Microsoft Word Market strat v?r?qab?tli movqel?sdirm?doc



Yüklə 7,84 Mb.
Pdf görüntüsü
səhifə45/345
tarix14.12.2017
ölçüsü7,84 Mb.
#15684
1   ...   41   42   43   44   45   46   47   48   ...   345

Marketinq strategiyası və rəqabətli mövqeləşdirmə 

107


Cədvəl 3.2 Bazarın cazibədarlığı 

Amil 


Qiymət 

Çəki əmsalı 

Reytinq 

1.Bazarın ölçüsü 

0.5 

15 


7.5 

2.Artım həcmi 

(vahid) 

0.0 


15 

0.0 


3.Təmərküzləşmə 

1.0 


30 

30.0 


4.Maliyyə 

0.5 


25 

12.5 


5.Texnologiya 

0.5 


15 

7.5 


 

 

100 



57.5 

 

Cədvəl 3.3 Biznesin vəziyyəti 

Amil 

Qiymət 


Çəki əmsalı 

Reytinq 


1. stehsal 

texnologiyası 

 

 

 



Mövcud keyfiyyət 

20 



Yeni texnologiyalar 

0.5 

20 


10 

2. stehsal 

 

 

 



Miqyas 

0.5 


10 

Məhsuldarlıq 



0.5 

10 


 

0.5 



10 

3.Marketinq 



 

 

 



Bilik və təcrübə 

10 



Satış 


0.5 

10 


Servis 


0.5 

10 


 

 



100 

35 

 

3.3.3. Amillərin qiymətləndirilməsi   

Təhlilin  aparılması  üçün  qiymətləndirilmə  amillərininin  müəyyənləşdi-

rilməsindən  sonra,  biznesin  vəziyyəti  və  bazarın  cəlbediciliyinə  uyğun 

olaraq kateqoriyalara görə onların qiymətlərini cəmləmək lazımdır. Qiy-

mətləndirmə adətən hər bir amilin qiymətini müəyyənləşdirməklə aparılır 

(0,0  =  aşağı;  0,5  =  orta;  1,0  =  yüksək),  sonra  hər  bir  amilə  onun  nisbi 

ə

həmiyyətindən asılı olaraq çəki əmsalları verilir. Nəhayət, həmin amilin 



hər iki dəyişənə - bazarın cazibədarlığı və biznesin vəziyyətinə görə rey-

tinqini  və  ya  əhəmiyyətini  müəyyənləşdirmək  üçün  hər  bir  amilin  qiy-

mətini onun çəki əmsalına vurmaq lazımdır.  

 

Cədvəl  3.2  və  3.3  təsvir  etdiyimiz  sxemin  tətbiqinin  hipotetik 



nümunəsini əks etdirir. Hər bir dəyişən üçün əldə edilmiş qiymətin məb-

ləği  daha  sonra  matrisdə  təhlil  olunan  biznesin  vəziyyətini  təyin  etmək 

üçün  istifadə  edilir.  Menecerlər    qiymətləri  və  çəki  əmsallarını  öz  təc-

rübələrindən  çıxış  edərək  təyin  edirlər,  lakin,  praktikada  çəki  əmsalları 

son nəticəyə güman ediləndən də az təsir göstərir. 

 

 



 

 



                                                                    Qrem Huley, Con Sonders, Naycel Pirsi  

108 


3.3.4.  Bu  metodun  marketinq  strategiyası  baxımından 

ə

həmiyyəti 



GE

  modeli  Boston  Consulting  Group  kompaniyasının  artım  matrisi  – 

xüsusi çəkinin tərtibində istifadə edilən nəğd axınları meyarının tətbiqinə 

deyil,  invesitisiya  imkanlarını  qiymətləndirmək  meyarı  kimi  investisi-

yaların  rentabellik  göstəricisinin  istifadəsinə  əsaslanıb.  Matrisin  yuxarı 

sol  hissəsində  yerləşmiş  bütövlükdə    yüksək  məhsuldarlığı  xarakterizə 

edən biznes istiqaməti özündə əlverişli investisiya imkanları təqdim edir: 

belə biznes istiqaməti yüksək investisiya rentabelliyi ilə fərqlənir. 



GE

  modeli  marketinq  strategiyası  üçün  böyük  əhəmiyyət  kəsb 

edir.  Təhlil  və  ya  planlaşdırma  üzrə  mütəxəssislər  ondan  planlaşdırma 

üçün üç mərhələdə istfadə edə bilər. Birincisi, bu model mövcud biznes 

strategiyası,  sahə  xarakteri  və  rəqabət  strukturu  şəraitində  müəssisəyə 

məxsus cari imkanları qiymətləndirməyə imkan verir.  kincisi, strategiya-

da əhəmiyyətli dəyişikliklərin edilməməsi şərti daxilində bazarda gələcək 

situasiyanı  və  kompaniyanın  vəziyyətini  təhlil  etmək  olar.  Üçüncüsü, 

sonuncu prosesi hər dəfə yeni və alternativ strateji variantları öyrənməklə 

dəfələrlə  təkrar  etmək  olar.  Təhlil  prosesini  təkrar  edərək  həmin  biznes 

sahəsinə  yayılmış  öz  məqsəd  və  investisiyaların  barəsində  müxtəlif 

şə

rtləri nəzərə almaq olar.  



 

Strategiyanı  qəti  surətdə  seçmək  üçün  güman  edilən  dəyişik-

liklərlə şərtlənmiş uzunmüddətli xərclər və üstünlükləri qiymətləndirmək, 

həmçinin, istənilən strateji dıyişikliklərə rəqiblərin reaksiyasın öyrənmək 

lazımdır.  Biznes  vəziyyətinin  dəyişməsinə  gəldikdə  isə,  bildiyiniz  kimi, 

bir neçə əsas strateji variant mövcuddur: 



1.

  Cari  biznes  vəziyyətini  saxlama  və  ya  qorumaq  məqsədilə 

investisiya:  investisiya  bazardakı  dəyişikliklərin  öhdəsindən 

gəlməyə kifayət etməlidir. Bu variant əsasən cazibədarlığı azalan 

bazar üçün doğrudur. 

2.

  Bazarda biznesin vəziyyətini yaxşılaşdırmağa istiqamətlənmiş 

investisiya:  Belə  strategiya  bazara  girmə  və    biznesi  burada 

möhkəmləndirməyə kifayət edəcək qədər investisiya tələb edir. 



3.

  Bərpa  olunmaq  üçün  investisiya:  inkişaf  edən  və  ya  daralan 

bazarda biznesin yenidən bərpası və ya dirçəlməsinə istiqamətlən-

miş bu strategiya böyük həcmli investisiya tələb edir. 

4.

  Seçmə  qabiliyyəti:  belə  strategiya  daxil  olma  və  ya  bərpa 

etmənin  öz  əhəmiyyətinə  görə  xərcləri  üstələdiyi  seqmentlərdə 

vəziyyətin  möhkəmlənməsinə  istiqamətlənib,  məsələn,  “çətin 

uşaqların”  “ulduzlara”  döndərilməsi  və  ya  onları  “sevimlilər” 

kateqoriyasına çevrilməsi.  

5.

  Aşağı  investisiya  və  ya  həmin  istiqamətdə  “məhsulun 

ğılması”: bu variant müəyyən zaman müddətində tətbiq olunur. 



Yüklə 7,84 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   345




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə