KÜLTÜR EVRENİ - UNIVERSE OF CULTURE - ВСЕЛЕННАЯ КУЛЬТУРЫ
262
PİYANO TEXNİĞİ, ONUN MAHİYYETİ VE İNKİŞAF
METODLARI
PİANO TECHNQUE, NATURE OF THESE TECHNİQUES
AND DEVELOPMENT METHODS
О ПИАНИСТИЧЕСКОЙ ТЕХНИКЕ, ЕЁ СУЩНОСТИ И
МЕТОДАХ РАЗВИТИЯ
Aynur XƏLİLOVA
*
Özet
Verilen makalede piyano tekniklerinin gelişmesi ve bu gelişmelerin önemi
açıklanmaktadır. Yazar, mükemmel icracılığa nail olunmayı fortepiyano tekniğinin
mahiyeti ile rolünü ve onun formalaşma metotlarını kavramsal bir şekilde
araştırmıştır. Yazar, anlatımında fortepiyano tekniği ve bedii komponentlerin
karşılıklı alâkalarına dikkat ederek analiz yapmaktadır.
Anahtar kelimeler: Bedii ve teknik komponentler, fortepiyano ifası, maksat
ve vasıtalar.
Summary
The meaningfulness of technical development of a student is uncovered in the
article. The author investigates the role and essence of piano skill in reaching
performing perfection, more important aspects of its content and also the methods of
its formation. The interconnection between piano skill and artistic purposes of the
performer are attended.
Key words: piano skill and artistic purposes, piano performing, means and
purpose.
Резюме
В статье раскрывается значимость технического развития пианиста.
Автор исследует роль и сущность фортепианной техники в достижении
технического совершенства, наиболее важные составляющие её содержания,
*
Ц. Щажыбяйли Адына Бакы Мусиги Академийасынын Диссертанты/AZERBAYCAN
KÜLTÜR EVRENİ - UNIVERSE OF CULTURE - ВСЕЛЕННАЯ КУЛЬТУРЫ
263
а также основные методы формирования. Автор акцентирует внимание на
взаимозависимости фортепианной техники и художественных задач
исполнения.
Ключевые слова: художественные и технические компоненты,
фортепианное исполнительство, средство и цель.
Fortepiano texnikası üzərində işin müasir metodikası uzun tarixi inkişaf
nəticəsində təşəkkül tapmışdır. Texnika anlayışı və texniki inkişaf üsullarına ya-
naşma prosesi daim inkişaf edən fortepiano ədəbiyyatının qarşıya qoyduğu
vəzifələrdən asılı olaraq əhəmiyyətli dərəcədə dəyişir.
İstedadlı pianoçu olan görkəmli bəstəkarlar yaradıcılıqlarında pianizmin imkan
dairəsini genişləndirmişlər. L.Bethoven və F.Şopen, F.List və İ.Brams, K.Debüssi
və M.Ravel, A.Skryabin və S.Prokofyev hər biri ayrılıqda royalın gizli imkanlarını
özünəməxsus şəkildə meydana çıxarmışlar. Fortepiano musiqisinin inkişaf
prosesində onun bütün ifadə vasitələri, həmçinin fakturası mürəkkəbləşərək
dəyişirdi. Bununla əlaqədar pianoçular fortepiano texnikasının
mükəmməlləşdirilməsi istiqamətində yeni- yeni problem və vəzifələrlə
qarşılaşırdılar.Onların dərk və həll edilməsi pedaqoji və fortepiano- ifaçılıq fikrinin
inkişafı ilə bilavasitə əlaqədar olaraq, bəzi hallarda ləngiməsi nəticəsində köhnə ifa
üsulları və musiqinin yeni yaranan tələbləri arasında uyğunsuzluq, ziddiyət
yaradırdı.Bu uyğunsuzluğun nəticəsi olaraq pianoçu nəsilləri çox zaman əllərin
ağrımasına gətirib çıxaran səmərəsiz və yorucu əməklə məşğul olurdular.
Fortepiano pedaqogikası tarixinin müəyyən mərhələlərində pianoçu fəaliyyəti
bütövlükdə parlaq və virtuoz ifaya tabe olunaraq pianizm texnikasına diqqət ifanın
ifadəliliyi və obrazlılığı üzərində hakim mövqe tuturdu.
Dünya elmi metodik ədəbiyyatında texnika anlayışı bədii məqsədlərin həyata
keçirilməsi üçün vasitə kimi nəzərdə tutulur.Fortepiano texnikası haqqında
danışdıqda royalda ifa üsulları, vərdişlər və bacarıqlar toplusu nəzərdə tutulur ki,
bunun sayəsində pianoçu lazımi bədii, səslənmə nəticələri əldə edir. Musiqinin
qarşıya qoyduğu bədii məsələlərdən kənar texnika mövcud ola bilməz. “ Fikri
məhdud mənada bu sözlərlə səciyyələndirmək olar: məharətli, dəqiq, parlaq,
gərginlikdən uzaq və s.; bu qəbildən olan bacarıqların sayını artırmaq çətin deyil.
Musiqiçi - ifaçı texnikasının geniş, bu terminin ümumestetik mənada izahı
fərqlidir. Bu sənətkarın izhar etmək istədiyinin ifadə etməsidir. Düşünülənlərin
səslər vasitəsələ həyata keçirmək bacarığıdır…”(Tsıpin.113).
Məlumdur ki, ifaçıya alət arxasında çoxsaatlı məşqlər vacibdir.Bu isə şüuru
zəiflədərək diqqət, fantaziya və təşəbbüs tələb edən musiqi əsəri üzərində yaradıcı
işin mexaniki iş prosesinə çevrilərək məhdud mənada “texnikanın”
mükəmməlləşdirilməsinə xidmət edir. Bütün texniki üsullar bu və ya digər səs
obrazının axtarışından yaranır. Texnikanı musiqi əsərinin məzmunundan ayıranlar
çox böyük səhvə yol vermiş olurlar. Texniki üsullar gərəkli səslənmənin axtarışı ilə
KÜLTÜR EVRENİ - UNIVERSE OF CULTURE - ВСЕЛЕННАЯ КУЛЬТУРЫ
264
bilavasitə bağlıdır.Texniki ustalığa nail olunmasında vacib məqam səs təsəvvürü,
bədii obrazın səslənmədə təcəssümüdür. Məhz o, bu və ya digər texniki üsulların
vacibliyinin təyin edərək şərtləndirir.Bütün görkəmli pedaqoq - pianoçular eşitmə
təsəvvürlərindən zəruri ifa hərəkətlərinin hiss edilməsinə doğru ardıcıl keçidin
mühümlüyünü vurğulayırdılar. Başqa sözlə desək, məhz eşitmə qabiliyyəti
vasitəsilə barmaqların, əllərin və biləklərin hərəkətlərinə nəzarət etməyin
zəruriliyini qeyd edirdilər.
Bədii və texniki potensialın qarşılıqlı təsir aspektindən tarixi təcrübəsinin
araşdırılması belə qənaətə gəlməyə imkan verir ki, musiqi ifaçılığının nəzəriyyə və
təcrübəsi bu qarşılıqlı əlaqənin bir-birindən asılılığını, bədii yanaşmanın aparıcı
rolunun ön plana çəkilməsini təsdiq edir.Başqa sözlə ifadə etsək, bədii potensial
məqsəd, texnika isə onun təcəssüm etdirilməsi üçün vasitədir. Bu fikir dəqiqliklə
hər iki komponentin rol və funksiyasının ayrılması, yəni hər birinin əhəmiyyət
dərəcəsini və həddini müəyyənləşdirməklə eyni zamanda onların harmonik
qarşılıqlı asılılığını vurğulayır.
Lakin təcrübədə bir çox ifaçı və pedaqoqlar tərəfindən bu formul tam mənası
ilə, yaxud əksinə səthi, primitiv başa düşülür. Başqa sözlə, əgər məqsəd yalnız
vasitələrin inkişafı və qazanılması sayəsində əldə edilirsə, təbii ki, əsas məsələ bu
vasitələrin, həmçinin texnikanın fəal və səylə mükəmməlləşdirilməsindən
ibarətdir.Digər tərəfdən ifaçı iş prosesində texniki məsələlərin həlli və bu sahədə
nailiyyətlərin əldə olunmasında mövcud olan obyektiv çətinlik və mürəkkəb
məqamlarla qarşılaşanda diqqət və vaxtlarını bütövlükdə buna sərf edir, ifanın
bədii səmti üzərində işi “sonraya” saxlayırlar. Nəticədə əsas məqsəd kölgədə qalır,
yəni əsassız olaraq texnika yalnız texnika xatirinə kamilləşdirilir. Bəzən isə yarış
əhval-ruhiyyəsi yaranır: hər sonrakı ifaçı əvvəlkindən daha cəld, iti tempdə ifa
etməyə çalışır.Nəticədə pianizm texnikası və musiqi məzmunluğunun inteqrasiyası
deyil, əksinə differensiasiyası, daha dəqiq desək, texniki potensialın bədiiliyi
üstələyərək arxada qoyması baş verir.Musiqiçi - ifaçı çox zaman unudur, yaxud
dərk etmir ki, bu və ya digər texniki üsullar birbaşa və orqanik şəkildə konkret
eşitmə təsəvvürü ilə bağlı olmalı, hər bir ifa hərəkəti eşitmə analizatoru ilə
şərtlənməlidir.Demək, musiqi-eşitmə təsəvvürləri nə qədər geniş və zəngin olsa,
ifaçı bir o qədər çox texniki üsullara yiyələnmək zərurəti qarşısında qalır.
Özünə ciddi və tələbkarlıqla yanaşan hər bir həqiqi musiqiçinin musiqi
təfəkkürü daim qarşısına yeni-yeni vəzifələr qoyaraq onların daha dəqiq və
mükəmməl realizasiyasına çalışır. Hərəki formaya isə konservatizm səciyyəvidir. O
daim adət edilmiş, artıq mənimsəmilmiş qaydalara meyl edir. Ona görə bəzən artıq
təşəkkül tapmış hərəki formaya şüurlu olaraq dəyişikliklər əlavə etmək, bəzən isə
kökündən dəyişmək zərurəti yaranır. Məhz ona görə pianizm texnikasının müstəqil
mükəmməlləşdirilməsini stimullaşdıran texniki görüş dairəsinin yaranması mühüm
əhəmiyyət kəsb edir. Məsələnin mahiyyəti ondan ibarətdir ki, müxtəlif hərəki for-
malara yiyələnmək, hərəki-texniki bilik və bacarıqların tərbiyəsi nəinki
motorikanın mükəmməlləşdirilməsində, həmçinin pianoçunun eşitmə
qabiliyyətinin inkişafında, keyfiyyət, tembr və koloritin zənginləşməsinə müsbət
təsir göstərir.Hərəki bacarıqların məhdudluğu isə öz növbəsində ifaçının musiqi
KÜLTÜR EVRENİ - UNIVERSE OF CULTURE - ВСЕЛЕННАЯ КУЛЬТУРЫ
265
təsəvvürlərini çərçivəyə salaraq eşitmə təxəyyülü və yaradıcı fantaziyanı
məzmunsuzlaşdırır. Hər bir müstəqil iş prosesində yeniliyə yönəlmiş musiqi
təfəkkürü ilə texniki bacarıqların arasında mübarizə baş verir. Texniki bacarıqların
inkişafında hər hansı nöqsan yaxud məhdudluq (birtərəflilik) səslənmədə və eşitmə
fəhmində iz qoyur, bunun da nəticəsi olaraq səs çalarları sahəsində yaradıcı
axtarışlar xeyli çətinləşir.Nəzərə almaq lazımdır ki, daxili eşitmə qabiliyyətinin
xarakteri pianoçunun emosional və intellektual inkişafından, erudisiyasından, ifası
və ətrafında hansı koloritlərin səslənməsindən asılıdlr.
Pianizm texnikasının formaları sonsuz dərəcədə müxtəlifdir. Lakin, onun əsas
üsulları, yəni hərəkətin nisbətən asan dərk edilib yadda qalan əsas konturları
mövcuddur.Bu bilgilərə yiyələnmək son dərəcədə vacibdir, belə ki, bu bədii
ideyalar və fikirlərin daim dəyişməsi şəraitində yeni hərəkət konturlarının axtarışını
asanlaşdırır. Onlar uğurla tapılmış hərəkət konturlarının təsbit edilməsinə kömək
edir. Lakin bu halda vacibdir ki, hər dəfə təxəyyülün müəyyən qədər müxtəlif
şəkildə canlandırdığı intonasiyanın dəqiq ifadəsi təmin edilsin. Çətin məqamlardan
biri ondan ibarətdir ki, intonasiya (musiqi fikri) yalnız axırıncı ifa variantında son
şəklini alır.Ona görə ifa hərəkətləri təfərrüatı ilə nəzərə alına bilməz, yəni musiqi
fikrinin yetişməsi ilə eyni vaxtda yaranır; beləliklə hərəkət hər zaman bütövlükdə
eşitmə qabiliyyəti və emosional sahəyə tabe olunmalıdır. Aydındır ki, “ifa ” və iş
prosesi çalğının hərəki məqamlarında müəyyən qədər müxtəlif yanaşma tərzlərinə
yol verir. Əgər məşq zamanı eyni hissə və yaxud parçaları təkrarlamaq zərurəti
yaranırsa, onda diqqətin bəzən emosional –səs vəzifələrindən hərəki problemlərə
doğru yönəlməsi o halda məqbuldur ki, sonrakı təkrarlarda bu epizodun bədii
siması daha da mükəmməlləşmiş hərəki forma ilə birgə tam bərpa edilsin.
Ona görə artıq hazır əsərin ifasından çox iş prosesində apparatın nəzarət
edilməsinə daha çox vaxt və diqqət ayırmaq lazımdır; əlavə planlaşdırılmamış
fasilələrin daxil edilməsi; çox sayda rəvan, səlis, nəzarətdə asanlıqla saxlanılan
hərəkətlərin əldə edilməsi üçün şərti, müvəqqəti temp ləngimələrinin daxil
edilməsi; əzələ- toxunuşla duyum hissiyatını “təravətləndirmək” məqsədilə
çalarların bütün mümkün rəngarəngliyindən istifadə çox faydalıdır; bir neçə dəfə
ardıcıl şəkildə müəyyən (qısa) hissələri təkrarlayaraq əlin bütöv vəziyyətinin
təkmilləşdirilməsi, həmçinin diqqəti bir neçə dəfə barmaqlara, daha sonra biləyin
nəzarət edilməsinə yönəldilməsi və s. Bütöv apparatın və əlin hissiyatlığı, duyumu
daimi, həmişəlik qazanılan, əldə olunan bacarıq deyil. O texniki təcrübənin
toplanması ilə inkişaf edərək yüksəlir: çiyin hərəkətlərinin müxtəlifliyindən istifadə
etmək bacarığına yiyələnmiş tələbə artıq onu yeni, fərqli tərzdə hiss etməyə
başlayır.
Beləliklə, ifa hərəkətlərini lazımi məqamda emosional-eşitmə sahəsinə tabe
etdirmək bacarığının aşılanması çox vacibdir. Pianoçu bilavasitə özünun
barmaqları müəyyən notlara toxundurmaq, “qalaylanmaq”, yerdəyişmə etməsindən
imtina edərək, eyni zamanda avtomatizmin ifa prosesini idarə etməsinə də heç bir
şəkildə imkan verməməlidir. Hərəkətlərin eşitmə qabiliyyətinə tabe edilməsi çox
mürəkkəb və incə (intuitiv) məqamdır; heç bir birtərəfli (yəni tamamilə “ hərəkətlər
KÜLTÜR EVRENİ - UNIVERSE OF CULTURE - ВСЕЛЕННАЯ КУЛЬТУРЫ
266
barədə fikirləşməmək” kimi tövsiyələr) müsbət nəticə əldə etməyə inkam
yaratmayacaq.
Məlumdur ki, hər bir fəaliyyət sahəsi və yaxud işdə qarşıya çıxan çətinliklərin
vaxtında aşkarlanması və düzgün təyin edilməsi çox vacibdir; bunsuz fortepiano
ifaçılıq prosesini təsəvvür etmək çox çətindir.Bununla yanaşı bir sıra pedaqoq və
tələbələr hesab edirlər ki, alət arxasında iş zamanı kəmiyyət baxımından qeyri-
məhdud səhv və düzəlişlərə yol verilə bilər. Lakin bu yanlış fikirdir. Belə ki,
pianoçunun işində saysız-hesabsız səhvlər hərəkət və eşitmə yaddaşına mənfi
təsirini göstərir . Hər səhv intonasiya sonrakı (təkrar) ifa zamanı əlavə çətinlik
yaradaraq yeni səhvlər üçün səmin yaradır. Daim ifanın təkmilləşməsinə çalışaraq
hər bir an yadda saxlamağı öyrənmək lazımdır ki, qarşıya qoyulan iki vəzifədən
biri nəzərdən qaçır. Belı ki, diqqət tam səfərbər olmağa yetişmir. Ona görə royal
arxasında iş zamanı bir neçə elementar qaydalara riayət etmək lazımdır:
- qarşıda çoxsaylı vəzifələr durduğu təqdirdə ifa tempi nəzərə çarpacaq
dərəcədə ya ağırlaşdırılır, ya da şərti fasilələr yaradılır;
- ən mürəkkəb məqamlar ilk olaraq seçilərək əsaslı şəkildə düşünülür, yəni
öncə təxəyyüldə canlandırılır;
“Təxəyyüldə ifa etmək” bacarığı bir çox konsert ifaçıları üçün vacib keyfiyyət
hesab olunur. Belə ki, onun sayəsində:
- ifa edilən əsər asanlıqla qavranılaraq bütün əsas və çətin həll olunan
yaradıcılıq məsələlərinin ümumi mənzərəsi yaranır (pianoçu konkret məqamda
vacib olan istənilən, yaxud əsaslı surətdə öyrənilməsinə ehtiyac duyulan hissə və
epizodu tez bir zamanda tapa bilir);
- ifa olunan əsərin bütünlükdə musiqi inkişaf prosesi əhatə edilir, bütöv
dramaturji konsepsiya açılır və aydın müşahidə edilir, həmçinin onun ifaçılıq
forması yaranır;
- çox zaman ifa hərəkətlərinin uyğunluğu, daha doğru və əsaslanmış
applikatura tapılır.
Beləliklə, fortepiano ifaçılıq incəsənətində texniki komponentlərin
mahiyyətini ümumiləşdirərək onun ən mühüm tərkib hissələrini vuğulayaq:
- aydın eşitmə -hərəki məqsədin olması;
- ifa apparatının hiss və idarə edilməsi;
- əzələ tonusu və fiksasiyaların dərk edilməsi;
- ifa hərəkətlərinin “sərbəstliyi” və “qüvvəsinin” qarşılıqlı əlaqəsi;
- gündəlik iş prosesində səhvsizlik prinsipi və bundan irəli gələn vəzifələrin
həyata keçırılməsi;
- fortepiano ifasında texniki dəqiqlik və ifa hərəkətlərinin mükəmməlliyə nail
olunmasında analitik-şüuri metodun əhəmiyyəti, yəni pianoçuda fortepiano
texnikası sahəsində rasional düşünmək qabiliyyətinin tərbiyə edilməsi;
KÜLTÜR EVRENİ - UNIVERSE OF CULTURE - ВСЕЛЕННАЯ КУЛЬТУРЫ
267
- hərəki- səs sahəsinin xüsusi inkişaf etdirilməsinin vacibliyi, yəni “hərəkət -
texniki görüş dairəsinin” yaradılmasının əhəmiyyəti, pianoçu düşüncə tərzinə malik
olmaq bacarığının aşılanması;
- pianoçunun musiqi - bədii intuisiyasının zənginləşməsi və genişlənməsinə
zəmin yaradan hərəki- texniki görüş dairəsinin, sənətkarlıq “sirrləri” sahəsində
dərin biliklərin qazanılması;
- hərəki formanın texniki baxımdan cilalanması, eşitmə qabiliyyətindən
səslənməyə doğru yolun “təmizlənməsi”.
Beləliklə, texnikanın qazanılması üçün vacib ilkin şərtlər-aydın ifa fikrinin
olması və onun təcəssüm etdirilməsinə səy göstərilməsidir. Lakin, düşünmək lazım
deyil ki, texnikanın yaranması üçün musiqini hiss etmək kifayətdir. Formal
texnisizmin inkarı pianoçunun öz texnikası üzərində işini istisna etmir. Belə ki,
onun bir sıra növləri o dərəcədə mürəkkəbdir ki, xüsusi çoxillik məşqlərsiz
yiyələnilməsi qeyri-mümkündür. Bu iş prosesi klaviatura ilə ilk tanışlıq anından
başlayaraq bütün həyat boyu davam edir. Pianizm inkişafının sonrakı
mərhələlərində gah bu, gah da digər vəzifələr ön plana çəkilir. Əgər onun
bünövrəsi təhsilin erkən dövründə qoyulursa, sonralar (yuxarı yaşlarda) texnika
üzərində iş daha səylə aparılır. Belə ki, bu ünsür yaş, fiziki və psixoloji amillərlə
əlaqəlidir.
İfaçının texniki apparatının mükəmməlliyi inkişaf edərək onun bədii təxəyyül
və düşüncəsini bir neçə dəfə qabaqlayır.Müasir dövrdə ifaçılıq müsabiqələri,
baxışlar, festivallar texniki hazırlığın misilsiz, qeyri - adi kamilliyini nümayiş
etdirərək dinləyici auditoriyasını valeh edib heyrətləndirir. İfaçılar ifadəlilik və
məzmunluqda deyil, daha çox sürət, cəldlik və çeviklikdə yarışırlar. Qeyd olunan
ifaçılıq prioritetlərinə uyğun olaraq müasir cəmiyyətin düşünmək, hiss etmək,
həyəcanlanmaqdan çox dinləmək və baxmağı üstün tutan dinləyici mədəniyyəti və
bədii zövqü formalaşır. Bu növ incəsənət öz həqiqi mənəvi təsirini itirərək
dinləyicilərin qəlb və zəkalarına təsir etmək iqtidarında olmur və bu halda yalnız
heyrət hissini doğurmağa müvəffəq olur.
İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYAT
1. F.Bədəlbəyli. Məqalələr, materiallar. Bakı, 1997.
2. Музыкальное исполнительство и современность. Вып. 2.М.,1997.с.26-
40.
Dostları ilə paylaş: |