Microsoft Word monoqrafiya docx


NİZAMİNİN HƏYAT VƏ YARADICILIĞI



Yüklə 7,02 Mb.
Pdf görüntüsü
səhifə20/43
tarix28.06.2018
ölçüsü7,02 Mb.
#52352
1   ...   16   17   18   19   20   21   22   23   ...   43

64 
 
 
NİZAMİNİN HƏYAT VƏ YARADICILIĞI 
GƏNCƏ ŞƏHƏRİ 
Doktor Əbdülhüseyn  Zərrinkub 
 
Gəncə  şəhəri  Arran torpağında Araz və Kür çaylarının  əhatəsində yerləşmişdir. 
Gəncə İslam və Xristian dinlərinin sərhəddini təşkil edən bir ərazidədir. Fələstin, Şam, 
Misir səliblərin əlinə keçən zaman rus, gürcü, erməni kimi xristianlar Bizansın təhriki ilə 
Arrana köçürülmüşlər və onlar da islam torpaqları olan Gəncə, Şəmkir, Beyləqan, Bərdə 
və Tiflisə hücum edib oraları qarət etmişlər. 
Bu yerlərin islam sərhədlərini müsəlmanlar daim müdafiə etmiş, başqa bölgələrin 
camaatından da cihad üçün tələb edib kafirlərə qarşı yönəltmişlər.  İraq Səlcuqları 
Məlikşah dövründə bu əraziləri mənimsəmiş, zəif vaxtlarında isə Azərbaycan 
Atabəylərinə  həvalə etmişlər. Onlar da öz növbələrində  Gəncəni hakimi məhəlli 
seçmişlər.  Ətrafdan köməyə  gələn insanlar da şəhərin müdafiəsinə qalxmışlar. Burada 
olan müxtəlif millətlərin nümayəndələri kürd, türk, ərəblər də bu cihada qatılmışlar. 
Təbiidir ki, bu ünsürlər öz adət və ənənələrini də gətirib yaymışlar. Bu əhalinin dili iran 
və ləhcələri Arrani-türk-azəri kimi olmuşdur. Hicri tarixi ilə 333-cü ildə  Bərdə Arranın 
paytaxtı idi. Lakin Bərdə rus dəniz quldurları  tərəfindən hücum edilib, viran qoyuldu, 
qarət edildi. Gəncə, Bərdə  və Tiflis yolu üstündə olduğundan tədriclə rövnəqlənməyə 
başladı. Kürd mənşəli  Şəddadilərin paytaxtı (340-cı il hicri) Səlcuqların qələbəsinə 
qədər (468 hicri) Məlikşahın övladlarından birinin əlində qaldı. Bərdə rus qarətindən 
özünə gələ bilmədiyindən Gəncə gündən-günə inkişafa doğru getdi. Gəncə, Şəddadilərin 
vaxtında get-gedə  sərvət və  cəmiyyəti artıraraq böyük ticarət mərkəzinə çevrildi. 
Gəncənin havası sağlamlıq üçün yararlı, xüsusilə yay vaxtı ətrafındakı yaylaqlar səfalı, 
yaşıl meşələr mənzərəli idi. Gəncənin yay vaxtı havası çox xoş olur. Gəncə çayı 
Gürcüstan dağlarından mənbəyini alıb şəhərin içərisindən keçir, şəhərə ayrıca bir təravət 
verirdi. Bu çay şəhəri iki yerə bölür. Bəzən daşqınlar zamanı  şəhər  əhalisi bir-birilə 
əlaqəni itirirdi. Digər tərəfdən Gəncə torpağı münbit, əkinçilik üçün yararlı, xeyli 


65 
 
 
miqdarda meyvə ağacları ilə əhatə olmuşdur. Tut ağacı burada çoxluq təşkil edirdi ki, bu 
da ipəkçiliyə  təkan verirdi. Hətta, Gəncə ipəyi Bərdə  ipəyindən daha üstün idi. Buna 
görə bu ipək hər yerdə məşhur idi. Gəncənin əkinçilik sahələri feodal qaydalarına  uyğun 
olaraq  şahzadə Sahib tərəfindən Səlcuqların hökmdarı  Məhəmməd ibn Məlikşahın 
övladlarından biri tərəfindən idarə olunurdu, ya da Atabəyə tabe idi. Bu dövrdə 
kəndlilərin vəziyyəti şəhər qoşun başçıları və xaniman sahiblərinin əlində idi, onlardan 
asılı idi. Şəhər əhalisi müxtəlif təbəqələrdən olsalar da, əksəriyyəti sənətkarlıqla məşğul 
olardı.  Şəhərlilərin çoxusunun inancı  şiəlik olduğundan digər məzhəb sahiblərinə o 
qədər də öz aralarında yer verməzdilər. Digər tərəfdən buna müxalif qüvvələr də 
mövcud idi.  Şəhər əhalisi daim rum və abxazların hücumuna məruz qalırdı. Bu üzdən 
də cavanlar hərb təlimləri keçirdilər. Onlara silahla davranmaq, suvari və hərb təlimləri 
öyrədirdilər. O zamanın tanınmış qazi və adlı-sanlı adamlarından Hezbərəldin, 
Möyəddin, Dayiəlhəd, Qasım Abdulla xalq tçərisində böyük nüfuza malik idilər. 
Bu qazilərin sərkərdələri din xadimləri və  şəhərin  Şəddadilər zümrəsi Gəncənin 
əsasını təşkil edib yaxın və uzaq ölkələrdən camaatı bura cəlb edirdilər. 
Bu üzdən də ticarət  şəhəri kimi hər yerdən bura axın var idi. Bu dövrdə  Əmir 
Keykavus ibn İskəndər «Qobusnamə»  əsərinin müəllifi Arrana gəlib Gəncədə 
Şəddadilərdən  Əbnəlsəvarın qonağı olmuşdur. Bu zaman Tiflis abxazların  əlinə keçib 
Qafqaz səliblərinin iqamətgahına çevrildi. Gəncədə hicri 533-cü ildə dəhşətli zəlzələ baş 
verdi və 300 000 insan tələf oldu. Gürcü fərmandarı Dimitri də bu dağıntılardan istifadə 
edrək Gəncəni qarət etdi. O, hətta Gəncənin Dəmir darvazalarını    qənimət kimi 
Gürcüstana apardı. Digər tərəfdən abxaz və rumlar şəhəri qarət edirdilər.  Şəhərin 
uğrunda gedən bu hərc-mərclikdə Marağa  Əhmədiyanlarından  şəhər  Ərdəbil 
Eldəgizlərinin  əlinə keçdi. Azərbaycan Atabəyləri Gəncəni gürcü təhdidlərindən azad 
etməyə müvəffəq oldular. Daxili ittifaqlar da öz təsirini göstərirdi. Atabəy Eldəgiz və 
oğlanları Cahan Pəhləvan və Qızıl Arslan qoşun təşkil edib gürcülərin bütün həmlələrini 
dəf etdilər. Lakin müxalif qüvvələr və qazilərlə onların mübarizəsi davam edirdi. 
Eldəgizin xatını, Toğrul Səlcuqi Arslanın anası da müharibə və siyasət işlərinə qarışırdı. 


66 
 
 
Gəncə bu dövrdə    Şəddadilərin  təsirində olub  fars ədəbiyyatı    və  şeirinin təsiri 
altında olmuşdur. Bu dövrdə Əbul Üla Gəncəvinin şeirləri məşhur idi. Məhsəti Gəncəvi 
şeirlərinin də yayıldığı bu şəhər böyük bir fars şeir mühitini əks etdirirdi. 
Bu dövrdə  «Şəhər  şairi» adlanan İlyas  İbn Yusifin evinə üz tuturdular. Gəncənin 
cavan  şairi Nizami Gəncəvinin qəzəl və  qəsidələrini dinləyirdilər. Nizaminin şeirləri 
xüsusi bir qüdrətə malik idi. Onun elm, təfəkkür, hikmət dolu şeirləri hamının diqqətini 
özünə  cəlb edirdi. Nizami hökmdarlara şeir həsr etsə  də, bu, məddahlıqdan deyil, 
zərurətdən meydana gəlirdi. O, bu şeirləri dostluq hədiyyəsi kimi yazıb ithaf edirdi. 
Əsrin böyükləri də bunu bir ağıllı  hərəkət kimi qəbul edirdilər. Onun nəsihətlərinin 
yerli-yerində olduğunu dərk edirdilər. 
Müxtəlif illərdə Nizaminin həyatı  və yaradıcılığına toxunan təzkirəçilər onun 
haqqında pərakəndə  məlumatlar vermişlər. Yazdıqları  əsərlərin haqqında da doğru-
dürüst bir məlumat yoxdur. Buna dəqiq yanaşmaq üçün tələb qoyulmuşdur. Şairin şeir 
dünyası çox dərin olduğundan tədqiqat işləri davam etdirilməlidir. 
Nizami Gəncədə Arran elində hicri 535-ci ildə bir-iki il ya əvvəl və ya sonra 
təvəllüd etmişdir. «Qum şəhəri Qəhrestanı»  məhəlləsinə gəldikdə isə, bu təzkirəçilərin 
və nüsxə yazanların artırmalarıdır. Çünki, Nizami əsərlərində belə bir şey yoxdur. 
Nizaminin  adı  İlyas olsa da bəzi naşı  təzkirəçilər səhvən onu İveys göstərmişlər. 
Atasının adı Yusif, babası  Zəki Müəyyəd olmuşdur. Anası türk Rəisəsi, dayısı isə  
Ömərdir ki, Nizami onları hörmətlə yad edirdi.  Bu ailə  Gəncədə ehtirama malik 
olmuşdur. Atası barədə müfəssəl bir məlumat yoxdur. O, ya arranlı, ya da azəri 
mühacirlərindəndir. Nizami oğlu Məhəmmədi və qadını Afaqı türk əsilli hesab 
etdiyindən «Xosrov və Şirin»də də bunu xatırladır. 
Kürd əsillilər o zaman bütün Arranda, hətta Ermənistanda və Gürcüstanda mövcud 
olmuşlar. Bərdə  və Tiflisdə kürdlər çoxluq təşkil edirdi. 515-ci ildə  Bərdə Arranın 
paytaxtı oldu. Bu zaman şəhər darvazalarından biri onların  əlində idi. Hətta, Bərdədə 
kürdlərin həftəlik bir bazarı da mövcud idi. 


Yüklə 7,02 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə