Microsoft Word Meqamlar fin +. doc



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə2/39
tarix21.03.2018
ölçüsü4,8 Kb.
#32724
1   2   3   4   5   6   7   8   9   ...   39

 

də, Kamal Abdulla da, bunu bizdən gizləsə də, bir yazı ada-
mı kimi təhtəlşüur olaraq, qarşısına belə  məqsəd qoyub: 
Azərbaycan romanını düşdüyü girdabdan xilas etmək.  Hər 
halda, özünün tənəzzül dövrünü yaşayan Azərbaycan roma-
nı təkbaşına ilk uğurunu lap Kolumb kimi Atlantik okeanını 
keçərək Cənubi Amerika sahillərinə ayaq basan “Yarımçıq 
əlyazma” ilə qazandı.  
Əfəndim oxucu, indi, yəqin ki, söhbətin nə üçün Kamal 
Abdulla yaradıcılığı üzərində qurulması sənə aydın oldu.  
Elə buradaca səni əlindəki kitabla baş-başa buraxıb, ara-
dan çıxıram. Allah amanında!     
 
 
 P.S. Kitaba “Məqamlar” adının verilməsində heç bir təsa-
düfilik axtarma: ədəbiyyat məqamlardan ibarət bütöv bir ruhi
mənəvi prosesdir. Eynən işıq fotonları kimi. Optika qanunları 
bizi inandırır ki, işıq fotonlarının təsəvvürəgəlməz sürətini 
azaltsaq, onların arasında təsəvvürəgəlməz kiçiklikdə qaranlıq 
boşluqlar görəcəyik, yəni bizim işıq dediyimiz bu fenomen öz 
içində həm də qaranlıq gəzdirir. Ədəbiyyat da yaradıcı məqam-
lardan və bu məqamlar arasındakı üzücü boşluqdan ibarətdir. 
Şair və yazıçı bu boşluqda  əsl yırtıcı  təmkiniylə, sanki, marğa 
yatıb günlərlə, bəzən aylarla, hətta bəzən, Saramaqo kimi, illər-
lə öz yaradıcı MƏQAMINI gözləyir. Bu kitab belə MƏQAMLA-
RIN yalnız on beşini özündə cəmləyib; ön sözümüzə “16-cı mə-
qam” adı qoymaqla göstərmək istədik ki, ədəbiyyatın MƏ-
QAMLARI hansısa bir ədədlə  məhdudlaşmır, həndəsi silsilə 
kimi sonsuzluğa doğru üz tutub gedir.    
 
Aqşin Yenisey 


 

 
Yazıçı Rafiq Tağının xatirəsinə 
 
 
 
 
 
 
Ədəbiyyatın və ədəbiyyatdakıların 
“dərdi” nədir?! 
 
 
 
 
Salam. Kamal müəllim, bu söhbət həm də 
müxtəlif yaş  təbəqəsinə aid üç yazarın söhbə-
tidir. Və bu söhbətin bir «dərdləşmək» çaları da 
var. Məncə, yaradıcı adamlar getdikcə bir-birin-
dən uzaqlaşırlar, yadlaşırlar. Ruhən doğma olan 
bu adamların hərdənbir iç-içə oturub dərdləş-
mək ehtiyacını həyat öldürüb, sanki. Cəmiyyətin 
bu zalım vaxtında yazarlar öz tənhalıqlarına çəkilib bir-birini 
tək qoyublar. Cəmiyyətin getdikcə bozlaşmasına da səbəb 
elə budur. Mən elə bilirəm ki, düşüncə adamlarının qəzet sə-
hifələrində, ekranda tez-tez görüşüb dərdləşməyi çox lazım-
dır. Ən azı, ona görə ki, belə ünsiyyətdən cəmiyyətin soyuq 
sifətinə də bir hənir gələ bilər. 
Etimad. Ruhən doğma adamların bir-birini tək qoyma-
sı ilə bağlı Salamın dediklərində  qəribə bir həqiqət var. Bu 
həqiqətin qəribəliyi ondadır ki, Şərq cəmiyyətlərinə məxsus 
1
1
1
-
-
-
ú
ú
ú
è
è
è
 
 
 
ì
ì
ì
ÿ
ÿ
ÿ
ã
ã
ã
à
à
à
ì
ì
ì
 
 
 


 

ritualların,  ənənələrin çoxluğu, guya, bizi tənhalıqdan və 
ünsiyyətsizlikdən sığortalamalı idi, ancaq gördüyümüz kimi, 
hazırda bunun əksi baş verir. Nə deyirsiz, dərdləşəkmi? 
Kamal Abdulla. Niyə  də yox?! Amma bu «dərd» sö-
zünü yeri gəldi-gəlmədi eninə-uzununa o qədər işlədiblər ki
pul kimi sürtülüb, əsl mənası artıq sözün dibində “bərq vur-
mur”. Böyük alman filosofu Şellinq isə deyirdi ki, mənalar 
sözün dərinliyində bərq vurub sayrışmaqdadır. Məna sayrış-
malıdır. Təəssüf ki, dilimizin “ağır” sözlərindən olan “dərd” 
sözünün mənası mənim üçün artıq sayrışmır. 
Belə sirli sözlər çoxdur. “Dərd çəkmək”dən dəm vura-
raq, bəzən şair olduğunu düşünənlər bu gün də tapılır. Mirzə 
Səfər sindromu bu gün də özünü göstərir. Yadınıza gəlirmi 
gənc Səfərin ilk və son "dərdli" misrası ("Darvazamızı fələk 
vurubdu...")? Amma siz də bilirsiniz bunu, mən də bilirəm: 
göydəki ulduzları saya-saya onların miqdarını  dəqiq öyrən-
mək istəyənlər nə  qədər sadəlövhdülərsə, “dərd” deyəndə, 
“dərdləşək” deyəndə, guya ki, sənət uğrunda fədakarcasına 
nə isə etdiklərini düşünənlər də eləcədir. Onlar kimi görün-
məyək. Sadəcə, söhbət edək. 
Amma Salam bir məsələdə son dərəcə dəqiqdir: ruhən 
doğmalar bir-birini indi həqiqətən tək qoyublar. Bu, təkcə 
ədəbiyyat aləmində belə deyil. Və belə olan zaman “ağıllı” 
ədası ilə, guya ki, “dərd” çəkə-çəkə adama sənətdən dərs 
vermək istəyən "samouçka"ların sayı artır. Bunlar qəzetlər-
dən dürtülürlər, televiziyadan soxulurlar, internetdən "daxil" 
olurlar. Söhbət eləmək (yəni, öyrədərkən nəsə öyrənmək !!) 
həvəsində olsalar, dərd (yenə: dərd??) yarıdır. Fikir bölüş-
mək (!!) istəsələr, dərd yarıdır. Təşrif buyurmusan, yaxşı elə-


 

misən. Amma bunlar hökmən dərs vermək istəyirlər. Pozaya 
girirlər.  Ədabazlıqla həqiqi intellektuallıgı bir- birinə qa-
rışdırırlar. Sən də  məni bağışla, bu yerdə Sabir necə yada 
düşməsin?! “Könlüm bulanır!”, “nitqim tutulur!” və s. və i.a. 
Əlbəttə, mən də elə düşünürəm ki, ruhən doğmalar bir-
birinin yanında durmağı bacarmalıdılar.  Ən ağır vaxtlarda 
Vahid özünə müəllim bildiyi Cavid haqda cəsarətlə deyirdi 
ki, biz onun ruhu ilə həmvətənlərik. İndi isə, təsəvvür edirsi-
nizmi, Cavid haqda laubali tonda belə  də deyilə bilir: "Ca-
vidin öz dövrü ilə gözəl münasibəti olub..." Bunu Cavid ilə 
ruhən dogma olmayan biri deyə bilər. Hərçənd ki, bu sözlə-
rin müəllifi ruhən barrikadanın Cavid olan tərəfindədir. 
Bizim ədəbi, eləcə də ictimai mühitdə çox nadir hallar-
da xatırlanan (əksər halda bizdən yan keçən – təəssüf!!) bir 
düşüncə stereotipi və ondan doğan bir həyat tərzi var. O bu-
dur: “Mən sənə nifrət edə bilərəm. Amma mən həyatımı ve-
rərəm ki, sən öz fikirlərini azad və sərbəst şəkildə ifadə edə 
biləsən”. Bunu XVIII əsrdə Volter deyirdi. Bu formul bizim 
üçün, hayıf ki, yox kimidir. 
Ruhən həmvətənlər isə bir-birini sevməyə borclu deyil-
lər. Onların biri sarayda, o biri küçədə yaşaya bilər. Amma 
unudulmasın ki, onlar eyni “ölkənin” – Ruh ölkəsinin vətən-
daşlarıdır. Məncə, “söhbətə başladıq” sayıla bilər. 
Etimad. Sayıla bilər. 
Salam. Məncə də, sayıla bilər. Neçə il bundan qabağın 
söhbətidi. Naxçıvandan – Cavidin məqbərəsinin açılışından 
qayıdanda siz elə  təyyarədəcə belə  təşəbbüs göstərdiniz ki, 
hər kəs Cavidə aid bir bənd şeir yazsın. Yadımdadı ki, hətta 
oradakı nazirlər də  məharətlərini göstərdilər. Nəticədə ma-


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   39




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə