26
qəlibə yerləşdirilməsində israr edirlər. Təxminən belə bir id-
dia ilə ki, «hamı belə yazmalıdır!», «ədəbiyyat yalnız mən
yazdıqlarımdır, bundan kənarda ədəbiyyat yoxdur» və sair.
Hələ bu bir yana qalsın ki, bu tipli nəzəri bəyanatların arxa-
sında 100-də 90 halda müvafiq bədii mətn dayanmır. Buna
baxmayaraq, hətta az qala indiyə qədərki bütün yaradılanlar
inkar olunur. Halbuki, ədəbiyyat rəngarənglik deməkdir.
Şübhəsiz ki, mən «rəngarənglik» deyəndə yalnız tünd rəng-
lərin müxtəlifliyini nəzərdə tuturam. Açıq-aşkar görünür ki,
bizim bəzilərimizin ədəbiyyatdakı mübarizəsi ədəbi olmaq-
dan qat-qat çox siyasidir. Şəxsən mən yazarlar tanıyıram ki,
3-4 alababat yazı ortaya qoymamış başlayırlar baş sındırma-
ğa ki, ədəbi siyasətlərini necə qursunlar? Təbliğatlarını necə
aparsınlar, ədəbi mühitdəki qruplaşmaların hansında və necə
iştirak etsinlər, şöhrət meydanındakı rəqabətdə hansı qısa
yollardan istifadə etsinlər, rəsmi ədəbi mövqelər uğrunda
necə mübarizə aparsınlar? Acınacaqlı da olsa, reallıqlarımız-
dan biri də budur.
Bir dəfə mənimlə söhbət eləyən yazarlarımızdan biri
qətiyyətlə deyirdi ki, nə qədər ki, biz bu ədəbiyyatdakı gene-
ralları ordudan uzaqlaşdırmamışıq biz ədəbiyyatda yer tuta
bilməyəcəyik. Ona elə gəlirdi ki, onun ədəbi mövqe tutmağı-
na artıq oturuşmuş böyük imzalar mane olur. Əsgərliyə təzə
gəlmiş adamlar nədənsə rütbə qazanmağın yolunu general-
ları güllələməkdə görürlər. Bizim bəzilərimizə elə gəlir ki,
ədəbiyyatda bizə qədər əkilmiş bütün ağacları kəsib tullamaq
lazımdır. Halbuki ədəbiyyatın min hektarlarla boş torpağı
var və hər kəs harda istəsə, öz ağacını əkə bilər.
Necə baxırsız bu məsələlərə? Niyə bizə elə gəlir ki,
özünütəsdiqin yolu başqalarını inkardan keçir? Burda sözsüz
27
ki, hazır bir düstur var. Odur ki, inkarçılığın arxasında yara-
dıcılığın, ədəbi faktın dayanması kifayət eləyir ki, qara-
qışqırığa ehtiyac qalmasın. Ancaq çox vaxt inkarçılıq yalnız
quru və nəzəri bəyanatlara söykənir. Bu, arxasında ərazi,
millət və dövlət mövcud olmayan bir bayrağı hay-küynən
yellətməyə oxşayan bir şeydir.
Kamal Abdulla. Ədəbi imperiyalar, əsgərlər, general-
lar, savaşlar, ideallar, şan-şöhrət, «həyat, ya ölüm?», şüar-ça-
ğırışlar… Doğrudan da, biz sizinlə çox dərdli və xəstə bir
ədəbi məkanın övladlarıyıq.
Çox doğrudur, irəli getməyin yolu ədəbi generalları
sıxışdırmaqdan, “güllələməkdən” asılı deyil. Bu bizim milli
təbiətimizin çox zəif, xəstə damarı var, o damarın quluncu-
dur: irəli getmək üçün hökmən səndən əvvəlkini (irəlidəkini
yox, bu, məkani anlayışdır), bəli, səndən əvvəlkini (bu isə
zaman anlayışıdır) itələyib yıxmalısan, onun yanından keçib
gedə bilməzsən. Nədi, nədi, "qürurun" buna yol vermir. Sən
demə, sən təşəxxüslüsən. Əsla! Sən, əslində, zavallı və gül-
məlisən. Çox təəssüf ki, bizdə zaman və məkan birikmiş şə-
kildə ola bilmir. Bu, pisdir.
Sən yaxşı ümumiləşdirdin. “Ədəbiyyat ancaq mən yaz-
dığımdır və mən yazdığımdan başqa heç nə deyil” təfəkkürü
ilə mən də üz-üzə gəlmişəm.
Etimad. "Yarımçıq əlyazma" ilə baglı nələr yazılma-
dı...
Kamal Abdulla. Bəli, hədyan az olmadı. Ümumiyyət-
lə, "Yarımçıq əlyazma" barədə ağlına gələn ağlına gələni,
ağzına gələn ağzına gələni yazdı. İndi də yazır. Çoxu haqsız
yazır. Bilirsənmi, biz nə zaman sivil ədəbi müstəviyə qədəm
28
qoyacağıq?! Məncə, o zaman ki, təxminən, belə düşünəcə-
yik: mən bu əsəri qəbul edə bilmərəm. Bu, mənim əsərim
deyil (yəni, mən sevə biləcəyim əsər deyil). Amma mən in-
kar etmirəm ki, bu əsər ədəbiyyat məkanına məxsusdur. Vol-
teri xatırladınmı? Ədəbi müstəvidə onun həmən məşhur
ictimai-siyasi formulası məhz bu cür səslənərdi... Bir qədər
əvvəl gənclərlə bağlı suala cavab zamanı mən də çalışdım ki,
bu formuladan istifadə edim.
Bəzi gənclərlə yaşlılar arasında bu gün gedən "yorğan
davası", dərindən düşünsək, implisit şəkildə həmişə olub. Bu
gün isə o, özünü büruzə verib, bəyan edib, yəni, bu gənclər
artıq, belə deyək, üzə durublar, bütün pərdələri yırtıb dağıt-
maqla məşğuldurlar. Bu gün onlar yaşlılardan, demək olar
ki, heç kimi və heç bir yazını qəbul etmək istəmir, "nənəm
mənə kor deyib, gəlib-gedəni vur deyib" prinsipi, daha doğ-
rusu, prinsipsizliyilə oturub durur, özlərini hər şeyi inkar
edən çinli xunveybinlər kimi aparırlar. Ancaq öz "klanla-
rına" daxil olanlar! Ancaq onlar kimi düşünənlər! Başqaları-
na mənəvi, hətta fiziki həyat (gülməli və ağlamalıdır!!) ya-
saq edilməlidir! Rədd etmək bu adamlarda hələ ki, ədəb-ər-
kan müstəvisindən xeyli uzaqdadır. Belələrilə nəinki müba-
hisə eləmək, onların adını xatırlamaq belə...
Adama sorarlar, sən kimsən axı mühakimə edirsən?
Sən kimsən, mənəvi "direktiv"lər verirsən? Mənəvi direktiv-
ləri xalq verir, zaman yetişdirir. Nəhayət, onları Allah-təala
öz bəndələrinin qəlbinə göndərir. Sən kimsən ki, Allahın işi-
nə qarışırsan?! Elə buna görə də onlara qarşı eyni hərəkəti
yaşlı nəsil nümayiş etdirir. Düz edir!!! "Mühakimə etmə,
mühakimə edilərsən!" Nə qədər ki, cavanlar şəxsiyyətlə mət-
ni bir-birinə qarışdıracaq, barrikadalar aradan götürülməyə-
29
cək. Nə qədər ki, cavanların, elə bizim hamımızın, bu sözləri
deməyə mənəvi qabiliyyətimiz olmayacaq, "qan davası" da-
vam edəcək. O "sehrli" sözlər budur. Aradan genetikləşmək-
də olan nifaqı götürməyə qabiliyyəti çatan o sözlər: "Bu əsər
əsərdir, amma bu əsər mənim əsərim deyil". Bunu demək
təkcə tərbiyə yox, həm də intellektual səviyyə tələb edir.
Bunu deyərkən sən mənə sübut edə bilərsən ki, infantillikdən
uzaqsan.
Bu gün “ədəbiyyat ancaq mən deyəndir və başqa cür
deyil” düşüncəsi isə xəstə təsəvvürün məhsulu kimi ancaq və
ancaq barrikadalara gətirən aqressiv isterikadır. Oyundan
yox, oyun yaxşı şeydir, əslində, hər şey oyundur, oyundan
demirəm, oyuncaqdan ayrıla bilməyənlərin doktrina və ma-
nifestləri məhz belə inkarçılıq təməli üzərində qurulur. Yaşlı
vaxtında oyuncaqla oynayanların isə əsl oyunun ləzzətindən
xəbəri olmaz. Onların yeri Çexovun 6-cı palatasındadır. Ona
görə də ədəbiyyatda yeni və zədəli bir əhvali-ruhiyyə yaran-
maqdadır – bu əhval ilə ortaya çıxarılan mətnlərdə infantillik
elementləri get-gedə artır.
İnkarçılıqdan danışırsan. İnkarçılıq təkamülün bir me-
xanizmidir. İnkar etmək o deməkdir ki, sən axtarırsan, hətta
tapmısan. Amma inkarçılıq infantillik demək deyil. Bəli,
dünya tarixində elə olub ki, böyük mədəni, hətta, dövrləri in-
kar ediblər, onlara əməlli-başlı qadağalar qoyublar. Yeni ya-
ranan və dünyanı kökündən dəyişən, təkallahlıq üzərində qu-
rulan cavan və aqressiv xristian ideologiyası antik bütpərəst-
ləri (qocaları? – daha doğrusu, heydən düşmüş energiyanı!)
beləcə inkar etdi. İstər dram əsərləri, istər poemalar olsun,
istər fəlsəfi, tarixi traktatlar... İstər Homer, Sofokl, Evripid
olsun, istər Sokrat, Platon, Aristotel... Əvvəl-əvvəl onların
Dostları ilə paylaş: |