Microsoft Word nizami g?NC?Vi-sirl?R x?Zin?SI. doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə27/63
tarix01.12.2017
ölçüsü2,8 Kb.
#13383
1   ...   23   24   25   26   27   28   29   30   ...   63

_______________ Milli Kitabxana _______________ 
106 
 
SÜLEYMAN PEYĞƏMBƏRLƏ  
QOCA ƏKİNÇİNİN HEKAYƏTİ 
 
Günlərin bir günündə qanad açdı diləyi,  
Bir çırağa yetişdi Süleymanın küləyi. 
 
Təntənəylə, cəlalla yön aldı çöl səmtinə,  
Qaldırdı öz təxtini göyün mina təxtinə. 
 
Çöldə bir cütçü gördü, təzələndi nəfəsi,  
Onda sevinc oyatdı əkinçinin həvəsi. 
 
Evindən gətirdiyi ovuc-ovuc məhsulu,  
Səxavət mədəninə saçmışdı zəhmət oğlu. 
 
Dən səpilən guşələr göyərmiş xırda-xırda,  
1050 
      Əgər danədən bir neçə sünbül boy atmış orda. 
 
Danələrin sirrini əkinçi bir-bir açdı,  
Süleyman dilə gəldi, sanki quşlar danışdı: 
 
- Bir az mərdanə davran, gözü tox ol, ey qoca!  
Əkdiyini biçib ye, bəsdir, tər tökmə bunca. 
 
Quş deyilsən ki... dəni boş yerə çölə saçma,  
Gəl, mənimlə bu yerdə quş dililə danışma. 
 
Hanı əlində belin? Az cırmaqla səhranı,  
Nə suyun var, nə arxın. Zay eləmə arpanı. 
 
Düşün: sulu torpağa biz səpdik nə qədər dən,  
1055
      Zəhmətindən savayı nə gördük bu əkindən? 
 
Dəni külə döndərən bu təşnə çöllərdə sən,  
Yandırsan da canını, nə qazana bilərsən? 
 


_______________ Milli Kitabxana _______________ 
107 
 
Cavab verdi ixtiyar: - Gəl, incimə sözümdən,  
Heç nə gözləmirəm mən yerin, suyun feyzindən. 
 
Mən bilmirəm heç suyu varmı, yoxmu tarlanın?  
Əkmək mənim işimdir, yetişdirmək Tanrının. 
 
Bax, budur suyum mənim - alnımdan süzülən tər, 
 Lingim, belim, külüngüm - bu dırnaqlar, bu əllər. 
 
Sənin təki səltənət, mülk dərdi çəkmirəm ki,  
1060
     Bütün ömrüm boyunca yetər mənə bu əkin. 
 
Məni muştuluqlayıb, xoş müjdələr verənim:  
Yeddi yüz dən olacaq bu torpaqda hər dənim. 
 
Bu taxılı şeytanla şərik əkməmişəm mən,  
Yəqin birə yeddi yüz verəcək bu halal dən. 
 
Mənə hər şeydən öncə sağlam bir toxum gərək,  
Sünbüllərin düyünü qoy açılsın qönçə tək. 
 
Götür-qoy etsələr də bu dünyada nə qədər,  
Hər bədənə yaraşan münasib don biçərlər. 
 
Hər eşşək çəkə bilməz İsa yükünü, qardaş!  
1065
     Dövlətin işlərini qavraya bilməz hər baş. 
 
Kərgədan fil boynunu parçalar, düşsə eşqə,  
Ölü bir çəyirtkəni zorla çəkər qarışqa. 
 
Yüz nəhri nuş etsə də, səs çıxarmaz ümmanlar,  
Arx isə bircə seldən coşar, hay-haray salar. 
 
Heç kəs gizlənə bilməz, bu göy qübbə altında,  
Hər kəs öz mərdliyilə çatır şöhrətə, ada. 
 


_______________ Milli Kitabxana _______________ 
108 
 
Dövlətliyə yaraşır qeyrət, zəhmət, məşəqqət,  
Mərdanələr hər dərddən qılar məgər şikayət? 
 
Hər kəs Tanrı sirrini saxlamağa qadirmi?  
1070
       Ya naz çəkə bilirmi çınlayan bir saz kimi? 
 
Naz etməkdən söz açma, yalnız xublar nazlanar,  
Nizaminin işidir naz çəkmək, ey tacidar! 
 
Dördüncü söhbət 
 
RƏİYYƏTİN HAQQINI PADŞAHIN QORUMASI 
 
Mərdliyin qalxanını alıb getmiş, ey qorxaq!  
Divanəlik guşəsi yaraşır sənə ancaq. 
 
Bir mülkə uydun ki, sən heç zaman bəqası yox,  
Bir ömrə uydun ki, sən əzəldən vəfası yox. 
 
Mey-məzə düşkünləri aldatdı, aldı səni,  
Bu hoqqabaz fələklər məsxərə qıldı səni. 
 
Sən Quranı, qılıncı bir kənara atmısan,  
1075
       Şərəfini bir xılta, bir qədəhə satmısan. 
 
Heç qoymursan əlindən güzgü ilə darağı,  
Zülfünün dərdindəsən yosma dilbər sayağı, 
 
Saçlarıyla quyudan su çıxardan Rabiə,  
Nicat verdi köpəyə - yeddi mərddən birinə, 
 
Sən, ey kişi adlanan, üzü qara, küt azğın!  
Bir gör arvadlığıyla neylədi bir dul qadın. 
 
Yenəmi kişilikdən dəm vuracaqsan, utan! 
 Az çərənlə, sən qat-qat aşağısan qadından. 
 


_______________ Milli Kitabxana _______________ 
109 
 
Ağlın boynunda daim bahadırlıq yükü var,  
1080
       Fəqət hansı bahadır ədalətə kəc baxar?! 
 
Su təzələndi, fəqət sənin irmağında yox,  
Xal şölə saçdı, fəqət sənin yanağında yox. 
 
Göy deyilsən ki, xəlqi tufanla qorxudasan,  
Qozbel çarxa bənzəmə, düşün, çəkin qayadan. 
 
Təmiz cövhərdən özgə nəylə fəxr eyləyək biz?  
Hanı saflıqdan savay mayəmiz, sərmayəmiz? 
 
Zülmkarlıq dəhşətdir. Əbəs tökmə, ey cani,  
Öz üzünün suyunu, özgəsinin qanını. 
 
Ədl, hümmət sevənlər yığışdılar bir səhər,  
1085
       Yüz müşküldən birini həll edə bilmədilər. 
 
Tanrı ərənlərinin ədlindən qorx, adil ol,  
Gecə fəryad oxları yağar başına bol-bol. 
 
Kimdədir qeyrət, hümmət? Tanrı ərənlərində,  
Sıxışdırma mərdləri, qüdrət var əllərində! 
 
Bir neçə hind kahinin duası, lənətilə, 
Sultan Mahmud düşdü, gör necə böyük əngələ. 
 
Mərdlərin nəfəsində paklıq, saflıq gücü var,  
Qəzəbləndirsən, qeyzi sənin başında çatlar. 
 
Mələklərdən daha saf əqidə yolçuları,  
1090
       Gözündə bağa qədər olmadılarmı barı? 
 
O mərdlərin yolunu qılıncınla kəsmə sən,  
Ürəyin parçalanar nalə xəncərlərindən! 
 


_______________ Milli Kitabxana _______________ 
110 
 
Cahanın qəddarlığı onsuz da bəsdir bizə,  
Yalnız haqqı qoruyan şahlar nəfəsdir bizə. 
 
Bu dünyada kim tapar ən böyük səadəti?  
O kəslər ki, qoruyar, gözləyər ədaləti! 
 
QARI İLƏ SULTAN SƏNCƏRİN HEKAYƏTİ 
 
Bəla çəkmiş bir qadın bağrı qan, gözü yaşlı,  
Bir gün Sultan Səncərin ətəyindən yapışdı. 
 
Dedi: - Ey Sultan, səndən görməmişəm yaxşılıq,  
1095
       Fəqət neçə zülümə şahid olmuşam artıq. 
 
Kefli bir darğa gəlib alt-üst etdi yerimi,  
Şillə çəkdi üzümə, yoldu birçəklərimi. 
 
Suçum varmı ki, məni öz evimdən çıxartdı?  
Saçlarımdan yapışdı, sürüyüb çölə atdı. 
 
Onun zülümlərindən nəfəs çəkə bilmirəm,  
Dağlar basıb köksümə bu vəhşilik, bu sitəm. 
 
Yaxamdan yapışır ki, de qatilin adını?  
Filan gecə kim vurdu kənddə filan adamı? 
 
Qapımı sındırır ki, söylə, hardadır cani?  
1100
      Belə də zülm olarmı, ey bu yurdun sultanı? 
 
Sərxoş, qatil özüykən, qırır qol-qanadımı,  
Neçin döyüb, incidir ağbirçək bir qadını? 
 
O yanda təbil çalıb, xərac yığırlar onlar,  
Bir yanda bir qadının üstünə şər atanlar. 
 
Əl uzadır bu darğa, bir fikirləş, gör, kimə,  
Sənin ədalətinə, mənim də ismətimə. 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə