Microsoft Word ocerkler son 'sas doc



Yüklə 4,56 Kb.
Pdf görüntüsü
səhifə107/134
tarix15.03.2018
ölçüsü4,56 Kb.
#32410
1   ...   103   104   105   106   107   108   109   110   ...   134

Azərbaycan Tarixi 
 
 
425 
çıxmayaraq, neft kimyası elmində böyük hadisə olan yüksək 
oktamlı aviasiya benzini aldılar.  
Azərbaycan geoloq alimləri Mirəli Qaşqay və  Şamil 
Əzizbəyovun rəhbərliyi ilə strateji xammal olan gil və fosforit 
yataqlarını  aşkar etmişdilər. Onlar yeni neft yataqları  kəşf 
etməklə neft hasilatını artıraraq, cəbhəni lazım olan qədər neft 
və neft məhsulları ilə  təmin etməyə xidmət edirdilər. Bioloq 
alimlər Azərbaycan  ərazisində bitən dərman bitkilərinin, 
vitaminlərlə zəngin olan cır meyvələrin aşkar olunmasında fəal 
iştirak edirdilər. Onların köməyilə Göyçayın yağ zavodunda 
ardıc kökündən efir yağı alınırdı. Müharibə illərində ictimai 
elmlər sahəsində çalışan alimlər xalqın qəhrəmanlıq tarixindən 
əsərlər yazmaqla vətənpərvərlik ideyalarını təbliğ edirdilər. 
Alimlərimizin müharibə illərində  cəbhəyə xidmətinin 
nəticəsi olaraq, 1945-ci il mayın 23-də SSRİ EA AF əsasında 
Azərbaycan SSR Elmlər Akademiyası yaradıldı. Onun ilk 
prezidenti məşhur həkim, akademik M.Mirqasımov oldu. 
Akademiyanın 16 institutu və bölməsi,  əlyazmalar fondu var 
idi. 
Azərbaycanda elm müharibədən sonrakı illərdə də böyük 
uğurlar əldə etmişdi. Elmi idarələrin sayı 1945-ci ildəki 66-dan 
1970-ci ildə 142-ə, 1980-ci ildə 151-ə çatmışdı. Respublikada 
elmi kadrların sayı sürətlə artırdı. 1947-ci ildə elmlər 
doktorlarının sayı 113 nəfərdən 1970-ci ildə 652 nəfərə, 80-ci 
illərin sonunda isə 1186 nəfərə, elmlər namizədlərinin sayı 
1947-ci ildə 669 nəfərdən 1970-ci ildə 5346 nəfərə, 80-ci illərin 
sonunda isə 8905 nəfərə çatmışdı. 
Müharibədən sonrakı illərdə fizika elmində mühüm 
nailiyyətlər  əldə edilmişdi. 1950-ci ildən respublikada fizika 
elminin inkişafında yeni mərhələ başlandı. Yarımkeçiricilər 
fizikasının, nəzəri fızikanın, metallar fizikasının problemlərinin 
tədqiqi genişləndirildi. Azərbaycan fizikləri akademik Həsən 
Abdullayevin rəhbərliyi altında yarımkeçiricilərin düzləndirici 
elektrik xassələrini, mayelərin (əsasən neftin) mikrostruk-
Qəzənfər Rəcəbli 
 
 
426
turunu, termodinamik və optik xassələrini öyrənmək sahəsində 
maraqlı tədqiqatlar apardılar. 
Azərbaycanın fizik və riyaziyyatçıları  tərəfindən kvant 
fizikasını  və kosmoqoniyanı öyrənmək sahəsində önəmli işlər 
aparılırdı. Bu işlərin nəticəsində Şamaxıda astrofızika rəsədxa-
nası yaradıldı. Həmin rəsədxana keçmiş Sovet İttifaqında  ən 
böyük astrofızika rəsədxanası idi. 
Görkəmli riyaziyyatçı alim Zahid Xəlilovun rəhbərliyi ilə 
neft qatlarında quyuların ən əlverişli şəkildə yerləşdirilməsinin 
riyazi öyrənilməsinin böyük əhəmiyyəti vardı. Bakı Dövlət 
Universitetinin riyaziyyatçılarının Mingəçevir su qovşağı 
inşaatçılarının müraciəti ilə Mingəçevir SES-in su altında qalan 
borularının təzyiqini müəyyənləşdirmək üçün apardıqları 
tədqiqatların böyük elmi və  əməli  əhəmiyyəti vardı. 
Riyaziyyatçılar funksional təhlil problemləri və inteqral 
tənliklər nəzəriyyəsi sahəsində  tədqiqatlar ilə  bərabər tətbiqi 
xarakterli məsələləri də araşdırırdılar. 1954-cü ildə qazın və 
qazlı neftin süzülməsinin riyazi məsələləri sahəsində akademik 
Azad Mirzəcanzadənin tədqiqatlarının böyük elmi və istehsalat 
əhəmiyyəti vardı. 
Azərbaycan alimləri kimya, biologiya, geologiya, 
coğrafıya və seysmologiya sahələrində  də bir sıra nailiyyətlər 
əldə etmişdilər. 1949-cu ildə  Şamaxı, Gəncə, Naxçıvan və 
Lənkəranda seysmik stansiyaların yaradılması Azərbaycan 
həyatında böyük hadisə idi. 
1972-ci ildə Azərbaycan EA Naxçıvan Elmi Mərkəzinin 
yaradılmasının, 1975-ci ildə "Xəzər" Elmi Mərkəzinin 
fəaliyyətə başlamasının Azərbaycan elminin inkişafında böyük 
rolu olmuşdur. "Xəzər" Elmi Mərkəzi respublikanın təbii 
sərvətlərinin kosmik tədqiqi ilə  məşğul olurdu. 1978-ci ildən 
isə Bakıda Kosmik Tədqiqatlar Elmi-İstehsalat Birliyi 
fəaliyyətə başladı. Akademik Tofıq  İsmayılovun rəhbərliyi 
altında Kosmik Tədqiqatlar Elmi-İstehsalat Birliyində keçmiş 


Azərbaycan Tarixi 
 
 
427 
SSRİ-də ilk dəfə  ətraf mühitə operativ nəzarət edən peykaltı 
ölçü sistemləri yaradılmışdı. 
Müharibədən sonrakı illərdə tarix, fəlsəfə, dilçilik, 
ədəbiyyatşünaslıq, folklor, arxeologiya və etnologiya sahəsində 
də mühüm tədqiqatlar aparılmışdır. Humanitar və ictimai 
elmlər sahəsində Azərbaycan elminin müharibədən sonrakı 
illərdə  ən böyük nailiyyəti 10 cildlik "Azərbaycan Sovet 
Ensiklopediyası"nm hazırlanıb nəşr olunmasıdır. 
25.2. Azərbaycan sovet ədəbiyyatı.  Demokratik 
ənənələr üzərində dayanan  Azərbaycan yazıçıları Sovet 
hakimiyyətinin ilk illərində ictimai-mədəni və ədəbi tədbirlərdə 
iştirak edərək respublikanın yeni həyatına fəal qoşulurdular. 
S.S.Axundov, C.Məmmədquluzadə,  Ə.Haqverdiyev, H.Cavid, 
Ə.Cavad, Hacı 
Kərim Sanılı, C.Cabbarlı, A.Şaiq, 
Y.V.Çəmənzəminli, N.Vəzirov, M.S.Ordubadi, Ə.Nəzmi və 
T.Şahbazi kimi görkəmli yazıçılar maarifçilik, tərəqqi və 
humanizm ideyalarını  təbliğ edərək, köhnəlik və mövhumata 
qarşı mübarizə aparırdılar. 
S.S.Axundov 1921-ci ildə "Laçın yuvası" pyesilə 
"Tənqid-təbliğ teatrı"nın səhnəsi üçün elan olunmuş 
müsabiqədə 32 səhnə  əsəri içərisində birinci yeri tutmuşdu. 
S.S.Axundov 1921-1923-cü illərdə "Taleyin təkəri", "Əməkdə 
xoşbəxtlik", "Qaranlıqdan işığa", "İki yol", "Məhəbbətin 
nəticələri", "Şərq diplomatları" və "Yeni məişət" səhnə 
əsərlərini yazmışdır. 
XX  əsrin 20-ci illərində Azərbaycan  ədəbiyyatı 
C.Məmmədquluzadənin "Danabaş kəndinin məktəbi" (1921) və 
"Dəli yığıncağı" pyesləri, H.Cavidin "Peyğəmbər" (1923) və 
"Topal Teymur" (1925) əsərləri,  Ə.Cavadın "Göy göl" (1925) 
poeması, Hacı Sanılının "Aran köçü" (1925) və "Namus 
davası" (1927) poemaları, C.Cabbarlının "Aydın" (1921) və 
"Oqtay Eloğlu" (1923) pyesləri ilə zənginləşmişdi. 
1925-ci ildə "Kommunist" qəzetinin yanında "Gənc Qızıl 
Qələmlər  İttifaqı" yaradıldı. Bu ittifaqa S.Rüstəm, M.Rahim, 
Qəzənfər Rəcəbli 
 
 
428
M.Müşfıq, S.Vurğun,  Ə.Əbülhəsən, M.Hüseyn və    M.Cəlal  
daxil idilər.  İttifaqın Gəncə, Naxçıvan, Xankəndi, Lənkəran, 
Şəki və b. şəhərlərdə şöbələri vardı.  
XX  əsrin 20-30-cu illərinin dramaturgiyasının parlaq 
ulduzu C.Cabbarlı olmuşdur. Onun "Od gəlini", "Sevil" (1928), 
"Almaz" (1930), "1905-ci ildə" (1931) və "Yaşar" (1932) 
pyesləri Azərbaycan dramaturgiyasının gələcək istiqamətini 
müəyyən etdi. 
Azərbaycanın görkəmli  şairi H.Cavid yeni ədəbiyyata 
mürəkkəb və ziddiyyətli yol keçərək gəlmişdi. Rəsmi tənqid 
onu sovet yeniliklərini əks etdirməməkdə günahlandırırdı. 20-ci 
illərin sonunda ədəbi tənqidin təzyiqi altında onun 
yaradıcılığında müəyyən dəyişikliklər nəzərə çarpırdı. Bu 
baxımdan onun "Azər" poeması diqqəti cəlb edir. Bu 
poemasında və "Knyaz" pyesində H.Cavid Sovet hakimiyyəti 
uğrunda mübarizəni əks etdirirdi. 
1930-cu ildə  Ə.Əbülhəsənin "Yoxuşlar", S.Rəhimovun 
"Şamo" romanları nəşr olunur. Bu əsərlər Azərbaycan nəsrinin 
tədricən yeniləşdiyini göstərirdi. "Yoxuşlar" romanı 
Azərbaycan kəndində baş verən yeni mürəkkəb sosial-iqtisadi 
proseslərə, "Şamo" romanı isə Azərbaycanda vətəndaş 
müharibəsinə həsr olunmuşdu. 
30-cu illərdə Azərbaycan poeziyasının ön cərgələrində 
S.Rüstəm, S.Vurğun, M.Müşfıq, M.Rahim, R.Rza və b. 
gedirdilər. S.Rüstəmin "Bakı misraları"  şeiri, S.Vurğunun 
"Komsomol" poeması, M.Müşfiqin "Cəbi dayı"  şeiri, 
M.Rahimin "Neft" şeiri, R.Rzanın "Bakı"  şeiri sovet 
cəmiyyətinin yeniliklərinə  həsr olunmuşdular. Həmin illərin 
nəsrinin  ən yaxşı nümunəsi isə M.İbrahimovun "Həyat" pyesi 
hesab edilir. O vaxt bu pyes Azərbaycan sovet ədəbiyyatının 
böyük nailiyyəti kimi qiymətləndirilirdi. 
30-cu illərdə Azərbaycan dramaturgiyası H.Cavidin 
"Səyayuş" (1933), "İblisin  intiqamı" (1936) və "Xəyyam" 
(1935) pyesləri  ilə  zənginləşdi.  H.Cavidin "Xəyyam"  pyesi 


Yüklə 4,56 Kb.

Dostları ilə paylaş:
1   ...   103   104   105   106   107   108   109   110   ...   134




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə