Hamiləlik ağırlaşmaları və mamalıq fəsadlarında tibbi yardımın keyfiyyətinin qiymətləndirilməsi.
ÜST-nin "Ölümlə nəticələnməyən hamiləlik ağırlaşmaları və mamalıq fəsadlarının tədqiqi metodikası"
16
Əlavə 3-də məlumatların təqdim olunması üçün
cədvəllərin nümunələri və məlumatları
interpretasiyası üçün təlimat yerləşdirilib.
2.1.7. İcra metodu
ÜST-nin “Ölümlə nəticələnməyən hamiləlik
ağırlaşmaları və mamalıq fəsadlarının tədqiqi
metodikası” səhiyyə sistemi çərçivəsində
xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması
məqsədilə istifadə edilmə üçün nəzərdə tutulub.
Tibb müəssisələrində bu yanaşma mövcud
platformalar və ya mexanizmlər (məs., yan
təsirlərin araşdırılması üçün təsis edilmiş
komitələr, ölüm hallarının tədqiqi üçün
yaradılmış komitələr və s.) əsasında həyata
keçirilə bilər. Ölümlə nəticələnməyən
hamiləlik/mamalıq ağırlaşmalarının tədqiqi
üçün mövcud olan bu cür komitələr və ya
komissiyalardan istifadə və ya yeni
komitə/komissiyaların yaradılması yanaşmanın
daha keyfiyyətli və uzun müddətli (davamlı)
tətbiqinə, habelə onun nəticələrinin tibbi
xidmətlərin keyfiyyətinin yaxşılaşdırılmasına
yönəlmiş tədbirlərin həyata keçirilməsinə
xidmət edə bilər.
Bütün hallarda metodikanın tətbiq edildiyi tibb
müəssisəsində tədqiqatın aparılmasına məsul
olan və fəaliyyəti koordinasiya edən bir nəfərin
müəyyən edilməsi tövsiyə olunur. Həmin şəxsin
hamiləlik və mamalıq ağırlaşmaları və onların
müalicəsi sahəsində müvafiq klinik bilik və
təcrübəyə, habelə liderlik bacarıqlarına və
həmkarları arasında müəyyən avtoritetə malik
olması tədqiqatdan əldə edilmiş tövsiyələrin
icrasına təkan verə bilər.
2.1.8. Etik normaların nəzərə alınması
“Ölümlə nəticələnməyən hamiləlik
ağırlaşmaları və mamalıq fəsadlarının tədqiqi
metodikası” iki variantda istifadə edilə bilər.
“Tam variant” metodikanın tətbiqində
xəstəxanada saxlanılan tibbi sənədlərin təhlili
ilə yanaşı ayrı-ayrı xəstələrlə müsahibələrin
aparılmasını nəzərdə tutur. “Baza variant” isə
yalnız xəstəlik tarixləri, ambulator kartlar və
digər müvafiq tibbi sənədlərin analizini əhatə
edir, lakin xəstələrlə bir başa müsahibələrin
aparılmasını istisna edir. Beləliklə, metodikanın
“baza variantının” tətbiqi zamanı xəstələrlə
birbaşa ünsiyyətin qurulması tələb olunmur.
Bütün lazım olan məlumatlar tibb
müəssisəsində saxlanılan xəstəlik tarixləri,
ambulator kartlardan əldə edilir. Buna görə də
xəstələrlə fərdi müsahibələr aparılmır. Düzdür,
nadir hallarda müəyyən məlumatlara aydınlıq
gətirmək və ya çatışmayan məlumatları əldə
etmək üçün xəstələrlə ünsiyyətin qurulması
faydalı ola bilər. Konkret iştirakçıların kimliyi
haqqında məlumat xüsusi kitabçada məlumatı
toplayandan gizli saxlanılır və ancaq çatışmayan
və ya şübhəli məlumatların təsdiqi üçün istifadə
olunur. Lakin nəzərə almaq lazımdır ki,
xəstələrin kimliyini özündə əks etdirən jurnallar
(məlumat bazası) məxfi saxlanılır və yalnız
nadir hallarda istifadə edilir.
Məlumatların əsasən xəstəlik tarixləri,
ambulator kartlar və tibb müəssisəsinin
saxladığı digər sənədlərdən əldə olunduğunu
nəzərə aldıqda, xəstələrdən heç bir razılığın
alınması da tələb olunmur. Lakin tədqiqatın
aparıldığı tibb müəssisəsinin rəhbərliyinin
icazəsi əldə edilməlidir. Bütün hallarda
xəstələrə aid məlumatların məxfiliyinin
qorunmasına xüsusi önəm və diqqət
yetirilməlidir. Tədqiqatın bu cür metodologiya
əsasında aparılması ÜST və digər etik komitələr
tərəfindən etik normalara uyğun qəbul edilib
(21, 22). Diaqram 1 ölümlə nəticələnməyən
hamiləlik/mamalıq ağırlaşmalarının tədqiqinin
“tam variant” üzrə aparılmasını təsvir edir. Bu
variantdan istifadə zamanı əlavə etik məsələlər
nəzərdən keçirilməlidir.
2.1.9. Qiymətləndirmədən sonrakı tədbirlər
Ümumiyyətlə, klinik halları ölümlə
nəticələnməyən hamiləlik/mamalıq
ağırlaşmalarının tədqiqi prosesinə cəlb edilmiş
qadınların təqibi tələb olunmur. Lakin
tədqiqatın nəticələrindən asılı olaraq həmin
Hamiləlik ağırlaşmaları və mamalıq fəsadlarında tibbi yardımın keyfiyyətinin qiymətləndirilməsi.
ÜST-nin "Ölümlə nəticələnməyən hamiləlik ağırlaşmaları və mamalıq fəsadlarının tədqiqi metodikası"
17
qadınların keyfiyyətli tibbi xidmətlərlə təmin
olunması üçün tibb
müəssisəsi müvafiq
addımlar ata bilər. İlkin qiymətləndirmə
bitdikdən sonra tibb müəssisəsi tərəfindən
tövsiyələrin yerinə yetirilməsi üçün müvafiq
tədbirlər görülməlidir.
Beləliklə, qiymətləndirmə və təkmilləşdirmə
prosesi dövrü olaraq aparılır (adətən ildə 1
dəfə). Bəzi böyük tibb müəssisələrində bu
metodika əsasında tədqiqat davamlı olaraq
aparılır.
Nəhayət vaxtaşırı və ya davamlı aparılan bu cür
qiymətləndirmələr tibbi xidmətlərin
təkmilləşdirilməsi üçün görülmüş tədbirlərin və
ya qəbul edilmiş təlimatların nəticəsini də
qiymətləndirməyə imkan verəcəkdir.
3. Gözlənilən nəticələr
Gözlənilən nəticələrə aşağıdakılar aid edilə
bilər:
–
hamilə və zahı qadınların xəstələnmə və
ölüm hallarının yerli xüsusiyyətləri barədə
məlumatlığın artması,
–
hamilə qadınların xidmətlərə
yönəldilməsini təmin edən sistemin (qadın
məsləhətxanaları, doğum evləri, təcili tibbi
yardım müəssisələri, poliklinikalar və s.)
güclü və zəif tərəflərinin müəyyən edilməsi,
–
hamiləlik və mamalıq ağırlaşmalarının
müalicəsində klinik və digər növ
müdaxilələrinin istifadəsi.
Yuxarıda təsvir edilmiş metodikanın (“Ölümlə
nəticələnməyən hamiləlik ağırlaşmaları və
mamalıq fəsadlarının tədqiqi metodikası”)
şəhər/rayon və ya ölkə səviyyəsində tətbiqi isə
ağırlaşmaları olan hamilə və zahı qadınlara
göstərilən tibbi xidmətlərin çatışmazlıqları və ya
üstünlüklərini təhlil etməyə imkan verir.
Ümumiyyətlə, qeyd edilmiş metodikanın
istifadəsində üstünlük onun standartlaşdırılmış
metodologiya əsasında aparılmasıdır. Həmin
metodologiyanın düzgün tətbiqi etibarlı və
müqayisə edilə bilən (şəhər və rayonlar
arasında, tibbi müəssisələr arasında) nəticələrin
əldə edilməsinə kömək edir.
“Ölümlə nəticələnməyən hamiləlik
ağırlaşmaları və mamalıq fəsadlarının tədqiqi
metodikası”nın istifadəsi həmçinin tibb
müəssisəsində sübutlu təbabətə əsaslanan
tövsiyələrin tətbiqini araşdırmağa imkan verir.
Həyat üçün təhlükə yaradan ağırlaşmalarla
müşayiət olunan klinik halların təhlili gələcəkdə
oxşar ağırlaşmaların erkən aşkar edilməsi və
qabaqlayıcı hazırlıq tədbirlərinin görülməsinə
təkan verə bilər.
4. “Ölümlə nəticələnməyən
hamiləlik ağırlaşmaları və
mamalıq fəsadlarının tədqiqi
metodikası”nın şəhər/rayon və
ya ölkənin səhiyyə sistemi
səviyyəsində tətbiqi
“Ölümlə nəticələnməyən hamiləlik
ağırlaşmaları və mamalıq fəsadlarının tədqiqi
metodikası” əsasən ayrı-ayrı tibb
müəssisələrində tətbiq olunmaq üçün nəzərdə
tutulub. Əgər bu metodika şəhər/rayon
səviyyəsində tibbi xidmətlərin keyfiyyətinin
qiymətləndirilməsi üçün istifadə edilirsə, bu
zaman həmin şəhər/rayonda hamilə qadınlara
xidmət göstərən bütün tibb müəssisələri
tədqiqata daxil edilməlidirlər. Şəhər/rayon
səhiyyə sisteminin qiymətləndirilməsi zamanı
ikinci və üçüncü səviyyəli tibb müəssisələrində
bu metodika ayrı-ayrı tibb müəssisələrində
olduğu kimi tətbiq olunur.
Qeyd edilmiş metodikanın şəhər/rayon səhiyyə
sisteminə tətbiq edilməsi zamanı tədqiqatçılar
aşağıdakı fərziyə ilə çıxış etməli olurlar: icmada
daxilində yaşayan və hamiləliklə bağlı kəskin
orqan çatışmazlığı qeydə alınan və vaxtında və
ya ümumiyyətlə müvafiq tibb müəssisələrinə
çıxışı olmayan hamilə qadınlar ölür (yəni
onların sağqalma ehtimalı çox aşağı olur; hətta
5%-dən də az). Bu fərziyyədən irəli gələrək
icma daxilində ana ölümlərinin sayı və ağır