Microsoft Word ocerkler son 'sas doc



Yüklə 4,56 Kb.
Pdf görüntüsü
səhifə117/134
tarix15.03.2018
ölçüsü4,56 Kb.
#32410
1   ...   113   114   115   116   117   118   119   120   ...   134

Azərbaycan Tarixi 
 
 
465 
mayın 18-də  Azərbaycan  SSR  Ali  Sovetinin  sessiyasında 
Prezident vəzifəsi təsis olundu və Ayaz Mütəllibov Azərbaycanın 
ilk Prezidenti seçildi. 
Mayın 21-də Prezidentin Fərmanı ilə 1918-ci ildə Azərbay-
can  Cümhuriyyətinin  yarandığı  gün 28 May  Azərbaycan 
dövlətçiliyinin bərpası günü kimi "Respublika günü" elan edildi. 
Həmin  gün  Azərbaycan  Cümhuriyyətinin  üçrəngli  bayrağı 
parlament binasının üzərində yenidən yüksəldildi. 
1990-cı  il  noyabrın 17-də  Naxçıvan  MSSR  Ali  Sovetinin 
sessiyasında  muxtar  respublikanın  adından  "Sovet  Sosialist" 
sözləri götürüldü, Muxtar Respublikanın ali qanunvericisi orqanı 
"Ali  Məclis"  adlandırıldı.  Naxçıvan  MR-də  həyata  keçirilən 
tədbirlər  bütün  Azərbaycana  örnək  oldu.  Demokratik  qüvvələrin 
tələbi ilə 1991-ci il fevralın 5-də Azərbaycan SSR Ali Sovetinin 
sessiyası bir sıra tarixi qərarlar qəbul etdi. Dövlətin adı dəyişdirilib 
Azərbaycan 
Respublikası 
adlandırıldı. 
Azərbaycan 
Cümhuriyyətinin  üçrəngli  bayrağı  Azərbaycan  Respublikasının 
bayrağı kimi təsdiq olundu. 
Azərbaycan Respublikasının Ali Sovetinin xalqın tələbi ilə 
çağrılmış  növbədənkənar  sessiyası 1991-ci  il  avqustun 30-da 
Azərbaycan  Respublikasınqın  dövlət  müstəqilliyinin  bərpa 
edilməsi  haqqında  bəyannamə - "Azadlıq  Bəyannaməsini"  qəbul 
etdi. 
1991-ci  il  sentyabrın 8-də  Azərbaycanda  ilk  Prezident 
seçkiləri  keçirildi.  Demokratik  qüvvələr  bu  seçkiləri  baykot  et-
dilər. Naxçıvan MR-in ərazisində də seçkilər keçirilmədi. Seçkilə-
rin  nəticəsində  A.Mütəllibov  Azərbaycan  Respublikasının 
Prezidenti seçildi. Xalqın rəğbətini qazanmaq üçün sentyabrın 14-
də  çağırılmış  Azərbaycan  KP  XXXIII  qurultayı  artıq  Prezident 
olmuş  Azərbaycan  KP  MK-nın  birinci  katibi  A.Mütəllibovun 
təkidi  ilə  Azərbaycan  Kommunist  Partiyası  buraxıldı.  Bu  vaxt 
üçün  Azərbaycanda  artıq  bir  neçə  siyasi  partiya  fəaliyyət  
göstərirdi.  Hələ 1990-cı  ilin  əvvəllərində  AXC-nin  parçalanması 
Qəzənfər Rəcəbli 
 
 
466
nəticəsində Xalq Azadlıq Partiyası, Dirçəliş Partiyası, Azərbaycan 
Sosial-Demokrat  Partiyası,  Azərbaycan  Milli  Demokrat  (Yeni 
Müsavat)  Partiyası,  Azərbaycan  Milli  İstiqlal  Partiyası 
yaranmışdı. 
1991-ci  il  oktyabrın 18-də  Azərbaycan    Respublikası  Ali 
Sovetinin  sessiyasında  "Azərbaycan    Respublikasının  dövlət 
müstəqilliyi haqqında Konstitusiya Aktı" qəbul edildi. 
1991-ci  il  dekabrın 8-də  Belorusun  Brest  şəhəri 
yaxınlığındakı  Belovojsk  meşəsində  Viskuli  iqamətgahında 
Rusiya Federasiyası, Ukrayna və Belorus respublikaları rəhbərləri 
Müstəqil  Dövlətlər  Birliyi  yaradılması  haqqında  müqavilə 
imzaladılar. "Belovojsk sazişi" adı ilə tarixə düşən bu müqavilədə 
SSRİ-nin hüquqi subyekt kimi mövcudluğuna son qoyulduğu elan 
olundu.  Qazaxıstan,  Özbəkistan,  Türkmənistan,  Qırğızıstan  və 
Tacikistan respublikalarının rəhbərləri Aşqabadda görüşüb MDB-
yə  daxil  olmaq  niyyətlərini  bildirdilər.  Dekabrın 21-də  Almatı 
şəhərində  Brest  "üçlüyü",  Aşqabad  "beşliyi",  Azərbaycan, 
Moldava  və  Ermənistan  rəhbərlərinin  görüşündə  SSRİ-nin 
mövcudluğunun dayandırılması və bununla əlaqədar problemlərin 
nizama salınması haqqında Bəyannamə qəbul edildi.  
1991-ci il dekabrın 29-da respublikada keçirilən referendu-
munda "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında 
Konstitusiya  Aktına"  xalq  yekdilliklə  tərəfdar  çıxdı. 1992-ci  il 
mayın 27-də  Milli  Məclis  Azərbaycan  Respublikasının  Dövlət 
Himnini, 1993-cü il fevralın 23-də isə Dövlət Gerbini təsdiq etdi. 
 
Ədəbiyyat: 
1. Azərbaycan tarixi. 7 cilddə, 7-ci cild, Bakı, 2003, s. 249-
283, 301-316.  
2. H.Əliyev. Müstəqillik yolu. Bakı, 1997.  
3. H.Əliyev. Müstəqilliyimiz əbədidir. Əsərləri, 45 cilddə, I-
XLIII cildlər. 


Azərbaycan Tarixi 
 
 
467 
 
 
  XXVII  FßSÈL 
 
QARABAĞ MÜHARİBƏSİ VƏ AZƏRBAYCAN 
RESPUBLİKASINDA SOSİAL-SİYASI DURUM 
 
27.1. Elan olunmamış Qarabağ müharibəsinin 
başlanması  və Xocalı soyqırımı.  Azərbaycan Respublikası 
dövlət müstəqilliyini elan etdikdən sonra onu qısa müddətdə 
dünya dövlətlərinin böyük əksəriyyəti tanıdı. Azərbaycan 
Respublikasının dövlət müstəqilliyini ilk olaraq Türkiyə 
Cümhuriyyəti (9 noyabr 1991-ci il), sonra Rumıniya (11 dekabr 
1991-ci il), Pakistan (13 dekabr 1991-ci il), İngiltərə (31 dekabr 
1991-ci il), ABŞ (23 yanvar 1992-ci il), nəhayət sayca 109-cu 
olaraq Rusiya Federasiyası (10 aprel 1992-ci il) və b. dövlətlər 
tanıdı. 1993-cü ildə Azərbaycan Respublikasının dövlət 
müstəqilliyini artıq 116 dövlət tanımışdı, 70 dövlət isə 
Azərbaycan Respublikası ilə diplomatik əlaqələr yaratmışdı. 
Azərbaycan Respublikasının bir çox dövlətlərdə, o cümlədən 
Türkiyə, İran, ABŞ, Almaniya, Fransa, İngiltərə və İrlandiyada 
səfirlikləri açıldı. 1993-cü il üçün Azərbaycan Respublikası 14 
beynəlxalq təşkilata üzv qəbul edilmişdi. Azərbaycan 
Respublikası 1991-ci il dekabrın 8-də  İslam Konfransı 
Təşkilatına üzv oldu. Azərbaycan Respublikası 1992-ci ilin 
fevralında  İran, Türkiyə  və Pakistan dövlətləri ilə birlikdə 
İqtisadi  Əməkdaşlıq təşkilatına daxil oldu. Azərbaycan 
Respublikası 1992-ci il iyulun 8-də Ümumavropa təhlükəsizlik 
və əməkdaşlıq proseslərini tənzimləyən Helsinki  müşavirəsinin 
1976-cı il Yekun Aktına, 1992-ci il iyulun 10-da isə Helsinki 
Yekun Sənətinə imza atdı. O, 1992-ci il yanvarın 20-də 
Avropada Əməkdaşlıq və Təhlükəsizlik Müşavirəsinə (sonralar 
- Təşkilatına) (ATƏT) qoşuldu. Azərbaycan Respublikası 
Qəzənfər Rəcəbli 
 
 
468
1992-ci il martın 2-də Birləşmiş Millətlər Təşkilatına üzv qəbul 
olundu, bu təşkilatın bir çox mühüm beynəlxalq  konvensiya və 
paktlarına imza atdı. Azərbaycan Respublikası 1992-ci il 
iyunun 25-də 11 dövlətlə birlikdə Qara dəniz hövzəsində 
iqtisadi əməkdaşlıq haqqında Bəyannaməni imzaladı. 
Azərbaycan Respublikası beynəlxalq münasibətlərini 
dövlətlərin bərabərliyi  əsasında quraraq, zor işlətməmək, 
sərhədlərin toxunulmazlığı, mübahisəli məsələləri dinc yolla 
nizama salmaq, başqa dövlətlərin daxili işlərinə qarışmamaq 
prinsiplərini  əsas götürürdü. Lakin Dağlıq Qarabağda erməni 
separatizminə qarşı mübarizədə  və Ermənistanın Azərbaycana 
qarşı 
hərbi müdaxiləsini dayandırmaqda Azərbaycan 
Respublikası dünya dövlətlərinin təsirli dəstəyini qazana 
bilmədi, Dağlıq Qarabağ separatçılarını açıq  şəkildə 
dəstəkləyən və Azərbaycana qarşı müharibəyə başlayan 
Ermənistana "Dayan!" deyən olmadı. 
1991-ci il sentyabrın  əvvəllərində erməni separatçıları 
oyuncaq "Dağlıq Qarabağ Respublikasının" yaradılmasını elan 
etdilər. Sentyabrın ortalarında erməni silahlı  dəstələri Dağlıq 
Qarabağda yerləşən Sovet Ordusu hissələrinin  şəxsi heyəti və 
döyüş texnikasının köməyi ilə azərbaycanlıları öz 
torpaqlarından qovub çıxartmağa başladılar. Sentyabrın 14-18-
də erməni "yaraqlıları" Goranboy rayonunun bir neçə  kəndini 
ələ keçirib dağıtdılar. Sentyabrın 23-də Qazaxıstanın təşəbbüsü 
ilə  Şimali Qafqazın Jeleznovodsk kurort şəhərində Rusiya
Qazaxıstan, Azərbaycan və Ermənistan arasında saziş 
imzalandı. Bu saziş ilə atəşin dayandırılması, qanunsuz silahlı 
dəstələrin tərksilah edilməsi haqqında razılıq  əldə edildi. 
Azərbaycan-Ermənistan münaqişəsinin həlli ittifaq orqanlarına 
tapşırıldı. 
Lakin Jeleznovodsk razılığının heç bir müsbət nəticəsi 
olmadı. Erməni quldurları hücumlarını davam etdirərək, 
oktyabrın 28-də Tuğ, oktyabrın 31-də Sanaket, noyabrın 19-da 
Xocavənd, noyabrın 20-də Zamzur, noyabrın 23-də  Əmiran, 


Yüklə 4,56 Kb.

Dostları ilə paylaş:
1   ...   113   114   115   116   117   118   119   120   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə