Microsoft Word nizami g?NC?Vi-sirl?R x?Zin?SI. doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə29/63
tarix01.12.2017
ölçüsü2,8 Kb.
#13383
1   ...   25   26   27   28   29   30   31   32   ...   63

_______________ Milli Kitabxana _______________ 
116 
 
Neçin, ey ikiüzlü, yazda bərbəzəklisən,  
Qocalığın qışında çıplaq qalan acgödən?! 
 
Aslan kimi elə ye, elə sadə don geyin  
Ki, ram etsin rəqibi aslanlaşan ürəyin. 
 
Suyun, çörəyin varsa, ora-bura can atına,  
1165 
      Əlini kəfkir kimi hər qazana uzatma! 
 
Halal duz-çörəyindən doymursansa əgər sən,  
Otu, suyu, samanı kimdir alan əlindən? 
 
Onun-bunun payına göz dikməkdənsə hər gün,  
İsanın eşşəyi tək otla dolanmaq üstün. 
 
Torpaq, od olsan belə yaddan çıxarma bunu,  
Heç nə verməz bu rüzgar, tökməsə üz suyunu. 
 
Göy gümbəz altındadır bu dustaqlar daxması,  
Ey kaş, boğa zülməti göyün işıq dalğası. 
 
Canavar dişlisənsə, Yusif görkəmi alma!  
1170
      Aslan ürəklisənsə, süfrə pişiyi olma! 
 
Saçma can toxumunu arpa təki boş yerə,  
Arpanı buğda kimi satan nadürüstlərə. 
 
İç öz ciyər qanını, suya bənzə, ey oğul!  
Yalnız öz ürəyini kabab edən atəş ol. 
 
Daş ye, fəqət dargözün çörəyini kəsmə sən,  
Eşşəkmisən, namərdin kötəyini yeyəsən? 
 
Tikan deyilsən ki, sən hər zərbəyə dözəsən,  
Öz işinə baş əy ki, başı uca gəzəsən. 
 
Öz işinə bənd olan düşməz heç zaman bəndə,  
1175
       Əlli tərpən, əl açma hər yetənin önündə. 


_______________ Milli Kitabxana _______________ 
117 
 
KƏRPİCKƏSƏN QOCANIN HEKAYƏTİ 
 
Şam şəhəri tərəfdə qoca bir kişi vardı,  
Uzaqlaşıb bəşərdən, mələk kimi yaşardı. 
 
Toxuyardı özünə otdan, əncərdən köynək,  
Dolanardı minnətsiz, hər gün kərpic kəsərək. 
 
İşdi, əldən düşsəydi əmirlərin sipəri,  
Deyərdi: - Sipər edin qəbrimə kərpicləri. 
 
Onun kərpiclərindən tikdirsəydi kim məzar,  
Sanardı rahat yatar, olsa belə günahkar. 
 
Bir gün yenə o qoca tərini silə-silə,  
1180
       Əlləşərkən palçıqda, saman ilə, su ilə. 
 
Çıxdı böyürdən qəfil gözəl bir dəliqanlı,  
Xitab etdi qocaya, dili ahlı, amanlı: 
 
"Bu nə işdir, görürsən?.. Bu nə düşkünlük, qoca,  
Yalnız qullar, kölələr dözər zillətə bunca! 
 
Qalx ayağa, torpağa qılınc vurma bu qədər,  
Bir qarınlıq çörəyi səndən kim əsirgəyər?! 
 
Bu qəlibi at oda, yandır, qoy külə dönsün,  
Bambaşqa bir qəliblə gün ağla sən özünçün. 
 
Axirət dünyasını qazanmağa çalış sən,  
1185  
     Salma özünü həkdən, əl çək bu daş-kəsəkdən. 
 
Qocasan, qocalarla sən oturub-dur ancaq,  
Cavanların işini cavanlar görsün, burax!" 
 
Qoca dedi: "Ay oğul, dəliqanlılıq etmə!  
Öz işinlə şuğullan, mənə ağıl öyrətmə! 
 


_______________ Milli Kitabxana _______________ 
118 
 
Hər sənətin sahibi sənətilə yaşayar,  
Qocalar kərpic kəsər, kölələr yük daşıyar. 
 
Əziyyətli olsa da, öyrəndim bu sənəti 
Ki, boynumda qalmasın bir kimsənin minnəti. 
 
Xəzinə yığmıram ki, məsxərəyə qoyulum,  
1190 
      Əlimin zəhmətilə dolanıram, ay oğlum! 
 
Çörək qazanıram mən, götürmə babalımı,  
Min harama dəyişməm birgünlük halalımı". 
 
Alovlandı gözəl gənc qocanın sözlərindən,  
Gedəndə... gildir-gildir yaş axdı gözlərindən. 
 
Yetər, dünya qapısın çox döydün, ey Nizami!  
İndi din qapısın döy, çatıb daha məqamı. 
 
Altıncı söhbət 
 
VARLIĞIN ETİBARI HAQQINDA 
 
Pərdənin dalındadır bu oyunbaz sənətkar,  
Yoxsa hardan çıxardı bu oyunlar, hoqqalar! 
 
Sən qəlbinin gözünü alışdır bu pərdəyə,  
1195
       Pərdədən sızanları sezib biləsən deyə. 
 
Bu göy rəngli pərdənin arxasında min əsrar,  
Çox-çox, həddindən artıq müvəqqəti vücud var. 
 
Kimin ki, gözlərində ədəb şöləsi parlar,  
İnan, sənin uğrunda ömür qoyar, can qoyar. 
 
Bu pərgar nöqtəsində, aləmin mərkəzində,  
Tapa bilməzsən, inan, borcu olmayan bəndə. 


_______________ Milli Kitabxana _______________ 
119 
 
Neçə yəhərli atın bizik süvariləri,  
Səyyar ulduzlar hazır yalnız bizdən ötəri. 
 
Eşqi bizdən öyrənib, bu göy pərgardan öncə,  
1200  
   
Öncə xəlq olunanlar, sonrakılar da, məncə. 
 
Qoyan biz deyilikmi eşqin bünövrəsini?  
Yalnız biz yemədikmi sevginin silləsini? 
 
Bu iki aləmdəcə yaxşı, yaman hər nə var – 
Sənin köhlən atının tərkinə bağladılar... 
 
Cahan evləri üçün sən ən gözəl həmxanə,  
Dünya quşu görübmü səndən yaxşı bir danə? 
 
Təbiəti hey didən quşdan, quzğundan əl çək,  
Hökm et dünya quşunun başı üstə Simurğtək. 
 
Qanadları - Məsihan, can qəfəsindəki quş,  
1205
       Xeyli ülvidi səndən, baxma əsirin olmuş. 
 
Ya quşun caynağını qopar can qəfəsindən,  
Ya da öz qəfəsini onun hökmünə ver sən. 
 
O dünyaya uçuban qaldıranda kisəni,  
Aparsın qanadınınm himayəsində səni. 
 
Sən bu torpaq dəhlizi, bu gədiyə aşınca,  
Mənliyindən qurtulub olacaqsan pak, uca. 
 
Sən gecəsiz, gündüzsüz bir aləmə uçarsan, 
 İlahi sirlər dolu xəzinəni açarsan. 
 
Ulu peyğəmbərlərin ayaq tozu olarsan,  
1210 
     Müqəddəs ailənin doğma üzvü olarsan. 
 
İki aləmin yolu bəlli iki aləmə, 
Bir nəfəslik yol imiş könül üçün, sən demə. 


_______________ Milli Kitabxana _______________ 
120 
 
O Tanrı ki, ömrünün qoydu bünövrəsini,  
Gəldi, sənin evində qurdu can Kəbəsini. 
 
Sən Tanrını ən təmiz, nurlu könüldə ara,  
Qara kilimli bədən çəkər səni kənara. 
 
Nərgizin gözlərinə sünnə çəkər dan yeli,  
Misə qızıl rəngini verən kimya deyilmi? 
 
Bədən dediyin nədir? Bir ovuc sulu torpaq,  
1215 
    Əsas könüldür ki, söz könüldən qopur ancaq, 
 
Qəlbinin qulu ol ki, qalxıb sultan olasan,  
Həm idraka, həm cana bir hökmran olasan. 
 
Samur kürkünə bənzər yumşaq könül diləsən,  
Ceyran göbəyi kimi sərtliyə dözməlisən. 
 
Sərtlik - riyazət donu yaraşır yalnız sənə,  
Zər-zibanı, ipəyi əbəs taxma əyninə. 
 
Dərisinin sərtliyi mişk vermiş ceyrana,  
Eşq məktubu yazırlar bu dəridə canana. 
 
Mişki sərt dəri saxlar, pilə içində qalmaz,  
1220
     İpəyə büksən onu, uçar, zərrə də qalmaz. 
 
Şəkərsənsə, nəfəs qıs, çəkil dar məkanına,  
İncisənsə, tab elə öz sədəf zindanına. 
 
Ey gecə rəngli şəbdiz, səhər ağ nalın olsun,  
Dön səhərə, ah-nalən göylə vüsalın olsun. 
 
Gecə zülmətdə belə daşı zəhmət yükünü,  
Yalnız zəhmətkeş bilir vacib işin zövqünü. 
 
Hansı vəfa əhli ki, yetmiş əhdə, murada,  
Yalnız cəfa çəkməklə qalxa bilmiş o qata.  
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə