Microsoft Word nizami g?NC?Vi-sirl?R x?Zin?SI. doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə23/63
tarix01.12.2017
ölçüsü2,8 Kb.
#13383
1   ...   19   20   21   22   23   24   25   26   ...   63

_______________ Milli Kitabxana _______________ 
90 
 
İblisin ucbatından uğradığı həqarət,  
Buğdanın da bağrını ikiyə böldü, əlbət. 
 
Quru torpaqda bitən sarı buğda, o gövhər,  
Ağılsızlıq, sıxıntı rəmzi deyilmi məgər? 
 
İnsan buğda yeməklə bir az bəlkə saz oldu,  
845
        Heyhat, buğda əslində nəhəng bir ağız oldu. 
 
Can ipinin ucunu itirmiş, ey zavallı,  
Bircə buğda danəsi səni tələyə saldı. 
 
Öz arpa çörəyini qənaətlə ye ki, sən,  
Adəm düşən buğdanın toruna düşməyəsən. 
 
Yaraşarmı sənə heç iblis felinə düşmək?  
Sən bir sultan şirisən, hürmə qapıda it tək! 
 
Əgər tövbə etməsən Adəm kimi ürəkdən,  
Alnındakı ləkəni silə bilməyəcəksən. 
 
Suçun varsa, üzr istə. Paka çıx Adəm kimi,  
850
        Adəm üzr istəməklə, de, təmizlənmədimi? 
 
O gündən ki, meylini bir danəyə saldı o,  
Bu həyat tarlasının əkinçisi oldu o. 
 
Adəm, gör, hara gəldi bir buğda həvəsilə,  
Cənnətdən hara düşdü? Bu dünya tələsinə! 
 
Solmuş gülə bəxş etdi yağışlı yaz buludu,  
Sərəndibə köç edib, ismət çadırı qurdu. 
 
Günahı ucbatından qaçdı xeyli uzağa,  
O, üz qaralığını tökdü qara torpağa. 
 
Nilçi oldu, gözündə nil rəngində asiman,  
855
        Hindistanda çəmənlər bitdi göz yaşlarından. 
 


_______________ Milli Kitabxana _______________ 
91 
 
Fələk vuran ləkəni ovcundan silənədək,  
Qarşısmda göyərdi nil rəngində ot, çiçək. 
 
Ay kimi şölə saldı, Xəta türkünə döndü,  
Papağının altında Xəta zülfü göründü. 
 
Bir yüngüllük gətirdi tövbə dağ cüssəsinə,  
Yer üzündə Tanrının döndü xəlifəsinə. 
 
Vəfa toxumu əkdi ağıl tarlasında o,  
Bəhrəsini vəqf etdi, bizə verdi sonda o. 
 
Cənnət xəzinəçisi nə vermişdisə, ona,  
860
        Altıqapılı evdə qoydu doqquz xurcuna. 
 
Buyur, nuş et, bəyənsən hansı gözəl neməti,  
Biçmək sənin qismətin, əkmək onun qisməti. 
 
Ud inlər ki, yayılsın manqalın rayihəsi,  
Eşşək cəfa çəkər ki, səfa görsün yiyəsi. 
 
Bəli, sənin işini səndən öncə gördülər,  
Tanrının lütfüylə sən yüksəldin, ey bixəbər. 
 
Dön bahar rüzgarına, çiçək gəmisi ol ki,  
Bostandan qovmasınlar səni tikanlar təki. 
 
Qafil olma ki, ömrün yetincə son baharı,  
865
        Qəlbə soyuqluq gəlir, cana atəş azarı. 
 
Aslan ürəyin yoxsa, yoldan çəkilməlisən,  
Demək, aslan deyilsən, bir aslan heykəlisən. 
 
Saray qapılarında seyr elə heykəl şiri
Yüz zopa vursan belə, qımıldanmaz heç biri. 
 
Fələk xələti geymək sənə yaraşır məgər?  
Ey torpaq oğlu, yalnız torpaq eybini örtər. 
  


_______________ Milli Kitabxana _______________ 
92 
 
Sənin tale ulduzun çoxdan sönüb, ey bədbəxt!  
Özün yumaq olmusan, dərdin, qəmin yekə dağ. 
 
Dustaq deyilsən məgər? Bəs nədən ulu göylər,  
870
        Min şəhəri tutanı bir şəhərə bənd edər? 
 
Sən də bu göylər kimi beli bağlı ol müdam,  
Fələklərlə ayaqlaş, irəli qaçma ondan! 
 
Od kimi iti getmək, yanıb kül olmaq asan,  
Bəxtəvərlik odur ki, yolda yorulmayasan. 
 
Sakit axan su kimi yaşamağı seç peşə,  
Yüngül suyun qiyməti ağır olur həmişə. 
 
Bədən gözəllik tapır yalnız çevikliyilə,  
Ruhun yüngüllüyündən can dönür qızılgülə. 
 
Yungül əsən rüzgarlar dolaşır hər iqlimi,  
875
        Ağırlar öz yerində qalır Qaf dağı kimi. 
 
Tikan olma, aldanma qızılgülün hüsnünə,  
Önə bax, bənövşə tək baş əymə öz köksünə. 
 
Divarları aynalı bu otağın içində 
Tək özünü görürsən, hər şeyin gözü səndə. 
 
Tək özünü görürsən sən bu ayna dünyada,  
Varlıqda yox kimisən, ömrü vermisən bada. 
 
Nə qədər hüdudlara, hədlərə çatsan da sən,  
Varlıqda yox kimisən, lüt-üryansan əzəldən. 
 
Əgər kədər duzundan azacıq dadmış olsan,  
880
        Bu duzsuz işlərindən sən əl çəkərsən, inan! 
 
Əl çək zülümdən. Uğraş vəfa yurduna birbaş,  
Yanaş ulu Tanrıya, alçaqlardan uzaqlaş! 
  


_______________ Milli Kitabxana _______________ 
93 
 
Tanrı gözəlliyini görüb, çirkinliyi at,  
Uzaqlaşıb özündən, Tanrı məqamına çat. 
 
Üzr istəsən, suçundan birdəfəlik əl çəksən,  
Dada yetən Tanrıdan lütflər görəcəksən. 
 
ÜMİDSİZ PADŞAHIN BAĞIŞLANMASI DASTANI 
 
Adil şah yuxusunda zalim bir soltan gördü,  
Soruşdu: - Sənə Tanrı hansı cəzanı verdi? 
 
Gündüzlər qan tökmüsən, ev yıxıb, zülm etmisən,  
885
        Gecə hansı əzabı çəkdin əvəzində sən? 
 
Zalim cavab verdi ki: - Ömrüm çatarkən sona,  
Göz gəzdirdim cahana, pənah gətirdim ona. 
 
Görüm düşkün çağımda yol göstərən kimim var?  
Tanrı mərhəmətinə kim məni ulaşdırar? 
 
Baxıb gördüm heç kəsin mənə bir şəfqəti yox,  
Hiddəti, nifrəti çox, lütfü, mərhəməti yox. 
 
Söyüd kimi titrədim, dözmədim bu rüzgara,  
Ürək yara, üz qara, indi gedim mən hara? 
 
Axar suya tulladım dörd ucunu kilimin,  
890
        Təkcə Tanrı lütfünə bağladım öz könlümü. 
 
Dedim: ey ulu Tanrım, biz acizik, sən qadir,  
Bu miskin, aciz qulun səndən xəcalətlidir. 
 
Suçlanndan peşiman zavallıya rəhm elə,  
Nifrinlər qazanmışam yolundan çıxmaq ilə. 
 
Ya tulla cəhənnəmə - ən sərt cəza ver mənə,  
Ya da pisliklərimin əksini göstər mənə. 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə