Microsoft Word Mead Mekarim doc



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə19/41
tarix21.04.2018
ölçüsü5,03 Kb.
#39752
1   ...   15   16   17   18   19   20   21   22   ...   41

                                                                                    Àéÿòóëëàù Ìÿêàðèì Øèðàçè 
 
76 
yatıb qalmıış, zaman keçdikcə daş kömür halını almışdır. 
Tezliklə biləcəyik ki, ağaclarda toplanan enerjilərin 
mənbəyi günəşdir. 
2. Neft. Son nəzəriyyələrə görə kiçik və böyük dəniz 
heyvanlarının uzun əsrlərdən bəri yığılan çöküntüləridir 
ki, hava və yer şərtlərinin dəyişməsi nəticəsində  dəfn 
olunmuş, bir neçə  mərhələli deformasiyadan sonra 
yaradılışın qəribə qüdrət əli ilə “qara qızıla” çevrilmişdir. 
Deyilənə görə onun bir-birindən fərqli və faydalı çoxlu 
növləri vardır. Tezliklə biləcəyik ki, heyvanların yaradılış 
sərçeşməsi və onların bədənlərində olan enerji mənbəyi 
günəş işığındandır. 
3.  İşıq istehsal edən stansiyalar. Bunların da enerji 
mənbəyi ya sudur (çaylar üstündə qurulan sədlərin 
sıxıntısından  əmələ  gəlir, bunların da günəşlə  əlaqəsi 
məlumdur. Belə ki, dənizləri suyunun buxarlanması, 
buludların yaranması, yağışın yağması günəşin təsiri 
ilədir), ya da neft və bu kimi yanacaqların köməyi ilə olur 
ki, bunlarında enerji mənbəyinin günəş olduğu sübuta 
yetməkdədir. 
4. Küləklər. Yel dəyirmanlarının, eləcə  də yelkənli 
qayıqların enerji mənbəyi hesab olunur. Küləyin günəşlə 
əlaqəsi digərlərindən daha aydındır. Belə ki, günəşin yer 
üzünün müxtəlif  ərazilərinə  hərarəti fərqli olduğundan 
havanın bir yerdən başqa yerə  sıxılaraq hərəkət etməsinə 
səbəb olur. 
5. Heyvanlar. Enerji mənbəyi hesab olunan heyvanlar 
bitkilər olmadan həyat sürə bilməzlər. Çünki bütün 
heyvanlar ya ot yeyən olur, ya da ot yeyən digər 


Ìÿàä - þëöìäÿí ñîíðàêû ùÿéàò   
 
77 
heyvanlarla qidalanan. Hətta dəniz heyvanları da bu 
qanundan istisna olunmur.  
6. Günəş işığı olmadan (birbaşa, ya vasitə ilə) otların və 
ağacların bəslənməsi mümkün deyil. Elə buna görə  də 
dənizin günəş  şüası düşməyən dərinliklərində mütləq 
surətdə bitkilər olmur. 
Əlbəttə, nadir enerjilər tapmaq olar ki, günəşdən 
faydalanmasın. Məsələn, dəniz sularının ay işığından 
təsirlənən enmə  və qalxmaları. Bunlardan bəzi suvarma 
işləri, ya işıq enerjisi istehsalında istifadə olunur. Amma 
dediyimiz kimi bunlar çox nadir hallardır. 
Odun istiliyi günəşdəndir 
Deyirlər ki, odun istiliyi özündəndir.  İlkin nəzərdə bu, 
doğru görünür. Çünki od olan yerdə istilik olur. İstiliyi 
oddan çıxsaq, daha ona od deyilməz. Terminlər dili ilə 
desək, bu keyfiyyət onun zati xüsusiyyətlərindən hesab 
olunur. 
Lakin diqqətlə baxsaq görərik ki, bu istilik bir zaman 
günəşdə idi. Günəşin şüalarının yerə saçmasıyla istilik də 
yerə  gəldi və sirli bir şəkildə yanar hesab olunan 
(məsələn) ağacın tərkibində yerləşdi. Ayların, illərin 
keçməsi, qar və yağışların yağması onun daxilindəki bu 
odu söndürə bilmədi. 
Daha sadə dil ilə desək,  əgər kibrit çöpünün istehsal 
etdiyi od, ya meşə yanğınından yaranan od yüz illər, ya 
min illər boyu tədricən günəşdən alınan enerjilərin 
cəmidir. Bu hadisələrdə  əvvəldən yığılan enerjilərin bir 
anda sıçrayışı bizi məsələn dəhşətli bir meşə yanğını ilə 
qarşı-qarşıya qoyur. 


                                                                                    Àéÿòóëëàù Ìÿêàðèì Øèðàçè 
 
78 
Deyəcəksiniz ki niyə? 
Kimya elmində bir qanunumuz vardır. Bunu izah 
etməklə yuxarıda deyilənlər daha aydın olacaq. Hər bir 
kimyəvi tərkib və ya hissə iki haldan birinə malikdir; ya 
enerji verir, ya da alır. Məsələn, bir neçə damcı su 
yaratmaq üçün bir qədər oksigen və hidrogeni bir şüşədə 
yerləşdiririk. Lakin görürük ki, bu iki element bir-biri ilə 
reaksiyaya girmədi və  nəticədə su yaranmadı. Bir kibrit 
yandırıb  şüşənin ağzına tuturuq, reaksiya verir və bu iki 
element bir-birində  həll olub su damcıları yaradırlar. 
Buradan nəticə alırıq ki, su – hərarətin oksigen və 
hidrogenlə birləşməsidir. 
Bu suyu illərlə ağzı bağlı şüşədə saxlasaq və sonra onu 
analiz etsək, görəcəyik ki, bir zərrə də azalmadan oksigen 
və  hidrogen  geri  qayıdır. Bundan əlavə  həmin o bir 
kibritin də “hərarəti” geri qayıdır və istilik verir. 
Birinci surətdə (su yaradılan zaman) deyirik: Bizim 
kimyəvi tərkibimiz bir enerji aldı.  İkinci surətdə isə 
deyirik: Bu kimyəvi bölünmə enerji hasil etdi. 
İndi isə qayıdaq ağacların enerji məsələsinə. Ağaclar 
üzərində keçirilən kimyəvi araşdırmalar bizə deyir ki
burada oksigen, hidrogen, karbon və bir qədər duz vardır. 
Duzlar yerdən, oksigen və hidrogen isə sudan alınır. 
Karbon isə havadan alınır. Çünki havada mövcud olan 
qazlardan biri oksigen və hidrogendən mürəkkəb olan 
carbon qazlarıdır. Günəş  şüalarının düşməsi ilə  ağaclar 
havadakı qazları bir-birindən ayırıb təkcə karbonu 
özlərinə  çəkir, oksigeni isə havaya buraxırlar. Elə buna 


Ìÿàä - þëöìäÿí ñîíðàêû ùÿéàò   
 
79 
görə deyirik ki, ağaclar havanı  təmizləyir, bizə  təmiz 
oksigen verir. 
Lakin bu ifadəni unutmayaq: “Günəş  şüalarının 
düşməsi ilə”. Bu, məna dolu bir ifadədir. Ağaclar, 
ümumiyyətlə bitkilər bəslənərkən və qida qəbul edərkən 
günəş enerjisindən də bir qədərini özündə saxlayır. 
Təbiidir ki, ağac yanarkən və hissələrindən oksigen və 
hidrogen (yəni su) ayrılarkən yerdə qalan oksigenli 
karbon illər boyu saxladığı günəş  hərarətini sürətlə ixrac 
etməyə başlayır. 
Bu məsələ aydın oldu. Qayıdaq Qurani-Kərimə baxaq. 
Görəcəyik ki həmin bu misalla enerjilərin dönüşünü bizim 
gözümüzün önündə canlandıracaq. 
Enerjilərin dönüşü 
Kibrit çöpü, ya odun və daş kömürlə gördüyümüz 
alovların hər biri enerjilərin məadının bir səhnəsidir. 
Diqqət edin, Qurani-Kərim qısa bir cümlə ilə bu 
həqiqəti necə bəyan edir. 
Keçən bəhsimizdə aydın dəlillərlə sübut etdik ki, nüvə 
enerjisindən başqa yer üzərində olan təxminən bütün 
enerjilərin mənbəyi günəşdir. Görək Qurani-Kərim bu 
barədə  nə deyir? Yasin surəsinin son ayələrində  məad 
haqında deyilən söhbətdən sonra belə oxuyuruq: 
O yaradan ki, sizin üçün yaşıl ağacdan (Ərəbistanda 
bitən mərx və ifar ağaclarından) od əmələ gətirdi. Budur, 
siz indi ondan (o iki ağacı birbirinə sürtməklə) od 
yandırırsınız».
1
 
                                                 
1
 Yasin surəsi, ayə 80. 


Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə