Microsoft Word Meqamlar fin +. doc



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə39/39
tarix21.03.2018
ölçüsü4,8 Kb.
#32724
1   ...   31   32   33   34   35   36   37   38   39

 
159 
Qayıdaq “Dədə Qorqud” dastanına. Bütün bunların 
fonunda bəs biz nə edirik?! Biz isə (necə deyərlər, "Platon 
dostumdur, həqiqət isə ondan da əzizdir"), hələ  də bizim 
mətnlərimizin bizə verə biləcəyindən, potensialından tam 
şəkildə istifadə edə bilmirik. Onları olduğu kimi başqa janr 
müstəvisinə köçürməklə vəzifəmizi yerinə yetirmiş kimiyik. 
Əslində, bu, çox azdır və biz yeni “Dədə Qorqud” yaratma-
lıyıq, özü də inandırıcı olmaq üçün dastanın dibində zəif se-
zilən məna işartılarından (gözlənilməz keçidlərdən, tanış ol-
mayan məqamlardan qorxmayaraq) cəsarətlə  və  səriştəli 
istifadə etməliyik. Tariximizi boşluqlardan təmizləyən, onu 
tamamlayan, dolduran süjet xətlərinə, dünyanın tanıdığı mə-
kani cizgilərə malik olan bir Dastanı dünyaya təqdim etmə-
liyik. Bu, təhrif olmayacaq, sadəcə, potensialın adekvat isti-
fadəsi olacaq. 
Salam.  “Başqa janr müstəvisinə keçirmək...” deyirsi-
niz. Bu tamamiləmi gərəksiz bir işdir?! Mikayıl Rzaquluza-
də, Nəbi Xəzri, Anar... Dədə Qorqudla bağlı hekayələr, 
pyeslər yazdılar, filmlər çəkdilər... 
Kamal Abdulla.  Mən heç vaxt deməmişəm və demə-
rəm ki, bu sonuncu fəaliyyət gərəksizdir. Yox, yəqin ki, mü-
əyyən maarifçi səbəblərə görə o da lazımdır. Amma bu fəa-
liyyət yeganə olmamalıdı. “Dədə Qorqud”dan təkan alaraq 
bu mətnin çərçivəsindən kənara çıxmaq  ədəbi-filoloji, hətta 
tarixi borcumuzdur. Mən, Molla Nəsrəddinin sözü olmasın, 
ayağımı “üç dəfə” cızıqdan kənara çıxardım və deyilən bü-
tün hədyanları öz üzərimə qəbul etdim. O birilər üçün, inşal-
lah, asan olar. Bayaq sən də buna bənzər bəzi sözlər söy-
lədin... 


 
160 
Bir məsələni də qeyd etmək istərdim. Mən filoloqam və 
gözəl bilirəm ki, bu romanla nə etmişəm, nəyə nail olmu-
şam. Hansı etik-mənəvi və estetik boşluqları doldurmuşam. 
Elə o biri iki romanla da həmçinin. Elə bu yetər ki, mənim 
hər romanım Azərbaycan mənəviyyatının, bəlkə də, unudul-
muş nöqtələrinə  işarə edən çox vacib bir düstur formalaş-
dırır. 
"Yarımçıq  əlyazma"nın düsturu budur: "Özün üçün 
büt düzəltmə!" 
"Sehrbazlar dərəsi"nin düsturu budur: "İntiqam hissilə 
yaşama!" 
Və  nəhayət, "Unutmağa kimsə yox..." romanından çı-
xan düstur budur: "Bir dünya ilə kifayətlənmə!" 
Bu düsturlar mənim romanlarımın ideoloji kvintessen-
siyasıdır. Mən, əlbəttə ki, onları bir məqsəd kimi qabaqcadan 
qarşıma qoymamışdım. Onlar romanların qanından, canın-
dan çıxdılar. Və yaxşı ki, onlar çıxdılar. Heç nə  də  çıxa 
bilərdi. 
Bu üç roman Azərbaycan ədəbiyyatının Bermud üçbu-
cağıdır. Bəd niyyətlə bura girmək istəyənlər burada batmağa 
məhkumdur. Zarafat bir yana, maraqlı olan bilirsənmi, nə-
dir?! Roman barəsində yazanlar (çox az istisnalarla) hələ də 
onun bədii mahiyyətinin içinə girməyiblər. Bu barədə bir 
qədər əvvəl ümumi şəkildə dedik. Hələ də əksər yazılar ro-
manın ictimai-siyasi həndəvərində vurnuxur. Əsərin ictimai-
siyasi həndəvəri, qabığı və bu qabığın içi. Bunlar, bəlkə də, 
hardasa birləşirlər, amma ayrı-ayrılıqda edilə biləcək təhlil-
lər də səmərəsiz, faydasız deyil. Cəhdlər və həqiqi təhlillər, 
əlbəttə ki, olub. Hər bir kəsə  dərin təşəkkürlər! Amma çox 
şeylər hələ də aysberqin altındadır. 


 
161 
Etimad. Doğrudur, ədəbiyyat kollektiv əməyin məhsu-
lu deyil; ən azından üslubların barmaq izləri kimi bir-birinə 
bənzəməməsi bunu təsdiqləyir. Baxmayaraq ki bədii ədəbiy-
yatda da həmmüəlliflərin olması mümkündür və bunun ör-
nəkləri də az deyil. Bununla belə, dövrün, zamanın üslubu 
deyilən bir anlayış da var. Bu, yəqin ki, eyni zaman kəsiyin-
də yaranmış  əsərləri ortaq bir nöqtədə birləşdirən amillərin 
ümumiləşdirilmiş adıdır. Bu baxımdan bizim zamanımızda 
yaranan  əsərlərin ümumi səciyyəsi barədə  nə demək olar? 
Ümumiyyətlə, bu barədə danışmağa dəyərmi, yoxsa bu, 
gələcək nəsillərin işidi? 
Kamal Abdulla. Bu ümumi səciyyənin üç səbəbi var. 
Birinci səbəbin adı  qayıdışdır.  İkincinin adı  qayıdışdır. 
Üçüncünün də adı  qayıdışdır. "Ol zamanlar"da nə hikmət 
varsa, ora qayıdış! Bizim zamanımız heç zaman heç bir qə-
ləm sahibinə "bizim zamanımız" olmayıb... 


 
162 
 
 
Sehrbazlar ilə oyun,  
yoxsa sehrbazın oyunu... 
 
 
 
 
Salam.  Nədənsə, mənim “Sehrbazlar də-
rəsi” romanı haqqında deməyə sözüm daha çox-
dur. Məncə, sizin əvvəlki yaradıcılığınızda xa-
rakterinə və stilinə görə fərqli mətnləri eyni bir 
düşüncə qovluğuna, bəlkə  də, yerləşdirmək 
olardı. Bir mətndən o birinə keçirilmiş element-
lər ümumi bir relyef yaradırdı. “Sehrbazlar də-
rəsi” isə tamamilə ayrı bir düşüncənin məhsu-
ludur. Romanın əsas ideyasına gəlincə... Məncə, bu əsər ta-
rixdənkənar yaddaş haqqındadır. Və mübahisəli tərəfi də elə 
buradadır. Hər halda, aydınlaşdırmaq çətindir, doğrudanmı, 
bu əsərin, belə deyək, “qorxmadan” iddia elədiyi kimi, Çev-
rə artıq qapanmış, qiyamət günü gəlib keçmiş, Tarix qurtar-
mış (ölmüş) və biz isə (indiki sivilizasiya) olsa-olsa, tarixin 
yaddaşı kimi mövcuduq. Lakin tarixdən ayrı düşmüş şəkildə. 
Doğrudanmı, belədir? 
Kamal Abdulla. “Yaddaş” – ağır məsələdi. Bu dün-
yada hər bir şeyin yaddaşı var. Adicə çay daşının da. Böyük 
fransız alimi Pyer Simon de Laplas dünyanın sistemi ilə bağ-
lı yazdığı əsərində “bütün səbəbləri mənə ver, mən sənə bü-
tün nəticələri verim” ideyasını ortaya qoydu. Personələşdirib 
bu ideya-cəhdə “Laplasın demonu” adını verdilər. Laplasın 
 15-úè ìÿãàì 


 
163 
demonu keçmişi və  gələcəyi (bütün nəticələri!) yüzdə yüz 
ortaya qoya bilirdisə, bunun üçün hər bir material nöqtənin 
(atomun) dəqiq vəziyyətini və sürətini (bütün səbəbləri!) 
bilməli idi. Ancaq bu da azdır. Mənə bu gün elə  gəlir ki, 
Laplasın demonu hər bir nəsnənin yaddaşını da oxuyub bil-
məliydi. Bununla biz bu demonun biliyinə tarixiliyi əlavə et-
miş oluruq (əslində, orada bir balaca mürəkkəbliyə də ehti-
yac var). Mənim indi filosofluq və etiraz eləmək fikrim yox-
du (determinizmə və onun simasında Laplasa ən kəskin eti-
raz sinergetikadan və Priqojindən, onsuz da, gəldi...), çünki 
ciddi şəkildə buna gücüm də çatmaz, həvəsim də (ən azından 
ona görə ki, bu yazını  Rəhman Bədəlov, Aydın Talıbzadə, 
Niyazi Mehdi... oxuya bilər!), amma bir şey deyim. 
Biz çox zaman yatıb qəribə yuxular görürük. Özümüz 
yuxunun içindəyik, amma məkan və  ətrafda nə varsa həm 
tanış, həm də tanış deyil. Elə bil, biz burada artıq olmuşuq. 
Ramiz Rövşən gözəl deyib: “Dünya mənə tanış gəlir”. Yadı-
ma başqa bir gözəl deyim düşür: “Cənablar, məni bağışlayın, 
mən bu dünyada ilk dəfəyəm”. Bütün bunların vətəni bizim 
beynimizin bilinməz bir dərəsində (dərinində), bizə tanış ol-
mayan yerlərdədir. Deyirlər ki, (Freyd, Yunq, Adler və baş-
qaları) bu, təhtəlşüurdan gəlir. Olsun. Hardan gəlir, qoy gəl-
sin. Bəs axı o gələn nədir? Gəldiyi yer  –  Ora haradır? On-
lar kimlərdir? Yuxuda vaqeələr bir-birini "qarabaqara" izlə-
yir. Hər biri də tamam başqa “janrda”. Bu məqamda Borxe-
sin məşhur "ədəbiyyat idarəedilən yuxudur" sözləri sıçrayıb 
öz boyundan yüksəyə tullanır. 
Etimad. Gözəl deyimdir. 


 
164 
Kamal Abdulla. Elədir. Bu barədə söhbət etdiyimiz 
məqamların əvvəlində danışdıq. Doğrudan da bu gözəl deyi-
min bizim ədəbi müstəvidə, az qala, "şitini" çıxarırlar. 
Müxtəlif əsər qəhrəmanları bir-birilə bəhsə girmiş kimi yatıb 
uzun-uzun yuxular görür. Bununla da, guya, əsərin mistik 
qatı yaranır – yəqin, müəlliflər qəhrəmanlarını yatırda-yatır-
da belə güman edirlər. Borxes isə başqa şey deyirdi. O, per-
sonajların yuxusunu deyil, müəllifin yuxu görməsini qeyd 
edirdi. Borxesə görə  əsər bütövlükdə(!!) müəllifin yuxusu 
olmalıdır. Bizim ədəbi "yuxular"ın 99 faizinin Borxes deyə-
nə qətiyyən dəxli yoxdur. 
Salam.  Elə isə keçək yenə  də gecələr yatıb gördüyü-
müz yuxulara. Məni belə bir sual maraqlandırır. Bəlkə, yu-
xularımızdakı siz dediyiniz bu müxtəlif görüntülər, bir-birini 
"qarabaqara" izləyən bu vaqeələr, əslində, başqa-başqa dün-
yalardan gəlir? 
Kamal Abdulla.  Əlbəttə, mən də deyirəm ki, bunlar 
başqa-başqa dünyalardan gələn “səslərdir”. Bəlkə də, işarət-
lərdir. Semiotik üçbucaqda işarə varsa, işarə olunan (deno-
tat) da var. İşarə olunan burada başqa dünyadır. O başqa (əs-
lində, sonsuz!) dünyaların hər birində  mən, sən, o... varıq. 
Bu dünyadakı  mən – buyam. Yuxuma girən o məkan və o 
adamlar isə o biri paralel dünyadandır. O biri dünya mənim 
bu dünyadakı yaddaşımda çox zaman təhrif olunmuş şəkildə 
yaşayır. 
Bilirsənmi,  ədəbiyyat üçün maraqlı olan nədir  −  əgər 
paralel sonsuz dünyalar mövcuddursa, o zaman bu dünyaları 
nə iləsə, kim iləsə doldurmaq lazımdır (!). Təzə, yeni talelər-
lə, yaşanmamış həyat parçaları ilə... Asan məsələ deyil. Bəl-


 
165 
kə, bizim yaddaşımız yaşadığımız bu dünyanın qurtardığını 
(öldüyünü) zamanında fiksə etməyib?! Bəlkə, biz bu gün ar-
tıq dünən yaşadığımız dünyada yox, tamam başqa bir paralel 
aləmdəyik – o yeni aləmə xas yaddaşımızla, perspektivimiz-
lə?.. Dediklərimdən solipsizm qoxusu gəlmədi ki? Çünki, 
solipsistin bir fəlsəfəsi var: bütün dünya mənə görə yaradı-
lıb, mənim təsəvvürümdə mövcuddur, mənim beynimdən 
kənarda və, əslində, dünya yoxdur. Nazim Hikmət yadınıza 
düşür? 
Salam. Hazim Hikmət demişkən, “Solipsistə  nə var 
ki?..” Amma... sualımıza qayıdaq, yəni başqa dünyalara... 
Sizcə, indicə dediklərinizi elmi şəkildə sübut etmək müm-
kündürmü? 
Kamal Abdulla. Bilmirəm. Bircə onu bilirəm ki, para-
lel sonsuz dünyalar ideyası bu günün “ixtirası” deyil. Bu ide-
yanın böyük bir tarixi var. O tarix, ilk baxışda qəribə görün-
sə  də, antik dövrdən, orta əsrlərdən başlayır. Amma bunun 
özü də başqa bir xüsusi mövzudur. Bilirsənmi, ümumiyyətlə, 
paralel dünyalar barədə düşüncələr istər-istəməz adamı son-
suzluq ideyasına gətirib çıxarır. Onun dərki isə asan məsələ 
deyil. Mən özüm bu “sonsuzluğu” (sonsuz sayda dünyaları) 
çox çətinliklə  dərk etdim. Kantor adlı riyaziyyatçının belə 
bir prinsipi var, o, mənə sonsuzluğu anlamağa kömək edib: 
“Sonsuz çoxluqdan sonsuz çoxluğu çıx, yerdə yenə sonsuz 
çoxluq qalacaq”. 
Paralel dünyaların mövcudluğu ilə bağlı  sənin sualına 
isə belə cavab verərdim ki, onların mövcudluğunun təsdiqi 
kimi, bu mövcudluğun əksini də sübut etmək mümkün deyil. 


 
166 
Salam. Yaddaşa qayıdaq. Sizin “Xaron, mərhəmətli 
Xaron...” hekayənizdə yaddaş  məsələsi alışdığımızdan bir 
qədər başqa cür qoyulur... 
Kamal Abdulla. Xaron antik mifoloji aləmin çox mü-
hüm personajlarındandır. O, ölənləri Stiks çayından öz qa-
yığı ilə o biri taya – kölgələr dünyasına keçirir. Ölənlər çayın 
ortasında öz yaddaşlarını itirirlər – Aidin səltənətinə bu dün-
yanın yaddaşı ilə girmək olmaz. Bura qədər yunan mifidir. 
Etimad. Bundan sonra isə siz öz oyununuzu qurursu-
nuz... 
Kamal Abdulla. Elədir. Bundan sonra mifoloji mən-
tiqin əksinə olaraq, hekayənin qəhrəmanı yaddaşını qoruyub 
saxlaya bilir. Beləliklə də, o biri dünyada bizi xatırlayanların 
ilk nümayəndəsinə çevrilir. Kamyunun “Kənar adam” əsə-
rində tükürpədən bir məqam var. Ölümə  məhkum olunmuş 
birindən soruşurlar, sən o dünyadakı “həyatını” necə  təsəv-
vür edirsən?! Cavab verir: “elə təsəvvür edirəm ki, mən ora-
da bu dünyanı xatırlaya bilim”. 
Əlbəttə ki, “unuda bilməmək” bəndəyə verilmiş böyük 
ianədir. Həm zülmlə doludur, həm də səadətlə. Amma... mə-
nim hekayəmdəki antik “yaddaş” bayaq haqqında danışdığı-
mız yaddaş deyil, olsa-olsa, onun "kiçik qardaşı"dır. Xristian 
yaddaşı, əslində, öz mənəvi əsasını bu "kiçik qardaş” məqa-
mından götürür. Buradakı  məqam – yaddaşın itməsi, Stiks 
çayının ortası çox mühümdür, çıxış nöqtəsidir. 
Etimad. Hekayə bütövlükdə  bədiiliklə elmiliyin çox 
zərif birləşməsidir. Onu adekvat anlamaq üçün müəyyən bi-
liyə malik olmaq lazımdır. 


 
167 
Salam. Digər hekayələriniz də, demək olar ki, hamısı 
kodlaşdırılmış şəkildədir. O kodları bilməyən oxucu üçün bu 
hekayələr “görünmür”... 
Kamal Abdulla. Mən səninlə o zaman razılaşa bilərəm 
ki, biz “kod”a eyni şərh verək. "Kod" sən dediyin bu anlam-
da bilik məcmuəsi, intellektual çəkidir. Razısanmı? 
Salam. Razıyam. Bəs bu cür “kod”a malik olmayanlar 
nə olsun? 
Kamal Abdulla.  İnformasiya nəzəriyyəsində belə bir 
anlayış var: presuppozisiya. Bu, ünsiyyət prosesində danı-
şanların ortaq müştərək biliyə malik olması deməkdir. Kon-
takt əsnasında mənim bildiyim barədə  məni dinləyənin, ya-
xud yazıdırsa, oxucunun ən azından müəyyən məlumatı 
(ümumi məlumatı) olmalıdır. Bu yoxdursa, əlbəttə ki, kon-
takt da yoxdur. Müəlliflə aralarında bu cür presuppozitiv 
“kod”a malik olmayanlar ciddi ədəbiyyatı oxumasınlar. On-
lar oxucu yox, oxuyucudurlar. Əsər oxumaq “göz ucu” ilə 
olmur. Bu çox ciddi əqli prosesdir. 
Bəzən bədii əsərdə bir cümləyə ilişib barəsində düşünə-
düşünə qalırsan və mətn boyu irəliləməyə tələsmirsən. Soru-
şa bilərlər: “daha bunun elmi əsərdən fərqi nə oldu?” Bəli, 
sən düz deyirsən ki, ciddi bədii əsərləri (məncə, lap elə ha-
mısını) nağıl kimi birnəfəsə oxumağın vaxtı keçdi. Hətta Dü-
ma kimi bütün yaş dövrləri üçün "asan və oxunaqlı" bir yazı-
çının  əsərinə  də elmi-düşündürücü mövqedən yanaşmaq 
mümkün və labüdmüş. Bunu virtuozcasına edən bənzərsiz 
Umberto Eko oldu. 
Bilirsinizmi, bu böyük yazıçı  və semiotik qarşısına nə 
məqsəd qoymuşdu?! O özünün "Ədəbiyyat meşələrində" adlı 


 
168 
(əslində, onlar Umberto Ekonun Amerikada bir universitetdə 
oxuduğu mühazirələrin mətni idi) son dərəcə maraqlı esselə-
rinin birində "Üç muşketyor" romanının qəhrəmanları Dar-
tanyanın, Atosun, Portosun və Aramisin yaşadıqları (kirələ-
dikləri) evlərin bugünkü Parisdə harada, hansı küçədə yer-
ləşdiyini araşdırmağa və müəyyənləşdirməyə çalışdı. Belə-
liklə, tədqiqatçı o labirintə girən kimi keşməkeşli illərin və 
dövrlərin də dolambacına girdi. Dümanı (!!) əsl tarixçi, əsl 
memar kimi diqqətlə, təhlil və müqayisə edə-edə oxudu. 
Oradakı küçə, meydan adlarının izinə düşdü. Dartanyan har-
dan çıxdı, hansı küçədən keçıb hansı meydana getdi, bu gün 
bu yerlər Parisdə hansı vəziyyətdədir... 
Zaman keçdikcə illərin və hadisələrin tozu altında itib-
batmış (elə bircə Böyük Fransa inqilabını xatırlamaq kifayət-
dir) bu yaşayış yerlərinin Düma qələmə aldığı zamandakı (17-
ci əsrdəki) "licimini" bərpa etmək heç də asan iş deyildi. Ta-
rixə, özü də Fransa tarixi kimi mürəkkəb, kolliziyalarla dolu 
tarixə baş vurmaq nə deməkdir – bunu xüsusi izah etməyə eh-
tiyac yoxdur. Bəzi binalardan, küçələrdən bu gün əsər-əlamət 
qalmayıb, bəziləri məlum olub ki, Dümanın fantaziya məhsu-
ludur. Sarayların, qəsrlərin yeri isə o dövrdə olduğu kimi. 
Dəyişən yenə də zahir, dəyişməyən yenə də batin, mahiyyət... 
Görürsünüzmü, hətta "Üç muşketyor"u da elə-belə, gö-
zucu oxumaq onun ilk baxışda görünməyən hansı  dərinlik-
lərini bizdən gizlədə bilərmiş... Bu gün bədii  əsər (hətta  ən 
sadə quruluşa malik olsa belə), indicə Etimad deyən kimi, 
bədiiliklə elmiliyin zərif vəhdəti olaraq formalaşmaqdadır. 
...Amma "Xaron"a qayıdaraq onu deyim ki, mənim bir 
dostumun detektivlərini oxumaqla “Xaron, mərhəmətli 
Xaron...”u oxumaq, əlbəttə ki, eyni şey deyil. Görmək qabi-


 
169 
liyyəti olanlara bu hekayələr bütün yaraşığında görünür. Onu 
oxuyarkən çəkilən "məşəqqətə", necə deyərlər və necə de-
yirlər, dəyər. Hər halda, mənim Oxucum belə deyir. 
Salam. Ötən söhbətlərimizin birində (elə indicə, başqa 
bir məqamla bağlı onu təkrar etdiniz) belə bir fikir demişdi-
niz: “Ədəbiyyat başdan-başa qayıdışdır”. Ədəbiyyat haqqın-
da bir cümləylə  çıxarılan belə  dəqiq başqa bir hökmə  mən, 
deyəsən, rast gəlməmişəm. Bir az əvvəl bu barədə bir-iki 
kəlmə dediniz. Bir qədər konkret nəyisə  əlavə etmək istər-
dinizmi? 
Kamal Abdulla. O söhbət mənim də yadımdadır. Mən-
cə  də, Azərbaycan  ədəbiyyatının kvintessensiyası olan “qa-
yıdış” ideyası yerində olan dəqiq bir təyindir. Əlbəttə ki, ha-
mı yazanlar eyni yerə qayıtsalar da, qayıdarkən Kürün birdə-
fəlik axıb gedən suları kimi heç də hər dəfə qoyub getdikləri 
yerdə orada qoyduqlarını tapmırlar. Onların heç də  həmişə 
gözləyəni olmur. Əkrəm Əylislinin qayıdışı (xüsusilə, Qədi-
rin simasında) Kür qırağının meşələrinədisə, Elçinin qayıdışı 
dumanlı Şuşanın əfsunkarlığına, Anarın qayıdışı Təhminənin 
sirrinədir. Ramiz Rövşən ay işığına, Mövlud Süleymanlı köç 
çadırına, İsa Hüseynov əski, unudulmuş kitabxanalara, Rəsul 
Rza göy qurşağının rənglərinə, Səməd Vurğun hökmdarın 
hüzuruna qayıdır... Hüseyn Cavid göyərçinlərin  əsir etdiyi 
qartalların məskəninə qayıdır. Sən Etimad gizli bir həsrətlə 
pərvanə kimi orta əsrlərin ecazkar alovunun ətrafında növ-
bəti səfər dövrə vurmağına, sən Salam sonsuz dəfə özünün 
qurub içinə girdiyin labirintin eyni, bəlkə də, müxtəlif dala-
nına qayıdırsan. Aqşin qayıdır həyatı boyu məhkum edilmiş-
lərin cəzası kimi onu izləyən qəfil səksənişlərin məxəzinə. 


 
170 
Hər kəs qayıdır. Hər yazan da ancaq və ancaq öz qayıdışını 
yazır. Qayıdışını “çıxara” bilmədiyimiz yazar, əslində, yox-
dur. 
Salam. Bəs siz?! Siz hara qayıdırsız?! Sizi harda göz-
ləyirlər?! 
Kamal Abdulla.  Məni harda gözləyirlər?.. “Qarşı ya-
tan qara dağların” ətəyində. Günortacda. Selləmə çayının kə-
narında. Görükməz təpənin altında. Bu da mənim qayıdı-
şımdı. 
Salam. Kamal müəllim, sizin esselərlə başladıq, esse-
lərlə də bitirək... 
Etimad. Onların birində siz biçarələr və xoşbəxtlər 
ədəbiyyatını bir-birindən ayırırsınız. 
Salam. Əslində, bunun özü də elə dərd haqqında, dər-
din təhlili ilə bağlıdır. O esse Əlağa Vahidə həsr edilmişdi. 
Siz özünüz o ədəbiyyatların hansındasınız? 
Kamal Abdulla. ... (Son suala cavab vermir). 


 
171 
  
 
        MßQAMLAR 
 
 
16-cı məqam (Ön söz)
..........................................3
 
 
1-ci məqam.......................................................7 
2-ci məqam.......................................................25 
3-cü məqam......................................................53 
4-cü məqam......................................................68 
5-ci məqam.......................................................78 
6-cı məqam.......................................................85 
7-ci məqam.......................................................96 
8-ci məqam.......................................................108 
9-cu məqam......................................................116 
10-cu məqam....................................................123 
11-ci məqam.....................................................133 
12-ci məqam.....................................................142 
13-cü məqam....................................................147 
14-cü məqam....................................................153 
15-ci məqam.....................................................162 
 
 


 
172 
 
 
 
 
 
 
 
 
 
 
Китаб «Мцтяръим» Няшриййат-Полиграфийа Мяркязиндя  
чап олунмушдур. 
 
 
 
Няшриййат редактору: Ялиш Mirzallı 
Korrektor: Lətafət Səmədova 
Kompyuter tərtibatı: Sabirə İsrafilova 
 
 
 
Чапа имзаланыб: 03.12.2011. Формат: 84х108 1/32. Гарнитур: Тимес. 
Офсет чап. Офсет каьызы. Щяъми: 10,75 ч.в. Тираж: 500. Сифариш № 92.  
Гиймяти мцгавиля иля. 
 
 
 
ТЯРЪЦМЯ 
ВЯ НЯШРИЙЙАТ-ПОЛИГРАФИЙА 
МЯРКЯЗИ
Аз 1014, Бакы, Рясул Рза кцч., 125
596 21 44; 497 06 25; (055) 715 63 99 
e-mail: mutarjim@mail.ru
 


 
173 
 
 
 
Salam Sarvan, Etimad Başkeçid, Kamal Abdulla 
 
MƏQAMLAR  
(Kamal  Abdullanın  yaradıcılığı ətrafında  ədəbiyyat  söhbəti) 
 
Bakı – Mütərcim – 2011 
 
 
 
 
 
 


 
174 
  

Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə