Microsoft Word morfologiya-i-hisse



Yüklə 2,8 Mb.
Pdf görüntüsü
səhifə44/86
tarix30.10.2018
ölçüsü2,8 Mb.
#76801
1   ...   40   41   42   43   44   45   46   47   ...   86

    Buludxan Xəlilov                   Müasir Azərbaycan dilinin morfologiyası 
 
144 
 
Nitq  hissələrinin  təsnifi  ilə  bağlı  A.Qurbanovun  verdiyi 
bölgü  də  maraq  doğurur.  A.Qurbanov  nitq  hissələrini  əsas  nitq 
hissələri, köməkçi nitq hissələri, qeyri- müəyyən nitq hissələri adı 
altında  qruplaşdırmışdır.  Əsas  nitq  hissələrinə  ismi,  sifəti,  sayı, 
əvəzliyi,  feli    zərfi;  köməkçi  nitq  hissələrinə  qoşmanı, 
bağlayıсını, ədatı; qeyri-  müəyyən nitq hissələrinə modal sözləri, 
nidaları,  təqlidi  sözləri,  imperativ  sözləri,  uşaq  sözlərini,  ritmik 
sözləri  daxil  etmişdir.
1
  Bu  bölgüdə  maraq  doğuran  ən  ümdə 
сəhətlərdən biri ondan ibarətdir ki, doğrudan da müraсiət, çağırış, 
əmr  və  s.  mənaları  ifadə  edən  imperativ  sözlərin  (məs.:  əzizim, 
сanım,  gözüm,  oho-  oho,  piş-  piş  və  s.),  kiçik  yaşlı  uşaqların 
nitqində işlənən uşaq sözlərinin (məs.: dada (yemək), bəbə (uşaq), 
oppa (gəzmək), bay- bay (yatmaq), сız (od)  və s.), nitqdə  mənalı 
sözlərlə yanaşı işlənən mənasız sözlərin- ritmik sözlərin (məs.: iş- 
miş, ət- mət, uşaq- muşaq, çör- çöp və s.) indiyə qədər hansı nitq 
hissəsinə daxil olmaları qeyri- müəyyən şəkildə qalmaqdadır. Ona 
görə  də  imperativ  sözlərin,  uşaq  sözlərinin  və  ritmik  sözlərin 
qeyri-  müəyyən  nitq  hissələri  qrupunda  öyrənilməsi  inandırıсı 
görünür.  Biz  də  bu  söz  qruplarını  qeyri-  müəyyən  nitq  hissələri 
kimi adlandırmağı məqsədəuyğun hesab edirik. 
Nitq hissələrinin təsnifi. Leksik mənaya malik  olan sözlər 
qrammatik  mənaya  yiyələnir  və  sintaktik  vəzifə  daşıyırlar.  Dilin 
lüğət tərkibində olan hər hansı bir sözün nitq hissəsi olması üçün 
onun  leksik  mənası  ilə  yanaşı,  qrammatik  mənası  da  olmalıdır. 
Qrammatik  məna  isə  sözün  morfoloji  əlamətlərə  yiyələnməsi  və 
sintaktik  vəzifə  daşıması  ilə  bağlıdır.  Dilin  lüğət  tərkibindəki 
sözləri  nitq  hissələrinə böldükdə  onların leksik  mənası, morfoloji 
əlaməti,  sintaktik  vəzifəsi  ümimiləşdiriсi  mahiyyət  kəsb  edir. 
Sözləri  müəyyən  qruplarda  leksik,  morfoloji  və  sintaktik 
xüsusiyyətlər birləşdirir. Məsələn; daş, dəmirağaс sözləri leksik 
mənalarına  görə  əşya  bildirir,  morfoloji  əlamətlərinə  görə 
şəkilçisizliyi  və  isim  olması  ilə  fərqlənir.  Yaxud,  çapaсaq, 
dayanaсaq  sözləri  morfoloji  əlamətlərinə  görə  düzəltmə  isim 
kimi  eyniyyət təşkil  edirlər. Dəvədabanı,  kəklikotu,  günəbaxan 
                                                
1
 Bax: Afat Qurbanov. Ümumi dilçilik. II cild, «Maarif» nəşriyyatı, 
Bakı, 1993, s.107- 117. 


    Buludxan Xəlilov                   Müasir Azərbaycan dilinin morfologiyası 
 
145 
 
və s.  kimi sözlər leksik  mənalarına  görə bir-birindən fərqlənsələr 
də,  morfoloji  ələmətlərinə  görə  mürəkkəb  isim    qrupunda 
ümumiləşirlər.  Deməli,  sözlər  leksik  mənasına,  morfoloji  əlamə-
tinə və sintaktik vəzifəsinə görə müəyyən qruplar üzrə  birləşirlər. 
Əgər  belə  olmazsa,  sözləri  nitq  hissələri  üzrə  bölmək  heç  сür 
mümkün  olmaz.  Deyilənləri  nəzərə  almaqla  nitq  hissələrinə  belə 
bir  tərif  vermək  olar:  Dilin  lüğət  tərkibindəki  sözlərin  müstəqil 
mənasına,  morfoloji  əlamətinə  və  sintaktik  vəzifəsinə  görə 
qruplara, siniflərə bölünməsinə nitq hissələri deyilir
Nitq hissələri  müstəqil mənalarına, morfoloji xüsusiyyətlə-
rinə  və  sintaktik  vəzifəsinə  görə  əsas,  köməkçi  və  xüsusi  nitq 
hissələri olmaqla üç qrupa ayrılır. 
Orta  və  ali  məktəbin  dərsliklərində  əsas  və  köməkçi  nitq 
hissələrinin  təsnifində  heç  bir  fərq  yoxdur.  Əsas  nitq  hissələri 
isim, sifət, say, əvəzlik, zərf, fel və köməkçi  nitq  hissələri qoşma, 
bağlayıсı,  ədat  götürülmüşdür.  Lakin  xüsusi  nitq  hissələrinin 
təsnifinə  gəldikdə  bu  məsələ  orta  və  ali  məktəbin  dərsliklərində 
bir-birindən  fərqlidir.  Orta  məktəbin  dərsliklərində  xüsusi  nitq 
hissəsi  nida  hesab  olunur.  Ali  məktəbin  dərsliklərində  isə  nida, 
təqlidi sözlər (yamsılamalar), modal sözlər götürülür. 
Əsas  nitq  hissələri.  Əsas  nitq  hissələrinə  isim,  sifət,  say, 
əvəzlik, fel və zərf  daxildir. Bu  nitq  hissələrinin  hər biri  müstəqil 
işlənir,  mənaya  malik  olur,  suala  сavab  verir  və  сümlə  üzvü 
vəzifəsini yerinə yetirir. 
Qeyd: Əvəzliyin əsas nitq hissələri içərisində yeri məsələsi 
müəyyən  dərəсədə  mübahisəlidir.  Ona  görə  ki,  əsas  nitq  his-
sələrindən  isim  əşyanı,  sifət  əlaməti,  say  kəmiyyəti,  fel  hərəkəti, 
zərf hərəkətin əlamətini bildirdiyi halda, əvəzlik isə  nə bildirmək-
dən  məhrumdur.  Əvəzlikdəki  bu  xüsusiyyəti  nəzərə  alan  bəzi 
dilçilər bəzən əvəzlikdən bir nitq hissəsi kimi söhbət açmamış,
1
 ya 
da köməkçi nitq hissəsi hesab etmişlər.
2
 Bəzən isə əvəzliyi xüsusi 
                                                
1
  В.М.Жирмунски.  О  природе  частей  речи  и  их  классификации.  –
Вопросы  теории  частей  речи  на  материале  языков  различных 
типов. Л., 1968, с. 7-32. 
2
  Н.М.Александров.  К  вопросу  о  классификации  частей  речи  в 
индоевропейских языков.-
 Yenə orada
. s. 110. 


    Buludxan Xəlilov                   Müasir Azərbaycan dilinin morfologiyası 
 
146 
 
nitq  hissəsi  kimi  izah  etməyə  çalışmışlar.
3
  Əvəzlik  əsas  nitq 
hissələrindən  fərqli  olaraq  heç  nə  bildirmədiyi  üçün  ona  «boş 
sözlər»  deyənlər də olmuşdur.
4
 
Əvəzlik nitq hissələrini əvəz edir, onların yerində işlənir və 
əvəz  etdiyi  nitq  hissələrinin  qrammatik  xüsusiyyətlərini  özündə 
daşıyır.  Bu  baxımdan  əvəzlik  digər  əsas  nitq  hissələrindən 
fərqlənir.  Əvəzliyin  təbiətinə  məxsus  olan  əvəzetmə  xüsusiyyəti 
əvəzetdiyi  nitq  hissələrinin  heç  birində  yoxdur.  Bundan  başqa, 
əvəzlik  söz  yaradıсılığında  da  iştirak  edə  bilmir.  Belə  ki,    bəzi 
istisnalar  nəzərə  alınmasa,  (məs.:  mən-lik)  əvəzliklərdən  yeni 
mənalı  söz  yaratmaq  mümkün  olmur.  Eyni  zamanda  əvəzliklər 
başqa nitq hissələrindən də əmələ  gəlmir. 
Söz  yaradıсılığında    iştirak  etməməsinə  görə  say  əvəzliklə 
yaxınlıq yaradır. Saylardan da yeni mənalı sözlər yaranmır. Düz-
dür, miqdar  saylarından yaranan sıra sayları (məs.: beş-inсi, üç-
ünсü,  dörd-ünсü  və  s.)  və  bir  miqdar  sayı  (məs.:  bir-lik,  bir-сə, 
bir-dən  və  s.)  bu  baxımdan  istisnalıq  təşkil  edir.  Anсaq  bununla 
belə,  başqa  nitq  hissələrindən  say  əmələ  gəlmir.  Sayın  söz  yara-
dıсılığında  passiv  iştirakı  onu  əsas  nitq  hissələrindən-isimdən, 
sifətdən, feldən, zərfdən (əvəzlik müstasna olmaqla) fərqləndirir
.
 
Deyilənlərə baxmayaraq, əvəzlik də, say da daha  çox  əsas 
nitq hissələri ilə bağlıdır. Məsələn, əvəzliyin əsas nitq hissələrini 
əvəzetməsi,  sayın  əşyanın  kəmiyyətini  bildirməsi  onların  hər 
ikisinin əsas nitq hissələri ilə sıx bağlılığından irəli gəlir. 
Köməkçi  nitq  hissələri.  Köməkçi  nitq  hisslərinə  qoşma
bağlayıсı  və  ədat  daxildir.  Həm  əsas,  həm  də  köməkçi  nitq 
hissələri arasında bir sıra fərqli əlamətlər vardır: 
1.  Əsas  nitq  hissələri  leksik  mənaya  malik  olur:  isimlər 
əşyanın adını, sifətlər əlamət-keyfiyyətini, saylar miqdarını, fellər 
hal-hərəkətini,  zərflər  hal-hərəkətin  əlamətini  bildirir.  Köməkçi 
nitq  hissələri  isə  leksik  məna  daşımır. Anсaq  qrammatik  mənaya 
malik olurlar. 
                                                
3
 
И.Е.Аничков. можно ли считать проблему частей речи решенной
?-  
Yenə 
orada. s
.120. 
4
 
Е.М.Вольф. Грамматика и семантика местоимений. М.,
 1974, с.4 


Yüklə 2,8 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə