Microsoft Word O. Xayyam Rubailzr doc



Yüklə 334,63 Kb.
Pdf görüntüsü
səhifə8/10
tarix24.12.2017
ölçüsü334,63 Kb.
#17901
1   2   3   4   5   6   7   8   9   10

 

39

Təbim oda dönür, sözlərim suya! 



Yüz möcüz önümdə eyləməyir tab. 

 

 



Torpağım qəlibə tökülən zaman 

Yaranmışdır ondan min fitnə, min qan. 

Bundan yaxşı ola bilmərəm, çünki 

Belə çıxarıldım mən qalıbımdan. 

 

 

Rindlərə xidmət et gəlsə əlindən, 



Orucu, namazı yıx təməlindən. 

Sən Ömər Xəyyamdan eşit düz sözü 

Mey iç, inciməsin kimsə dilindən. 

 

Dostum, gəl sabahçün çəkməyək möhnət 



Bu bir anlıq ömrü bilək qənimət. 

Sabah qəbrə girrik  yeddi min illik 

Ölüyə bərabər olarıq, əlbət. 

 

Dünyadan tamahı azalt, şən yaşa! 



Mey iç, bir gözəlin saçını oxşa. 

Əl çək zəmanədə yaxşı – yamandan. 

Bu beş günlük ömrü tez gələr başa. 

 

 



Bu ucsuz – bucaqsız göyün altında 

Şən keçin, dövranda az deyil cəfa

Sənə növbət çatdı heç ah eyləmə, 

Hamı gedəcəkdir çünki torpağa. 

 

 

Orucluqda oruc yeyirdim əgər. 



Sanma ki, yeyirdim onu bixəbər. 

Oruc əzabından günüm gecəydi, 

Obaşdan gəlirdi gözümə səhər. 

 

 



Bizə deyirlər ki, mey içən insan 

 

40



Cəhənnəmlik olur, bu, boş bir yalan. 

Cəhənnəmlik olsa aşiqlər, məstlər 

Cənnət boş görünər sənə ovcundan. 

 

 



Məscidi, namazı, orucu burax, 

Dilənçi olsan da mey iç, kefə bax. 

Ey Xəyyam, öldünmü, bil, torpağından 

Gah qədəh düzələr, gah kuzə, bardaq. 

 

 

Dostlar, şərab ilə bəsləyin məni, 



Döndərin yaquta sarı çöhrəni. 

Mən ölsəm qırmızı şərabla yuyun, 

Meynə tabutunda aparın məni. 

 

Qəlbin məhəbbətlə çırpınsın gərək, 



Çalış inciməsin səndən bir ürək. 

Dəyər yüz kəbəyə bir könül almaq! 

Kəbəyə getməkçin bəsləmə dilək. 

 

Ey dost, gəl özünü qüssəyə salma, 



Bu köhnə dünyanın qəminə dalma, 

Olmayan gəlməmiş, olan keçmişdir, 

Olub – olmayanın hayına qalma. 

 

 



Satmışıq tacları biz heç bir şeyə

İpək sarıqları satmışıq neyə. 

Hiylə xəbərçisi təsbehi də biz 

Satarıq bir qədəh gül rəngli meyə. 

 

 

Yaz gəlib, bitincə xəzanın çağı 



Əziz ömrümüzün solur yarpağı. 

Şərab iç, qəm yemə, - filosof  demiş: 

 - Tiryəkdir mey, cahan qəmləri ağı.  

 

 




 

41

Səhər zamanıdır qalx, ey sərvnaz! 



Mey içək, çal incə qəlb ovundan saz. 

Getməyənlər burda qalmaz çox zaman 

Gedənlər bir daha geri qayıtmaz! 

 

 



Çiçəklər açanda, bülbül ötəndə 

Ay üzlü dilbərlə yaşıl çəməndə 

Mey içmək arzusu olmuş, var, olar 

Ömrüm düşməyincə mənim kəməndə. 

 

 

Ey könül, elə bil sənindir cahan! 



Sən şadlıq bağında şənsən hər zaman. 

Bir gecə çəmənə düşən şeh kimi 

Səhər birdən – birə yox olacaqsan. 

 

Gözümü açınca, bu alçaq fələk 



Əlimi bağladı, qurdu min kələk. 

Nə yazıq, ömrümdən sayılacaqdır 

Şərabsız keçinmək, yarsız keçinmək. 

 

Olmamış işlərçün yemə qüssə, qəm. 



Uzaq düşünənlər çəkər dərd – ələm. 

Xoş keçin dünyada, sıxma könlünü, 

Artırıb – əksiltməz ruzunu matəm. 

 

 



Sevinc içindədir, ey saqi, gülzar, 

Düşün, bircə həftə gülün ömrü var. 

Mey iç, gül – çiçək dər, sən göz açınca 

Səbzələr, çiçəklər olar tarümar. 

 

 

Mənim palçığımı haq yoğuranda 



Çox yaxşı bilirdi nə vardır onda. 

Hökmü olmayınca günah etmərəm. 

Neçün cəhənnəmin yanım odunda. 

 

 



42

 

Bu uzun yollardan kim dönüb geri; 



Gətirsin bizimçün düzgün xəbəri. 

Bu tamah, ehtiyac yolu ağzında 

Bir arzu buraxma, dönməzsən geri. 

 

 



Gördüm bir kuzəçi göstərir hünər. 

Torpaqdan yaradır gözəl kuzələr. 

Atamın torpağı kuzəgərdəydi; 

Bunu mən gördümsə, görməz bixəbər. 

 

Bir udum mey dəyər bütün cahana, 



Bir küpün kərpici dəyər min cana. 

Şərablı dodağı silən bir dəsmal 

Dəyər min sarığa, min teyləsana

1



Başqadır dəyərli yaqutun kanı, 

O dürrün var başqa gözəl nişanı. 

Eşqi dərk eləyə bilməz hər insan, 

Başqadır sevginin, eşqin dastanı. 

 

Səhər zamanıdır, dur, ey novcavan, 



Tök billur qədəhə yaqut şərabdan. 

Bu fani dünyada bir anlıq ömrü 

Sən çox axtararsan bil ki, bir zaman. 

 

 



Dövran gərdişindən nəsibini al, 

Şərab iç, şadlıq et, bilmə dərd – məlal 

Laqeyddir taətə, günaha tanrı, 

Bari sən aləmdə muradınca qal. 

 

 

Ölüncə yoxalsın, itsin mədfənim. 



Xalqa ibrət olsun bu halım mənim, 

Meylə torpağımdan kərpic yoğrulsun, 

Bir küpün qapağı olsun bədənim. 

                                                 

1

 

Тейлясана – сарыь  уъу. 




 

43

 



 

Xəbərim olmadan məni yaratdı, 

Dünyada gün – gündən heyrətim artdı. 

Gəlişin, gedişin səbəbini mən 

Bilmədən, ömrümü heçliyə atdı. 

 

 



Var dərdi, yox dərdi çəkməyim əbəs, 

Gələcək zamanı bilərmi bir kəs? 

Qədəhi doldur ki, bəlli deyildir

Geri dönəcəkmi çəkdiyim nəfəs. 

 

Deyirlər məhşərdə hurü cənnət var 



Gözəl bulaqlardan bal – şərab axar. 

Demək gözəl sevmək, mey içmək xoşdur, 

Madamki orda da olacaq bunlar. 

 

Gəl bircə arzuma, xacə, et əməl, 



Törətmə yolumun üstündə əngəl. 

Mənim düz işimi əyri görürsən, 

Get, öz gözlərini düzəlt sən əvvəl. 

 

 



Deyirlər cənnətin var bir nəşəsi. 

Məncə, daha xoşdur üzüm şirəsi. 

Nəqdi al, nisyənin ardınca düşmə, 

Təbilin uzaqdan xoş gələr səsi. 

 

 

Mahmudun şadlığı badədir, badə. 



Davudun nəğməsi sazdır dünyadə. 

Burax gələcəyi, anma keçmişi

Bu günkü ömrünü keçir səfadə. 

 

 



Olur ayıqlıqda şadlığım pünhan. 

Gəlir sərxoşluqdan ağlıma nöqsan. 

Ayıqlıqla məstlik arasındakı 

 

44



Hal əsl həyatdır, ona can qurban. 

 

 



Madamki aləmdə düşürsən dərdə, 

Vəfasız dünyada ölüm var bir də. 

Bəxtiyar odur ki, yaşadı bir an, 

Ya heç doğulmadı bu fani yerdə. 

 

 

Tutaq, hər arzunu götürdün, sonu? 



Həyat kitabını bitirdin, sonu? 

Elə bil yaşadın yüz il, ömrünü 

İkinci yüz ilə yetirdin, sonu? 

 

 



Səhərin mehindən açılıb güllər, 

Gülün sevincilə ötür bülbüllər. 

Mey için, dünyada çox qızılgülü 

Bitirmiş, yenə də soldurmuş illər. 

 

Şad ol, ömrü vurma kədərlə başa, 



Bu zalım dünyada sən adil yaşa. 

İndi ki, dünyanın sonu yoxluqdur 

Zənn et yoxsan, ömrü azad vur başa. 

 

Qocaykən eşqinə bağladım əməl, 



Yaşadıqca meydən götürmərəm əl. 

Bu şərab satana edirəm heyrət

O nə alacaqdır şərabdan gözəl? 

 

 



Tövbə eləyənin səbatı olmaz, 

Badə kimi abi – həyatı olmaz, 

Orucluq ayında tövbə edərsə 

Namazın əlindən nicatı olmaz. 

 

 

Səni kim bu gecə eylədi məxmur, 



Pərdədən səhrayə eylədin zühur. 


Yüklə 334,63 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə