Microsoft Word ocerkler son 'sas doc



Yüklə 4,56 Kb.
Pdf görüntüsü
səhifə119/134
tarix15.03.2018
ölçüsü4,56 Kb.
#32410
1   ...   115   116   117   118   119   120   121   122   ...   134

Azərbaycan Tarixi 
 
 
473 
Rəhim Qazıyevi müdafiə naziri təyin etdi. Rusiya hərbi 
dairələrinə arxalanan R.Qazıyev "ağalarının" köməyi ilə  hərbi 
diktatura qurmağa və hakimiyyəti  ələ almağa cəhd göstərirdi. 
Rusiyanın hərbi naziri R.Qraçov Y.Məmmədova Azərbaycanın 
rəhbərliyinin R.Qazıyevə verilməsinin vacibliyini təkidlə 
bildirmişdi. Hakimiyyəti  ələ almaq fikrində olduğunu 
R.Qazıyev sonralar özü də bildirdi. A.Mütəllibovun 
hakimiyyətə qayıtmaq cəhdi ilə bağlı mayın 8-də axşam Ali 
Sovetin binasını mühasirəyə alanlar arasında, binaya girməyə 
cəhd göstərən R.Qazıyevi görməsindən təəccüblənən 
telejurnalistin "Bəy,  Şuşanın belə  ağır vəziyyətində  cəbhəni 
buraxıb Bakıya niyə gəlmisiz?"- sualına  "Hakimiyyəti öz əlimə 
almağa gəlmişəm " - cavabını verdi. 
Müdafiə naziri R.Qazıyevin 1992-ci il 30 aprel tarixli 
əmri ilə  Şuşa və Laçındakı xalq cəbhəsi könüllülərinin hərbi 
hissələri  buraxıldı. Mayın 3-5-də  Ağdam  şəhərində Qarabağ 
uğrunda döyüşən könüllü hərbi hissə komandirlərinin 
müşavirəsi keçirildi. Müşavirə  iştirakçıları xalqa, Ali Sovetə, 
hətta rəsmən tabe olmadıqları Müdafiə Nazirliyinə müraciət 
edib bildirdilər ki, özünümüdafiə hissələrinin "Hərbi birliyi" və 
bu "Birliyin Hərbi  Şurası" yaradılmışdır. Birliyin təşkilat, 
nəzarət və təchizat işləri üzrə rəhbəri Surət Hüseynov seçildi. 
Hakimiyyətə 
gəlməyə çalışan AXC Prezident 
seçkilərində Türkiyənin siyasi dəstəyinə arxalanırdı. AXC-nin 
sədri  Əbülfəz Elçibəy mayın 3-də Türkiyənin baş naziri 
Süleyman Dəmirəl tərəfindən qəbul edildi. Türkiyənin 
nümayəndəsi Alparslan Turkeşin iştirakı ilə Bakının Azadlıq 
meydanında türk xalqlarının ümumdünya həmrəylik günü 
izdihamlı mitinqlə qeyd olundu. Bu tədbirlər AXC-nin 
tərəfdarlarını artırmağa yönəldilmişdi. 
Prezident seçkiləri yaxınlaşdıqca A.Mütəllibovun tərəf-
darları da fəallaşırdılar. Aprelin 25-də eks-prezident 
A.Mütəllibov  Şamaxıda öz tərəfdarları qarşısında çıxış edərək 
Qəzənfər Rəcəbli 
 
 
474
bildirmişdi ki, onu qeyri-qanuni yolla, zorla istefa verməyə 
məcbur etmişlər. 
Hakimiyyət uğrunda mübarizənin növbəti  qurbanları 
Şuşa və Laçın oldu. Mayın 7-dən 8-ə keçən gecə güclü top 
atəşindən sonra erməni quldurları  Şuşa  şəhərinə hücuma 
başladılar. Səhərə yaxın şəhər ətrafındakı əsas döyüş mövqeləri 
düşmən tərəfindən tutulmuşdu, yalnız bəzi mövqelərdə milli 
qüvvələr düşmənə qarşı qəhrəmancasına vuruşurdular. Axşama 
yaxın köməyə göndərilmiş helikopter isə  səhvən  şəhərin 
müdafiəçilərinin mövqelərini atəşə tutdu, zirehli  maşınlar 
məhv edildi. Mayın 8-də axşam  şəhərin sonuncu 30-40 
müdafiəçisi də onu tərk etdi. Şuşa  şəhəri ermənilər tərəfindən 
tutuldu. Döyuşlərdə  şəhərin 155 müdafiəçisi həlak oldu, 167 
nəfər yaralandı, 20 nəfər itkin düşdü. 
Şuşanın süqutu və milli hərbi hissələrin Laçını  tərk 
etməyə başlaması ölkədə siyasi vəziyyəti daha da 
gərginləşdirdi. Hakimiyyət uğrunda mübarizədə  iştirak edən, 
demək olar ki, bütün tərəflər öz silahlı qüvvələrini Bakıya 
gətirmişdilər. A.Mütəllibov Bakıda yerləşmiş 295-ci rus 
diviziyasına, özünün təşkil etdiyi "Qardaşlıq" təşkilatının silahlı 
dəstələrinə  və Hacı  Əbdülün yaratdığı "Tövbə" təşkilatının 
silahlı dəstələrinə arxalanırdı. R.Qazıyev özünə tabe olan hərbi 
hissələri, AXC-nin digər liderləri və başqaları öz silahlı 
dəstələrini döyüş mövqelərindən çıxarıb Bakıya gətirmişdilər. 
Şuşada müdafiəçilərin sayı yüzlərlə hesablandığı halda, 
paytaxtda müxtəlif məsləklərə qulluq edən silahlı  dəstələrin 
əlində 40 mindən çox avtomat və pulemyot vardı. A.Mütəllibov 
tərəfdarları  hələ mayın 3-dən Ali Sovetin binası qarşısında 
gecə-gündüz piket keçirib eks-prezidentin yenidən vəzifəsinə 
qaytarılması  tələbini irəli sürürdülər. Mayın 12-də piketçilərin 
bir qrupu müqavimətə rast gəlmədən Milli Şuranın iclas 
salonuna soxulub şura üzvlərini silahla hədələyərək Ali Sovetin 
sessiyasını çağırmağa tələb etdi. Mayın 14-də çağırılmış Ali 
Sovetin sessiyası, azlıqda qalan Demblokun etirazına 


Azərbaycan Tarixi 
 
 
475 
baxmayaraq A.Mütəllibovu vəzifəsinə qaytarmaq haqqında 
qərar qəbul etdi. A.Mütəllibov elə həmin saat ölkədə fövqəladə 
vəziyyət tətbiq etmək, siyasi azadlıqları  məhdudlaşdırmaq 
haqqında Fərman verdi. Milli Şura buraxıldı  və Prezident 
seçkiləri ləğv edildi. 
AXC Bakıdakı silahlı qüvvələrinə arxalanaraq 
hakimiyyət uğrunda qəti döyüşə girdi, xalqı A.Mütəllibovun 
Konstitusiyaya zidd rejimini tanımamağa çağırdı. Bu çağırışa 
müxtəlif qüvvələr qoşuldu. A. Mütəllibovun arxalandığı 
Rusiyanın qoşun hissələri Naxçıvan MR-ə ermənilərin 
hücumları ilə  əlaqədar Türkiyənin ciddi reaksiya verdiyi bir 
vaxtda Bakıdakı hadisələrə  fəal təsir göstərməkdən  çəkinib, 
neytral qaldılar. Mayın 15-də AXC qərargahı qarşısında mitinq 
keçirildi. A.Mütəllibov AXC liderlərini danışığa çağırdı. Lakin 
cavab olaraq, ondan saat 16-dək hakimiyyətdən imtina etmək 
və Prezident iqamətgahını tərk etmək tələb olundu. Vaxt tamam 
olduqda AXC fəalları silahlı  dəstələrin və zirehli texnikanın 
müşayiəti ilə Ali Sovetin binasına hücum etdilər. Ali Sovetin 
binası, sonra isə Prezident sarayı  ələ keçirildi. A.Mütəllibov 
gizlincə Rusiyaya qaçdı. Qiyam baş tutmadı. A.Mütəllibov eks-
prezident imtiyazlarını itirdi. Eks-prezident Ayaz Mütəllibov 
qiyamçı Ayaz Mütəllibova çevrildi. 
Fürsətdən istifadə etməyə çalışan müdafiə naziri 
R.Qazıyev mayın 16-da Milli Şurada bütün hakimiyyətin 
Müdafiə Nazirliyinə verilməsini və ölkədə "hərbi diktatura" 
rejimi yaradılmasını tələb etdi. Lakin "diktator"un "Şuşa getsə, 
başıma güllə çaxaram" sözləri hamının yadında idi. Şuşa 
düşmənin  əlində idi, R.Qazıyev isə sağ idi. Odur ki, onun 
"diktator"luq iddiası baş tutmadı, tələbi rədd edildi. 
Mayın 18-də Ali Sovetin sessiyasında qeyd edildi ki, Ali 
Sovetin 14 may tarixli "Prezident haqqında" qərarı qanuni 
deyilmiş, çünki sessiyada yetərsəs yox imiş. Bununla əlaqədar 
Y.Məmmədov Ali Sovetin sədri vəzifəsindən istefa verdi. Ali 
Sovetin Milli şurası "Milli Məclis" adlandırıldı  və ona 
Qəzənfər Rəcəbli 
 
 
476
parlament səlahiyyətləri verildi. Milli Məclisin sədri "Müsavat" 
partiyasının lideri İsa Qəmbər seçildi və seçkilərə  qədər 
Prezident vəzifəsini icra etmək də ona həvalə edildi. İyunun 7-
də keçirilən Prezident seçkilərinin nəticəsində AXC-nin sədri 
Əbülfəz Elçibəy Azərbaycan Respublikasının yeni Prezidenti 
seçildi. Beləliklə, hakimiyyətdə AXC - kommunist alyansı 
AXC - müsavat bloku ilə əvəz edildi. 
Hakimiyyəti  ələ almış qüvvələr onu saxlaya, 
möhkəmləndirə və ondan xalqın xeyrinə istifadə edə bilmədilər. 
Hələ paytaxtda hakimiyyət çəkişmələri getdiyi vaxt hərbi 
hissələrin Laçından çıxarılmasından istifadə edən düşmənlər 
hücuma keçib mayın 18-də Laçını işğal etdilər. Dağlıq Qarabağ 
separatçıları ilə Ermənistan arasında birbaşa əlaqə yarandı. 
Mayın 18-də Ermənistan silahlı qüvvələrinin Naxçıvan 
Muxtar Respublikasında Sədərək, Künnüt, Havuş,  Şada, 
Biçənək, Yuxarı Buzqov və b.kəndlərinə güclü hücumlara 
başladılar. Sədərəkdə qanlı döyüşlər 40 gün davam etdi. Əhali 
qəhrəmanlıqla vuruşurdu. Xeyli ölən və yaralananlar vardı. 
Kəndlər dağılmışdı. Naxçıvanda erməni təcavüzkarlarına qarşı 
döyüşlərə Naxçıvan MR Ali Məclisinin sədri Heydər  Əliyev 
başçılıq edirdi. O, erməni təcavüzünün qarşısını almaq üçün 
diplomatik vasitələrdən geniş istifadə etdi. Hələ martın 23-də 
onun Türkiyəyə  səfəri zamanı baş nazir Süleyman Dəmirəl 
bütün dünyaya bəyan etmişdi ki, Naxçıvan MR-ın statusunda 
bir dəyişiklik meydana gələrsə, qüvvədə olan Batum 
müqaviləsinə əsasən Türkiyə öz sözünü deyəcəkdir. Mayın 18-
də isə Türkiyə Nazirlər Kabineti Naxçıvanla bağlı geniş 
bəyanatla çıxış etdi, erməni təcavüzkarlarının niyyəti dünya 
ictimaiyyətinə çatdırıldı. 57 dövlət bu təcavüzü pislədi. NATO 
xüsusi bəyanat  verdi. Belə bir şəraitdə Rusiya öz siyasətində 
dəyişiklik etməyə, geri çəkilməyə  məcbur oldu. MDB 
Birləşmiş Silahlı Qüvvələrinin baş komandanı marşal 
Şapoşnikov demişdi ki, Türkiyənin Naxçıvana kömək etməsi 
üçüncü dünya müharibəsinə  gətirib çıxara bilərdi. Nəticədə


Yüklə 4,56 Kb.

Dostları ilə paylaş:
1   ...   115   116   117   118   119   120   121   122   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə