__________________ Milli Kitabxana_________________________
49
ALDIM MƏKTUBUNU
Aldım məktubunu, aldım sevincək;
Oxuyub nə haldan nə hala düşdüm!
Axı bir qadına səni indicə,
İndicə nə qədər tərifləmişdim...
O fikrə getmişdi, qəlbində, deyən,
Qadın mənliyini boğurdu bir qəm:
Bəlkə düşünürdü: axı mən niyə
Belə təriflorə layiq deyiləm...
Dondurdu gözümü hər sətrin buzu,
Hər sualın şübhə, hər nidan eyham.
Mən səni heç yerdə, a zalım qızı,
Bu ürək sahibi tanıtmamışam!
Hanı məktubunda bir yarpaq ürək,
Hicran nöqtələri, sevgi xalları?
Bir ayna vicdana çirkab çiləmək –
Bu kimin əlidir, kimin, de barı?
Çevrildi başıma bir əzab dağı,
Günəşdən üstümə qar ələndi, qar.
Kişi xörəyinə zəhər qatmağı
Ustalıq bilməyib bizim analar...
Onlar hər günahı saymayıb günah,
Bu özü, qanana güllə deyilmi?
Kişi günahım üzə vurmamaq
Kişiyə vurulan şillə deyilmi?
Xəyahın hardasa səni gəzirdi,
Aldım məktubunu, sevinim, gülüm,
Məktubun bir qucaq kədər gətirdi,
Nə olar, kədər də səndəndir, gülüm!
Qaqra, oklyabr, 1965
__________________ Milli Kitabxana_________________________
50
DEYİLƏM
Bilirəm, mən sənin göz yaşlarınam,
Donub gözlərində qalan deyiləm.
Bir mələk donunda girib qoynuna,
Sonra şahmar kimi çalan deyiləm.
Birinə varamsa, birinə yoxam,
Yoğrulmuş xamırım, yayılmış yuxam.
Mən hər vədəsilə bir tale yıxan
"Həqiqət geyimli" yalan deyiləm.
Qonsan kirpıyimə bir jalə kimi,
Köçsən də qəlbimə bir nalə kimi,
Mən səni bir dolu piyalə kimi
Götürüb əlimdən salan deyiləm.
Hər eşqin yolu var, hər ömrün yarı,
Yeri, bu ümidlər yolunda yarı...
Daha nə gizlədim, çalınmış tarı
Kökləyən deyiləm, çalan deyiləm...
Dekabr 1964
__________________ Milli Kitabxana_________________________
51
SON ANINDA
Axır nəfəsinə yetişmədim mən,
Son dəfə bağrıma basmadım onu.
Ah, niyə görmədim gözündə sönən
Son həyat eşqini, son arzusunu.
Yudu baş daşını gözümün yaşı,
Göz yaşı yeni can vermir adama.
İlk dəfə qarğıdım qohum-qardaşı,
İlk dəfə acıdım doğma atama.
Qapadı gözünü o, mənsiz, necə,
Necə dəfn etdiniz məndən xəbərsiz...
Bir qarı dilləndi: "Anan ölüncə
Dedi ki, balamı çağırmayın siz.
Qorxar... İşi çoxdur... Azca ağladı,
Qorxduki, eşidib kədərlənərsən.
Son anda şəklini o qucaqladı,
Gözünə baxmadı... qəhərlənərsən..."
Yarama köz basdı bu söz də mənim,
Qopdu ürəyimdon yanıqlı nida:
Ana qəlbinə bax! Övlad qəmıni
Görmək istəməyib son anında da.
Qaqra, oktyabr 1965
__________________Milli Kitabxana_________________________
52
ANA YAŞI
Daha gəlməyəcək anamın səsi,
Mənə de taleyin yumruğu dəydi.
Düzü acığıma gəlir: bəzisi
Soruşur mərhumun yaşı neçəydi?
- Bilmirəm... düşmüşdü saçlarına dən. ...
Dolaşır sualla cavab başımda.
Ana kədərini yaşmıdır ölçən?
Ana itirmişəm ana yaşında...
1965
__________________ Milli Kitabxana_________________________
53
BİR ŞAİR KÜSÜB
Əli Tudəyə
Deyirlər bir şair dünyadan küsüb,
Vədlər, təsəllilər gözündə yasdır.
Şairi küsdürən dünyanı üzüb
Günəş sistemindən atmaq da azdır!
Şair cəmiyyətin dili, dilmacı,
Şair bir planet siqlətindədir.
Onun baxışının qəzəb qırmacı
Dağlar parçalamaq qüvvətindədir.
Gülüşü varlığa bahar nəsimi,
Kədəri, hiddəti sırsıralı qış.
Ay kimi, Mars kimi, Venera kimi,
Qəlbinin çox sirri kəşf olunmamış...
Deyirlər tüstüsüz bir şair yanar,
Qəlbi öz dərdini ağlar gizlicə.
Bəzən gözlərində gəlib dayanar
Sevdiyi çəmənlər, dağlar gizlicə.
Durar çəmənini qucaqlamağa,
Durar daşlarını öpə dağınn,
Fəqət sinəsindən vurar bir ağa,
Gözü də sevinməz göz dustağının.
Yeriyər düşməni ayaqlamağa,
Buxovlar ilişər ayaqlarına.
Yenə tufan qopar, yenə qar yağar
Fıkrin buz şaxəli budaqlarına.
Bu, Vətən, - dedikcə, o qəh-qəh çəkər,
"Vətənin qamçımın dilidir, - deyər.
Qamçımın dilisə sağdır nə qədər,
"Vətənin ölüdür, ölüdür", - deyər.
__________________Milli Kitabxana_________________________
54
Bunun qələmi var, onun qılıncı,
Bunun üsyanı var, onun zindanı.
Bu qalxar, gözündə yanan qığılcım,
Su deyib haraylar, səslər dünyanı.
Dünyanın qulağı eşidir ağır,
O məhəl qoymayır, deyən, hər səsə.
Bir şair ürəyi neyləsin axı,
Bir qəlbi bir dünya eşitməyirsə?!
Bir şair arzusu, görən, nə deyir,
Bir ümid istərmi, qəlbi şad olsun?!.
O, dərman istəmir, Vətən istəyir!
Dərdli, yoxsul olsun - tək Vətən olsun.
1965
Dostları ilə paylaş: |