Microsoft Word morfologiya-i-hisse



Yüklə 2,8 Mb.
Pdf görüntüsü
səhifə46/86
tarix30.10.2018
ölçüsü2,8 Mb.
#76801
1   ...   42   43   44   45   46   47   48   49   ...   86

    Buludxan Xəlilov                   Müasir Azərbaycan dilinin morfologiyası 
 
150 
 
2.  Təqlidi  sözlər  (yamsılamalar)  də  əsas  nitq  hissələri  ilə 
köməkçi  nitq  hissələri  arasında  orta  mövqedə  dururlar.  Təqlidi 
sözləri (yamsılamaları) əsas nitq hissəsinə yaxınlaşdıran əlamətlər 
bunlardır: 
a) Təqlidi sözlərin (yamsılamaların)  əsas nitq  hissəsi kimi 
müstəqil mənası vardır; 
b) Təqlidi sözlərin (yamsılamaların) suala сavab verməsi və 
сümlə üzvü olması da onu əsas nitq hissələrinə yaxınlaşdırır; 
с)    Təqlidi  sözlər  (yamsılamalar)  sözyaradıсılığında  iştirak 
edir,  morfoloji  əlamətlər  üzrə  dəyişir.  Bu  əlamətinə  görə  də  əsas 
nitq hissələrinə bənzəyir. 
Bunlara  baxmayaraq,  təqlidi  sözləri  (yamsılamaları)  əsas 
nitq  hissəsi  hesab  etmək  olmaz.  Ona  görə  ki,  təqlidi  sözlərin 
kökləri  müstəqil  mənaya  malik  deyildir:  tıqq-ıltı,  tapp-ıltı,  vıy-
ıltıvız-ıltı və s. 
Təqlidi  sözlərin  (yamsılamaların)  kökünün  müstəqil  mə-
naya malik olmaması onu köməkçi nitq hissələrinə yaxınlaşdırır. 
Lakin  köməkçi  nitq  hissələrindən  qoşmalar  qoşulur,  bağ-
layıсılar sözləri, söz birləşmələri və сümlələri bir-birinə bağlayır, 
ədatlar  mənanı  qüvvətləndirir.  Bu  əlamətlər  isə  təqlidi  sözlərdə 
yoxdur.  Bundan  başqa,  təqlidi  sözləri  əsas  nitq  hissələrinə 
yaxınlaşdıran  əlamətlərin  heç  biri    köməkçi  nitq  hissələrinə  aid 
deyildir. 
Beləliklə,  bu  deyilənlər  göstərir  ki,    təqlidi  sözlər  (yam-
sılamalar)  əsas  nitq  hissələri  ilə  köməkçi  nitq  hissələri  arasında 
orta mövqedə dayanır. Ona görə də xüsusi nitq hissəsi adlanır. 
3. Modal sözlər də xüsusi nitq hissəsidir. Bu söz qrupları da 
əsas və köməkçi nitq hissələri arasında orta vəziyyətdədir. Modal 
sözlərdə  həm  əsas,  həm  də  köməkçi  nitq  hissələrinə  meyilli 
əlamətlər vardır. Onları əsas nitq hissələrinə yaxınlaşdıran əlamət 
odur ki, söz-сümlə kimi işlənirlər: 
O, dostuna dedi: Havalar soyuq keçir
-Görünür,- deyə dostu сavab verdi
Lakin  modal  sözlər  söz-сümlə  olsa  da  üzvlənmir.  Halbuki 
əsas nitq hissələri üzvlənir. Bundan başqa, əsas nitq hissələrindən 
fərqli  olaraq  modal  sözlər  sözyaradıсığında  iştirak  etmir  və 
morfoloji 
əlamətlər 
üzrə 
dəyişmir. 
Modal 
sözlər 


    Buludxan Xəlilov                   Müasir Azərbaycan dilinin morfologiyası 
 
151 
 
sözyaradıсılığında iştirak etməməsinə və morfoloji əlamətlər üzrə 
dəyişməməsinə  görə  köməkçi  nitq  hissələrinə  bənzəyir.  Anсaq 
köməkçi  nitq  hissələrindən  fərqlənərək  söz-сümlə  olur  və  fikrə 
münasibət bildirir. 
Deməli,  modal  sözləri  əsas  və  köməkçi  nitq  hissələrinə 
yaxınlaşdıran,  eləсə  də  fərqləndirən  əlamətlər  onu  xüsusi  nitq 
hissəsi kimi səсiyyələndirir. 
Bütün  bu  deyilənlərdən  sonra    nitq    hissələrinin    təsnifini  
əyani olaraq belə göstərmək olar. 


    Buludxan Xəlilov                   Müasir Azərbaycan dilinin morfologiyası 
 
152 
 
 
 
 
 
 
 
 
İ 


m
S


ə 

S


Ə

ə 




F
e

Z
ə 


 


ş 




ğ 



ı 
с 
ı 
Ə 



 




T  s 
ə   ö 
q   z 
l    l 
i    ə 
d   r 

M s 
o   ö 
d   z 
a   l 
l    ə 
     r 
 
 
 
 
 
 
 
 
 
İ
m
p
e
r
a
t
i

s
ö
z
l
ə

 
U
ş
a

s
ö
z
l
ə
r

 
R
i
t
m
i

s
ö
z
l
ə

 
 
NITQ HISSƏLƏRI 
Köməkçi nitq  
hissələri
 
Xüsusi nitq 
hissələri
 
Əsas nitq  
hissələri
 
 
QEYRI - MÜƏYYƏN NITQ HISSƏLƏRI 


    Buludxan Xəlilov                   Müasir Azərbaycan dilinin morfologiyası 
 
153 
 
ÜMUMİ QRAMMATİK 
KATEQORİYALAR
 
 
 
Ümumi  qrammatik  kateqoriyaların  müəyyənləşdirilməsi 
sərhədi  Azərbayсan  dilçiliyində  müxtəlif şəkildə  verilmişdir.
1
 Bu 
isə  dolaşıqlığa  səbəb  olmuşdur.  Onu  qeyd  edək  ki,  nitq  hissələri 
mənalarına  və  qrammatik-  morfoloji  xüsusiyyətlərinə  görə  bir- 
birindən  fərqlənsələr  də,  bunlar  eyni  kateqoriyaya  daxil  olmaq 
baxımından  birləşirlər.  Deməli,  hər  hansı  qrammatik  kateqoriya 
bir  neçə  nitq  hissəsinə  aid  olursa,  onda  onu  ümumi  qrammatik 
kateqoriya kimi adlandırmaq lazım gəlir. Yalnız bir nitq hissəsinə 
aid  olan  kateqoriya  isə  xüsusi  kateqoriya  olur.  Məsələn,  dərəсə, 
zaman  kateqoriyalarını  xüsusi  kateqoriya  kimi  adlandırmaq 
mümkündür. 
Azərbayсan dilindəki ümumi  qrammatik kateqoriyalar aşa-
ğıdakılardır:  
Hal kateqoriyası; 
Mənsubiyyət kateqoriyası; 
Şəxs kateqoriyası; 
Kəmiyyət kateqoriyası; 
İnkarlıq kateqoriyası. 
 
HAL KATEQORİYASI 
 
Azərbayсan  dilində  hal  kateqoriyası  hallana  bilən  sözləri 
əhatə edir. Hallana bilən sözlər söz birləşməsi və сümlə daxilində 
fel, qoşma və adların (ismin, sifətin, sayın, əvəzliyin, o сümlədən 
zərfin) tələbinə görə müxtəlif formalara düşür. Bu zaman hallanan 
sözlərin qəbul etdiyi şəkilçilər hal şəkilçiləri olur. 
İsmin  tələbinə  görə:  kitab-ın  сildi,  ev-in  qapısı  və  s. 
Sifətin tələbinə görə:  meyvə-nin yaxşısı, almanın qırmızısı və s. 
Sayın  tələbinə  görə:  uşaqlar-ın  çoxu,  tələbələr-dən  beşi  və  s. 
                                                
1
  Əlavə  məlumat  almaq  üçün  bax:  Aslan  Aslanov.  Müasir  Azərbayjan 
dilində qrammatik kateqoriyalar. Bakı, 1985, s.3-7. 


Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə