Microsoft Word Near-Miss cr final az text rvs ns 2015 rvs sa ns



Yüklə 363,84 Kb.
Pdf görüntüsü
səhifə8/13
tarix26.03.2018
ölçüsü363,84 Kb.
#33391
1   ...   5   6   7   8   9   10   11   12   13

Hamiləlik ağırlaşmaları və mamalıq fəsadlarında tibbi yardımın keyfiyyətinin qiymətləndirilməsi. 

ÜST-nin "Ölümlə nəticələnməyən hamiləlik ağırlaşmaları və mamalıq fəsadlarının tədqiqi metodikası" 

 

 



16 

 

Əlavə 3-də məlumatların təqdim olunması üçün 



cədvəllərin nümunələri və məlumatları 

interpretasiyası üçün təlimat yerləşdirilib. 



2.1.7. İcra metodu 

ÜST-nin “Ölümlə nəticələnməyən hamiləlik 

ağırlaşmaları və mamalıq fəsadlarının tədqiqi 

metodikası” səhiyyə sistemi çərçivəsində 

xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması 

məqsədilə istifadə edilmə üçün nəzərdə tutulub. 

Tibb müəssisələrində bu yanaşma mövcud 

platformalar və ya mexanizmlər (məs., yan 

təsirlərin araşdırılması üçün təsis edilmiş 

komitələr, ölüm hallarının tədqiqi üçün 

yaradılmış komitələr və s.) əsasında həyata 

keçirilə bilər. Ölümlə nəticələnməyən 

hamiləlik/mamalıq ağırlaşmalarının tədqiqi 

üçün mövcud olan bu cür komitələr və ya 

komissiyalardan istifadə və ya yeni 

komitə/komissiyaların yaradılması yanaşmanın 

daha keyfiyyətli və uzun müddətli (davamlı) 

tətbiqinə, habelə onun nəticələrinin tibbi 

xidmətlərin keyfiyyətinin yaxşılaşdırılmasına 

yönəlmiş tədbirlərin həyata keçirilməsinə 

xidmət edə bilər.  

Bütün hallarda metodikanın tətbiq edildiyi tibb 

müəssisəsində tədqiqatın aparılmasına məsul 

olan və fəaliyyəti koordinasiya edən bir nəfərin 

müəyyən edilməsi tövsiyə olunur. Həmin şəxsin 

hamiləlik və mamalıq ağırlaşmaları və onların 

müalicəsi sahəsində müvafiq klinik bilik və 

təcrübəyə, habelə liderlik bacarıqlarına və 

həmkarları arasında müəyyən avtoritetə malik 

olması tədqiqatdan əldə edilmiş tövsiyələrin 

icrasına təkan verə bilər.  

2.1.8. Etik normaların nəzərə alınması 

“Ölümlə nəticələnməyən hamiləlik 

ağırlaşmaları və mamalıq fəsadlarının tədqiqi 

metodikası” iki variantda istifadə edilə bilər. 

“Tam variant” metodikanın tətbiqində 

xəstəxanada saxlanılan tibbi sənədlərin təhlili 

ilə yanaşı ayrı-ayrı xəstələrlə müsahibələrin 

aparılmasını nəzərdə tutur. “Baza variant” isə 

yalnız xəstəlik tarixləri, ambulator kartlar və 

digər müvafiq tibbi sənədlərin analizini əhatə 

edir, lakin xəstələrlə bir başa müsahibələrin 

aparılmasını istisna edir. Beləliklə, metodikanın 

“baza variantının” tətbiqi zamanı xəstələrlə 

birbaşa ünsiyyətin qurulması tələb olunmur. 

Bütün lazım olan məlumatlar tibb 

müəssisəsində saxlanılan xəstəlik tarixləri, 

ambulator kartlardan əldə edilir. Buna görə də 

xəstələrlə fərdi müsahibələr aparılmır. Düzdür, 

nadir hallarda müəyyən məlumatlara aydınlıq 

gətirmək və ya çatışmayan məlumatları əldə 

etmək üçün xəstələrlə ünsiyyətin qurulması 

faydalı ola bilər. Konkret iştirakçıların kimliyi 

haqqında məlumat xüsusi kitabçada məlumatı 

toplayandan gizli saxlanılır və ancaq çatışmayan 

və ya şübhəli məlumatların təsdiqi üçün istifadə 

olunur. Lakin nəzərə almaq lazımdır ki, 

xəstələrin kimliyini özündə əks etdirən jurnallar 

(məlumat bazası) məxfi saxlanılır və yalnız 

nadir hallarda istifadə edilir.  

Məlumatların əsasən xəstəlik tarixləri, 

ambulator kartlar və tibb müəssisəsinin 

saxladığı digər sənədlərdən əldə olunduğunu 

nəzərə aldıqda, xəstələrdən heç bir razılığın 

alınması da tələb olunmur. Lakin tədqiqatın 

aparıldığı tibb müəssisəsinin rəhbərliyinin 

icazəsi əldə edilməlidir. Bütün hallarda 

xəstələrə aid məlumatların məxfiliyinin 

qorunmasına xüsusi önəm və diqqət 

yetirilməlidir. Tədqiqatın bu cür metodologiya 

əsasında aparılması ÜST və digər etik komitələr 

tərəfindən etik normalara uyğun qəbul edilib 

(21, 22). Diaqram 1 ölümlə nəticələnməyən 

hamiləlik/mamalıq ağırlaşmalarının tədqiqinin 

“tam variant” üzrə aparılmasını təsvir edir. Bu 

variantdan istifadə zamanı əlavə etik məsələlər 

nəzərdən keçirilməlidir. 



2.1.9. Qiymətləndirmədən sonrakı tədbirlər 

Ümumiyyətlə, klinik halları ölümlə 

nəticələnməyən hamiləlik/mamalıq 

ağırlaşmalarının tədqiqi prosesinə cəlb edilmiş 

qadınların təqibi tələb olunmur. Lakin 

tədqiqatın nəticələrindən asılı olaraq həmin 




Hamiləlik ağırlaşmaları və mamalıq fəsadlarında tibbi yardımın keyfiyyətinin qiymətləndirilməsi. 

ÜST-nin "Ölümlə nəticələnməyən hamiləlik ağırlaşmaları və mamalıq fəsadlarının tədqiqi metodikası" 

 

 



17 

 

qadınların keyfiyyətli tibbi xidmətlərlə təmin 



olunması üçün tibb müəssisəsi müvafiq 

addımlar ata bilər. İlkin qiymətləndirmə 

bitdikdən sonra tibb müəssisəsi tərəfindən 

tövsiyələrin yerinə yetirilməsi üçün müvafiq 

tədbirlər görülməlidir.  

Beləliklə, qiymətləndirmə və təkmilləşdirmə 

prosesi dövrü olaraq aparılır (adətən ildə 1 

dəfə). Bəzi böyük tibb müəssisələrində bu 

metodika əsasında tədqiqat davamlı olaraq 

aparılır.  

Nəhayət vaxtaşırı və ya davamlı aparılan bu cür 

qiymətləndirmələr tibbi xidmətlərin 

təkmilləşdirilməsi üçün görülmüş tədbirlərin və 

ya qəbul edilmiş təlimatların nəticəsini də 

qiymətləndirməyə imkan verəcəkdir. 

3. Gözlənilən nəticələr 

Gözlənilən nəticələrə aşağıdakılar aid edilə 

bilər:  

 



hamilə və zahı qadınların xəstələnmə və 

ölüm hallarının yerli xüsusiyyətləri barədə 

məlumatlığın artması,  

 



hamilə qadınların xidmətlərə 

yönəldilməsini təmin edən sistemin (qadın 

məsləhətxanaları, doğum evləri, təcili tibbi 

yardım müəssisələri, poliklinikalar və s.) 

güclü və zəif tərəflərinin müəyyən edilməsi,  

 



hamiləlik və mamalıq ağırlaşmalarının 

müalicəsində klinik və digər növ 

müdaxilələrinin istifadəsi.  

Yuxarıda təsvir edilmiş metodikanın (“Ölümlə 

nəticələnməyən hamiləlik ağırlaşmaları və 

mamalıq fəsadlarının tədqiqi metodikası”) 

şəhər/rayon və ya ölkə səviyyəsində tətbiqi isə 

ağırlaşmaları olan hamilə və zahı qadınlara 

göstərilən tibbi xidmətlərin çatışmazlıqları və ya 

üstünlüklərini təhlil etməyə imkan verir. 

Ümumiyyətlə, qeyd edilmiş metodikanın 

istifadəsində üstünlük onun standartlaşdırılmış 

metodologiya əsasında aparılmasıdır. Həmin 

metodologiyanın düzgün tətbiqi etibarlı və 

müqayisə edilə bilən (şəhər və rayonlar 

arasında, tibbi müəssisələr arasında) nəticələrin 

əldə edilməsinə kömək edir.  

“Ölümlə nəticələnməyən hamiləlik 

ağırlaşmaları və mamalıq fəsadlarının tədqiqi 

metodikası”nın istifadəsi həmçinin tibb 

müəssisəsində sübutlu təbabətə əsaslanan 

tövsiyələrin tətbiqini araşdırmağa imkan verir. 

Həyat üçün təhlükə yaradan ağırlaşmalarla 

müşayiət olunan klinik halların təhlili gələcəkdə 

oxşar ağırlaşmaların erkən aşkar edilməsi və 

qabaqlayıcı hazırlıq tədbirlərinin görülməsinə 

təkan verə bilər.  

4. “Ölümlə nəticələnməyən 

hamiləlik ağırlaşmaları və 

mamalıq fəsadlarının tədqiqi 

metodikası”nın şəhər/rayon və 

ya ölkənin səhiyyə sistemi 

səviyyəsində tətbiqi 

“Ölümlə nəticələnməyən hamiləlik 

ağırlaşmaları və mamalıq fəsadlarının tədqiqi 

metodikası” əsasən ayrı-ayrı tibb 

müəssisələrində tətbiq olunmaq üçün nəzərdə 

tutulub. Əgər bu metodika şəhər/rayon 

səviyyəsində tibbi xidmətlərin keyfiyyətinin 

qiymətləndirilməsi üçün istifadə edilirsə, bu 

zaman həmin şəhər/rayonda hamilə qadınlara 

xidmət göstərən bütün tibb müəssisələri 

tədqiqata daxil edilməlidirlər. Şəhər/rayon 

səhiyyə sisteminin qiymətləndirilməsi zamanı 

ikinci və üçüncü səviyyəli tibb müəssisələrində 

bu metodika ayrı-ayrı tibb müəssisələrində 

olduğu kimi tətbiq olunur. 

Qeyd edilmiş metodikanın şəhər/rayon səhiyyə 

sisteminə tətbiq edilməsi zamanı tədqiqatçılar 

aşağıdakı fərziyə ilə çıxış etməli olurlar: icmada 

daxilində yaşayan və hamiləliklə bağlı kəskin 

orqan çatışmazlığı qeydə alınan və vaxtında və 

ya ümumiyyətlə müvafiq tibb müəssisələrinə 

çıxışı olmayan hamilə qadınlar ölür (yəni 

onların sağqalma ehtimalı çox aşağı olur; hətta 

5%-dən də az). Bu fərziyyədən irəli gələrək 

icma daxilində ana ölümlərinin sayı və ağır 



Yüklə 363,84 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə