Microsoft Word nizami g?NC?Vi-sirl?R x?Zin?SI. doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə47/63
tarix01.12.2017
ölçüsü2,8 Kb.
#13383
1   ...   43   44   45   46   47   48   49   50   ...   63

_______________ Milli Kitabxana _______________ 
203 
 
Lökküldəyər qoca küp, azsa şərabı əgər,  
Meylə dolu olanda durular, sakitləşər. 
 
Biliklə dolmusansa, sükut edən bir dağ ol,  
Təpədən-dırnağacan diqqət kəsil, qulaq ol! 
 
BÜLBÜL İLƏ QIZILQUŞUN DASTANI 
 
Bağlar, çöllər, çəmənlər süs verəndə donuna,  
Gəldi nəğməkar bülbül qızılquşun yanına. 
 
Dedi: - Bütün quşlardan yaraşıqlı, qəşəngsən,  
Bəs nə üçün susursan hamının yanında sən? 
 
Bu dünyaya gələli, səsinlə, cəh-cəhinlə  
2210
       Heç kəsə bircə nəğmə bəxş etməmisən hələ. 
 
Axı sən əyləşirsən sultanların əlində,  
Bir kəkliyin döşüdür gündəlik yeməyin də. 
 
Mənsə ruh aləmindən xəbər verirəm müdam,  
Cibimdən göz işıqlı incilər çıxardıram. 
 
Bəs nə üçün yediyim otdur, ələfdir mənim?  
Tikanların dibidir daim yuvam, məskənim? 
 
Cavab verdi qızılquş: - Məni yaxşı dinlə sən,  
Sükutumu gör mənim, sən də susmağı öyrən. 
 
Mən də bir az bilirəm bu dünyanın sirrini,  
2215
       Yüz mətləbi qansam da, demərəm heç birini. 
 
Get, zavallı! Vurğunsan alçaq zəmanəyə sən,  
Bir iş görmədən yüz yol gəvəzəlik edirsən. 
 
Mənsə məna əhliyəm, feyzim Tanrıma bəlli,  
Həm kəklik döşü verir, həm sultan əli, bəli! 


_______________ Milli Kitabxana _______________ 
204 
 
Sən boş danışdığından soğulcandır yemin də,  
Dilin tikanlıdır ki, tikanlıqdır yerin də. 
 
Xütbə Firidun şahın ünvanına oxunur,  
Kimdi məhəl qoyan ki, davul salır vurhavur? 
 
Xoruz banlar, sanar ki, odur açan səhəri,  
2220
        Onun bu əhvalına yalnız gülər dan yeri. 
 
Fələk görür işini daim dinməz-söyləməz,  
Çənbərindən başını heç kəs qurtara bilməz. 
 
Şerinin xoş səsini çox da qaldırma, oğlan,  
Nizami tək şəhərə qapanıb qalmayasan. 
 
KİTABIN SON SÖZÜ 
 
Tanrı yar olsun sənə, katib, sabahın xeyir!  
Son nöqtəni qoydum mən. İndi növbə sənindir. 
 
Naxış vur ki, bu xəlçəm səmalarla yarışsın,  
Buqələmun qələmim rənglər sərgisi açsın. 
 
Hünər almaslarını can yanğımla əritdim,  
2225 
      Bir qələm bıçağı tək hökmdara bəxş etdim. 
 
Qayadan, daşdan keçdi qılıncımın dəmiri,  
Heyif, dəmir kürəmin bir azca dardı yeri. 
 
Mənə tale dövləti yar olsaydı, bəlkə də,  
Çıxmaz idi əlimdən hədiyyəm bu şəkildə. 
 
Ürəyimə damıb ki, günahkaram bir qədər,  
Əlimdə qaralanmış, yaralanmış vərəqlər. 
 


_______________ Milli Kitabxana _______________ 
205 
 
Canımda bəslədiyim qızlar ki, gəlin gedir,  
Bir neçə al sübhümün ilham yetirməsidir. 
 
Bu əmlik kababından dad bir azca, ey sultan,  
2230
       Neçin o zəqqum ilə iştahanı pozasan? 
 
Özün oxu diqqətlə, ilkin, hamıdan öncə,  
Vur başa, cəlb edirsə səni idrak, düşüncə. 
 
Burda ədəbdən kənar bircə söz belə tapsan,  
Poz, əlinlə rədd elə, olsun qeyzinə qurban. 
 
Dinə, elmə biganə söz tapılsa, qəzəblə,  
Qələm çək üzərindən, o söz mən olsam belə. 
 
Canımı verməsəydim bu ilahi əsərə, 
Sovqat göndərərdimmi mən şəhərdən şəhərə?! 
 
Ayaqlarım bu yurda bənd olsa da... nə zərər?  
2235  
      Əlimdə, ovcumdadır bəlkə bütün ölkələr. 
 
Dövran mənə söylədi: - Sən ki torpaq deyilsən,  
Yetər, sayma yerində, ölüvay olma, tərpən! 
 
İlhamımın pərisi əvəzsiz, ulu xilqət,  
Uca boyuna görə kaftanı yoxdur fəqət. 
 
Əynindəki yarımdon dizinə çatır ancaq,  
Dizi üstə əyləşir buna görə... utancaq. 
 
Uca boyun geyimi boya bərabər gərək,  
Ta qalxarkən ayağa, utanmaya o mələk. 
 
Heyhat, cavan, ya qoca, ha dalsınlar seyrinə,  
2240  
     Quru şöhrətdən savay nə düşəcəkdir mənə? 


_______________ Milli Kitabxana _______________ 
206 
 
Bizim söz bazarının alış-verişi durğun,  
Qızğın hay-harayı var, qızılı yoxdur onun. 
 
Gəncə mənim yaxamdan möhkəm yapışıb hələ,  
İraq xəzinələri yoxsa keçərdi ələ. 
 
Bir səs gəldi cahandan: - Ey qul, yetər əyləncə!  
Axı kimdi Nizami, axı, hardadı Gəncə? 
 
Tanrıma min şükür ki, yazım vaxtında bitdi,  
Ömrüm sona yetməmiş bu kitab sona yetdi. 
 
Başdan-ayağa qədər bəzəmək üçün onu,  
2245 
       İncilərə qərq etdi Nizami ağ donunu. 
 
Könül, bu pak incini ona çatdır, ona sun,  
Gövhəri gövhər sacan şaha ərməğan olsun! 
 


_______________ Milli Kitabxana _______________ 
207 
 
 
 
 
İZAHLAR VƏ ŞƏRHLƏR 
 
1  B. "Şəfqətli, rəhimli Tanrının adı ilə... başlayıram" - müsəlmanların hər hansı 
işə başladıqları zaman mütləq deməli olduqları ərəbcə ilk cümlə. 
İkinci misra Məhəmməd peyğəmbər ilə bağlı bir hədisin məzmunundan 
götürülüb: Məhəmməd peyğəmbər Tanrının qəbuluna düşmək üçün merac edirkən 
qapısı bağlı möhtəşəm bir imarət görür: "Ya Cəbrail, bu nə qəsrdir?" sorur və cavab 
alır ki, "Bu ərşin altındakı Tanrı  xəzinəsidir, onun açarı isə  şairlərin nitqidir" (prof. 
Rüstəm Əliyev). 
Müəllif  burda "həkim" deyirkən özünü və Tanrıya xitab etməyə layiq yaradıcıları 
nəzərdə tutur. 
4      B.  Qələmin boynundakı boyunbağı - söz. Qələm - Tanrının qələmi. Hələ 
kainatı yaratmamış o, bu qələmi "Lövhi-məhfuz"də göylərin lövhəsində saxlamış, 
onunla varlığın nəqşini çəkmişdir. 
6  B. Tanrı fələklərin pərdəsi arxasında baş verən bütün işlərdən agahdır, "pərdəli 
iş görən"lərin, yəni peyğəmbər mərtəbəsinə yüksələnlərin isə sirrini saxlayandır. 
8 B. Birinci misrada insanlara ən nəcib duyğular, müqəddəs fikirlər aşılayan, 
onları  mənən paklaşdıran, saflaşdıran Tanrının böyük mürəbbi, tərbiyəçi funksiyası 
vəsf olunur. İkinci misra Quranın "Gündüzü ruzu üçün yaratdıq!" ayəsi  əsasında 
qurulmuşdur. 
10  B. Səcdə nişanı - möhür yeri. Müsəlman namaz qılarkən alnını möhürə vurur 
və pak alnında möhür - damğa yeri qalır. Misra "Onların surətlərində  səcdə  əsəri 
vardır" hədisinə  işarə vurur. İkinci misrada bütün sultanlara, hökmdarlara taxt-tac 
bəxş edən Tanrının qüdrəti, səxavəti vəsf olunur. 
11 B. 
"Tədbirilə bişirən"... bendədir, "çiy bilib bada verən" Tanrı, yaxud bütün 
qüvvətlərdən üstün duran fövqəlqüvvə. 
12  B. Öz bəndələrini fitnələrdən, qovğalardan qoruyan Tanrının hami rolu
həkimlər və bilginlər üçün ilham qaynağı olması vəsf edilir. 
15 B. "Bu varlıq mülkünün, kainatın sahibi məndən başqa kim ola bilər?" - 
Tanrıdan savayı kimin qüdrəti çatar ki, belə bir iddiaya düşsün?! 
17  B. Ən müdrik alimlər, peyğəmbərlər belə Tanrı sirlərinə vaqif ola bilmədilər. 
20  B. İnsanın bədəninə ruhu, canı, gözlərinə idrak işığını bəxş edən Tanrıdır. 
23  B. Yerin kəmərinə bənzər dağları, gül tacına bənzəyən səmaları yaradan da 
Tanrıdır. Hər  şey ona minnətçidir. Hər  şey Onun böyüklüyündən,cəlalından və 
qüdrətindən xəbər verir. 
24 B. 
Tanrı öz kəramətini, səxavətini nə qədər ki gizli saxlamışdı, hələ nə gül 
ilə tikan vəhdəti vardı, nə də şəkərlə qamış birliyi. Kəramətini göstərəndə o, bunları 
yoxdan yaratdı. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə