİO (TELERADİO) FƏALİYYƏTİNİN HÜQUQİ ƏSASLARI 

M a d d ə   3 3 .

  Azərbaycan  Respublikasında  televiziya  və  radio 

sistemi 

Azərbaycan  Respublikasında  teleradio  verilişləri  milli  teleradio  sisteminin  əsasını  təşkil  edən 

dövlət və qeyri‐dövlət teleradio təşkilatları tərəfindən həyata keçirilir. 

Qeyri‐dövlət teleradio təşkilatları ictimai və özəl formalarda ola bilər. 

İctimai teleradio təşkilatının fəaliyyəti müvafiq qanunla tənzimlənir. 

Azərbaycan  Respublikasında  bütün  teleradio  təşkilatları  mülkiyyət,  təşkilati‐hüquqi 

formasından  asılı  olmayaraq  bərabər  hüquqlara  malikdir  və  qanun  qarşısında  eyni  məsuliyyət 

daşıyırlar. 

M a d d ə   3 4 .

 Dövlət teleradio təşkilatı

 

Dövlət teleradio təşkilatı müvafiq dövlət orqanları tərəfindən təsis edilir, dövlət büdcəsi və öz 

gəlirləri hesabına maliyyələşdirilir. 

Dövlət teleradio təşkilatı: 

televiziya  tamaşaçılarını  və  radio  dinləyicilərini  Azərbaycan  Respublikasında  və  xarici 

ölkələrdə  baş  verən  ictimai‐siyasi  və  digər  hadisələr  haqqında  obyektiv,  operativ  informasiya  ilə 

təmin edir, rəsmi informasiyaları yayır, qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının 

qərarlarını elan və şərh edir; 

siyasi,  iqtisadi,  publisistik,  mədəniyyət,  təhsil,  əyləncə,  idman  proqramları,  habelə  uşaqlar  və 

gənclər üçün proqramlar hazırlayır və yayır. 

M a d d ə   3 5 .

 Özəl teleradio təşkilatı

 

Özəl teleradio təşkilatı hüquqi şəxsdir, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan 

fiziki və (və ya) hüquqi şəxslər tərəfindən təsis edilə bilər. 

Özəl  teleradio  təşkilatı  özünün  maliyyə,  təsərrüfat, struktur,  kadr  və  yaradıcılıq  fəaliyyətində 

tam sərbəstdir və Azərbaycan Respublikasının Konstitusiyasına, ʺSahibkarlıq fəaliyyəti haqqındaʺ 

Azərbaycan  Respublikasının  Qanununa,  bu  Qanuna  və  öz  nizamnaməsinə  uyğun  fəaliyyət 

göstərir.  

M a d d ə   3 6 .



 Teleradio təşkilatlarının hüquqları və vəzifələri

 

Mülkiyyət formasından asılı olmayaraq teleradio təşkilatları: 

verilişlər  (proqramlar)  hazırlamaq,  yaymaq,  onların  videoyazılarını  çoxaltmaq,  satmaq  və  ya 

icarəyə vermək; 




Yüklə 397,61 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə