Microsoft Word nizami g?NC?Vi-sirl?R x?Zin?SI. doc



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə6/63
tarix01.12.2017
ölçüsü2,8 Kb.
#13383
1   2   3   4   5   6   7   8   9   ...   63

_______________ Milli Kitabxana _______________ 
19 
 
Kimdə inam olsa iradətlə yar,  
Daim olar sonda səadətlə yar.  
Getsə inamla ayaq olmazmı baş?!  
Böylə fikirlə zərə dönməzmi daş?!  
Olsa inamla qədəmin üstüvar,  
Daima oddan su, sudan od çıxar.  
Başqa olurlar inam əhli tamam,  
Bizlər ayaq, oldu baş onlar müdam. 
 
Əməyə  və  əmək adamına dərin məhəbbət Nizami yaradıcılığını 
səciyyələndirən  əsas keyfiyyətlərdəndir.  Şair başqa  əsərlərində olduğu kimi 
"Sirlər xəzinəsi"ndə  də bu mövzuya xüsusi diqqət yetirir, əməyi insanın 
zinəti, yaraşığı, onu hər cür bəlalardan qoruyan bir vasitə sayır. Nizami belə 
hesab edir ki, hər bir adam işləməli, zəhməti ilə dolanmalıdır.  İstər 
məqalətlərdə, istərsə  də ayrı-ayrı hekayələrdə onun insanı  işləməyə çağıran 
hərarətli çağırışlarını eşidirik. 
 
Ey əxi, nəfs itdir, onu çək dara,  
Ruzi üçün açma əl alçaqlara.  
Dadına paxıl rizqini, ye torpağı,  
Torpaq olub, olma rəzil tapdağı.  
Qoy əlinə, qəlbinə batsın tikan,  
İşlə, çalış durma bekar bircə an. 
 
"Süleyman və  əkinçi", "Kərpickəsən qocanın dastanı" hekayələrində 
Nizami öz fədakar zəhməti ilə ruzi qazanan, zəhmət çəkməyi özünə borc 
bilən sadə adamların heyranedici surətini yaradır. Nizami əmək adamlarından 
həmişə  dərin məhəbbət, yüksək hörmət hiss ilə danışır, onları  hər cəhətdən 
başqa adamlara, xüsusən  əməyə xor baxan tüfeyli hakim təbəqəyə qarşı 
qoyur. Quru bir çöldə  dırnağını bel, alın tərini  su  edib  məhsul becerən 
əkinçini görən Süleyman peyğəmbər onun zəhmətini mənasız sayır, qocanı 
toxumu zay etməməyə çağırır. Lakin əkinçi öz ağıllı cavabı, sonsuz inamı, 
insanın həyatda vəzifəsi haqqında sağlam təsəvvürü ilə müdrik peyğəmbər 
Süleymanı utandırır. Otdan-ələfdən özünə paltar toxuyub, kərpic kəsməklə 
əldə elədiyi qazancla dolanan qoca bir kişi qızğın işlədiyi vaxt yanına tüfeyli 
bir gənc gəlir. Nizaminin təsvirindən görünür ki, bu gənc varlı təbə- 
  


_______________ Milli Kitabxana _______________ 
20 
 
qəyə  mənsubdur. O, qocaya məsləhət görür ki, yaşı ötmüşdür, daha 
işləməsin, heç kəs ondan bir parça çörək  əsirgəməz. Qoca ağıllı, mərdanə 
cavabı ilə həmin avara gənci utandırır, onu öz nadanlığı, tüfeyliliyi üçün göz 
yaşı tökməyə  məcbur edir. Qocanın sözlərində sağlam, ayıq bir həyat 
fəlsəfəsi gülümsəyir, hər kəsi öz həyatına nəzər salmağa, kim olduğunu 
anlamağa yönəldir. Nizami əsərlərində  əmək və  əmək adamlarına belə 
sağlam münasibət  şairin yaradıcılığındakı demokratizmin, humanizmin ən 
parlaq ifadəsidir. 
İsa peyğəmbərlə  əlaqədar verdiyi bir hekayədə Nizami müdrik bir 
insanın surətini yaradır. Bazarın başında bir dəstə adam qarğa-quzğun kimi 
bir it cəmdəyini dövrəyə alıb, onun üfunət, xəstəlik mənbəyi olmağından 
danışır, dodaq büzürlər. Növbə  İsa peyğəmbərə çatanda, o söyləyir ki, heç 
inci də bu itin dişləri qədər ağ ola bilməz. Bu sözlər hər kəsi heyran edir, 
hamı başını  aşağı dikib gedir, çünki düşündüklərinə, danışdıqlarına görə 
xəcalət çəkirlər. 
Nizami özü xarakteri etibarilə  həmişə, hər yerdə hünər və gözəllik 
axtarmış, tovuz quşunun  əlvan rənginə baxmış, heç kəsdə eyib 
axtarmamışdır. Dahi şairin misilsiz poeziyası, hekayədə olduğu kimi, orta 
əsrlər cəmiyyətinin eybəcərliklərini göstərməklə  bərabər, onun işıqlı  və 
təqdirəlayiq cəhətlərini də görmüş və əks etdirmişdir. 
Nizami yaradıcılığının böyük idraki əhəmiyyəti də məhz bunda, həyatı 
ziddiyyətli  şəkildə göstərməsindədir.  Şair "Sirlər xəzinəsi"ndə dövrün geniş 
bədii mənzərəsini yaratmış,  ən müxtəlif məsələlərdən danışmış, müxtəlif 
təbəqələrin həyatından söhbət açmışdır.  Əfsanəvi, tarixi şəxsiyyətlərdən 
tutmuş müasir dövrün adi adamlarına qədər hamı burada əks olunmuşdur. 
Peyğəmbərlər,  şahlar, xəlifələr, ruhanilər, kəndlilər, kərpickəsənlər,  əlsiz-
ayaqsız qarılar, avara, tüfeyli şəhər gəncləri, yeniyetmə  uşaqlar, darğalar, 
oğrular, zəvvarlar, saray əyanları, yəhudi, atəşpərəst, müsəlman, xristianlar, 
saray xidmətçiləri, sufilər, varlı şəhərlilər - Nizami poemasındakı adamların 
ümumi və qısa siyahısı belədir. Ancaq dahi şair ilk poemasında bununla da 
kifayətlənmir. Adəmdən başlamış müasirlərinə qədər insanlığı bütün keçmişi, 
bu günü və sabahı ilə  əks etdirməyə çalışan  şair insanı yaşadığı  təbiətdən, 
canlı və cansız aləmdən təcrid olunmuş şəkildə deyil, onunla birlikdə təsvir 
edir.  Şair nədən danışırsa danışsın, onu müasir həyat, müasir insanlar 
düşündürür, haqsızlıq,  ədalətsizlik, zülm və özbaşınalıq hökm sürən bu 
dövrünsə adamları əsasən məhdud görüşlü, 
 
  


_______________ Milli Kitabxana _______________ 
21 
 
tamah,  şöhrət və  şəhvət  əsiri olan insanlardır. Nizamini daha çox 
kədərləndirən də odur ki, məhz belələri başqalarına ağalıq eləyir, özlərini 
yüksək tuturlar. 
Aləmə bax, başçıları kimdilər,  
Adlıların adlıları kimdilər. 
 
"Sirlər xəzinəsi" zəngin və mürəkkəb məzmunlu, yüksək sənətkarlıqla 
yazılmış bir əsərdir. Azərbaycan  İntibahının qiymətli bir abidəsi kimi bu 
əsərin  əhəmiyyəti ondadır ki, insanlığın nurlu sabahına, sadə adamlara 
məhəbbətlə doludur. 
Nizaminin "Sirlər xəzinəsi"  əsərinin bir neçə  tərcüməsi mövcuddur. 
Həmin tərcümələrin hər birində uğurlu cəhətlərlə yanaşı nöqsanlar da var. Biz 
bu nəşr üçün Xəlil Rza Ulutürkün tərcüməsini daha məqsədəuyğun saydıq. 
Poema Xəlil Rzanın yazdığı şərhlərlə birlikdə oxuculara təqdim olunur. 
 
Xəlil Yusifli


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə