Microsoft Word Near-Miss cr final az text rvs ns 2015 rvs sa ns



Yüklə 363,84 Kb.
Pdf görüntüsü
səhifə7/13
tarix26.03.2018
ölçüsü363,84 Kb.
#33391
1   2   3   4   5   6   7   8   9   10   ...   13

Hamiləlik ağırlaşmaları və mamalıq fəsadlarında tibbi yardımın keyfiyyətinin qiymətləndirilməsi. 

ÜST-nin "Ölümlə nəticələnməyən hamiləlik ağırlaşmaları və mamalıq fəsadlarının tədqiqi metodikası" 

 

 



14 

 

Cədvəl 4. Hamiləlikdə ağırlaşmalar və mamalıq fəsadları, sübutlu təbabətə əsaslanmış bəzi 



tövsiyələr və proses göstəricilərinin tərifləri 

Təriflər 

Ağır postpartum (zahılıq 

dövrünün və ya doğuş-

dan sonrakı) qanaxması 

Bunlardan biri ilə müşayiət olunan cinsiyyət sisteminin (genital) qanaxması: 

1000 ml və ya daha çox həcmdə baş verən qanaxma və ya hipotenziya və 

ya qan preparatlarının köçürülməsi ilə müşayiət olunan qanaxma 

Ağır preeklampsiya 

 

Sistolik qan təzyiqinin davamlı olaraq 160 mm c.s. və daha çox olması;



 

Diastolik qan təzyiqinin 110 mm c.s. olması;  

 

24 saatlıq sidikdə zülalın miqdarının (proteinuriya) 5 qram və ya daha çox 



olması;  

 

24 saat ərzində ifraz edilmiş sidiyin həcminin <400 ml-dən az olması və 



ya oliquriya;  

 

HELLP sindromu və ya ağciyər ödemi.  



 

Eklampsiya istisna edilir. 

Eklampsiya Epilepsiyası olmayan xəstələrdə generalizə olunmuş qıcolma (tutma).  

Koma ilə müşayiət olunan preeklampsiya. 

Ağır dərəcəli sistem 

infeksiyası və ya 

sepsis 

Yüksək hə



rarət (>38°C), təsdiq olunmuş və ya ehtimal edilən infeksiya (məs., 

xorioamnionit, septik abort, endometrit, pnevmoniya) və ən azı aşağıdakılardan 

biri: ürək döyüntülərin sayının dəqiqədə 90 vurğudan çox olması, tənəffüs 

sayının 20-dən çox olması, leykopeniya (leykositlərin sayının 4000-dən az 

olması), leykositoz (leykositlərin sayının 12.000-dən çox olması). 

aqlığın cırılması 



Doğuş zamanı baş vermiş uşaqlığın cırılmasının laparotomiya ilə təsdiq 

edilməsi. 

 

Xidmət və proses göstəriciləri 

Postpartum (doğuşdan sonrakı) qanaxmanın qarşısının alınması 

Standart xidmət

 Postpartum 

qanaxmanın profilaktikası məqsədilə doğuşdan dərhal sonra 

bütün qadınlara 10 BV (beynəlxalq vahid) oksitosin vurulur (13). 

Proses göstəriciləri Postpartum 

qanaxmanın qarşısının alınması məqsədi ilə doğuşdan sonra 

oksitosin (bir doza) almış qadınların sayının doğuş keçirən (təbii doğuş və 

qeysəriyyə kəsiyi ilə aparılan doğuş) bütün qadınların sayına nisbəti. 

Postpartum qanaxmanın müalicəsi 

Standart xidmət

 Postpartum 

qanaxması olan bütün qadınların müalicəsi oksitosinlə aparılır (14). 

Proses göstəriciləri Postpartum 

qanaxması olan və oksitosinlə müalicə olunmuş qadınların 

sayının postpartum qanaxması qeydə alınmış bütün qadınların sayına nisbəti. 

Eklampsiya 

Standart xidmət

 Eklampsiyası olan bütün qadınların müalicəsi maqnesium sulfatla aparılır (15). 

Proses göstəriciləri Eklampsiyası olan və magnezium sulfat almış qadınların sayının 

eklampsiyası olan bütün qadınların sayına nisbəti. 

Ağır sistem infeksiyalarının və ya sepsisin profilaktikası 

Standart xidmət

 

Q

eysəriyyə kəsiyi əməliyyatı keçirən qadınların hamısı profilaktik antibiotik 



almalıdır (16). 


Hamiləlik ağırlaşmaları və mamalıq fəsadlarında tibbi yardımın keyfiyyətinin qiymətləndirilməsi. 

ÜST-nin "Ölümlə nəticələnməyən hamiləlik ağırlaşmaları və mamalıq fəsadlarının tədqiqi metodikası" 

 

 



15 

 

Proses göstəriciləri 



Q

eysəriyyə kəsiyi əməliyyatı keçirən və profilaktik antibiotik alan 

qadınların sayının qeysəriyyə kəsiyi əməliyyatı keçirən bütün qadınların 

sayına olan nisbəti. 



Ağır infeksiyaların və sepsisin müalicəsi 

Standart xidmət

 

Ağır dərəcəli sistem infeksiyası və ya sepsisi olan bütün qadınlar 



venadaxili antibiotiklər almalıdır (17). 

Proses göstəriciləri Ağır dərəcəli sistem infeksiyası və ya sepsisi olan və venadaxili antibiotik 

almış qadınların sistem infeksiyası və ya sepsisi olan bütün qadınların 

sayına nisbəti. 



Dölün ağciyərlərinin yetişməsi 

Standart xidmət

 Körpənin vaxtından əvvəl doğulması gözlənilən bütün qadınlara dölün 

ağciyərlərinin yetişməsi üçün kortokosteroidlərin verilməsi tələb olunur (18). 

Proses göstəriciləri Xəstəxanada 3 saatdan çox qaldıqdan sonra sağ körpənin doğuşu ilə 

nəticələnmiş və dölün ağciyərlərinin yetişməsi üçün kortikosteroidlər 

almış hamilə qadınların sayının həmin xəstəxanada 3 saatdan çox qalan və 

sağ körpənin doğuşu ilə nəticələnmiş bütün hamiləliklərin sayına olan 

nisbəti. 

Aşağı göstəricilər xidmətin yaxşılaşdırılması tələb olunan sahələri göstərir. Göstəricilərin yüksək olması isə xidmətin keyfiyyətli 



olduğunu müəyyən edir.

 

Tibbi xidmətin keyfiyyətinin qiymətləndirilməsi 



və təkmilləşdirilməsi prosesinin hər il 

keçirilməsi məsləhət görülür. Tədqiqatın 

aparılması üçün aşağıdakı müddətlərin nəzərə 

alınması tövsiyə edilir:  

 

tədqiqat üçün klinik halların ilkin 



qiymətləndirilməsi: 4 ay,  

 



toplanmış məlumatın təhlili və klinik 

praktikanın təkmilləşdirilməsi üçün planın 

tərtib edilməsi: 2 ay və  

 



tibbi xidmətlərin təkmilləşdirilməsi üçün 

tədbirlərin icrası: 6 ay.  

İlkin qiymətləndirmədən 1 il sonra ölümlə 

nəticələnməyən hamiləlik ağırlaşmaları və 

mamalıq fəsadlarının tədqiqi təkrar aparıla bilər. 

Bunun nəticəsində tibbi xidmətlərin 

keyfiyyətinin yaxşılaşdırılması prosesi davam 

etdirilə bilər. Alternativ olaraq ilkin 

qiymətləndirmədən sonra məlumatların 

toplanması və təhlili fasiləsiz aparıla bilər. Bu 

zaman xidmətlərin keyfiyyətinin 

təkmilləşdirilməsi üçün aralıq tədbirlər həyata 

keçirilir.  

Bütün hallarda ilkin qiymətləndirmə prosesi 

yekun hədəf olmamalıdır. Hədəf kimi məhz 

qiymətləndirmənin nəticəsi əsasında səhiyyə 

sisteminin və tibb müəssisələrinin göstərdiyi 

xidmətlərin keyfiyyətinin yaxşılaşdırılması 

olmalıdır. Ölümlə nəticələnməyən hamiləlik 

ağırlaşmaları və mamalıq fəsadları olan 

qadınlardan, tibb işçilərindən və tibb 

müəssisəsinin rəhbər işçilərindən əldə olunmuş 

məlumatlar klinik auditin aparılması (Diaqram 

1-də təsvir edilib) üçün istifadə edilə bilər. 



2.1.6. Vəziyyətin təhlili 

Vəziyyətin təhlili ölümlə nəticələnməyən 

hamiləlik ağırlaşmaları və mamalıq fəsadları və 

proses indikatorları əsasında aparılır. Ölümlə 

nəticələnməyən hamiləlik ağırlaşmaları və 

mamalıq fəsadlarının indikatorları və onların 

izahı, habelə hesablanması üzrə təlimat Cədvəl 

3-də təqdim edilib. Cədvəl 4-də ciddi hamiləlik 

ağırlaşmaları və ağır mamalıq fəsadlarının 

tərifləri, seçilmiş sübutlu təbabət prinsipləri 

əsasında tövsiyələr və proses göstəriciləri 

verilib. Toplanmış məlumatlar nümunə kimi 

verilmiş cədvəl vasitəsilə təqdim oluna bilər. 



Yüklə 363,84 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   13




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə