Ibrahimova B.
1
02/02/2002
Hamiləlik haqqında hər şey: Qadın və Gələcək uşaq
Hazırki halınızı hamiləlik adlandırmaq olmaz, çünki, növbəti aybaşı qanaxması keçirirsiniz. Lakin orqanizminiz Sizin istəyinizdən
asılı olmayaraq, yenidən hamilə olmağa hazırlaşır.
Birinci həftə.
QADIN
Beləliklə, birinci həftə... Artıq bu həftədən başlayaraq, mərkəzi sinir sisteminiz hormonal fonun aktiv şəkildə yenidən qurulmasına
başlamışdır. Bu yenidən qurmanın məqsədi Sizin orqanizminizdə yetişməkdə olan 300 000 min (!) yumurta hüceyrəsindən birini
mayalanmaya hazırlamaqdır. Bu prosesə 2 həftəyə yaxın vaxt sərf olunur. Ona görə də, bu həftə birinci sayılır: gələcək körpənin obrazı
məhz bu dövrdə formalaşır!
Bu dövrdə orqanizmin yerinə yetirdiyi iş onun üçün adidir. Çünki, o həddibuluq dövründən başlayaraq, hər ay bu işi yerinə yetirir və
ümid etmək olar ki, o, bu dəfə də işinin öhdəsindən gələcək. Yaxşısı budur, orqanizminizə Sizin edə biləcəyiniz yardım haqda söhbət
edək.
Yolunuz açıq olsun!
GƏLƏCƏK UŞAQ
Hələki, Sizin gələcək körpəniz real orqanizm deyil, bir ideya halındadır. Bu ideyanın rüşeyminin bir yarısını isə öz “beşiyində” yerləşən
minlərlə yumurta hüceyrələrindən biri təşkil edir. Ikinci yarısı isə (ata tərəfi), yetkin spermatozoid kimi hələ heç formalaşmamışdır (bu 2
həftədən sonra baş verəcək).
Bu şəklə diqqət yetirin. Sizin gələcək körpənizi təşkil edən 100 trilion huceyrənin “anası” olan yumurta huceyrə bu şəkildədir. Gözəldir,
elə deyilmi?
Ibrahimova B.
2
02/02/2002
Eyni zamanda orqanizmin işi davam edir. Artıq minlərlə yumurta huceyrənin arasında birini “lider” kimi ayırmaq olar. Adətən bu
hüceyrə içərisi maye ilə dolu olan qovuqcuqda yerləşir.
Ikinci həftə.
QADIN
Ikinci həftənin sonuna doğru qovuqcuğuın (onu qraf qovuqcuğu adlandırırlar) ölculəri böyüdüyündən o, yumurtalığın divarından
xaricə doğru qabarmağa başlayacaq. Bütün bunlar ovulyasiyaya - yetişmiş qraf qovuqcuğunun partlaması və yumurta hüceyrənin qarın
boşluğuna çıxması üçün hazırlıq işləridir. Bundan sonra yumurta hüceyrə uşaqlıq borusuna – onun spermatozoidlə görüş - yerinə daxil
olur. Qraf qovuqcuğunun yerində isə sarı cisim əmələ gəlir. Bu sözü yadda saxlayın. Çünki sonradan hamiləlik zamanı məhz bu cisim
orqanizmin tam hormonal dəstəyini təmin edir və onun rolu çox böyükdür. Eyni zamanda sarı cisim hamilə qadınlarda tez-tez rastlanan
erkən toksikozun səbəbi hesab edilir.
Yəqin ki, ovulyasiya gələn həftə baş verəcək. Bəzi qadınlar ovulyasiyanı hiss edirlər, beləki, bu proses onlarda qarnin bir nahiyyasində
ağrı şəklində özünü göstərir. Bundan əlavə ovulyasiya vaxtını bazal temperaturu (düz bağırsaqda) ölçməklə də müəyyən etmək olar. Ən
sadəsi, axırıncı aybaşının başlanma tarixindən saymaqla, ikinci həftənin sonu, üçüncü həftənin əvvəlinə düşən tarixin ovulyasiya günü
olduğunu yadda saxlamaqdır.
Bununla əlaqədar olaraq bir neçə momenti dəqiqləşdirmək lazımdır:
Ibrahimova B.
3
02/02/2002
Yaxşı olarki, bu günə 2-3 gün qalmışdan başlayaraq cinsi əlaqəyə girməyəsiniz. Bu, həyat yoldaşınızın kifayətqədər spermatozoid
toplamasına kömək edə bilər. Halbuki, reallıq göstərir ki, bir çox ailə cütlərinə bu heç də gərək deyil.
Döllənmə “məqsədi daşıyan” cinsi əlaqədən əvvəl qadına cinsi orqanların tualetini, xüsusi ilə şırınqa aparmaq, vacib deyil, çünki, bu
zaman istifadə olunan müxtəlif fasitələr uşaqlığın turşuluğunu dəyişə bilər. Bu isə döllənmə üçün arzuolunmazdır. Sadə gigiyena
qaydalarını gözləmək kifayətdir. Çünki, aparılan təcrübələr göstərir ki, kişi cinsi hüceyrələri müxtəlif kimyəvi maddələrə, hətta ağız
suyuna belə çox həssasdırlar.
Cinsi əlaqə zamanı döllənmə üçün ən yaxşı vəziyyət “missioner”vəziyyəti və gadının dirsək-diz vəziyyətində (kişi arxada) olmasıdır.
Cinsi əlaqədən sonra qadin 20-30 dəq. müddətində arxası üstə uzanarsa, döllənmə şansı daha da artır (yaxşı olar ki, çanağı qaldırmaq
məqsədi ilə bel nahiyyəsinə yastıq qoyulsun).
Birinci həftə həkim – genetikə baş çəkmək üçün münasıb vaxtdır. Sizin irsiyyətinizin və ailə anamnezinizin mükəmməl analizi dölə
dəqiq diaqnozun qoyulmasına və yarana bilən inkişaf problemlərini vaxtı-vaxtında aşkar etməyə imkan verər.
Bu həftə ən əsas məsələ – hamiləliyin “olum və ya ölüm məsələsi” həll olunacaq.
Üçüncü həftə.
QADIN
Sizin orqanizminizdə növbəti ovulyasiya baş vermişdir, yumurta hüceyrə artıq uşaqlıq borusundadır və spermatozoidlə görüşməyin
tam zamanıdır. Əgər belə “görüş” baş veribsə, təbrikləri qəbul edə bilərsiniz, Siz artıq hamiləsiniz. Bu həftənin axırında mayalanmış
yumurtanın uşaqlıq divarına bərkiməsi (implantasiya) baş verəcək. Bəzi qadınlarda bu dövrdə az miqdarda qanaxmlar baş verə bilər.
Lakin bu heç bir problem yaratmamalıdır.
Birinci həftə üçün olan tövsiyyələr qüvvədə qalır.