Microsoft Word Near-Miss cr final az text rvs ns 2015 rvs sa ns



Yüklə 363,84 Kb.
Pdf görüntüsü
səhifə9/13
tarix26.03.2018
ölçüsü363,84 Kb.
#33391
1   ...   5   6   7   8   9   10   11   12   13

Hamiləlik ağırlaşmaları və mamalıq fəsadlarında tibbi yardımın keyfiyyətinin qiymətləndirilməsi. 

ÜST-nin "Ölümlə nəticələnməyən hamiləlik ağırlaşmaları və mamalıq fəsadlarının tədqiqi metodikası" 

 

 



18 

 

hamiləlik/mamalıq fəsadları ilə tibb 



müəssisəsinə gələn qadınların nisbəti 

qiymətləndirilə bilər. 

Tibb müəssisəsindənkənar baş verən ana 

ölümlərinin sayından (ümumi ana ölüm 

hallarının faizi) asılı olaraq müvafiq coğrafi 

ərazidə müəyyən vaxt çərçivəsində ana ölümü 

hallarının etibarlı dərəcədə dəyərləndirilməsi 

çətin ola bilər. Əksinə, hamiləliyi olanlara 

nisbətən ağır hamiləlik və ya mamalıq 

ağırlaşması ilə tibb müəssisəsinə gələn 

qadınların faizini müəyyən etmək daha asandır 

və aşağıdakı sualları cavablandırmağa kömək 

edir:  



 



mövcud halın ağır hamiləlik və ya mamalıq 

ağırlaşması kimi tanınmasında ləngimə və 

ya gecikmə,  

 



halın ağır hamiləlik və ya mamalıq 

ağırlaşması kimi təsdiq edilməsindən sonra 

xəstələrin tibb müəssisəsinə gəlməsində 

gecikmələr. 

Şəhər/rayonda ilkin səhiyyə xidməti 

səviyyəsində fəaliyyət göstərən tibb 

müəssisələrində ağır hamiləlik və mamalıq 

ağırlaşmalarının qeydə alınması çox az sayda 

baş verə bilər. Belə ki, bu cür ciddi 

ağırlaşmaları olanlar, adətən müvafiq 

ixtisaslaşdırılmış tibb müəssisələrinə müraciət 

etmiş olurlar. Lakin xatırlamaq lazımdır ki, 

əksər ölkələrdə (müəllifdən - o cümlədən 

Azərbaycanda qadın məsləhətxanalarında) ilkin 

səhiyyə xidməti müəssisələrində bütün 

hamilələrin qeydiyyatı aparılır. Həmçinin bu 

müəssisələr qadınların ikinci və ya üçüncü 

səviyyəli tibb müəssisələrinə yönəldilməsini 

təmin edir. Buna görə də qadın 

məsləhətxanalarında ağır hamiləlik və ya 

mamalıq fəsadları olan qadınların qeydiyyatı 

üçün ayrıca qeydiyyat jurnalının saxlanması 

tövsiyə edilə bilər. Şəhər və ya rayon 

səviyyəsində ölümlə nəticələnməyən hamiləlik 

və mamalıq ağırlaşmalarının tədqiqini aparan 

mütəxəssislər həftədə bir dəfə həmin jurnalda 

qeydə alınmış halların siyahısını əldə 

etməlidirlər. İlkin səhiyyə xidməti 

müəssisələrində ölümlə nəticələnməyən 

hamiləlik və mamalıq ağırlaşmalarının qeydə 

alınması qaydaları və meyarları barədə plakatlar 

və ya yaddaş qeydləri olmalıdır. Bütün aidiyyəti 

halların qeydə alınması üçün təsvir edilən 

mexanizmin bütün şəhər/rayon üzrə həyata 

keçirilməsi ölümlə nəticələnməyən hamiləlik 

ağırlaşmaları və mamalıq fəsadlarının tədqiqi ilə 

bağlı metodikanın tətbiqi üçün önəmlidir. 

Bu metodika əsasında tədqiqatın şəhər/rayon 

səhiyyə sistemi çərçivəsində aparılmasına 

alternativ kimi metodika, məsələn, yalnız bəzi 

seçilmiş müəssisələrdə də tətbiq oluna bilər:  

 



çoxlu sayda hamilə və zahı qadına xidmət 

göstərən seçilmiş böyük tibb 

mərkəzlərində,  

 



fərqli sayda hamilə və zahı qadına xidmət 

göstərən seçilmiş tibb müəssisələrində,  

 

səhiyyə sisteminin fərqli səviyyələrinə aid 



tibb müəssisələrində (məs., ilkin səhiyyə 

xidməti, ikinci və ya üçüncü səviyyəli tibb 

müəssisələri),  

Bu zaman həmin müəssisələr ölkənin müxtəlif 

coğrafi bölgələrindən seçilə bilər. Seçilmiş 

müəssisələrdə tədqiqatın aparılması ümumi 

səhiyyə sistemi üzrə hamilə və zahı qadınlara 

göstərilən tibbi xidmətlərin keyfiyyətini 

qiymətləndirməyə imkan verə bilər. Məsələn, 

seçilmiş rayonlar üzrə metodikanın yalnız qadın 

məsləhətxanalarında tətbiqi həmin 

müəssisələrdə qadınlara göstərilən tibbi 

xidmətlərin keyfiyyətini dəyərləndirməyə yardım 

edir. Ümumiyyətlə, metodikanın seçilmiş 

müəssisələrdə tətbiqi onun bütün ölkə üzrə 

tətbiqi prosesində ilk addım ola bilər.  

 

 

 



 

 



Hamiləlik ağırlaşmaları və mamalıq fəsadlarında tibbi yardımın keyfiyyətinin qiymətləndirilməsi. 

ÜST-nin "Ölümlə nəticələnməyən hamiləlik ağırlaşmaları və mamalıq fəsadlarının tədqiqi metodikası" 

 

 



19 

 

5. Nəticələrin paylaşılması və 



davamlı fəaliyyət 

ÜST-nin ölümlə nəticələnməyən hamiləlik 

ağırlaşmaları ilə bağlı tədqiqatının nəticələri 

müzakirə olunduqdan sonra növbəti addım 

onların ictimaiyyətlə paylaşılmasıdır. Müvafiq 

tibb müəssisəsində müzakirə edildikdən sonra 

onların geniş ictimaiyyətə açıqlanması 

faydalıdır. Bu məlumatların paylaşılması 

önəmlidir. Bu məqsədlə geniş əhali, siyasi 

liderlər, ictimai qurumlar və digər müxtəlif 

hədəf qrupları üçün təqdimatlar və s. məlumat 

xarakterli materiallar hazırlana bilər. Nəticələrin 

geniş paylaşılması mamalıq və perinatal 

xidmətlərin keyfiyyətinin təkmilləşdirilməsi 

üçün maliyyə və s. resursların ayrılmasına təkan 

verə bilər, müvafiq qanunlar və siyasətlərin 

formalaşdırılmasına yardım edə bilər. Həmçinin 

ÜST və digər təşkilatlar həmin nəticələr 

əsasında sistemli təhlillər apara bilər və dünyada 

hamilə və zahı qadınların ehtiyaclarını və habelə 

hazırda onlara göstərilən tibbi xidmətlərin 

vəziyyətini qiymətləndirə bilərlər. 

Səhiyyə sistemi çərçivəsində göstərilən 

xidmətlərin keyfiyyətinin təkmilləşdirilməsi 

üçün ölümlə nəticələnməyən hamiləlik/mamalıq 

ağırlaşmalarının tədqiqi ilə yanaşı digər xüsusi 

yanaşmaların tətbiqinə ehtiyac yarana bilər 

(Şəkil 1). Xüsusi yanaşmalara, məsələn, sübutlu 

təbabətə əsaslanmış klinik protokollar və klinik 

təlimatların tərtib edilməsi və tətbiqi, davamlı 

klinik auditlərin aparılması və s. aid edilir 

(23,24). 

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 




Yüklə 363,84 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə