Microsoft Word nizami g?NC?Vi-sirl?R x?Zin?SI. doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə8/63
tarix01.12.2017
ölçüsü2,8 Kb.
#13383
1   ...   4   5   6   7   8   9   10   11   ...   63

_______________ Milli Kitabxana _______________ 
27 
 
Ürək canın önündə paklığıyla öyünər,  
Ancaq onun yanında «adi torpağam» deyər. 
 
Bu dünya nemətləri önündə bircə danə,  
Güllərinin yanında İrəm bağı - əfsanə. 
 
Nizaminin torpağı güc-quvvət almış ondan,  
Xırdaca bir danədir Tanrının dərgahından. 
 
 
TOVHİD VƏ MÜNACAT 
(Tanrının birliyi haqqında və Ona yalvarış duası) 
 
Ey bütün varlıqlara bu dünyada can verən,  
Gücsuz torpağa belə qanad verən, qan verən! 
 
Bayrağının altında əyləşib bütün cahan,  
55
         Sən özündən doğuldun, biz sənin cəlalından. 
 
Varlığında görünmür nə surət, nə də tərkib,  
Heç kimə bənzəməzsən, de kim sənə bənzəyib? 
 
Dönməz, dəyişməz varlıq tapılarsa o, sənsən,  
Ölməyib, ölməyəcək qüdrət varsa, o, sənsən. 
 
Sən - yaşarı və sonsuz, bizsə - gəldi-gedəri,  
Hökmündədir kainat, yerin, göyün mehvəri. 
 
Kim verib fələklərə bunca qüdrət, iqtidar?  
Bu qazana sənintək can duzu atanmı var? 
 
Başlanğıcsız varlığın cahana hayqırmada:  
60
        "Mən həqqəm!" Səndən savay kimdən qopar bu səda? 
 
Sən olmasaydın ərzin səbri, səbatı, inan,  
Eşqin bağrı çatlardı, adın çəkilən zaman. 
 


_______________ Milli Kitabxana _______________ 
28 
 
Elə ki, bəlli oldu comərdliyin, kərəmin,  
Dağlar ilə yükləndi kürəyi bu aləmin. 
 
Lütfündən, kərəmindən doğmasaydı kainat,  
Bu yerin göbəyində olardımı heç səbat? 
 
Səcdə boyunbağısı səninlə tapmış nizam,  
Səndən savay kiməsə tapınmaq bizə haram. 
 
Kim səndən danışmasa, qoy lal olsun dünyada,  
65
         Kim səni düşünməsə, biryolluq getsin bada. 
 
Ay - gecənin saqisi qədəhindən pay umar,  
Adının şərabından dağ quşu - əsrik, xumar. 
 
Tanrım, götür pərdəni, görün öz birliyinlə,  
Əsirgəmə, qaldır, at, pərdə mən olsam belə. 
 
Göstər necə qulunmuş bu fələk, bu asiman,  
Aç, tulla düyünləri, düyünsüz qalsın cahan. 
 
Əmr elə, qoy dəyişsin əyyamın hər ayəti,  
Qoy saralsın qarşında ulduzların surəti. 
 
Bu dillərin sözünü sən özün al qələmə,  
70
         Sənə borcu qalmasın, qələm çək bu aləmə. 
 
Bütün zülmətbazları kor eylə, ulu Tanrı!  
Bütün cövhərpərəstlər, əmr et, rədd olsun barı. 
 
Sındır altı guşəli bu kürsünü, dağıt, qır,  
Qopar doqquz pilləli bu minbəri, zamandır! 
 
Qaldır Ayın camını, vur bu Yer kürəsinə,  
Çırp Zühəlin daşını Zöhrə piyaləsinə. 
 
Aç, dağıt gecələrin boynundan mirvarinı,  
Gecə-gündüz quşunun sındır qanadlarını. 
 


_______________ Milli Kitabxana _______________ 
29 
 
Qopar palçıq ləkəni sən bu yerin üzündən,  
75 
        Bir kərpic də qalmasın qəlibinin izindən. 
 
Bu toz-torpaq gecəni sil fələyin alnından,  
Açıq bir alın kimi işıqlansın bu cahan. 
 
Nə vaxtacan sürəcək atını tazə rüzgar, 
Əmr et, köhnə dəbləri, köhnə pərdəni qaytar. 
 
Vur fələyin boynunu, qopar, bir kənara at,  
Durğunluqdan, yürüşdən xilas olsun kainat! 
 
Su səp, sönsün cahanda zülmün odu, ocağı,  
Bu havanı, bu yeli endir Yerdən aşağı. 
 
Yandır münəccimlərin dəftərini, kül elə,  
80
         Harda günəşpərəst var, gözlərini kor elə. 
 
Neçin batır-çıxır Ay? Vur, dağılsın Ay bürcü,  
Aç pərdəni, yormasın bizi xəyalın gücü. 
 
Təki Tanrılığına ürəkdən inansınlar,  
Bir heç olduqlarını qarşındaca qansınlar. 
 
Çoxumuza qıyırsan. Qırılan çox, batan çox,  
Fəqət, səndən gileyə heç bir kəsin üzü yox. 
 
Tök qanını, çək dara! Kim səndən hesab istər?  
Kimin haqqı çatar ki, qımıldansın tük qədər? 
 
Nitqə gələn insana könül zövqü verənsən,  
85
        Hər cana idrak adlı yanar məşəl verən sən! 
 
Hökmün ilə uzanır gecənin mənzilləri,  
Gedən günlər əmrinlə bir də qayıdar geri. 
 
Səndən nə öyrəndi çərx? Daim sabit qalmağı!  
Dirilik suyu aldı səndən bu dünya bağı. 
 


_______________ Milli Kitabxana _______________ 
30 
 
Qəmzəli nəstərəni yellər açdı, yoxsa sən?  
Dönüb oldu tutiya torpağının feyzindən. 
 
Qönçələr kəmər çəkib "Qulunuq!" söyləyirlər,  
"Bütün cismimizdəki can səndədir!" deyirlər. 
 
Qul Nizami həmişə sənə duaçı bəndə,  
Kandarının tozudur o, hər iki aləmdə. 
 
Sən onun can evini mərifətlə abad et, 
Qurtar onu zəncirdən, dərddən, qəmdən azad et! 
 
İKİNCİ MÜNACAT 
 
Ey hələ biz yox ikən var olan ülvi, uca!  
Biz öləndən sonra da ey, əbədi qalacaq! 
 
Dövran sənin əmrinin cilov çəkən nökəri,  
Yəhərini daşıyır fələyin çiyinləri. 
 
Biz ki, sənin qapını döyən dilənçi - yazıq...  
Qulaqları qapıntək həlqəli qullarınıq. 
 
Səndən savay heç kəsdən mehr ummadı qəlbimiz,  
95
         Heç bir könül tikənə minnətçi olmadıq biz. 
 
Qorxumuz da səndəndir, ümidimiz də sənsən,  
Biz suçluyuq, sən kərim, suçumuzdan keçənsən. 
 
Köməksizik, çarə qıl, sənsən ümid yerimiz,  
Sən də qovsan qapından, kimə yalvararıq biz? 
 
Damğalı itlərinik, üstümüzdə damğan var,  
Yalnız bu cür itlərlə şahlar şikara çıxar. 
 
Sənin bağındanıq biz, nə deyim artıq-əskik?  
Boynubağlı qulunuq, damğalı itlərinik. 
  
 
 
 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə