Microsoft Word Kutsal quruculuq



Yüklə 3,17 Mb.
Pdf görüntüsü
səhifə39/133
tarix26.09.2017
ölçüsü3,17 Mb.
#1972
1   ...   35   36   37   38   39   40   41   42   ...   133

 

137


4.“Ruhani  Hökmlər”i  ayırmaq  (o  hələ  bitməyib  və  uzun  müddət  bit-

məyəcək). 

5.“Ata  İşığı”nı  Asif  Ataya  həsr  olunmuş  Epiqraf  səviyyəli  deyimlə 

başlamaq. 

(Mücərrəd  Atanın  arxasınca  getmirlər,  canlı,  şəxsi  Atanın  ardınca 

gedirlər). 

(“Asif”  sözü  ərəbcə  şiddətli  külək  –  yəni  əslində  Ruh  –  deməkdir. 

Evladlar  Ataları  üçün  layiqli  ad  tapmayınca  Asif  sözü  Müqəddəslikdə 

yaşamalıdır). 

6.Ocağa  Müraciəti  adi  günlərdə  yaşatmaq,  Ataya  Müraciəti  çətin 

günlərdə, Ülvi Günlərdə, Səfər üstə, Şərlə üzləşəndə, Xeyirlə görüşəndə 

özümləşdirmək (“Ocaq” – Atanın İşığıdır). 

7.“Rəmzlər”də Bir torpaqda becərilməyən (yəni bar verməyən) səh. 41. 

8.Mütləq Riayət: 

Ataya  təzim  ideyasının  bütün  mərhələləri:  baş  əymə,  sədaqətli  ürək, 

müqəddəs əl. 

Ata  Təqvimi,  Ata  Yeni  ili,  Ata  günü,  Özüylə  Döyüş,  Ruhani  Tək-

milləşmə... 

Müqəddəs Dəftərdə əks olunur. 

Hər ay Görüş vədəsi Ataya təqdim olunur. 

(“Evladlıq”da  Tələb  olunan  Şərdən  ayrılma,  “İqbal”  səviyyəsində, 

Ruhani  Billurlaşma,  Qorxudan  azad  olmaq,  Yırtıcıdan  azad  olmaq,  Xud-

bindən  azad  olmaq,  Naşıdan  azad  olmaq,  Əyyaşdan  azad  olmaq, 

Kölədən azad olmaq, Hərisdən azad olmaq, Şöhrətdən azad olmaq və s. 

yolunda səy, nəticə, Bugünkü, Sabahkı...). 

9.Bir  Ruhani  vərəqə,  sətir  belə  itməməli,  qorunmalı,  sabaha 

çatdırılmalı. 

     Ruhani Tariximiz – Ruhani Hesabatımız, Davamız. 

(Təzə Kitab – Ruhani Tariximizə aid məlumatlar kitabı yaradılır, həmin 

kitab indi başlanır və qurtarmır). 

10.Atayla görüş tarixləşir, təqvimləşir, Kəlamlaşır. 

11.“Əməl”ə Mütləq Əməl! 

Ürəyin Qaranlıqları yarsın.

3

 

 



DÜNYAYA MÜNASİBƏT 

Safruha, Sadiqə, Əsilə 

1.Türkiyəylə, İranla, Ərəbistanla əlaqə yaratmaq gərəkdir. 

Əlaqə – qeyri-siyasi, xəlqi olmalıdır. 

                                                



3

 

Sonunda yazılma ilsırası göstərilməyən Bəlgələr özündən sonrakı Bəlgə ilə bir 



gündə yazılmışdır. Təkrarlar olmasın deyə bu yöntəmi seçdik. 

 



 

138


Müqəddəs Kitablar həmin ölkələrdə Mütləqçi yetirə bilər, Mütləqçi 

Amalımızı həmin ölkələrdə yaya bilər. 

Ata Yurduna gələnlər arasında imperiya casuslarıyla yanaşı, layiqli 

şəxslər də ola bilər. 

Onlarla insani, ruhani münasibət Amalımıza kömək olardı. 

Həyatını bu çətin işə həsr eləyən Evlad istəyirəm! 

2.SSRİ-də yaşayan əski türk xalqlarıyla ünsiyyət yaratmalıyıq. Bunun 

üçün Müqəddəs Kitablar rus dilinə tərcümə olunmalıdır və yayılmalıdır. 

Şərq xalqları bir-birinin dilini çoxdan yadırğayıb. 

Bu işi öhdəsinə alan Evlad istəyirəm. 

3.Müasir Şərq nəinki gözünü, hətta qulağını belə Avropaya uzadıb. 

Amalımız Avropaya çatmalıdır. 



Bu işi görə biləcək Evlad istəyirəm. 

  

SAFRUH ÜÇÜN 

Ataya Səcdə Müqəddəsliyində Atanın portreti, büstü haqqında 

söhbətin ülvi mənası anlaşılmaz. 

Bunu bugünkü bütpərəstliyin təsiri sayarlar. 

Bu səbəbdən də həmin müddəanı Müqəddəs Qanundan çıxartmaq 

lazımdır. 

Siz, Evladlar – Atanın surətini Amalımızın İfadəsi səviyyəsində dərk 

etsəniz, Zahirin Daxili Mahiyyətinə yüksəlsəniz – Atanın Portreti 

məsələsini hökmsüz də həll edərsiniz. 

Ləyaqətinizin Tələbi bunu sizə öyrədər. 



Sərt Ay, Yeddinci il. Bakı. 

 

MƏLUMAT 

Bu ayın 13-də Dövlət Təhlükəsizlik Komitəsinin Şöbə müdiri Tofiq 

Heydərov Ata Evinə gəldi. 

– “Niyə çap olunmursunuz? 

Niyə doktorluqla bağlı Moskvaya zəng vurmursunuz? 

Niyə kitablarınızın nəşriylə maraqlanmırsınız? 

Bilirik ki, dəyişməmisiniz...” 

Dedim ki, “cavanlıqda müxtəlif balaca qazanlar qaynadırdım. 

İndi bir Böyük Qazan qaynadıram”. 

Çaşqın idi – narahat idi. 



13 Qar - 7-ci il. 

SAFRUH ÜÇÜN 

1. Müqəddəs İllə Görüşə Ruhani səviyyədə hazırlaşırsan. 

Qayda yazılıb. 

Onun hərfinə və Ruhuna tam riayət etmək gərəkdir. 




 

139


Görüşü Hadisəyə çevirmək lazımdır. 

Texniki tərəfi hərtərəfli düşünürsən, Yetkin şəkildə hər şeyi Dəqiq- 

liklə müəyyən eləyirsən, Əsillə birgə. 

(Harada, saat neçədə, kimlə?) 

Maqnitofon olsa – Ata Müraciətini yazarsan, bu təsirli olar; olmasa – 

oxuyarsınız Biriniz. 

Məndən olsa – Sən. 

2. Zəruri saysan, Atayla Mərasimlə bağlı ayda iki dəfə görüşə bilərsən. 

İkinci həftənin beşinci günü, bir də əvvəlki. 

   Sənədlərimizi tənzim et, diqqətlə, məsuliyyətlə qoru. 

   Ürəyin Qaranlıqları Yarsın! 

Qar Ayı. 

 

SAFRUH  ÜÇÜN 

1.Zəruriyyət. 

15 yaşlı Evlad gərək – gələn əsrin əvvəlində 30 yaşı olacaq. 

18 yaşlı Evlad gərək – gələn əsrin əvvəlində 33 yaşı olacaq. 

2.İnamsız həyat gənclik yavanlığını Yamanlığa çevirir. 

    Evladlaşdırmaq – Yamanlıqdan uzaqlaşdırmaq... 

    Qəddarlıq  Yamanlığı  görürəm  gənclərdə,  haramlıq yamanlığı  görürəm 

gənclərdə,  yabançılıq  yamanlığı  görürəm  gənclərdə,  bir  hissəsində  də 

məscid hədyanlığı, avamlıq... 

Dəbbə arxasında hədsiz yazıqlıq... 



(Yazıqlığın qəddarlığından olmaz!) 

    Dəhşətli Atasızlıq! 



Bilmir  nə  eləsin,  ona  görə  də  yamanlıq  eləyir  cavan. 

Lap uşaq yaşından yaşamır... 

3.“Dindarlar Ataya daha yaxındır!” – fikri səhvdir. 



Dünənkilər – bəli, bugünkü dindarlar – yox. 

Onlar Xomeyni bədnamlığına yaxındır. 

    Qoyun mütiliyi onu yaratdı ki, südəmər körpələri analarının qucağından 

alıb raketin qabağına yollayırlar mollalar! 

Bizə özümüzdən başqa Yaxın olan yoxdur... 

Bu səbəbdən də başqalarını özümləşdirməliyik. 

Dindarları  yalançı  İnamdan  xilas  eləməliyik,  onlardan  Evlad 

yetişdirməliyik və Dindarların xilasına göndərməliyik. 

4.Müqəddəs  İlimiz  Novruz  Bayramından  fərqlidir.  Onun  vaxtını  fərqli 

müəyyənləşdirmək lazımdır. 

1 Günəş Ayı, 1979-cu il köhnə təqvimlə. 




Yüklə 3,17 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   133




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə