Ìÿàä - þëöìäÿí ñîíðàêû ùÿéàò
165
qurtardıqdan sonra möminlərin) məskunlaşma yeri olan
axirət Cənnəti onun yanındadır.
1
İslam Peyğəmbərinin (s) meracından danışan bu ayə
Cənnətin indi də mövcud olduğunu göstərir.
2. Şübhəsiz, Cəhənnəm kafirləri əhatə etmişdir.
2
Quranın iki ayəsində işlənən bu ifadə Cəhənnəmin hal-
hazırda kafirləri əhatə etdiyini bildirir. “Cəhənnəm”
kəlməsi adətən məaddan sonrakı cəhənnəmə şamil edilir.
3. “Müttəqilər üçün hazır olan cənnət”
“Kafirlər üçün hazır olan cəhənnəm”
Bu barədə ayələr çoxdur.
3
Bəzi Quran ayələrində cənnətin böyüklüyünün yer və
göylər qədər olduğu bildirilir:
“Rəbbinizin məğfirətinə və genişliyi göylərlə yer üzü
qədər olan, müttəqilər üçün hazırlanmış Cənnətə tələsin.”
4
Başqa bir ayədə oxuyuruq:
“Rəbbiniz tərəfindən bağışlanmağa və genişliyi (eni)
yerlə göyün genişliyi qədər olan, Allaha və Onun
peyğəmbərlərinə iman gətirənlərdən ötrü hazırlanmış
Cənnətə nail olmaq üçün (yaxşı əməllər etməkdə) bir-
birinizi ötüb keçməyə çalışın. Bu, Allahın dilədiyi kimsəyə
əta etdiyi lütfdür (mərhəmətdir).”
5
(Məlumdur ki, bu iki ayədəki “ərz” (en) sözü həndəsi
enlik mənasında deyil, genişlik mənasındadır.)
1
Nəcm surəsi, 13-15.
2
Tövbə surəsi, 49. Ənkəbut surəsi, 54.
3
Ali-İmran surəsi, 131, 133. Bəqərə surəsi, 24.
4
Ali-İmran surəsi, 133.
5
Hədid surəsi, 21.
Àéÿòóëëàù Ìÿêàðèì Øèðàçè
166
İndi belə bir sual meydana çıxır: bir tərəfdən Quran
ayələrinin zahiri bildirir ki, cənnət və cəhənnəm indi
mövcuddur, digər tərəfdən onun yer və göylər
genişliyində olduğu deyilir. Bəs bu böyük ərazi hardadır?
Bundan əlavə, əgər cənnət bu qədər genişdirsə, o zaman
cəhənnəm üçün yer qalmır.
Buradan belə bir fikir yaranır ki, bəlkə bu ikisi yerin
altındadır? Biz bu gün yerin bətnini tanımırıq. O gün bu
ayənin dediyi kimi hər şey aşkar olacaq: “Həqiqətən sən
bundan (bu gündən) qafil idin. Biz pərdəni (qəflət
pərdəsini) sən(in təfəkkürünün önün)dən kənara çəkdik.
Odur ki, bu gün gözün iti görür.”
1
Hər kəs öz istedadı
ölçüsündə öz payını alır və öz yerini tapır.
Ola bilər bu söz bəzilərinin zehninə uzaq gəlsin. Lakin
bir misalla bu uzaqlığı aradan aparmaq istəyirik. Bilirik ki,
biz bu dünyanın bütün səs dalğalarını eşitmirik. Başqa bir
tərəfdən bunu da bilirik ki, dünyanın radio dalğaları gecə-
gündüz bütün dünyaya radio siqnalları ötürürlər və bu
siqnalları qəbuledici olmadan eşitmək mümkün deyil.
İndi iki belə ötürücü fərz edin. Birində həzin səslə insanı
valeh edən, rahatlıq bəxş edən Quran oxunur. Digərində
isə insana əziyyət verən eybəcər səslər çıxır. Bu iki səsin
hər ikisi dünyanın dalğıları arasında cərəyan edir və hər
yeri əhatə edir. Lakin adi qaydada biz bu səslərdən heç
birini eşitmirik. Belə olan surətdə əgər biz yalnız bir dalğa
qəbul edən bir qəbulediciyə sahib olsaq və bu bir dalğa da
həmin Quran səsi olsa, həmişə rahatlıq içində olarıq və bu
1
Qaf surəsi, 22.
Ìÿàä - þëöìäÿí ñîíðàêû ùÿéàò
167
səsdən mənəvi ləzzət alarıq. Amma vay halımıza, əgər o
biri səsi qəbul etsək və buna məcbur olsaq, görün
günümüz necə əziyyət və narahatçılıqla keçər.
İndi diqqət edək. Mümkün deyilmi ki, bu cahanın elə
bir nöqtəsində olsun ki, bizim onu hiss etməyə imkanımız
olmasın? Məgər “cəhənnəm kafirləri əhatə etmişdir” ayəsi
bu dediklərimizə tətbiq olunmurmu? Cənnətin yerin və
göylərin genişliyi qədər olduğunu deyən ayələr bu məna
ilə daha da anlaşıqlı olmazmı?
“Bu yerin başqa bir yerə çevriləcəyi (dağların məhv
olacağı, dəryaların buxarlanacağı və yer üzünün tamamilə
düz olacağı) və həmçinin göylərin (dəyişəcəyi) və hamının
(bütün ölülərin hesab və cəza üçün) hər şeyə qalib tək
Allahın hüzurunda zahir olacağı gündə!..”
1
ayəsinin
mənası bu yer və göyün bir gün dağılacağına və məadın
bərpa olacağına dəlil deyilmi?
Düzdür bu məsələni həzm etmək, digər məad
məsələləri kimi çətindir, lakin yuxarıda deyilən müqəd-
dimələrə əsasən buna ehtimal vermək mümkündür. Bunu
da demək lazımdır ki, bundan başqa da ehtimallar vardır,
amma mətləbin uzanmaması üçün onları qeyd etmirik.
Qiyamətin əlamət və nişanələri
Quran surələrindən çoxu Məkkədə nazil olmuşdur.
Məkkə surələrinin məad barəsində çoxlu xatırlamaları
vardır ki, onlardan bir qismi də məadın əlamət və
nişanələridir.
1
İbrahim surəsi, 48.
Àéÿòóëëàù Ìÿêàðèì Øèðàçè
168
Dərdsiz, məsuliyyətdən xəbərsiz, yaradılış hədəfindən
uzaq, azğın halda həyatını sürdürən insan bu yuxudan
ayılmaq üçün ciddi xəbərdarlıq olunmalı olduğu halda
onu gələcəkdə nə gözləməsini xəbər verməkdən daha
yaxşı bir vasitrə tapmaq olmaz. Məadın əlamət və
nişanələri barədə nazil olmuş bir çox ayələrdə bildirilir ki,
Qiyamət sakit və sadə formada deyil, əksinə bütün
dünyanı sarsıdacaq böyük bir çaxnaşma yaradacaq,
kainatın nizamını pozacaq bir tərzdə baş verəcək.
Əlbəttə, ağlımız da bunu deyir: Yeni bir nizam və həyat
üçün yeni bir dünya lazımdır ki, bu da böyük bir çevriliş
olmadan mümkün deyil.
İndi bu barədə nazil olan bəzi ayələrə baxaq:
1. Böyük zəlzələ
“Ey insanlar, öz Rəbbinizdən qorxun! Həqiqətən
qiyamətin (Surun birinci dəfə çalınmasından qabaq baş
verəcək) zəlzələsi çox böyük bir şeydir. Onu gördüyünüz
gün, (şahid olacaqsınız ki,) hər bir əmzikli qadın
körpəsinə süd verməyi unudacaq və hər bir hamilə qadın
öz (bətnindəki) yükünü yerə qoyacaqdır. Və (həmin gün)
insanları sərxoş görərsən, amma onlar sərxoş deyildirlər,
lakin Allahın əzabı şiddətlidir.”
1
Sözsüz ki, bu zəlzələ Qiyamətin astanasında baş
verəcək, nəinki həmin gün. Çünki həmin nə hamilə qadın
olacaq, nə də süd verən. Hər bir halda bu zəlzələ bütün
dünyanı əhatə edəcək böyük bir hadisə olacaq. Bundan
sonra dağılmış viranələr üstündə yeni dünya yaranacaq.
1
Həcc surəsi, 1-2.
Ìÿàä - þëöìäÿí ñîíðàêû ùÿéàò
169
2. Günəşin və Ayın tutulması
“Günəş sarınacağı zaman (sanki sönüb hərarətsiz
olması üçün onun ətrafına bir şey bükülər),
ulduzlar qaralıb (yerə) töküləcəyi zaman,
dağlar hərəkətə gətiriləcəyi (parça – parça olub dağıla-
cağı) zaman,
(O dövrdə ən dəyərli mal-dövlət hesab edilən) boğaz
(on aylıq hamilə) dəvələr başlı – başına buraxılıb sahibsiz
qalacağı zaman,
bütün vəhşi heyvanların (bir yerə) toplanacağı (öz ölüm
yerlərindən çıxacaqları) zaman,
dənizlərin dolacağı və qaynayacağı zaman,
(Bərzəx) ruhlar(ı Məhşərdəki yeni bədənlərlə, yaxşılar
yaxşılarla və pislər də pislərlə, Cənnət kişiləri öz
zövcələrinə) qovuşacağı zaman,
diri ikən torpağa gömülmüş hər bir adam (cahiliyyət
dövründə diri-diri basdırılmış qızlar, tarix boyunca diri-
diri basdırılmış insanlar və günahsız ikən zindanda
ölənlər) barəsində soruşulacağı zaman «Hansı günaha
görə öldürüldülər?» (Onların qatillərindən: «Bunlar hansı
günaha görə öldürüldülər?»- deyə soruşular),
əməl dəftərləri (Haqq-taala tərəfindən məhşər əhli
arasında) yayılacağı və hər bir şəxsin əməl səhifəsi (onun
öz qarşısında) açılacağı zaman,
göy (əhatə etdiyi hər bir şeyin üzərindən) götürüldüyü
zaman,
Cəhənnəm alovlandırılıb şölələndiyi zaman,
Cənnət (təqvalılar üçün) yaxınlaşdırıldığı zaman
Àéÿòóëëàù Ìÿêàðèì Øèðàçè
170
Hər kəs (dünyada bugünkü günə özü üçün yaxşı, pis)
nə hazır etdiyini biləcəkdir.”
1
Həqiqətdə bu ümumi inqilab bütün insanları,
heyvanları, dağları, dənizləri, yer və göyləri əhatə edəcək
və hamı bu böyük hadisədə iştirak edəcək.
Diqqət edin, yuxarıdakı ayələrdə Qiyamətin müqəddi-
mə və əlamətlərinə, həmçinin bu hadisənin özünün
xüsusiyyətlərinə işarə edilmiş və çox maraqlı şəkildə ifadə
edilmişdir.
3. Hər şeyin dağılacağı gün
“(Qulaqları və ürəkləri) döyəcləyən (və Allah
düşmənlərini əzən o dəhşətli) hadisə. Nədir o döyəcləyən
və əzən (dəhşətli) hadisə?! Və sən nə bilirsən ki, o
döyəcləyən (dəhşətli) hadisə nədir? (O hadisə Qiyamətin
qopmasıdır). O gün insanlar kəpənək kimi (ətrafa)
səpələnər. Dağlar didilmiş rəngarəng yun kimi havada
parça-parça olacaqdır.”
2
Həqiqətən o günün zəlzələsi, titrəyişi və zərbəsi elə
şiddətli olacaq ki, hər şeyi vurub dağıdacaq və nəticədə
Qiyamət bərpa olacaq.
Bu ayələrdə sərgərdan qalmış insanların halı təsəvvür
olunur. İlk zərbədən elə həyəcanlanacaqlar ki, özlərini bir-
birinin ardınca şamın oduna vuran və yanıb məhv olan
pərvanələr kimi bir-birinə dəyəcəklər.
Bəziləri məşhur fikrin əksinə olaraq (bu, pərvanənin
eşq üzündən özünü şamın oduna vurması fikridir) belə
1
Təkvir surəsi, 1-14.
2
Qariə surəsi, 1-5.
Ìÿàä - þëöìäÿí ñîíðàêû ùÿéàò
171
düşünür ki, pərvanə heç də eşq yolunda özünü şama
qurban vermir, əksinə o, unutqanlığının qurbanı olur.
Çünki onun hafizəsi o qədər zəifdir ki, şama
yaxınlaşdıqda onun hərarətini hiss edib geri çəkilsə də, bir
an sonra yenidən özünü ona yaxınlaşdırır və bu işi o
qədər təkrarlayır ki, nəticədə unutqanlığının qurbanı olub
şamın odunda yanıb külə dönür.
Yuxarıdakı ayələrdə insanların pərvanələrə bənzədil-
məsi ola bildin ki, hadisənin əzəmətini göstərirş belə ki, bu
hadisə insanın ağlını başdan alır, hafizəsini tamamilə itirir.
Bu deyilənlər Qiyamətin əlamətləri idi ki, hər biri ayrı-
ayrılıqda o aləmin yaşadığımız bu dünya ilə fövqəladə
fərqli olduğunu bildirir.
Bu bəhslə də ölümdən sonrakı həyat və məad barədə
olan söhbətimizi başa vururuq. Düzdür bu barədə hələ
deyilməmiş çox məsələlər vardır ki, ixtisara görə onları
qeyd etmədik. Həmçinin bu dünya ilə o aləm arasındakı
bərzəx aləmi barəsində kifayət qədər bəhs olunmalı
məsələlər vardır ki, onlar üçün əlavə kitab yazılmalıdır.
İlahi, bizə belə bir həyat üçün özümüzü düzəltməyə güc ver!
İlahi, bizə öz yanında əbədi həyata layiq olmaq nəsib et!
İlahi, Sənin pak dininə və bəndələrinə xidmət etməkdə, ömür
səhifələrimizi Sənin razılığın olan istiqamətlərdə sərf etməkdə
kömək ol və sonda Sənin yolunda şəhid olmağı və Sənin
rəhmətinə qovuşmağı bizə qismət et!
Àéÿòóëëàù Ìÿêàðèì Øèðàçè
172
Ìÿàä - þëöìäÿí ñîíðàêû ùÿéàò
173
MÜNDƏRİCAT
Müqəddimə....................................................................... 5
Məbdə və məada inam ........................................................ 5
Ölümdən sonrakıaləm barədə nə bilirik?.......................... 7
1. Kitabın bəhs edəcəyi məsələlərə baxış.......................... 7
2. Yazarın böyük günahı ..................................................... 9
3. Tarixdə qalmaq istəyi .................................................... 11
Ölüm həyatın sonudur, yoxsa yeni həyatın başlanğici? 13
Ölüm çox da qorxulu deyil............................................... 14
Ölüm anında insan nə hiss edir? ..................................... 15
Reallıqlardan qaçmaq aqilanə deyil ................................ 16
İnsan taleyinin iki müxtəlif mənzərəsi............................ 17
Ölümdən niyə qorxuruq? ................................................. 18
Bu qorxunun mənbəyi nədir?........................................... 20
Ölümdən qorxmanın başqa bir səbəbi............................ 23
Fitrətin dərinliklərində məada inamin kökləri............... 24
İnhiraflar.............................................................................. 29
Fitrətdən dönüş və azğınlıq.............................................. 30
Təəssüf doğuran məzhəkəli xurafatlar ........................... 32
O aləmə açılan qapılar....................................................... 34
Məad bu həyata anlam verir ............................................ 39
Tərbiyəyə təsir edən bir amil............................................ 44
Məad sizin daxilinizdədir ................................................. 50
Müəmmalara cavab ........................................................... 55
Bir cücənin nəzərində olan aləm.................................. 55
Yaşadığımız bu aləmin mənzərəsi ondan sonra
gələcək aləmin müqabilində belə olacağını nə bilmək
olar?.................................................................................. 58
Àéÿòóëëàù Ìÿêàðèì Øèðàçè
174
Səmavi kitablarda məad ...................................................... 60
Səmavi kitab əvəzinə tarixi kitab..................................... 61
Məad İncildə ....................................................................... 64
Quran və ölümdən sonrakı aləm ..................................... 66
İlk hidayət ....................................................................... 66
Birinci yol: İlkin yaradılışı xatırlatmaq ....................... 67
Məadı dəfələrlə görmüşük ............................................... 69
İkinci yol .......................................................................... 69
Mühüm bir irada cavab..................................................... 73
Məad və enerjilərin dönüşü................................................ 75
Üçüncü yol ...................................................................... 75
Odun istiliyi günəşdəndir................................................. 77
Enerjilərin dönüşü.............................................................. 79
İki maraqlı məqam............................................................. 81
Məad niyə mümkün olmasın?............................................ 83
Dördüncü yol.................................................................. 83
Ufsus şəhərinin yatmışları ................................................ 87
Beşinci yol ....................................................................... 87
Əfsanə, yoxsa həqiqət? ...................................................... 91
Qış yuxusu .......................................................................... 92
Mürtazların (yoqaların) dəfni .......................................... 93
Ana bətnində ...................................................................... 94
Altincı yol ........................................................................ 94
Fİtrətdə məad ......................................................................... 96
1. Fitrət – yolun ilk bələdçisi............................................. 96
2.Əbədilik eşqi .................................................................... 97
3. Keçmiş qövmlərin arasında məad ............................... 98
4. Kiçik və böyük məad ..................................................... 99
Məadın əqli dəlilləri........................................................... 102
Ìÿàä - þëöìäÿí ñîíðàêû ùÿéàò
175
Birinci dəlil. Ümumi ədalət göstərişi............................. 102
Xüsusi məhkəmələr ..................................................... 103
Varlıq aləminin ədalət qanunu .................................. 104
İnsan istisnadırmı?....................................................... 105
İkinci dəlil. Yaradılış fəlsəfəsi......................................... 105
Üçüncü dəlil. Ölüm sondursa, yaradılış mənasızdır .. 107
Dördüncü dəlil. Ruhun qalması .................................... 109
Ruhun müstəqilliyi ...................................................... 111
Ruhun müstəqilliyinin dəlilləri.................................. 113
Kənar aləmdən agahlıq ............................................... 113
Şəxsiyyətin vəhdəti ...................................................... 114
Quranda ruhun qalması.............................................. 115
Cismani və ruhani məad.................................................... 117
Birinci nəzəriyyə: Ruhani məad..................................... 117
İkinci nəzəriyyə: İki yönlü məad ................................... 118
Üçüncü nəzəriyyə: Ruhani və yarı cismani məad....... 118
Dördüncü nəzəriyyə: Yalnız cismani məad ................. 118
Məadın keyfiyyəti barədə İslamın məntiqi .................. 119
Ağıl tərəzisində cismani məad....................................... 121
Bu iradların hər biri ayrı-ayrılıqda araşdırılmalıdır. .. 123
1. Yeyən-yeyilən barədə olan irad ............................. 123
Araşdırma və cavab ................................................. 124
Daha aydın yol ......................................................... 126
Sual............................................................................. 131
Cavab ......................................................................... 131
2. Yerdəki maddələrin azlığı ...................................... 132
3. Məad hansı bədənlə baş verəcək?.......................... 134
Cavab ......................................................................... 134
4. Qiyamət harada olacaq?.......................................... 135
Àéÿòóëëàù Ìÿêàðèì Øèðàçè
176
Cavab ......................................................................... 136
Böyük hesab gününün şahidləri...................................... 137
a) Məadın şahidləri .......................................................... 138
Şəhadətin keyfiyyəti .................................................... 140
b) Hesab və kitab.............................................................. 141
c) Əməllərin çəkilməsi..................................................... 142
Mükafat və cəza................................................................... 145
Əməllərin təcəssümü.......................................................... 148
Əməllərin təcəssümü mümkündürmü? ....................... 150
Cənnət və cəhənnəm........................................................... 153
Əbədilik məsələsi ............................................................. 155
Mühüm bir sual................................................................ 157
Qaneedici olmayan cavablar .......................................... 157
İradın həlli ......................................................................... 158
Behişt və Cəhənnəm haradadır? .................................... 162
Qiyamətin əlamət və nişanələri ..................................... 167
1. Böyük zəlzələ............................................................ 168
2. Günəşin və Ayın tutulması......................................... 169
3. Hər şeyin dağılacağı gün ............................................ 170
Mündəricat ........................................................................... 173
Dostları ilə paylaş: |