Microsoft Word nizami g?NC?Vi-sirl?R x?Zin?SI. doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə26/63
tarix01.12.2017
ölçüsü2,8 Kb.
#13383
1   ...   22   23   24   25   26   27   28   29   ...   63

_______________ Milli Kitabxana _______________ 
102 
 
Üz döndər suçlarından, yaxşılıq et, haqqı tap,  
Təki peşman oluban çəkməyəsən dərd, əzab. 
 
Üzrə, hiyləgərliyə əl atma, bəyənilməz,  
Gözəl işlər gözləyir dünyada səndən hər kəs. 
 
Sözlə başa gəlsəydi bu dünyanın nizamı,  
Fələklərin çiynində yer tutardı Nizami. 
 
               Üçüncü söhbət 
 
DÜNYA HADİSƏLƏRİNƏ DAİR 
 
 
Ey bu qoca dünyanı ətəyilə süpürən! 
Əl yelləyib aləmdən haçan əl çəkəcəksən? 
 
Dərdə salma elləri. Dada çat, imdada çat,  
1000
       Barı bircə saatlıq dəbdəbə şövqünü at. 
 
Öz sonunu düşünən üzü ağdır, üzüağ,  
Səltənətlə dəbdəbə dərvişlikdədir ancaq. 
 
Süleyman mülkü umma. Nəfs, tamah xətadır,  
Mülkü durur... mülkədar özü yer altındadır. 
 
Əzra üçün bəzənmiş gəlin otağı odur,  
Vamiqin əyləşdiyi məclis viran olubdur. 
 
Hanı o toy, o məclis? Gəlin otağı bomboş,  
Vamiq uçmuş... Əzra da qara torpağı quçmuş. 
 
İlləri yola salmış bu ağ saçlı kainat,  
1005
       Bir tel ucu  dəyişməmiş o, heyhat. 
 
Torpaq - qurban gözləyən boynuyoğun, imansız,  
Fələk - boyunlar vuran bir cəllad ki, amansız. 
 


_______________ Milli Kitabxana _______________ 
103 
 
Bu dünyanı dördəlli tutanlara fikir ver,  
Kimə vəfa qıldı ki, vəfa qılsın bizə yer? 
 
Torpaqda yaşayanlar dönüb torpaq oldular,  
Min canı qucduğunu hardan bilsin bir məzar? 
 
Hər gül - solan bir könul, şehi - gözdən axan su,  
Hər qədəmin altında bir mələyin yavrusu. 
 
Biz ki, gəncliyimizi bəxş elədik cahana,  
1010
       Bəs niyə bənzəmədik bu əbədi cavana? 
 
Çocuğunu Simürğə bəxş edən Sam gənc ikən  
Çocuğunun saçları ağappaqdır bəs nədən? 
 
Bu vəfasız qübbə ki, daim dönər, dolanar,  
Sənin istəklərinin tam əksinə fırlanar. 
 
Bu gün şah eylər səni, aləm keçər əlinə,  
Sabah döndərər səni bir çömləkçi gilinə. 
 
Bu gecəli, gundüzlü, ikiüzlu dünyaya, 
Gələn gəlir ki, dözsün min-min cövrə, cəfaya, 
 
O kəslər ki, dolanır yalnız çöldə, səhrada,  
1015
       İmrənir o şəxsə ki, üzə bilir dəryada. 
 
Dənizin əzabını dərisilə dadanlar,  
Quruya çıxsın deyə su içində odlanar. 
 
Hər şeydən əsərlənər, qəmlənər daim insan,  
Nə quruda, nə suda qurtuluşa yox imkan. 
 
Bu vücud karvanını tərpət artıq, yoruldu,  
Atıb həyat yükünü, köç eyləmək fərz oldu. 
 
Ah, bu mavi qübbənin qəfəsində qalanlar!  
Şəhərindən sürülən, kəndindən qovulanlar... 
 


_______________ Milli Kitabxana _______________ 
104 
 
Bu yolu sağ-salamat gedə bilər hansı ər?  
1020
       Ölümünü uzaqdan öncə duyub sezənlər. 
 
Mülk həvəsindən əl çək, sənə qürur gətirər,  
Dəbdəbələr kölgəsi heç məgər nur gətirər? 
 
Əylənirsən həyatda, itirmisən ölçünü,  
Oyuncaqmı sanırsan vahid, bircə ömrünü? 
 
Min bir oyundan çıxır hoqqabaz fələk aşkar,  
Gördüklərin göy boyda, amma, fikrin cılız, dar. 
 
Hələ kamal çağından, zəka dövründən öncə,  
Keçən qəflət dəmləri bəxtiyarlıqdı səncə. 
 
Elə ki, bədirləndi təfəkkürün qüdrəti,  
1025 
      Sona yetdi, tükəndi qayğısızlıq sərvəti. 
 
Qəflətdə ömr eləmək məgər kişilikmidir?  
Qafillər Yer uzündə divanələr kimidir. 
 
Nə çarə, bacarmırsan oxumağı, yazmağı,  
Barı qələm ucu yon, barı bacar pozmağı. 
 
Könüllərə xidməti bir şərəf bil özünə,  
Bəxtəvərin, xoşbəxtin kəmərindən əl üzmə! 
 
Tikan qızılgül ilə yoldaşlıq etdiyindən,  
Sünbül çiçəyinə də ətir göndərir bəzən. 
 
O qiyamət günü ki, hamı dönər barata,  
1030
       Bu cəhənnəm səhranı çəkərlər ərasata. 
 
Deyərlər: "Ey qəlblərə dağ çəkib həddi aşmış,  
Zəlillərin, şillərin al qanına bulaşmış. 
 
Sənin od qumun hara, dirilik suyu hara?  
Fəratın feyzi hara, alovun payı hara?" 
 


_______________ Milli Kitabxana _______________ 
105 
 
Qum çölü fəğan qılar: "Sovurmayın külumü!  
Qanı mən içməmişəm. Mən etmədim o zülmü! 
 
Bir çimdik duz götürdüm bu dünya süfrəsindən,  
Ciyərimə səpdim ki, bir azca dad bilim mən. 
 
Bəlkə bir gül bitirim qeyrətlilər yolunda,  
1035
       Bəlkə bilərzik olum hurilərin qolunda". 
 
Yanar çöllər dinlədi hökmü boynubükülü,  
Behiştin xalxalına mütrib etdilər çölü. 
 
Cahanda yaxşılarla yaxşı bağlasan ülfət,  
Bir cüt qanad taparsan, hər uçuşu səadət! 
 
Heyhat, dünyadan köçdü ağzından dürr saçanlar,  
Bal süfrəsi yerində eşşək arıları var. 
 
Ruzigara bax ki, sən nə üns qalıb, nə insaf,  
Namərdlik ucbatından insandan qaçır insan. 
 
Hanı ülfət, mərifət? İtib, tələf olubdur,  
1040
       İnsanlar qalırsa da, insanlıq məhv olubdur. 
 
Dünya uzaq düşübdür Süleyman dünyasından,  
Sanki qeybə çəkilmiş gerçək insan, ər insan. 
 
İstədim ki, qaynayım, qarışım bir nəfəsə,  
Könlüm öyüd verdi ki, qoşulma hər nakəsə! 
 
Məgər hüma kölgəli bircə nəfər qalıbmı?  
Nitqi vəfa qoxulu bir can-ciyər qalıbmı? 
 
Ədəb toxumu səpmək - vəfadan nişanədir,  
Dost haqqını gözləmək - vəfadan başqa nədir? 
 
Əkinçi arat şuma ovuc-ovuc dən səpər,  
1045 
      İnanar ki, bir zaman götürəcək bar, bəhər. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə