Microsoft Word ocerkler son 'sas doc



Yüklə 4,56 Kb.
Pdf görüntüsü
səhifə111/134
tarix15.03.2018
ölçüsü4,56 Kb.
#32410
1   ...   107   108   109   110   111   112   113   114   ...   134

Azərbaycan Tarixi 
 
 
441 
"Qızmar günəş altında", "Bir məhəllədən iki oğlan", "Uzaq 
sahillərdə", "O olmasın, bu olsun", "Ögey ana", "Mahnı belə 
yaranır", "Şərikli çörək", "Yeddi oğul istərəm", "Ulduzlar 
sönmür", "Səhər", "Nəsimi", "Babək", "Tütək səsi", "Axırıncı 
aşırım", "Dədə Qorqud", "Telefonçu qız", "Bəxtiyar", "Mən ki, 
gözəl deyildim", "Uşaqlığın son gecəsi" və b. filmlərin 
yaradılması ilə əlamətdar olmuşdur. 
XX  əsrin ikinci yarısında Azərbaycanda bədii təsviri 
sənət, heykəltəraşlıq və memarlıq sahəsində nailiyyətlər 
incəsənət tarixində önəmli yer tutur. Görkəmli fırça ustası 
Mikayıl Abdullayevin romantik sənaye mənzərəsinə  həsr 
edilmiş "Mingəçevir işıqları", Azərbaycan qadınının mənəvi 
saflığını  və gözəlliyini  əks etdirən "Axşam", fəlsəfi baxışı ilə 
nəzəri cəlb edən "Xoşbəxtlik yaradanlar" rəsmləri boyakarlıq 
sənətinin gözəl inciləri hesab edilə bilər. Azərbaycan 
rəssamlarından Səttar Bəhlulzadə, Toğrul Nərimanbəyov, 
Elbəy Rzaquliyev, Vəsilə  Səmədova, Maral Bəhmanzadə, 
Nəcəfqulu Nəcəfov, Lətif Kərimov, Salam Salamzadə, Tahir 
Salahov və başqalarının yaratdıqları boyakarlıq sənət 
nümunələri dünya sərgilərini bəzəyirdi. S.Bəhlulzadənin 
"Azərbaycan nağılları", "Suraxanı atəşgahı", "Əfsanəvi torpaq", 
"Naxçıvan axşamçağı", "Ordubad bağlarında" və "Abşeron 
tacı", M.Rəhmanzadənin "Xınalıq", "Bizim qızlar", "Azər-
baycan", "Doğma vətənim" və "Mənim bacım", S.Salamza-
dənin "Çay plantasiyası" tablolarında Azərbaycanın təbiətinə, 
doğma torpağa, kənd həyatına, insanlara böyük məhəbbət 
motivləri sənətkarlıqla  əks olunmuşdur. M.Abdullayevin 
"İmadəddin Nəsimi" və "Pianoçu Fərhad Bədəlbəyli", 
T.Salahovun "R.Rza" və "D.Şastakoviç" portretləri Azərbaycan 
boyakarlıq sənətinin ən parlaq nümunələridir. 
XX  əsrin II yarısında Azərbaycan heykəltəraşlarının 
yaratdıqları heykəllər dünya incəsənətinin  ən nadir abidələri 
kimi qiymətləndirilirlər. Heykəltəraşlıq sənətinin zirvələrinə 
yüksəlmiş tişə ustası Fuad Əbdürrəhmanov bu dövrün ən 
Qəzənfər Rəcəbli 
 
 
442
nəhəng simalarından olmuşdur. Onun "Çoban" abidəsi (1951) 
Moskvada Tretyakov Qalereyasının ekspoziyasına daxil 
edilmişdir. Onun Ulan-Batorda qoyulmuş "Suxe Bator"(1954) 
və "Marşal Çaybolsan" (1954) büst-heykəlləri, Bakıda 
ucaldılmış "Azad qadın" abidəsi (1960), Bakıda ucaldılmış 
"Səməd Vurğun" heykəli (1961), Düşənbədə ucaldılmış 
"Rudəki" heykəli (1964), Bakıda  əfsanəvi qəhrəman Mehdi 
Hüseynzadəyə qoyulmuş abidə (1973) və Buxarada ucaldılmış 
"İbn Səna" heykəli (1975) dünya heykəltəraşlığının inciləri 
sırasına daxil olmuşlar. Bu dövrün tişə sənətinin digər nəhəngi 
Cəlal Qaryağdı olmuşdur. Bakıda ucaldılmış "M.Ə.Sabir" və 
"N.Nərimanov" heykəlləri, Lənkəranda ucaldılmış "General 
Həzi Aslanov" heykəli, Ordubadda ucaldılmış "Akademik 
Yusif Məmmədəliyev" heykəli və Qazaxda ucaldılmış "Səməd 
Vurğun" heykəli Cəlal Qaryağdı yaradıcılığının 
məhsullarıdırlar. Heykəltəraşlar Tokay Məmmədov və Ömər 
Eldarovun Bakıda ucaltdıqları "Füzuli" heykəli, heykəltəraşlar 
Tokay Məmmədov və İbrahim Zeynalovun Bakıda ucaltdıqları 
"Nəsimi" heykəli, Ömər Eldarovun Bakıda qoyulmuş "Xurşud 
banu Natəvan" abidəsi və Düşənbədə ucaldılmış "Sədrəddin 
Ayni" heykəli, Mirələskər Mirqasımovun Bakıda ucaltdığı 
"Cəfər Cabbarlı" heykəli və Naxçıvanda ucaltdığı "Cəlil 
Məmmədquluzadə" heykəli və Elmira Hüseynovanın Zərdabda 
qoyulmuş "Həsən bəy Zərdabi" abidəsi monumental hey-
kəltəraşlığın ən yaxşı nümunələridir. 
XX  əsrin II yarısında Azərbaycan memarlığının mühüm 
obyekti Bakının mərkəzinin yenidən qurulması olmuşdur. 50-ci 
illərdə Bakının ən iri memarlıq obyektlərinin - Hökumət Evinin 
və Respublika stadionunun inşası başa çatdırıldı. Bir qədər
 sonra 
Milli 
Elmlər Akademiyasının yeni binası, Texniki 
Universitetin binası, Akademik Dövlət Dram Teatrı, Mərkəzi 
Univermaq, Daxili İşlər Nazirliyinin binası, indiki Muzeylər 
Evi və  Mərkəzi Dövlət Kitabxanasının binası tikildi. Sabir 
bağından Gənclər meydanına qədər olan ərazidə köhnə binalar 


Azərbaycan Tarixi 
 
 
443 
söküldü,  İçərişəhər divarlarının qənşəri açıldı, qala divarları 
Nizami Muzeyi, AMEA Rəyasət Heyətinin binası  və böyük 
Nizaminin heykəli olan bağ ilə uyğun şəkildə bərpa olunduqdan 
sonra gözəl memarlıq mənzərəsi yarandı. Azərbaycan 
memarlığı üçün Xəzər sahilində iri sənaye mərkəzi Sumqayıtın 
yaradılması böyük hadisə oldu. Mingəçevir  şəhərinin 
layihələşdirilməsi və inşası  da yeni böyük şəhərsalma 
memarlığının nümunəsi hesab edilə bilər. 
Azərbaycan memarlığı 70-80-ci illərdə daha çox inkişaf 
etdi. Yaşayış binalarının kütləvi inşası ilə yanaşı, orijinal 
layihələr üzrə  şəhərləri bəzəyən ictimai binalar da tikilirdi. 
Bakıda və respublikanın digər  şəhərlərində milli memarlıq 
ünsürlərini  əks etdirən layihələr üzrə çoxlu bina inşa olundu. 
Bakıda "Respublika" (indiki Heydər Əliyev) sarayı, "Gülüstan" 
sarayı, mehmanxana binaları, metropolitenin "Nizami", 
"Əcəmi" və b. stansiyalarının və digər ictimai binalar tikilib 
şəhərin gözəlliyini artırdı. 
Beləliklə, XX əsrin II yarısı Azərbaycan mədəniyyətinin 
inkişafında mühüm dövr oldu. 70-80-ci illərdə ulu öndər 
Heydər  Əliyevin milli oyanış siyasəti nəticəsində  təhsil, elm, 
ədəbiyyat və incəsənətin tərəqqisi üçün geniş imkanlar açıldı, 
xalqın mədəni sərvətləri xeyli dərəcədə artdı. 
25.4. Azərbaycan SSR-də XX əsrin ortaları  və ikinci 
yarısında mədəni-maarif işi və kütləvi informasiya vasitə-
ləri.  İnsanların biliyinin genişləndirilməsilə yanaşı  mədəni 
səviyyəsinin yüksəldilməsində  mədəni-maarif müəssisələrinin 
və kütləvi informasiya vasitələrinin (KİV)  əhəmiyyətli yeri 
vardır. Azərbaycanda müharibə illərində azalmış  mədəni-
maarif müəssisələri  şəbəkəsi XX əsrin ortaları  və ikinci 
yarısında bərpa olundu və genişləndi. Azərbaycanda kütləvi 
kitabxanalarının sayı 1946-cı ildəki 815-dən 1970-ci ildə 2922-
yə, 1980-ci ildə isə 4605-ə, klubların sayı müvafiq olaraq 1711-
dən 2146-ya və 3680-ə çatdı. 
Qəzənfər Rəcəbli 
 
 
444
Mədəni-maarif işinin  ən kütləvi vasitələrindən biri kino 
idi. Respublikada kino qurğularının sayı 1946-cı ildəki 252-dən 
1970-ci ildə 2004-ə, 1980-ci ildə 2167-yə çatdı. 80-ci illərin 
ortalarında Bakınm "Araz" kinoteatrında stereoiılmlər kinozalı 
yaradıldı. 
Mədəni-maarifin inkişafında 1947-ci ildə yaradılmış  və 
sonralar "Bilik" cəmiyyəti adlanan, Azərbaycan Siyasi və Elmi 
Bilikləri Yayan Cəmiyyətin də müəyyən rolu olmuşdur. 
Azərbaycanda ikl muzeylər hələ XX əsrin 20-32-ci 
illərində yaradılmışdı. 1920-ci ildə Azərbaycan Dövlət muzeyi 
təhkil edilmişdi. Sonralar bu muzey Azərbaycan tarixi 
sahəsində ixtisaslaşdırıldı  və Azərbaycan Tarix Muzeyi 
adlandırıldı. 1936-cı ildə isə Azərbaycan Dövlət Muzeyinin 
incəsənət  şöbəsinin  əsasında Azərbaycan  İncəsənət Muzeyi 
yaradıldı. Hazırda bu muzeylər Milli Muzey statusu almışlır. 
1938-ci ildə Azərbaycanda ilk memorial muzey - Şəki 
şəhərində M.F.Axundzadənin Ev Muzeyi təşkil edildi. 
XX əsrin II yarısında Azərbaycanda muzey işi də inkişaf 
etmişdir. 1946-cı ildə Bakıda Nizami adına  Ədəbiyyat Tarixi 
Muzeyi, 1958-ci ildə Şəkidə yeni Tarix Diyarşünaslıq Muzeyi, 
1959-cu ildə  Xızıda C.Cabbarlının,  Şuşada Ü.Hacıbəylinin Ev 
muzeyləri, 1964-cü ildə Bakıda "Qız qalası" Muzeyi, 1972-ci 
ildə Bakıda "Azərbaycan xalçası  və  tətbiqi sənət" muzeyi, 
1975-ci ildə Bakıda Ü.Hacıbəylinin və S.Vurğunun Ev 
muzeyləri, 1981-ci ildə Naxçıvanda H.Cavidin Ev Muzeyi, 
1982-ci ildə Bakıda C.Cabbarlının və Bülbülün Ev muzeyləri, 
respublikanın  şəhərlərində 10-a yaxın Tarix-Diyarşünaslıq 
muzeyləri açıldı. 1990-cı ildə Azərbaycanda 174 muzey fəaliy-
yət göstərirdi. Respublikada bədii muzeylər və  şəkil qalere-
yaları açılmışdı. Bakıda S.Bəhlulzadə adına və V.Səmədova 
adına sərgi salonları, Bakıda və Lənkəranda uşaq şəkil qalere-
yaları, Gəncədə "Nizami təsviri sənət qalereyası" və "Nizami 
dövrü yaradıcılığı muzeyi" açıldı. 


Yüklə 4,56 Kb.

Dostları ilə paylaş:
1   ...   107   108   109   110   111   112   113   114   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə