Hamiləlik ağırlaşmaları və mamalıq fəsadlarında tibbi yardımın keyfiyyətinin qiymətləndirilməsi.
ÜST-nin "Ölümlə nəticələnməyən hamiləlik ağırlaşmaları və mamalıq fəsadlarının tədqiqi metodikası"
25
Əlavə 3. Cədvəllər və onların interpretasiyası
Bu əlavədə məlumatların toplanılması və
interpretasiyası üçün cədvəllər təqdim edilib.
Cədvəl 1-də tədqiqata daxil edilən qadınların
xəstəlikləri sadalanıb. Cədvəldə verilmiş
məlumatların təhlili vasitəsilə ölən və sağ qalan
qadınlarda təyin edilmiş orqan çatışmazlığı
hallarının xüsusiyyətlərini müəyyən etmək
mümkün olacaq. Bu cədvəldəki məlumatların
təhlilinin praktikaya təsiri onunla bağlıdır ki,
tez-tez rast gəlinən orqan çatışmazlığı hallarını
müəyyən etməklə tibb müəssisəsi və ya ölkə
üzrə ən çox ehtiyac duyulan tibbi müdaxilələri
müəyyən etmək olar. Belə ki, məsələn, ölüm
hallarının böyük hissəsi respirator distress
sindromu və ya tənəffüs çatışmazlığı
səbəbindən baş verirsə, bu, xəstələrdə
tənəffüsün təmin edilməsinə yönəlmiş tədbirlərə
daha çox diqqətin yetirilməsinin vacib olduğunu
göstərir. Bu cür məlumatların toplanması təcili
yardım və intensiv terapiyanın planlaşdırılması
və təşkili üçün önəmlidir.
Cədvəl 2-də təqdim edilmiş məlumat Cədvəl 1-
də verilmiş məlumatı tamamlayır. Burada
hamilə qadınlarda müşahidə edilən ciddi
ağırlaşmaların inkişafına təsir göstərən əsas və
yanaşı səbəblər təsvir edilib. Cədvəl 2-də
məlumatlar qruplar üzrə verilib: tədqiqata cəlb
edilmiş bütün qadınlar; yalnız ölümlə
nəticələnməyən hamiləlik/mamalıq
ağırlaşmaları qeydə alınmış qadınlar; ancaq ana
ölümü halları. Həmin məlumatların təhlili ciddi
ağırlaşmaları olan qadınlarda gözlənilən
uzunmüddətli fəsadların müəyyən edilməsi və
həmçinin risk faktorları aşkar edilməsinə (məs.,
anemiya və ya əvvəl keçirilmiş qeysəriyyə
kəsiyi əməliyyatları) imkan yaradır. Cədvəl 2-də
həm də yerli xüsusiyyətlərə uyğun hallar qeyd
olunub (məs., malyariya, talassemiya və s.
endemik xəstəliklər).
Cədvəl 3-də hamiləliyin bitməsi və perinatal
nəticələr sadalanıb. Bu cədvəldə ölümlə
nəticələnməyən hamiləlik/mamalıq
ağırlaşmaları, ana ölümü, doğuş
metodu/hamiləliyin bitməsi və perinantal
nəticələr arasında münasibətlər göstərilib.
Cədvəl 4-də ölümlə nəticələnməyən
hamiləlik/mamalıq ağırlaşmaları ilə bağlı
indikatorlara əsasən məlumatlar təqdim edilir və
tədqiqatın aparıldığı tibb müəssisələrində
yardım alan qadınların xüsusiyyətlərini
müəyyən etməyə imkan verir. Ana ölümü
nisbətinin düzgün hesablanması üçün tədqiqatın
aparıldığı müddətdə həmin müəssisədə canlı
doğuşla nəticələnmiş bütün doğuşların sayı
müəyyən edilməlidir.
Ağır mamalıq fəsadlarının nisbəti və ölümlə
nəticələnməyən hamiləlik/mamalıq
ağırlaşmalarının nisbəti əhali arasında müvafiq
halların baş vermə tezliyini müəyyən edən
indikatorlardır. Həmin indikatorlar tibb
müəssisəsinin xidmət göstərdiyi əhali qrupunun
ehtiyac duyduğu mamalıq xidmətinin növləri
barədə fikir irəli sürməyə imkan verir. Məsələn,
nisbətin yüksək olması (hər 1000 canlı doğuşa
10 hal) onu göstərir ki, sağ qalmaq üçün həmin
qadınların daha mürəkkəb tibbi müdaxilələrə
ehtiyacları olacaqdır. Ölüm indeksi və ölümlə
nəticələnməyən hamiləlik/mamalıq
ağırlaşmalarının ölüm hallarına olan nisbəti tibb
müəssisəsinin fəaliyyətinin ümumi göstəricisi
hesab edilir. Əgər ölüm indeksi yüksəkdirsə
(20%-dən çox), bu, o deməkdir ki, ciddi
ağırlaşmalarla müşahidə olunan hallarda
göstərilən xidmətlərin keyfiyyətinə yenidən
baxılmalıdır. Əgər qeydə alınmış ölüm
hallarının sayı azdırsa (məs., 5%-dən az), bu, o
deməkdir ki, tibbi müəssisəsi və ya bütövlükdə
səhiyyə sistemi mürəkkəb və ya ciddi
ağırlaşmalarla müşayiət olunan halların
müalicəsinin öhdəsindən yaxşı gəlir.
Həmçinin Cədvəl 4 ağır hamiləlik və mamalıq
fəsadlarının tibbi xidmətin hansı mərhələsində
Hamiləlik ağırlaşmaları və mamalıq fəsadlarında tibbi yardımın keyfiyyətinin qiymətləndirilməsi.
ÜST-nin "Ölümlə nəticələnməyən hamiləlik ağırlaşmaları və mamalıq fəsadlarının tədqiqi metodikası"
26
baş verdiyini müəyyən etməyə imkan verir.
Bunun səhiyyə sistemi üçün xüsusi əhəmiyyəti
vardır. Belə ki, əgər qadınların böyük bir hissəsi
(məs., 70%-dən çoxu) xəstəxanaya artıq ağır
hamiləlik və ya mamalıq fəsadları ilə müraciət
edirsə, bu, o deməkdir ki, birinci və ikinci
mərhələlərdə gecikmələr mövcuddur.
Xəstəxanaya qəbul edildikdən sonra baş verən
ağır hamiləlik və mamalıq ağırlaşmalarının
təhlili ilə xəstəxanadaxili tibbi xidmətin
dəyərləndirilməsini həyata keçirmək olar.
Cədvəl 5 intensiv terapiya və ya reanimasiya
xidmətlərini qiymətləndirir. İntensiv terapiya və
ya reanimasiya şöbəsinə qəbul edilən qadınların
hallarını təhlil edərək, həmin şöbələrin ümumi
yüklülüyünü qiymətləndirmək mümkündür.
Reanimasiya şöbələrinə qəbul olunan halların
çox aşağı olması (0.5%-dən az) reanimasiya
şöbəsində çarpayı fondunun çatışmamasından
xəbər verə bilər. Reanimasiyaya qəbul edilən
halların yüksək olması (3-5%) isə çarpayı
fondunun səmərəsiz istifadəsinə dəlalət edir.
Əlbəttə ki, rəyin çıxarılması üçün əhalinin
xüsusiyyətləri və tibb müəssisəsinin göstərdiyi
xidmətlərin çeşidinə diqqət yetirmək tələb
olunur. Əgər qiymətləndirilən tibb müəssisəsi
ilkin və ya ikinci səviyyəli tibb müəssisəsidirsə,
reanimasiya şöbəsinə qəbul edilən halların
sayının aşağı olması ağır fəsadlar və ya ciddi
ağırlaşmaları olan qadınların ümumi sayının az
olması ilə əlaqələndirilə bilər.
Əksinə, audit üçüncü səviyyəli tibb
müəssisəsində aparılırsa və həmin müəssisə ağır
fəsadlar və ya ciddi hamiləlik ağırlaşmaları olan
qadınları qəbul edirsə, bu zaman reanimasiya
şöbəsinin yüksək yüklülüyü anlaşılır. Cədvəl 5-
də təqdim edilən digər indikatorlar ümumi
vəziyyəti qiymətləndirməyə imkan verir. Orqan
çatışmazlığı ilə daxil olan qadınların klinik
vəziyyəti ağır olur və onların intensiv terapiya
və ya reanimasiya şöbəsində göstərilən
xidmətdən faydalanması məlumdur. Bu
səbəbdən də ağır hamiləlik və mamalıq fəsadları
olan qadınların (70%-dən çox) böyük
əksəriyyətinin reanimasiyaya qəbul edilməsi
gözləniləndir. Əgər təhlildən bunun əksi
görünürsə, bu, həmin tibb müəssisəsinin
reanimasiya şöbəsində çarpayıların
çatışmazlığından xəbər verə bilər.
Digər tərəfdən reanimasiya şöbəsinə hamiləlik,
doğuş və zahılıq dövründə qəbul edilmiş
qadınlar arasında ağır dərəcəli hamiləlik və
mamalıq ağırlaşmaları olan xəstələrin az olması
həmin şöbəyə xəstələrin sadəcə monitorinq
üçün qəbul edilməsini göstərir. Bu isə səhiyyə
sisteminin resurslarının optimallaşdırılması
baxımından nəzərdən keçirilməlidir (məs.,
reanimasiya şöbəsinə daha ağır xəstələrin qəbul
edilməsi və ya reanimasiya şöbəsində mama-
ginekoloji xəstələr üçün nəzərdə tutulmuş
çarpayı sayının azaldılması).
Nəhayət bu cədvəldə sonuncu indikator
reanimasiya şöbəsindən kənarda baş verən ana
ölümlərini göstərir. Əgər reanimasiya
şöbəsindən kənarda baş verən ana ölümlərinin
faizi yüksəkdirsə (məs., 10%-dən çox), bu,
reanimasiya şöbəsində mövcud olan çarpayı
sayının azlığından xəbər verə bilər.
Qeyd edilməlidir ki, Cədvəl 4 və 5-də verilmiş
indikatorlar və hədəflər yerli şəraitə
uyğunlaşdırılmalıdır.
Cədvəl 6-da xüsusi hallara aid digər proses
göstəriciləri sadalanıb. Hər halla bağlı hədəf
əhali qrupu müəyyən edilir və onların arasında
sübutlu təbabətə əsaslanan müdaxilə almış
xəstələrin faizi hesablanır (məs., eklampsiyası
olan qadınların ümumi sayından maqnesium
sulfat preparatı ilə müalicə almış qadınların
sayı). Sübutlu təbabətə əsaslanan məlumatlara
görə eklampsiyası olan qadınların çox az bir
hissəsində maqnesium sulfatla müalicəyə əks-
göstəriş olur. Bu səbəbdən də eklampsiyası olan
bütün qadınlar (100%) maqnezium sulfat
preparatı ilə müalicə almalıdırlar. Əgər təhlildə
eklampsiyası olan bütün qadınların maqnezium
sulfatla müalicə almadıqları müəyyən edilərsə
(<95%), bu, göstərilən xidmətin
təkmilləşdirilməsini tələb edir.