Microsoft Word ocerkler son 'sas doc



Yüklə 4,56 Kb.
Pdf görüntüsü
səhifə110/134
tarix15.03.2018
ölçüsü4,56 Kb.
#32410
1   ...   106   107   108   109   110   111   112   113   ...   134

Azərbaycan Tarixi 
 
 
437 
mədəniyyət xadimlərinin surətlərini yaratmışdılar. F.Əbdürrəh-
manovun Firdovsinin "Şahnamə"sinin motivləri əsasında yarat-
dığı "Nizə atan" heykəli onun ilk yaradıcılıq nailiyyəti idi. 
Nizami Gəncəvinin 800 illik yubileyinə hazırlıq 
görülməsi təsviri və  tətbiqi sənətin çiçəklənməsi üçün mühüm 
amil oldu. 1940-cı ildə Nizami Gəncəvinin portret surətini 
yaratmaq üzrə müsabiqədə H.Xalıqovun çəkdiyi məşhur portret 
birinci mükafata layiq görüldü. 1940-cı ildə Nizaminin abidə-
sini yaratmaq üçün elan olunmuş Ümumittifaq müsabiqəsində 
isə F.Əbdürrəhmanovun yaratdığı heykəl birinci mükafata layiq 
görüldü. Nizami muzeyinin fasadını  bəzəyən altı heykəlin və 
50-ci illərin sonunda qoyulmuş Füzulinin abidəsinin də müəllifı 
F.Əbdürrəhmanovdur. Nizami muzeyinin fasadında qoyulmuş 
Vaqifin heykəlinin müəllifi isə C.Qaryağdıdır.  
XX  əsrin 20-30-cu illərində Azərbaycanda memarlıq sə-
nətinin də müəyyən uğurları olmuşdur. Sovet Azərbaycanında 
milli memarlıq ənənələri əsasında tikilmiş ilk monumental me-
marlıq nümunəsi Bakıda "Sabunçu vağzalının binası" (1926) 
hesab edilir. Bakının memarlıq abidələri arasında Azərbaycan 
Mətbuat Sarayı, Azərbaycan Sənaye İnstitutunun binası (indiki 
Neft Akademiyası), Dövlət bankı, köhnə  "İnturist" mehman-
xanası seçilirdilər. 
Bu illərdə Bakıda indiki 28 May və Bülbül küçələrinin 
yenidən qurulması  şəhərsalma memarlığının gözəl nümunəsi 
idi. Bu küçələrin kəsişdiyi yerdə tikilmiş "Nizami" 
kinoteatrının və Yeyinti Sənayesi Nazirliyinin binaları  şəhərə 
xüsusi gözəllik verirdi. Həmin binaların memarları S.Dadaşov 
və M.Useynov idilər. Onlar Bülbül küçəsini bəzəyən incəsənət 
işçilərinin yaşayış evinin də layihəsinin müəllifləri idilər. 
Bakının tədricən yaşıllaşdırılması üçün yeni bağlar, 
parklar və bulvar salınmasına başlandı.  Şəhərin mərkəzinin 
görkəmini ümumi memarlıq baxımından yaxşılaşdırmaq 
məqsədilə köhnə bulvarın təbii davamı olan yeni bulvar 
salınması tədbirləri həyata keçirildi. 
Qəzənfər Rəcəbli 
 
 
438
Azərbaycan incəsənət xadimləri İkinci Dünya müharibəsi 
illərində  də böyük işlər görmüşlər. Azərbaycan bəstəkarları 
müharibə illərində 400 mahnı, marş, simfoniya, opera və s. 
musiqi əsəri bəstələmişdilər. Ü.Hacıbəylinin "Şəfqət bacısı" və 
"Qələbə himni", S.Rüstəmovun "Cəbhəyə", S.Ələskərovun 
"Gözlə məni" mahnıları dillər əzbəri olmuşdur.  
Müharibədən sonrakı illərdə Azərbaycan musiqisi və 
ifaçılıq sənəti sahələrində mühüm nailiyyətlər  əldə edilmişdi. 
Azərbaycan bəstəkarlarının yaradıcılığında 60-cı illərdə önəmli 
yeri simfoniya janrı tuturdu. Niyazinin "Rast", Fikrət Əmirovun 
"Şur" və "Kürdovşarı" və S. Ələskərovun "Bayatı  Şiraz" sim-
fonik muğamlarında ilk mənbə kimi Azərbaycan muğamlarının 
orijinal motivlərindən istifadə edilmişdi. 60-cı illərdə Qara 
Qarayevin skripka və fortepiano üçün "Sonata" və "Don Kixot" 
qravürləri, Cövdət Hacıyevin "Sülh uğrunda" və "Kvartet-
poema" simfonik poemaları yazılmışdır. Arif Məlikovun 
"Nağıl" simfonik poeması  və Birinci simfoniyası, Xəyyam 
Mirzəzadənin Birinci simfoniyası  və Vasif Adıgözəlovun 
Birinci simfoniyası da 50-60-cı illərdə bəstələnmişdir. Opera və 
balet  əsərlərinin yaradılmasında da bir sıra uğurlar  əldə 
edilmişdi. 1953-cü ildə F.Əmirovun "Sevil" operası, 
C.Cahangirovun "Azad" operası, 1972-ci ildə  Ş.Axundovanın 
"Gəlin qayası" operası, Q.Qarayevin 1952-ci ildə "Yeddi gözəl" 
və 1958-ci ildə  "İldırımlı yollarla" baletləri, 1957-ci ildə 
S.Hacıbəyovun "Gülşən" baleti, 70-ci illərdə F.Əmirovun 
"1001 gecə" və Aqşin  Əlizadənin "Babək" baletləri Bakı  və 
Leninqrad Opera və Balet teatrlarında müvəffəqiyyətlə 
tamaşaya qoyulmuşdur. Musiqili komediya janrı da böyük 
uğurlar  əldə etmişdir. Müasır mövzulara həsr edilmiş 
Azərbaycan operettaları - Səid Rüstəmovun "Durna", Süleyman 
Ələsgərovun "Ulduz", Fikrət  Əmirovun "Yaxşı yol", Tofiq 
Quliyevin "Qızılaxtaranlar", Rauf Hacıyevin "Romeo mənim 
qonşumdur" və Emin Sabitoğlunun "Hicran" musiqili komediya 
janrının gözəl nümunələri kimi tamaşaçıların rəğbətini 


Azərbaycan Tarixi 
 
 
439 
qazanmışdılar. Mahnı  bəstələmək sahəsində T.Quliyev, 
S.Ələsgərov, S.Rüstəmov, Q.Hüseynli, C.Cahangirov, 
A.Rzayeva, R.Hacıyev, V.Adıgözəlov, O.Rəcəbov, 
P.Bülbüloğlu, E.Sabitoğlu, E.İbrahimova,  Ə.Tağıyev və 
C.Quliyev xüsusilə    fərqlənirdilər. Akademik Opera və Balet 
Teatrında tamaşalara Niyazi, Ə.Bədəlbəyli kimi püxtələşmiş 
sənətkarlar dirijorluq edirdilər. Ü.Hacıbəyli adına simfonik 
orkestra Niyazi, xalq çalğı alətləri orkestrinə S.Rüstəmov 
rəhbərlik edirdilər. Qəmər Almaszadə, Rəfiqə Axundova, Leyla 
Vəkilova, Məqsud Məmmədov, K.Bataşov, Çimnaz Babayeva 
və Tamilla Şirəliyeva milli baletin, Əminə Dilbazi və Əlibaba 
Abdullayev xalq rəqslərinin mahir ifaçıları  və  təbliğatçıları 
olmuşlar. Xalq musiqiçiləri Qurban Pirimov, Ə.Bakıxanov, 
B.Mansurov, S.Şuşinski, X.Şuşinski, H.Rzayeva, 
Ş.Ələkbərova, S.Qədimova, R.Behbudov, F.Əhmədova, 
M.Maqomayev, Z.Xanlarova, P.Bülbüloğlu, R.Atakişiyev, 
L.İmanov, F. və X.Qasımovalar, R.Muradova, F.Bədəlbəyli, 
V.Mustafazadə, H.Əliyev, Hacı  Məmmədov, Q.Əskərov və b. 
ifaçılıq məharəti zəngin kaloriti və  təkrarolunmazlığına görə 
xalq tərəfindən yüksək qiymətləndirilirdi. 
XX  əsrin 50-ci illərdə Azərbaycan teatrı müasir 
həyatımızın müxtəlif sahələrinə  həsr edilmiş yeni tamaşalarla 
yanaşı klassik dramaturgiyanın  ən yaxşı nümunələrini də 
səhnəyə qoyurdu. Müasir mövzulu tamaşalar içərisində 
İ.Səfərlinin "Göz həkimi", S.Rəhmamn "Nişanlı  qız", 
İ.Əfəndiyevin "Atayevlər ailəsində" və  Ə.Məmmədxanlının 
"Şirvan gözəli" pyesləri böyük uğurlar qazanmışdı. Müasirlik 
hissi, hadisələrə müasir baxış klassik əsərlərin tamaşalarında da 
öz əksini tapmışdı. Bu baxımdan V.Şekspirin "Otello" və "Qış 
nağılı", C.Cabbarlının "Od gəlini" və "Aydın", H.Cavidin 
"Şeyx Sənan", M.F.Axundzadənin "Lənkəran xanının vəziri", 
N.Vəzirovun "Hacı  Qənbər", S.Vurğunun "Vaqif" və 
A.Şirvanzadənin "Namus" əsərlərinin tamaşaları çox qiymətli 
idi. Bu dövrdə Azərbaycan dram teatrında Adil İskəndərov, 
Qəzənfər Rəcəbli 
 
 
440
Tofıq Kazımov, Əliheydər Ələkbərov, Ələkbər Şərifov, Mehdi 
Məmmədov və Rza Təhmasib kimi istedadlı rejissorlar 
yetişmişdi. Azərbaycan rejissorlarının yeni nəslinin 
yetişməsində A.İskəndərov və F.Kazımov rejissorluq 
məktəblərinin xüsusi rolu olmuşdur. 50-80-ci illərdə 
Azərbaycan teatrının Sidqi Ruhulla, Mirzağa  Əliyev, Mərziyə 
Davudova,  Ələskər  Ələkbərov, Adil İskəndərov, Hökumə 
Qurbanova, Ağadadaş Qurbanov, Ağasadıx Gəraybəyli, Leyla 
Bədəlbəyli,  Əli Zeynalov, İsmayıl Dağıstanlı, Barat 
Şəkinskaya, Mustafa Mərdanov,  İsmayıl Osmanlı, Münəvvər 
Kələntərli, Sofıya Bəsirzadə, Həsənağa Salayev, Möhsün 
Sənani, Nəcibə Məlikova, Lütvəli Abdullayev, Bəşir Səfəroğlu, 
Nəsibə Zeynalova, Məlik Dadaşov, Mehdi Məmmədov, 
Amalya Pənahova, Məmmədrza Şeyxzamanov, Həsən Turabov, 
Yaşar Nuri, Rafael Dadaşov,  Afaq Bəşirqızı,  Əlağa Ağayev, 
Hacıbaba Bağırov, Fuad Poladov, Səməndər Rzayev və b. kimi 
istedadlı aktyorları yetişmişdi. 
Lakin müharibədən sonrakı ilk illərdə Azərbaycanda 
dövlət dram teatrlarının sayı çox az idi. 1937-ci ildə 
respublikanın ayrı-ayrı  şəhərlərində yaradılmış dövlət teatrları 
"səmərəsiz" hesab edilib bağlanmışdı. Yalnız Bakı, Gəncə, 
Quba, Naxçıvan və Xankəndində olan teatrlar öz fəaliyyətlərini 
davam etdirirdilər. 50-ci illərdə Azərbaycanın bir çox 
şəhərlərində xalq teatrları yarandı. 60-cı illərdə Sumqayıt və 
Mingəçevirdə dövlət teatrları açıldı, Lənkəran,  Şəki,  Şuşa və 
Ağdamda dövlət teatrları  bərpa edildi. 80-ci illərin sonunda 
Qazax dövlət teatrı və Qusar dövlət ləzgi dram teatrı yaradıldı. 
XX  əsrin II yarısında Azərbaycan kinosunun inkişafı da 
çox uğurlu olmuşdur. Hələ 1945-ci ildə  çəkilmiş "Arşın mal 
alan" filmi nəinki Sovet İttifaqında, hətta bütün dünyada çox 
böyük müvəffəqiyyətlə nümayiş etdirilirdi. Bu filmin 
yaradıcıları  və ifaçılarının bir qrupu SSRİ Dövlət mükafatına 
layiq görüldülər. 50-80-ci illər ölkənin kino həvəskarları  
tərəfindən hərarətlə qarşılanan  ən yaxşı filmlər - "Görüş",  


Yüklə 4,56 Kb.

Dostları ilə paylaş:
1   ...   106   107   108   109   110   111   112   113   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə