Microsoft Word nizami g?NC?Vi-sirl?R x?Zin?SI. doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə32/63
tarix01.12.2017
ölçüsü2,8 Kb.
#13383
1   ...   28   29   30   31   32   33   34   35   ...   63

_______________ Milli Kitabxana _______________ 
131 
 
Hələ düzülməmişdi xilqətlərin cərgəsi,  
Hələ açılmamışdı oyunların pərdəsi. 
 
Hələ başlanmamışdı könül, can oyunları,  
Gecə ilə gündüzün cəngi, döyüş anları. 
 
Xilqət üzvlərində görünmürdü hərəkət,  
1345
       Hələ bilinmirdi heç varmı, yoxmu ədalət? 
 
Tanrı öz kəmərini, öz feyzini çoxaltdı,  
Dənizindən sahilə parlaq bir damcı atdı. 
 
O qüdrət dənizinin bircə həyat ləpəsi,  
Tərpətdi, hərlənməyə başladı göy qübbəsi. 
 
Göylər axar su tökdü, yerlərdə islandı gil,  
O iksirdən yoğruldu sənin də cövhərin, bil! 
 
Dünyadan köçən zaman dönəcəksən əslinə,  
Yenə qovuşacaqsan zərrə boyda nəslinə. 
 
Nə bəxtəvərdi dünya, o zaman ki, sənsizdi,  
1350
       Hələ nəqşin surətsiz, canın da bədənsizdi. 
 
Nə göy görmüşdü onda ələk-vələk dünyanı,  
Nə də Yer dinləmişdi bunca nitqi, hədyanı. 
 
Sən qədəm basmamışdın hələ cahan bağına,  
İnan ki, şükr edirdi varlıq öz yoxluğuna. 
 
Hələ dünya bağında nə gül vardı, nə tikan,  
Hələ tozlanmamışdı başı aylanan cahan. 
 
Hələ boylu deyildi gecə günduzə aşkar,  
Hələ həyat qısırdı, təbiət də dul, bekar. 


_______________ Milli Kitabxana _______________ 
132 
 
Kəmərbəstə deyildi Əkizlər bürcü onda,  
1355
       Qan almaqdan azaddı o şişkin damarından. 
 
Ayın üzü tutulub qaralmamışdı hələ,  
Su dolu teştin rəngi düşməmişdi bu hala. 
 
Zöhrə üzü suluydu Yerin yanında hələ,  
Harutun qanadları düşməmişdi Babilə. 
 
Onda ayrıydı səndən bu səmalar, bu yerlər,  
Bildin, həsrət çəkirlər, yolunu bəkləyirlər. 
 
O gün ki, sən yarandın, təzələndi kainat,  
Səslə avazla doldu iki cahan, bir həyat. 
 
Fəqət, ey ulduzlara baxıb fal açan miskin!  
1360
       Qırdın ülkər dürrünü ülkər kəcavəsinin. 
 
Nə qədər ki, ulduzlar azad idi falından,  
Aylar, illər dəyişmir, sabit qalırdı zaman. 
 
Saf bir ayna kimiydi hələ cahanın üzü,  
Nəfəsin dəyən kimi ləkələndi güzgüsü. 
 
Qüruba sən apardın məşəlini səhərin,  
Səhərə "sübhi sadiq", "fərri kazib" söylədin. 
 
Kül başına göylərin! Gör qoymusan nə günə,  
Hələ də bel bağlayıb gəlir sənin səcdənə. 
 
Can meyvəsi demişdir sənə bu doqquz fələk.  
1365
       Dillərindən eşitdim, eşit, inanma fəqət. 
 
Tacın başından baha... Qoy söyləyim bir daha,  
Necə ki, xalta itdən, torba eşşəkdən baha. 
 


_______________ Milli Kitabxana _______________ 
133 
 
Bu laqqırtı evində tənə vurarlar sənə,  
Cahanı satdın deyə bir arpa danəsinə. 
 
Bircə ovuc torpağı sən bir cana dəyişdin,  
Bircə gil qırığını bir cahana dəyişdin. 
 
Ey göylərə dərd verən, ey yerini bilməyən!  
Xəzinətək qalaydın gərək yer altında sən. 
 
Sənin beyninin yağı, civə kimi cövhəri.  
1370
      Nə tez soyudu, görcək sincab rəngli bu yeri. 
 
Hələ ki, basmayıblar fındıq boyda məzara,  
Fındıq rəngli torpaqdan vaz keç, qalx səmalara! 
 
Nə sincabdır, nə qunduz bu gecə-gündüz.  
Bil ki, İlandır, əjdahadır bu ikiüzlü tülkü. 
 
Əliuzunluq etmə, sən ki, pişik deyilsən,  
Qoşulma dələduztək, dələyə, tülküyə sən. 
 
Ölüm tələsi qurmuş bu yolun üstə aslan,  
Neçin susuz maraltək quyuya üz tutmusan? 
 
Fələk sənə göstərsə uzaqdan bulaq suyu,  
1375   
    Aldanma ki, su deyil, sərabdır, ilğımdır o. 
 
Nəfs atını bu qədər havalandırma, yetər,  
Tap bir təmiz su iç ki, sənə duz yediriblər. 
 
Nəfsinin xırmanına od vur, elə bir od ki,  
Nəfsin qoy yanıb sönsün suda təbaşir təki. 
 
Yusif çıxdı quyudan, çün halal bəndə idi,  
Misir ilahəsinin gözü üstündə idi. 


_______________ Milli Kitabxana _______________ 
134 
 
Bu göy qübbə altına ilk qədəm basdığın gün,  
Dibsiz quyuya düşdün... necə məğmun göründün. 
 
Saralmısan, görürəm sənin solğunluğunu,  
1380
      Onillik sirkə belə apara bilməz onu. 
 
Acgözlüyün yüzillik çırağın yağı kimi,  
Səni onillik sirkə pak eləyə bilərmi? 
 
Yeddi qatlı göydədir dədənin qızıl qanı,  
Yeddi loxma çörəkçin tökmə abır-həyanı. 
 
Xırmanına od vurub yelpikləyən özünsən,  
Dövlətini, varını təpikləyən özünsən. 
 
Atıl, meydana gir ki, meydan sənindir, sənin!  
İş gör, hökmünü bildir, fərman sənindir, sənin! 
 
Piyalən var, nuş elə. Payız ötür, qış keçir,  
1385
        Olub-qalan ömrünün uç-dörd günün xoş keçir. 
 
Alıb ixtiyarını, cəfa veriblər sənə,  
Tapşırılıb cilovun taleyin əllərinə. 
 
Ağır yük daşımaqdan qozbel oldun, şil oldun,  
Yandın nəfsin yağında, ömür boyu qovruldun. 
 
Sən - cahan mətbəxində ocağın külü, hisi,  
Qiyamət günündəsə cəhənnəm gözətçisi! 
 
Ey miskin! Qarnın dolu, gözlərin acdır, inan,  
Çox-çox yedikcə məgər ağırlaşmayacaqsan? 
 
Yemək, qarın alveri əgər yetsəydi dada,  
1390   
    Çoxyeyənlərin çoxu sağ qalardı dünyada. 


_______________ Milli Kitabxana _______________ 
135 
 
İnsan çox yaşasaydı, ömür düşərdi gözdən,  
Ömrünün dəyərini az ömürdən istə sən. 
 
Az ye, çevik, yüngül ol, rahat yaşa hər zaman,  
Çox yesən ağırlaşar, min iztirab duyarsan. 
 
Qarnın dopdolu olsa, başın yüz bəla çəkər,  
Nəfsin quduzlaşması insanı söküb-tökər. 
 
Nəfsin ilə bərabər sənə baş verilib, baş,  
Yeməyəsən halalın olmayan neməti kaş. 
 
Tamah sənin içində caynağıdır fitnənin,  
1395   
    Tamahkarı aldadan bu əbləhdən qaç, çəkin! 
 
Qorxuram ki, uyasan nəfs adlanan idbara,  
Rəngini sənə verən üzüqara kaftara. 
 
Bəzən inanmaq olmur rənglərin ahənginə,  
Yaxşılıq, pislik düşür bir-birinin rənginə. 
 
MEYVƏSATANLA TÜLKÜNÜN  
VƏ CİBKƏSƏNİN HEKAYƏTİ 
 
Yəməndə meyvə satan bir dükançı yaşardı,  
Dükanını qoruyan tülkü yavrusu vardı. 
 
Təlim-tərbiyə görmüş gözətçiydi bu yavru,  
Sahibinin malını diqqətlə qoruyurdu. 
 
Yüz cür oyun çıxartdı, fənd işlətdi cibkəsən,  
1400
      Əsərlənmədi əsla bala tülkü kələkdən. 
 
Fikirləşdi cibkəsən, yumdu gözünü dərhal,  
Çoxdan yatıbdır guya, yuxusu da şəkər, bal. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə