Microsoft Word ocerkler son 'sas doc



Yüklə 4,56 Kb.
Pdf görüntüsü
səhifə113/134
tarix15.03.2018
ölçüsü4,56 Kb.
#32410
1   ...   109   110   111   112   113   114   115   116   ...   134

Azərbaycan Tarixi 
 
 
449 
"demokratikləşdirilməsi"  adı  altında  Sovet  İttifaqına  qarşı 
mübarizənin bütün vasitələrindən istifadə edirdilər. 
Sovet  respublikalarının  suveren  hüquqlarının  hakim 
şovinist  dairələr  tərəfindən  daim    tapdalanmasına  qarşı, 
respublikaların  milli  sərvətlərinin  talan  olunmasına  etirazlarla 
bağlı  hərəkat  müttəviq  respublikalarda  özünüdərkin  güclən-
məsinə  səbəb  olurdu.  M.Qorbaçovun  "yenidənqurma"  siyasəti 
iqtisadiyyata  güclü  zərbə  vurmaq  və  Kommunist  Partiyasının 
nüfuzunu  sarsıtmaqla  Sovet  imperiyasını  daha  dərin  böhrana 
saldı,  mərkəzdənqaçma  hərəkatı  gücləndi.  Mərkəz  buna  qarşı 
müxtəlif  məkrli  tədbirlərə  əl  atdı,  respublikalar  arasında 
münaqişələr törətdi. 
1986-cı  ildən  Azərbaycanın  Dağlıq  Qarabağ  bölgəsində 
erməni  separatçılıq  təbliğatı  açıq  və  geniş  xarakter  aldı. 
Moskva  rəsmi  dairələrində  antiazərbaycan  əhval- ruhiyyəsinin 
formalaşmasında M.Qorbaçovun əhatəsində olan "şahnazaryan-
lar" və "aqanbekyanlar" mühüm rol oynayırdılar. 
Həmin vaxt Moskvada yüksək rəhbər vəzifələrdə işləyən, 
Sov.İKP  MK  Siyasi  Bürosunun  üzvü  və  SSRİ  Nazirlər  So-
vetinin  sədrinin  birinci  müavini  Heydər  Əliyev  "yenidən-
qurma"nın  milli  münaqişələrə  səbəb  ola  biləcək  metodlarına 
etiraz  edir  və  onu  düşünülməmiş  dövlət  siyasəti  kimi 
səciyyələndirirdi.  Belə  bir  şəxsiyyətin  yüksək  vəzifələrdə 
olması  M.Qorbaçovun  planlarını  poza  bilərdi.  Ona  görə  də 
H.Əliyev 1987-ci  ilin  oktyabr  ayında  nəinki  rəhbərlikdən 
uzaqlaşdırıla, hətta ona qarşı böhtançı təbliğat işi başlandı. Bu 
məqsədlə  Bakıya  gəlmiş  Sov.  İKP  MK-nın  katibi  V.Liqaçov 
Azərbaycan  KP  MK-nın  ikinci  katibi  V.Konovalova  tapşırıq 
vermişdi ki, H.Əliyevin Azərbaycan KP MK-nın birinci katibi 
işlədiyi dövrdəki fəaliyyətini yoxlamaq üçün xüsusi komissiya 
yaradılsın. Azərbaycanda guya iqtisadi ziyankarlıq üzrə, "ikinci 
özbək  işi"  adlı  istintaq  işləri  başlandı.  İstintaqı  Moskvanın 
təşkil  etdiyi,  Qıdılyan  başda  olmaqla,  əsasən  ermənilərdən 
Qəzənfər Rəcəbli 
 
 
450
ibarət  istintaq  qrupu  aparırdı.  M.Qorbaçovun  göstərişi  ilə 
Moskvanın  və  respublikanın  mətbuatında  Azərbaycan  SSR-də 
70-ci illərdə iqtisadi sahədə əldə edilmiş nailiyyətlər qərəzli və 
məqsədyönlü  şəkildə  inkar  edilir  və  riyakarlıqla  xalqa  böhtan 
atılırdı. 
H.Əliyevin  yüksək  partiya  və  hökumət  vəzifələrindən 
kənar 
edilməsi 
ermənilərin 
Azərbaycan 
torpaqlarına 
yiyələnmək  barədə  niyyətlərini  reallaşdırmaq  ümidini  artırdı. 
SSRİ  Dövlət  Plan  Komitəsinin  sədri  vəzifəsində  işləyən  akad. 
A.Aqanbekyan 1987-ci  il  noyabrın 18-də  Parisdə  çıxan 
"Humanite"  qəzetinə  verdiyi  müsahibəsində  Dağlıq  Qarabağın 
Ermənistana verilməsi barədə dövlət başçısına təklif verildiyini 
və  bu  məsələnin  bu  yaxında  həll  ediləcəyini  bildirdi.  Azər-
baycan  torpaqlarını  ələ  keçirmək  məqsədilə  ermənilərin  əv-
vəllər yaratdıqları "Qarabağ" komitəsinin fəaliyyəti genişləndi. 
"Qarabağ"  Komitəsinin  Dağlıq  Qarabağda  uzun  müddət  gizli 
fəaliyyət  göstərən  "Krunk"  təşkilatı  açıq  mübarizəyə  keçdi. 
Ermənilərin "miatsum" ("birləşmə") hərəkatı geniş vüsət aldı. 
1988-ci il fevralın 12-də İrəvanda izdihamlı antiazərbay-
can mitinqi keçirildi. "Ermənistanda ermənilər yaşamalıdır!" və 
b.  millətçi  şüarlar  altında  keçirilən  mitinqdə  natiqlər  əhalini 
azərbaycanlıları  Ermənistan  SSR-dən  qovmağa  çağırırdılar. 
Fevralın 21-də  erməni  vandalları  İrəvan  şəhərində  qalmış 
sonuncu məscidə hücum edib onu dağıtdılar. Böyük şair Səməd 
Vurğunun abidəsi dağıdıldı, aşıq Ələsgərin qəbri təhqir edildi. 
Azərbaycanlılara  qarşı  terror 1988-ci  ilin  əvvəllərində 
Vedibasarda  xüsusilə  amansız  idi,  ağsaqqallar  və  qız-gəlinlər 
təhqir edilir, kəndlər qarət olunurdu. Döyülmüş, alçaldılmış və 
heç yerdən köməyi olmayan 400 nəfər azərbaycanlı ev-eşiyini 
atıb  piyada,  ayaqyalın-başıaçıq,  böyük  çətinliklərlə  qarlı  dağ 
keçidlərini aşaraq Azərbaycana gəlməyə məcbur oldu. 1988-ci 
ildə  Ermənistan  SSR-dəki  öz  ata-baba  yurdlarından 230 min 
azərbaycanlı qovuldu. Onlara məxsus 185 kənd, 31 min ev və 


Azərbaycan Tarixi 
 
 
451 
şəxsi təsərrüfat, 165 kolxoz və sovxoz əmlakı talan olundu və 
dağıdıldı. 214 nəfər öldürüldü və 1154 nəfər yaralandı. 1988-ci 
il yanvarın 25-də Ermənistan SSR Qafan və Mehri rayonlarında 
xüsusi  hazırlanmış  silahlı  dəstələrin  vəhşi  əməllərindən  yaxa 
qurtaran  ilk  azərbaycanlı  qaçqınlar  Azərbaycana  pənah 
gətirdilər.  Qaçqınların  yeni  dəstələri  fevralın 18-23-də 
təqiblərdən  can qurtarıb Azərbaycana gəldilər. 
Erməni  millətçilərinin  cəzasız  qalmalarından  ruhlanan 
Dağlıq Qarabağın separatçı erməniləri daha fəal siyasi aksiyalar 
keçirməyə  başladılar. 1988-ci  ilin  əvvəllərindən  Xankəndinin 
erməniləri  ardı-arası  kəsilməyən  kütləvi  mitinqlər  keçirməyə 
başladılar. 1988-ci  il  fevralın 20-də  DQMV  Sovetinin 
sessiyasında  DQMV-nın  Azərbaycan  SSRİ-ın  tərkibindən 
çıxarılıb Ermənistan SSR-in tərkibinə verilməsi haqqında SSRİ 
Ali  Sovetinə  müraciət  qəbul  olundu.  Moskva  isə  separatçıları 
yerində  oturtmaq  əvəzinə  millətçiliyi  daha  da    qızışdırırdı. 
Moskvanın  Bakıya  göndərilmiş  səlahiyyətli  nümayəndəsi  sər-
hədlərin  dəyişdirilməsinin  yolverilməz  olduğunu  bildirir,  İrə-
vana  göndərilmiş  nümayəndəsi  isə  hər  bir  xalqın  öz  müqəd-
dəratını  təyin  etmək  hüquqi  olmasını  bildirməklə  separatçılara 
haqq qazandırırdı. 
Baş  verən  hadisələri  vaxtında  və  düzgün  qiymətlən-
dirmək,  Azərbaycan  xalqını  gözləyən  təhlükələri  görmək, 
qabaqlayıcı tədbirlər həyata keçirmək və vahid milli platforma 
yaratmaq  əvəzinə  Azərbaycanın  o  zamankı  rəhbərliyi 
bağışlanmaz  bir  passivlik  və  laqeydlik  nümayiş  etdirirdi. 
Moskvanın və Azərbaycan rəhbərliyinin respublikanın suveren 
hüquqlarını 
tapdalanmasına 
qəti 
tədbirlərlə 
cavab 
vermədiklərini  görən  Azərbaycan  xalqı  böyük  həyəcan  içində 
kütləvi mitinqlər və etiraz nümayişləri keçirirdi. Başsız qalmış 
xalqın kortəbii etiraz hərəkatı səmərəli nəticə vermirdi. 
Dünya  ictimaiyyətinin  gözündə  "vəhşi  azərbaycanlı" 
obrazı  yaratmaqla  öz  əməllərinə  haqq  qazandırmaq  məqsədilə 
Qəzənfər Rəcəbli 
 
 
452
1988-ci  il  fevralın 28-də  Sumqayıtda  Edik  Qriqoryanın  fəal 
iştirakı  ilə  fitnəkarlıq  aksiyası  törətdilər.  Bütün  Azərbaycan 
xalqı bu fitnəkarlığı, onun müəlliflərini və icraçılarını lənətləsə 
də,  ermənilər  istədiklərinə  nail  oldular.  Onlar  Azərbaycan 
rəhbərlərinin  səbatsızlığından  və  Moskvanın  dəstəyindən 
məharətlə  istifadə  edərək  bu  faciəni  ağlasığmaz  uydurmalarla 
bəzəyib, dünya ictimaiyyətində azərbaycanlılar haqqında mənfi 
fikirlər yaratmağa çalışdılar. 
Sumqayıt fitnəkarlığından sonra yaxşı silahlanmış erməni 
qeyri-formal  hərbi  dəstələri 1988-ci  il  martın 10-da  İrəvan 
yaxınlığındakı  Mehmandar  kəndində 4 azərbaycanlını 
öldürdülər, martın 25-də Ararat rayonunun Vedi, Şirazlı, Xalisə 
və  Şiddi  kəndlərində 100-dən  çox  evi  talan  edib  yandırdılar, 
əhalisini  isə  qovdular,  mayın  ortalarında  Şirazlı  kəndinə 
yenidən  basqın  etdilər  və  kəndin 880 nəfər  sakini  Türkiyə 
sərhəddinə  qaçıb,  Türkiyədə  sığınacaq  tapdılar.  Daha  dəhşətli 
faciələr Qukark rayonunda törədildi. 1988-ci il noyabrın sonu - 
dekabrın  əvvəllərində  bu  rayonda 70 ahərbaycanlı  öldürüldü. 
Rayonun  Gözəldərə  kəndində 21 nəfər,  Vartana  kəndində 17 
nəfər  öldürüldü.  Öldürülənlərin 6 nəfəri  qadın, 3-ü  isə  körpə 
uşaq idi. 
Erməni  millətçilərinin  "təmizləmə"  siyasəti  nəticəsində 
Ermənistan  SSR-də  bir  nəfər  də  olsun  azərbaycanlı  qalmadı. 
Azərbaycanlıların  sonuncu  nümayəndələri  Nüvədi  kəndinin 
əhalisi 1991-ci  il  avqustun 8-də  rus  əsgərlərinin  köməyilə 
Ermənistan SSR-dən qovuldu. Beləliklə, Ermənistan monoetnik 
respublikaya çevrildi. 
1988-ci  il  iyunun 15-də  Ermənistan  SSR  Ali  Soveti 
Dağlıq  Qarabağı  Ermənistanın  tərkibinə  qəbul  etməyə  razılıq 
verdi. Yalnız bundan sonra iyunun 17-də Azərbaycan SSR Ali 
Soveti  Dağlıq  Qarabağ  Vilayət  Sovetinin 1988-ci  il 20 fevral 
tarixli qərarını ləğv etdi. Buna qarşı cavab olaraq, iyulun 12-də 
Dağlıq Qarabağın Vilayət Sovetinin sessiyası onun Azərbaycan 


Yüklə 4,56 Kb.

Dostları ilə paylaş:
1   ...   109   110   111   112   113   114   115   116   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə