Microsoft Word ocerkler son 'sas doc



Yüklə 4,56 Kb.
Pdf görüntüsü
səhifə118/134
tarix15.03.2018
ölçüsü4,56 Kb.
#32410
1   ...   114   115   116   117   118   119   120   121   ...   134

Azərbaycan Tarixi 
 
 
469 
Daşbaşı  və Axunlu kəndlərini top atəşi ilə dağıdıb tutdular. 
Düşmən Meşəli kəndinin dinc  əhalisini gülləbaran etdi, 29 
nəfər kənd  əhalisi öldürüldü, o cümlədən 3 ailə evindəcə 
yandırıldı. Yalnız bundan sonra Azərbaycan Respublikasının 
Ali Soveti tərəfindən 1991-ci il noyabrın 26-da Dağlıq 
Qarabağın muxtar vilayət statusu ləğv edildi. 
1991-ci ilin axırlarında Rusiya ilə Ermənistan arasında 
"Dostluq,  əməkdaşlıq və qarşılıqlı  təhlükəsizlik haqqında 
müqavilə" imzalandı. Beynəlxalq təşkilatlar tərəfindən heç bir 
müqavimətə rast gəlməyən erməni təcavüzkarları Rusiyanın 
himayəsinə  rəsmi surətdə nail olduqdan sonra daha da 
azğınlaşdılar. 
Belə bir şəraitdə Azərbaycanın milli ordusu yox idi. 
Demokratik qüvvələr milli ordu yaradılmasını  tələb edirdilər. 
Hələ 1991-ci il avqustun 30-da Prezidentin milli ordu əvəzinə 
milli qvardiya yaratmaq təklifi Ali Sovet tərəfindən rədd edildi. 
Ali Sovet milli özünümüdafiə  dəstələri yaratmaq haqqında 
qərar qəbul etdi. Yalnız sentyabrın 5-də Azərbaycan 
Respublikasının Müdafiə Nazirliyi təşkil edildi və general 
Valeh Bərşadlı müdafiə naziri təyin olundu. Onun təklifi ilə 
1991-ci il oktyabrın 9-da Azərbaycan Respublikasının Ali 
Soveti silahlı qüvvələr haqqında qanun qəbul etdi. Milli 
Ordunun 3-4 çağırışda formalaşdırılması  və döyüşə tam hazır 
olmayınca cəbhəyə göndərilməməsi nəzərdə tutulurdu. O vaxta 
qədər cəbhə  xəttində  ərazi prinsipi ilə yaradılmış könüllü 
özünümüdafiə  dəstələri fəaliyyət göstərməli idilər. Noyabrın 
19-da rayon və  şəhər  ərazi özünümüdafiə batalyonları 
(taborları) yaradılması haqqında  əmr verildi. Ağdam, Ağdaş, 
Ağcabədi, Ağstafa, Bakı, Bərdə, Beyləqan, Cəbrayıl, Füzuli, 
Gəncə, Gədəbəy, Goranboy, Göyçay, Xanlar, Xocalı, Kəlbəcər, 
Qazax, Qubadlı, Laçın, Lənkəran, Mingəçevir,  Şəmkir,  Şuşa, 
Tərtər, Tovuz, Ucar, Yevlax və  Zəngilan batalyonları  təşkil 
olundu. 
Qəzənfər Rəcəbli 
 
 
470
Hərbi hissələrə müxtəlif siyasi qüvvələrin təsiri güclü idi. 
Bəzi ictimai təşkilatların, hətta AXC-nin ayrı-ayrı 
siyasətçilərinin hərbi dəstələri var idi. Hərbi hissələrdə nizam-
intizam yox idi. Baş  qərargahın işi pis təşkil olunmuşdu. Baş 
qərargaha və hərbi hissələrə xarici ölkələrin xüsusi idarələrinin 
işçiləri soxula bilmişdilər, onlar pozuculuqla məşğul olur, 
informasiya axınına yol verirdilər. Müdafiə Nazirliyini ələ 
keçirmək və  hərbi hissələrin gücündən istifadə edib 
hakimiyyəti ələ almaq istəyən "liderlər" bu nazirliyə hərbçinin 
deyil, mülki şəxsin nazir təyin olunmasını tələb edirdilər. Onlar 
qısa müddətdə bir neçə müdafiə nazirinin dəyişdirilməsinə nail 
oldular. 
Azərbaycan özünümüdafiə  dəstələrinin belə  ağır 
dövründə ermənilər hücumu davam etdirirdilər. Erməni hərbi 
hissələri MDB qoşunu ilə birlikdə 1992-ci il yanvarın 19-da 
Xankəndi yaxınlığındakı azərbaycanlılar yaşayan Kərkicahan 
qəsəbəsini  ələ keçirib yandırdılar. Bir aya yaxın davam edən 
Kərkicahan müdafiəsində 30-dan çox azərbaycanlı əsgər həlak 
oldu. Yanvarın 21-də Qubadlı, fevralın 12-də Malıbəyli, Aşağı 
Quşçu və Yuxarı Quşçu kəndləri də  işğal olundu. Xocalı  və 
Şuşa  şəhərlərinin mühasirəsi daralırdı. Yanvarın 25-dən 26-a 
keçən gecə Azərbaycan hərbi hissələrinin Şuşa müdafiəçilərinə 
kömək məqsədilə qalanın mühasirəsini yarmaq üçün həyata 
keçirdikləri Daşaltı 
əməliyyatı satqınlıq nəticəsində 
uğursuzluqla başa çatdı. 
Quduzlaşmış erməni quldurları, Azərbaycan Respublikası 
rəhbərliyinin cinayətkar laqeydliyindən istifadə edib, Rusiyanın 
Xankəndi şəhərində yerləşmiş 366-cı alayının köməkliyi ilə XX 
əsrin Xatın və Sonqmi faciələrini kölgədə qoyan Xocalı 
soyqırımı törətdilər. 1992-ci il fevralın 25-dən 26-a keçən gecə 
Xocalıya hücum etdilər. Xocalı aeroportunu müdafiə edən dəstə 
milis mayoru Əşrəf Hacıyevin rəhbərliyi ilə düşmənin üç 
həmləsini qəhrəmanlıqla dəf etdi. Lakin qüvvələr nisbəti 
bərabər deyildi. Ə.Hacıyev düşmənin  əlinə keçməməsi üçün 


Azərbaycan Tarixi 
 
 
471 
aeroportun dispetçer məntəqəsini partlatdı  və döyüşdə özü 
qəhrəmancasına həlak oldu. Ölümündən sonra ona 
Azərbaycanın Milli  Qəhrəmanı adı verildi. Güclü artilleriya 
hücumundan sonra düşmənin tankları  və zirehli maşınları 
Mehdikənd, Qalagah və Daşbulaq tərəflərdən  şəhərə 
soxuldular. Küçə döyüşləri başlandı.  Şəhəri müdafiə edən 
özünümüdafiə batalyonunun döyüşçüləri Tofiq Hüseynovun 
başçılığı altında qat-qat güclü olan yırtıcı düşmənlə son damla 
qanlarına qədər vuruşdular. T.Hüseynov düşmənə  əsir 
düşməmək üçün sonuncu gülləsini özünə vurub ana torpağı 
qucaqladı. Ölümündən sonra T.Hüseynova Azərbaycanın Milli 
Qəhrəmanı adı  verildi. 
Xocalı düşmən tərəfindən tutulub yandırıldı. Sağ 
qalanlar,  əsasən qocalar, qadınlar və  uşaqlar Ağdam 
istiqamətinə qaçmaq istədilər. Qarlı,  şaxtalı gecədə başıaçıq, 
ayaqyalın yaralı qaçqınların çoxunu don vurdu, bir çoxu davam 
gətirməyib elə meşədə öldü. Salamat qalıb Abdal-Gülablı 
kəndinə getmək istəyənləri meşədən çıxdıqları yerdə pusqu 
qurub qəddarcasına qırdılar. 
Xocalıda erməni qaniçənləri azərbaycanlılara qarşı 
növbəti soyqırım törətdilər.  Şəhər yerlə-yeksan edildi, 613 
nəfər (83 azyaşlı  uşaq, 106 qadın, 70 qoca da daxil olmaqla) 
öldürüldü, 1000 nəfərə  qədər yaralı  əlil oldu, 1275 nəfər  əsir 
aparıldı. Xocalı soyqırımı zamanı 8 ailə bütövlükdə  məhv 
edildi, 56 nəfər xüsusi qəddarlıqla diri-diri yandırıldı. 
Xocalı faciəsində uzun müddət düşmən mühasirəsində 
qalmış  şəhərə lazımi kömək göstərməyən iqtidar da, Qarabağ 
problemindən istifadə edib siyasi vəziyyəti gərginləşdirməyə 
çalışan müxalifət də günahkar idi. 
27.2. Azərbaycan Xalq Cəbhəsinin hakimiyyətə 
gəlməsi və onun uğursuz daxili və xarici siyasəti.  Xocalı 
soyqırımı ölkədə siyasi gərginliyi daha da artırdı. 1992-ci il 
martın 3-də Prezident sarayı qarşısında piket başladı. Bəətə 
oturanlar "istefa" tələb edirdilər. Martın 5-də Ali Sovetin 
Qəzənfər Rəcəbli 
 
 
472
fövqəladə sessiyası çağırıldı. Ali Sovetin qarşısında keçirilən 
izdihamlı mitinqin təzyiqi altında Azərbaycan Ali Sovetinin 
sədri Elmira Qafarova istefa verdi. Onun yerinə Demblokdan 
olan deputat Yaqub Məmmədov seçildi. İqtidar bu dəyişikliklə 
qarşıdurmanı bir qədər zəiflətsə  də Demblokdan olan 26 
deputat Prezident A.Mütəllibovun qanunları pozduğuna görə 
vəzifədən götürülməsi haqqında qərar layihəsini sessiyaya 
təqdim etdi. Axşam Ali Sovetin binasını mühasirəyə almış 
nümayişçilər, xüsusilə qadınlar iqtidara və deputatlara daha 
güclü təzyiq göstərmək üçün binanın bütün giriş  və  çıxış 
qapılarını tutdular. Gecə yarısı MDB-nin Bakıdakı 5-ci 
ordusunun hissələri mitinqi dağıtmaq üçün Ali Sovetin binasına 
doğru hərəkətə başladı. Bundan xəbər tutan Ali Sovetin sədri 
Y.Məmmədov və bir qrup deputat qəti etirazlarını bildirib yeni 
vətəndaş  qırğınının törədilməsinə yol vermədilər. Martın 6-da 
A.Mütəllibov Prezident vəzifəsindən istefa verməyə  məcbur 
oldu.  Nazirlər Kabineti də buraxıldı. Onun sədri Həsən 
Həsənova yeni kabinet təşkil etmək tapşırıldı. Lakin koalisyon 
hökumət yaratmaq mümkün olmadı. Ölkədə  əsl hərc-mərclik 
dövrü başlandı. Ali Sovet 1992-ci il iyunun 7-ə yeni prezident 
seçkiləri  təyin etdi. 
Azərbaycanda nüfuzunu gücləndirməyə çalışan 
qüvvələrin mübarizəsi kəskinləşdi. Azərbaycana təzyiqini 
artırmağa çalışan Rusiyanın dəstəyi ilə ermənilər martın 12-də 
hücuma keçib Tərtər, Ağdam, Cəbrayıl, Füzuli, Tovuz və 
Qazax istiqamətlərində xeyli irəlilədilər. Yeni hakimiyyət 
xalqın qüvvələrini birləşdirib düşmənə qarşı  qəti mübarizə 
aparmaq üçün əməli tədbirlər görə bilmədi. 
AXC-nin hakimiyyətə  gəlmək üçün hətta vətən 
torpaqlarını verməyə hazır olan bəzi "liderləri" isə siyasi 
oyunbazlıq edir, silahlı  dəstələr yaradır, cəbhədə  hər an 
vəziyyətə  təsir göstərmək imkanı axtarırdılar. Y.Məmmədov 
AXC-nin dəstəyini qazanmaq və ordunu öz tərəfinə  çəkmək 
məqsədilə 1992-ci il martın 17-də "cəbhənin liderlərindən" 


Yüklə 4,56 Kb.

Dostları ilə paylaş:
1   ...   114   115   116   117   118   119   120   121   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə